A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə15/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   11   12   13   14   15   16   17   18   ...   61
id55880

Gülüstan türbəsi. 
Əcəminin yaratdığı abidələrin təsirinin izləndiyi 
tikililərdən biri Naxçıvan MR-in ərazisində, Culfanın yaxınlığında, Gülüstan deyilən 
yerdəki abidədir. 
Bu abidə yerləşdiyi sahənin adı ilə məşhurlaşaraq memarlıq tariximizə 
Gülüstan türbəsi adı ilə daxil olmuşdur. Gülüstan türbəsinin özünə xas görünüşü və 
quruluşu vardır. Gülüstan türbəsi də bu tip Azərbaycan türbələri kimi aşağı sərdabə 
hissəsindən və yuxarı quruluşdan ibarətdir. Hər iki hissə planda dairəvidir. 
Səciyyəvi olan cəhət orasındadır ki, türbənin hər iki hissəsi yerin səthindən yuxarıda 
yerləşir. Burada sərdabə yerin altında deyildir. Türbənin aşağı sərdabə hissəsi və 


49 
yuxarı yerləşməsi tamamilə sadə olub. Heç bir bəzək üslubuna malik deyildir. 
Gülüstan türbəsinin daxili quruluşunda, xüsusən xarici kompozisiyasında və onun 
həcminin işlənməsində biz bürcvari türbələr haqqında yuxarıda izah etdiyimiz 
səciyyəvi cəhətlərin ən bariz nümunəsini görürük. Burada memar aşkar şəkildə 
türbənin daxili yerləşgələrinə heç bir diqqət verməmiş, lakin böyük həcmli 
monumentin ağır olmaması üçün içərisini boşluq şəklində həll etmişdir. 
Türbənin xarici hissəsi - 12 guşəli gövdəsi kəsik künclü kvadrat həcm 
üzərində yerləşir. Memar türbənin gövdəsinin oturacaqla birləşən hissəsini, səthləri 
və eləcə də gövdənin günbəzə keçən hissəsini səthləri plastik oymalarla bəzəmişdir. 
Beləliklə, türbənin xarici görünüşü bir heykəltəraşlıq abidəsi səciyyəsi daşıyır ki, bu 
da yuxarıda göstərdiyimiz kimi bürcvari türbələr üçün səciyyəvi bir haldır. 
Gülüstan türbəsini Naxçıvan türbələri ilə yaxınlaşdıran cəhət bütün xarici səthlərin 
həndəsi ornamentlə örtülməsidir. Kərpicdən tikilmiş Möminə xatın türbəsindəki 
həndəsi ornamentlər kərpicdən quraşdırıldığı halda, türbənin səthləri daşdan oyulmuş 
həndəsi ornamentlə örtülmüşdür. Sənətkar Gülüstan türbəsində 3 ornament 
kompozisiyası yaratmış və 3 kompozisiyanı türbənin 12 səthində elə səpələmişdir ki, 
tamaşaçı həmişə üç müxtəlif ornament kompozisiyasını qavrayır. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə