A z ə r b a y c a n diLİ VƏ t a r I x I


Yusif Küseyir oğlunun türbəsi



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə13/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   9   10   11   12   13   14   15   16   ...   61
id55880

Yusif Küseyir oğlunun türbəsi. 
Naxçıvan şəhərində, xalq arasında 
"Atababa günbəzi" adı ilə məşhur olan türbə 8 yüz illik yaşını tamamlamasına 
baxmayaraq, hələ də Naxçıvanın mərkəzində yüksəlir. 
Abidə yeraltı sərdabədən və yerüstü bürcvari hissədən ibarətdir. Sərdabə 
planda səkkizbucaqlı şəklindədir. Abidənin yerüstü hissəsi də daxildən və xaricdən 
səkkizbucaqlı şəklindədir. 
Türbənin səkkizbucaqlı gövdəsi piramidaşəkilli kərpic günbəzlə 
örtülmüşdür. Daxildə isə türbənin günbəzi çatmatağ şəkilli günbəzlə örtülmüşdür. 
Beləliklə, Yusif Küseyir oğlunun türbəsində biz ikiqat günbəz quruluşunun ən 
görkəmli, bizim zəmanəmizə qədər əvvəlki şəklini mühafizə etmiş bir nümunəsini 
görürük. 
Türbənin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlə 
bəzənmişdir. Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılmış, sonra gəc məhlulu ilə 
tavalar şəklində bərkidilərək səthlərin üzərində möhkəmləndirilmişdir. Quruluşu 
etibarilə türbənin yalnız bir səthi, qərb tərəfə baxan səthi, başqa şəkildə həll edilmişdir. 
Burada türbənin giriş qapısı yerləşdirilmişdir. Çatmatağ şəkilli bu qapı üzərində 
haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsilə bir portal şəklini 


46 
almışdır. Türbənin rəis, xoca Yusif Küseyir oğlu üçün hicri 557-ci ildə, yəni miladi 
1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin yuxarı hissəsində yerləşdirilmişdir. 
Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılmış və burada da 
kitabə yerləşdirilmişdir. Kufi xətlə yazılmış bu kitabənin giriş qapısından sol tərəfdəki 
hissəsində memarın adı yazılmışdır: "Naxçıvanlı memar Əcəmi Əbubəkr oğlu". 
Yusif Küseyir oğlunun türbəsi həcmi etibarilə bir o qədər böyük tikinti 
olmasa da, memarlıq bəzəyi sadə olsa da, öz ümumi kompozisiyasının aydınlığı və 
hissələrinin mütənasibliyi etibarilə və eləcə də inşaat işlərinin diqqətlə aparılması 
cəhətdən gözəl bir memarlıq abidəsidir. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə