A z ə r b a y c a n diLİ VƏ t a r I x I


XI-XV YÜZİLLİKLƏRDƏ İNCƏSƏNƏT



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə10/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   6   7   8   9   10   11   12   13   ...   61
id55880

XI-XV YÜZİLLİKLƏRDƏ İNCƏSƏNƏT
XI yüzillikdə Azərbaycanda gedən feodal toqquşmalarından sonra, XII 
yüzillikdə ölkədə xeyli sabitləşmə prosesi başlanır. Səlcuq dövlətinin tərkibində olan 
Azərbaycanda bu zaman Atabəylər və Eldəgizlər hakimiyyəti çərçivəsində qüvvətli 
yerli dövlət yaranır. Eldəgizlər dövlətinin şimal sərhədi Kür çayına qədər uzanır, 
cənubda isə bütün Azərbaycan ərazisi və İraqın bir hissəsi onların hökmranlığına daxil 
olur. Beləliklə, XII yüzillikdə Azərbaycanda iki yerli müstəqil dövlət sabitləşir. Siyasi 
cəhətdən bu sabitləşmə iqtisadiyyat sahəsinə də müsbət təsir göstərir. 
Ölkənin iki dövlətə bölünməsinə baxmayaraq, mədəni inkişafda ümumi bir 
cərəyan, ümumi bir xətt nəzərə çarpır. Bu, əlbəttə, hər şeydən əvvəl, xalqın bədii 
ənənələri ilə bağlı idi. Siyasi cəhətdən də Eldəgiz və Şirvan dövləti arasında yaxınlıq 
var idi. Atabəylər dövləti o zaman Yaxın Şərqin ən qüvvətli dövlətlərindən biri kimi 
Şirvanşahlar dövlətinə də öz nüfuzunu qəbul etdirmişdir. 
XI-XV yüzilliklər Azərbaycan tarixinin mürəkkəb və zəngin dövrlərindən 
sayılır. Bu müddətdə Azərbaycanda müxtəlif xarakterli ictimai-iqtisadi, siyasi, 
mədəni, etnik və s. proseslər baş vermişdir. Həmin dövrlərdə Azərbaycan torpağı alim 
Nəsirəddin Tusi və Xətib Təbrizi, dahi şair Nizami Gəncəvi, Xəqani Şirvani, 
İmadəddin Nəsimi, memar Əcəmi Əbubəkr oğlu Naxçıvani və başqa görkəmli simalar 
yetişdirmişdir. 
Məlumdur ki, Azərbaycan XII əsrdə mədəniyyətin hər sahəsində olduğu kimi 
memarlıq sahəsində də nailiyyətlər əldə etmiş, yerli memarlıq məktəbləri formalaşmış, 
yüksək məharətə malik memarlar ölkənin böyük şəhərlərində yüksək bədii 
keyfiyyətli memarlıq əsərləri yaratmışdılar. XII əsrin sonlarında və XIII əsrin 
əvvəllərində şəhərsalma sənəti yüksək səviyyədə idi. Şübhəsiz ki, şəhərsalmanın və 
memarlığın inkişafı eyni zamanda Azərbaycanda inşaat texnikasının yüksək 
tərəqqisinin nəticəsi idi. 
Bu zaman Azərbaycanın görkəmli mədəni mərkəzləri və böyük şəhərləri 
kimi ilk növbədə Şamaxı, Şəmkir, Gəncə, Naxçıvan, Beyləqan, Təbriz qeyd 
edilməlidir. Bıı şəhərlərdə görkəmli sənətkarlar toplaşır və memarlıq, təsviri sənət 
sahəsində fəaliyyət göstərirdilər. X əsrə qədər Azərbaycanın ən görkəmli şəhəri 
hesab edilə bilən Bərdə artıq öz əhəmiyyətini itirmişdi. Qeyd etdiyimiz şəhərlərdən 
başqa, bu zaman Şirvanşahların ikinci mərkəzi və Şirvan dövlətinin liman şəhəri kimi 
Bakının da əhəmiyyəti xeyli artır. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə