A z ə r b a y c a n diLİ VƏ t a r I x I


Naxçıvan memarlıq məktəbi



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə12/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   8   9   10   11   12   13   14   15   ...   61
id55880

Naxçıvan memarlıq məktəbi. 
Azərbaycan memarlığı tarixinə dair 
araşdırmalarda ilk dəfə bir memarlıq məktəbi kimi tanınan Naxçıvan memarlıq 
məktəbi olmuşdur. Bunun əsas səbəbi Naxçıvan memarlıq məktəbinə məxsus olan 
sənətkarların adını daşıyan kitabələrin dövrümüzə qədər gəlib çatmasıdır. 1162-ci 
il tarixli Naxçıvandakı Küseyir oğlu Yusifin türbəsi üzərindəki kitabədə bu binanın 
müəllifi Əcəmi Əbubəkr oğlu özünü naxçıvanlı memar adlandırır. 
Təxminən XII əsrin əvvəllərində Naxçıvan şəhərinin əhəmiyyətinin 
artması ilə əlaqədar olaraq burada sənətkarlıq və inşaat xeyli genişlənir. Yerli 
ənənələr burada Azərbaycan memarlığı ilə birləşərək özünə xas siması olan bir 


45 
memarlıq - bədii məktəb yaradır. İndi demək olar ki, Naxçıvan memarlıq məktəbinin 
yaranmasının mənbələrindən biri də yuxarıda qeyd etdiyimiz Aran memarlığı 
daxilində əmələ gələn xüsusiyyətlər idi. Qısa bir müddət ərzində naxçıvanlı 
sənətkarlar nəinki qarşılarında duran memarlıq - inşaat problemlərini 
müvəffəqiyyətlə həll etmək səviyyəsinə qalxırlar və hətta o dövrdə Azərbaycan 
memarlığının ən yüksək zirvələrini təşkil edən əsərlər yaratmağa nail olurlar. 
Naxçıvan memarlıq məktəbi üçün kərpic hörgüsü, kərpicdən quraşdırılmış 
inşaat quruluşları, müxtəlif biçimli kərpicin məharətlə tətbiqi və kərpicin birrəngli 
yeknəsəqliyindən uzaqlaşmaq üçün rəngli kaşı və gəc ünsürlərinin memarlıq 
bəzəyinə daxil edilməsi səciyyəvidir. 
Binaların kompozisiya və həcm quruluşunda da Naxçıvan memarları 
ümumşərq memarlığında görkəmli yer tuta bilən üsullar yaradır və tətbiq edirlər. 
Naxçıvan memarlıq kompozisiyaları üçün monumentallıqla bərabər zəriflik də diqqəti 
cəlb edən bir xüsusiyyətdir. Naxçıvan sənətkarlarının həndəsi ornament quruluşu 
yaratmaq məharətləri və inşaatda ondan çox səmərəli yollarla istifadə edilməsi də bu 
məktəbin daxilində yaradılan memarlıq-inşaat üsullarına daxildir. 
Böyük memar Əcəmi Əbubəkr oğlu Naxçıvani Naxçıvanda anadan olmuş, 
orada yaşamış və yaratmışdır. Naxçıvan memarlıq məktəbinin banisi və ən 
görkəmli siması olaraq Əcəmi Naxçıvani orta əsr Azərbaycan memarlığının 
inkişafında dərin və silinməz izlər buraxmış, özündən sonrakı Azərbaycan memarlıq 
sənətinə istiqamətverici təsir göstərmişdir. Görkəmli sənətkarın Yaxın Şərq 
ölkələrindəki memarlıq fəaliyyətinə də təsir olduğu asanlıqla izlənir. 
Qərbdə memarlıq əsərlərinin hələ anonim şəkildə yaradıldığı vaxtda 
Əcəmi Əbubəkr oğlu bariz fərdi yaradıcılıq siması olan nəhəng bir sənətkar kimi 
yüksəlir. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə