A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə21/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   17   18   19   20   21   22   23   24   ...   61
id55880

Qarabağlar türbəsi. 
Azərbaycan orta əsr memarlığının ən qiymətli 
yadigarlarından biri Naxçıvan ərazisində, Qarabağlar kəndində yerləşən türbədir. 
Qarabağlar abidələri bir kompleks şəklində olub, buraya türbə, qoşa minarə və bu 
iki abidənin arasında yerləşən dini binanın qalıqları daxildir. Bu kompleksə daxil 
olan qoşa minarələrin XII əsrin axırlarında və ya XIII əsrin əvvəllərində tikilməsi 
mülahizəsi irəli sürülmüşdür. Bu iki minarəni bir-birinə bağlayan portal quruluşu 
isə görünür ki, XIV əsrə aid quruluşdur. Bu kiçik portalın üzərində Qoday Xatının 
adı oxunur. Qoday Xatın ola bilsin ki, Abaka xanın (1265-1282) arvadı olmuş 
Qoday Xatındır. Ona görə belə mülahizə yürütmək olar ki, hələ XII-XIII əsrlərdə 
tikilmiş yeni binalar kompleksinin daxilində Qoday Xatının şərəfinə bu xatirə 
abidəsini yaratmağı qarşısına məqsəd qoymuş memar, o zaman bu portalı tikmişdir. 
Belə olduqda Qarabağlar türbəsinin Qoday Xatının xatirəsinə həsr edilməsi imkan 
daxilindədir. 
Qülləvari türbələrin əsas xüsusiyyətlərini Qarabağlar türbəsində də 
görmək olar. Türbə aşağı sərdabə və yuxarı yerüstü hissəyə bölünür. Sərdabənin 
planı yuxarıda haqqında danışdığımız Bərdə türbəsinin eynidir. Qarabağlar 
türbəsinin yerüstü hissəsi öz kompozisiya quruluşu etibarilə son dərəcə maraqlıdır. 
Daş kürsülük üzərində türbənin gövdəsi 12 yarım silindrin bir dəstə halında 
birləşdirilməsindən əmələ gəlir. Türbənin gövdəsinin belə bir kompozisiya şəklində 
həll edilməsi bunu başqa Azərbaycan türbələrindən fərqləndirir. Bərdə türbəsində 
olduğu kimi burada da gövdənin yuxarı hissəsində nəsx xətti ilə işlənmiş kitabə 
qurşağı yerləşir. Kitabə qurşağının yerləşmə xüsusiyyəti elədir ki, o bir növ 12 
silindri bağlayan bir qurğu kimi gözə çarpır. Qarabağlar türbəsinin bu kitabəsi ağ 
hərflərlə yazılmış, yerliyi isə göy kaşıdan tərtib edilmişdir. Ümumiyyətlə, belə yazı 
qurşaqlarının kontrast rənglərlə: ağ-qara, ağ-göylə işlənməsi bu kitabələrin 
uzaqdan da rahat oxunmasını təmin edir. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə