A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə11/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   7   8   9   10   11   12   13   14   ...   61
id55880

 
 
 


43 
MEMARLIQ 
Bu dövrdə Azərbaycan memarlığı artıq özünə xas olan bir görkəm almışdı. 
Qədim dövrlərdən gələn inşaat ənənələri islamiyyət dövründə köklənmiş yeni 
yaradıcılıq ənənələrilə birləşərək yerli memarlıq məktəbinin yaranmasına imkan 
yaratdı. 
Ölkədə memarlıq məktəblərinin əmələ gəlməsi, ümumiyyətlə, 
memarlığımızın yüksək inkişafını göstərən tarixi bir faktdır. Ona görə ki, memarlıq 
məktəblərinin əmələ gəlməsi üçün uzun müddət təcrübə qazanmaq dövrü və 
ənənələrin formalaşması dövrü keçilməlidir. Memarlıq məktəblərinin əmələ 
gəlməsi, eyni zamanda görkəmli sənətkarların yetişməsi ilə bağlıdır. Dediyimiz bu 
amillər X əsrin axırından başlayaraq yerli memarlıq məktəblərinin əmələ gəlməsi və 
formalaşması üçün şərait yaradır. 
Bu dövrdə formalaşmış Aran, Naxçıvan, Şirvan, Abşeron memarlıq 
məktəblərindən bəhs etmək olar. 
Aran memarlıq məktəbi. 
Bu memarlıq məktəblərinin içərisində ilk 
memarlıq məktəbi Aran memarlıq 
məktəbi olmuşdur. Azərbaycan 
Ərəb xilafətinin tərkibinə daxil 
olduğu zaman Bərdə hələ məşhur 
bir şəhər idi. Burada görkəmli 
memarlıq 
abidələrinin 
tikildiyi 
haqqında mənbələr məlumat verir. 
Yuxarıda qeyd etdiyimiz kimi, 
qədim memarlıq ənənələri ilə 
islamiyyətdən gələn tipoloji xüsu-
siyyətlərin birləşməsi nəticəsində 
formalaşan orta əsr Azərbaycan 
memarlığının ilk rüşeymləri burada 
özünü göstərir. Bir sözlə, Bərdə 
islamiyyətin təsiri ilə yeni isti-
qamətdə inkişaf edən Azərbaycan 
memarlığının təşəkkül tapmağa 
başladığı mərhələ idi. Bərdədə 
əmələ gələn memarlıq istiqaməti, ölkədə feodal dövlətlərinin müstəqilləşməsi 
prosesində, yerli ənənələrin güclənməsi ərəfəsində başlayır. Məhz bu şəraitdə Aran 
memarlıq məktəbi əmələ gəlməkdə idi. Bərdədəki inşaat texnikası, şəhərsalma 
ənənələri daha sonra, şübhəsiz ki, Gəncədə davam etdirilir. X əsrdə Gəncədə 
Şəddadilərin apardığı geniş inşaat bu şəhəri Azərbaycanın görkəmli memarlıq 
mərkəzinə çevirir. Hələ Bərdədə əmələ gəlməyə başlayan üslub cəhətləri Gəncədə 
daha bariz şəkildə formalaşır. 
Bərdə və Gəncə ətrafında formalaşmış Aran memarlıq məktəbi öz təsir 


44 
dairəsini genişləndirərək demək olar ki, Azərbaycanın bütün orta hissəsinə yayılır. 
XI əsrdən başlayaraq, Beyləqan və daha sonra Şəmkir şəhərləri də 
əhəmiyyətli memarlıq mərkəzinə çevrilir. Beləliklə, Aran memarlıq məktəbinin 
əhatə dairəsi xeyli genişlənmiş oldu. 
Məlumdur ki, Aran memarlıq məktəbinin bu zaman əsas mərkəzlərindən 
olan Şəmkir və Gəncə monqol işğalından sonra tamamilə dağıdılmış və sonralar bir 
daha əvvəlki vəziyyətinə qayıda bilməmişdi. Təəssüf ki, Aran memarlıq məktəbinə 
daxil olan şəhərlər və onların abidələri tamamilə dağıdıldığı üçün əlimizdə kifayət 
qədər faktik material və kitabələr yoxdur. Lakin Aran memarlıq məktəbinə daxil 
olan memarların fəaliyyəti haqqında əlimizdə maraqlı bir fakt vardır. Türkiyənin 
Amasiya şəhərindəki məscidin hasarı üzərindəki kitabədə onun 1236-1246-cı 
illərdə aranlı sənətkar tərəfindən tikildiyi qeyd edilmişdir. Azərbaycan memarlığı 
üçün son dərəcə əhəmiyyətli olan bu fakt, eyni zamanda kitabədə göstərilən il 
etibarilə də olduqca əhəmiyyətlidir. Adı Mahmud oğlu Məhəmməd olan bu sənətkar 
məhz monqol işğalından sonra vətənini tərk edərək Türkiyəyə köçmüş və orada öz 
sənətkarlıq fəaliyyətini davam etdirmişdir. Deməli, mahiyyəti etibarilə Aran memarlıq 
məktəbi monqol istilasından sonra öz əvvəlki böyük əhəmiyyətini itirir və burada 
yetişmiş memarlar Azərbaycanın başqa yerlərinə və gördüyümüz kimi, hətta başqa 
ölkələrə köç edirlər. 
Aran məktəbinin səciyyəvi xüsusiyyətlərini belə ümumiləşdirmək olar: 
Arran memarlıq məktəbi bir sıra cəhətlərilə yaxşı öyrənilmiş Naxçıvan memarlıq 
məktəbinə oxşardır. Bu yaxınlıq çox ehtimal ki, Aran məktəbinin Naxçıvan 
memarlıq məktəbinə təsiri ilə izah edilməlidir. Bu yaxınlıq hər şeydən əvvəl eyni 
inşaat materialının tətbiqilə izah edilməlidir. Hər iki memarlıq məktəbində inşaat 
materialı kərpic idi. Aran memarlığımızın əhəmiyyətli xüsusiyyətlərindən biri divar 
hörgüsünün səciyyəvi cəhətləridir. Memarlıq tarixində Gəncə hörgüsü adı ilə 
tanınan bu hörgünün əsas xüsusiyyəti çaydaşı ilə kərpici birlikdə müəyyən naxış 
şəklində işlədilməsidir. Gəncədə bu hörgü çaydaşının ətrafını çərçivələyən kərpic 
şəklində təzahür edir. Şəmkirdə isə bu hörgü daha əlvan şəkil alır. Burada kərpic və 
çaydaşı ilə yanaşı, hörgüyə ağ daş da daxil olur. Beləliklə, Aran hörgüsü rəngarənglik 
kəsb edir, polixromik olur. İndi cəsarətlə demək olar ki, Naxçıvan memarlıq 
məktəbində XII əsrdən başlayaraq, rəngli kaşı işlədilməsi ilə əlaqədar olan 
rəngarənglik daha əvvəl Aran memarlığında ənənə şəklini almışdır. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə