A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə19/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   15   16   17   18   19   20   21   22   ...   61
id55880

 
 
 
 
 
 
 
 
 
 
Xatirə abidələri. 
XII əsrdə olduğu kimi XIII-XV əsrlərdə də Azərbaycan 
memarlığının inkişafında xatirə abidələri son dərəcə əhəmiyyətli mövqe tuturdu. 
XII əsrdə müəyyənləşən bürcvari türbələr XIII-XIV əsrlərdə Azərbaycanda geniş 
surətdə tikilirdi. 
Bərdə, Qarabağlar, Xaçıntürbətli, Salmas, Xiyav, Füzuli bölgəsi Aşağı 
Veysəlli kəndində tikilən abidələr, Zəngilan bölgəsindəki abidələr dövrün maraqlı 
xatirə tikintiləridir. XII əsr qülləvari türbələrilə XIV əsrin qülləvari türbələri 
arasında nə fərq vardır? Bunların bədii-memarlıq ideyasında böyük dəyişiklik nəzərə 
çarpmır. Bu abidələrin tikilməsində əsas məqsəd hakim zümrəyə mənsub şəxslərin 
xatirəsini əbədiləşdirmək idi. İrəlidəki fəsildə müfəssəl izah etdiyimiz kimi, islam 
dininin ehkam məhdudiyyətləri nəticəsində heykəl yaratmaq qadağan olunduğundan 
hakim zümrəyə mənsub şəxsiyyətlər öz xatirələrini əbədiləşdirmək üçün memarlıq 
vasitələrindən istifadə edirdilər. Beləliklə, yaradılmış qülləvari türbələr öz mahiyyəti 
etibarilə qəbir tikintisindən daha çox, memarlıq, memorial abidə səciyyəsini 
daşıyır. 
Belə tikintilərin üzərində təsvir 
motivləri verilmədiyi üçün şəxsiyyətlərin 
xatirəsi kitabələr vasitəsilə əbədiləşdirilir
abidənin görkəmli yerlərində dəfn edilən 
şəxsin adı çəkilir, onun yüksək şəxsi 
keyfiyyətləri qeyd olunur. 
Abidələrin 
bədii-memarlıq 
təsvirini 
artırmaq 
üçün 
müvafiq 
vasitələrdən və kompozisiya üsullarından 
geniş şəkildə istifadə edilir. XIV əsrdə 
tikilmiş bir sıra qülləvari türbələr üçün 
səciyyəvi olan cəhət onların xarici 
səthlərinin çox rəngli olması, həcmli portal 
baştağ quruluşlarında naxışvari hörgüdən 
bir kompozisiya vasitəsi kimi istifadə 
edilməsi idi. 


53 
Bu dövrün ən qiymətli türbələrindən bir neçəsi haqqında ətraflı məlumat 
verək. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə