A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə18/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   14   15   16   17   18   19   20   21   ...   61
id55880

Sınıqqala minarəsidir.
Üzərindəki kitabədən 1078-ci ildə ustad Əbubəkr oğlu Məhəmməd 
tərəfindən tikildiyi məlum olan bu minarənin ilk məscidi zəmanəmizə qədər 
qalmamışsa da, minarə özü dini memarlığın inkişafını izləmək cəhətdən olduqca 
qiymətlidir. 
Sınıqqala Azərbaycan memarlığında ən qədim minarədir. Minarənin 
quruluşunda qala tikintilərinə məxsus cəhətlər görünür. Onun gövdəsi olduqca 


51 
geniş olduğundan müdafiə bürclərini xatırladır. Lakin memar minarənin gövdəsini 
memarlıq qanunları ilə incələdir, onun şərəfəsinin oturacağını təşkil edən 
stalaktitləri diqqətlə işləyir, şərəfənin balkon sürahisini daşdan oyma həndəsi orna-
mentlə örtür. Nəticədə dolğun və klassik bir tikinti yaranmış olur. Bu yeni memarlıq 
tikintisinin memar tərəfindən belə mükəmməl şəkildə yaradılması bizə Abşeron və 
Şirvanda Sınıqqaladan daha əvvəl də minarələr tikildiyini irəli sürməyə haqq verir. 
Görünür ki, Şirvanda minarə inşaatı müəyyən inkişaf yolu keçmiş və nəticədə XI 
əsrdə Sınıqqala kimi mükəmməl bir minarə yaratmaq mümkün olmuşdur. 
Kitabədə abidənin ustad Əbubəkr oğlu Məhəmmədin sifarişi ilə tikildiyi 
bildirilir. Burada ustad Məhəmməd binanın sifarişçisi kimi göstərilmişsə də, ehtimal 
etmək olar ki, binanın memarı da bu şəxsin özüdür. Çünki "ustad" sözü 
Məhəmmədin sənətkar olduğunu aydın göstərir. O biri tərəfdən ustad adlanan bir 
sənətkarın abidənin sifarişçisi olaraq çıxış etməsi bu sənətkarın yüksək ictimai 
(dini) mövqe tutduğunu da göstərir. 
Qız qalası. 
Nəzərdən keçirdiyimiz dövrün və ümumiyyətlə, Azərbaycan 
memarlığının ən görkəmli abidələrindən biri Bakıda, İçərişəhərdəki Qız qalası adı ilə 
şöhrət tapmış binadır. Bu abidə İçərişəhərdə orta əsr Bakısının bir simvolu kimi 
yüksəlir. Eyni zamanda yaradıldığı dövrdə müdafiə inşaatının yüksək səviyyədə 
olduğunu aydın göstərir. Qız qalası qüdrətli, əzəmətli bir müdafiə tikintisi olmaqla 
bərabər ümumi həcm quruluşunun, nisbətlərinin və nəhayət, hörgüsünün 
düşünülmüş şəkildə işlənməsi cəhətdən də yüksək səviyyəli memarlıq bədii 
qiymətə malik bir tikintidir. 
Qalanın adının əfsanəvi hadisələrlə əlaqələndirilməsi haqqında müxtəlif 
mülahizələrə burada yer verməyə ehtiyac yoxdur. Orasını qeyd etməklə 
kifayətlənmək lazım gəlir ki, Qız qalası şəklində müxtəlif Şərq ölkələrində
türkdilli xalqların yaşadığı ölkələrdə, xeyli miqdarda qala tikintiləri məlumdur. 
Bu ad, şübhəsiz ki, bir mənanı ifadə edir. Qüdrətli, sarsılmaz qalaların 
yenilməz, alınmaz olduğu anlayışını xalq çox zaman bakirə mənasında "qız" termini 
ilə ifadə edir. Beləliklə, Qız qalası yenilməz, fəth edilməz mənasını daşımışdır. 
Qız qalası yerli əhəng daşından hörülmüş qüdrətli bir tikilidir. Abidə iki 
əsas hissədən ibarətdir: təxminən 28 m hündürlüyündə olan və yuxarıya doğru 
yüksələn silindrik hissə və ona bitişən çıxıntı qurğu. Qız qalasının əsas silindrik 
hissəsi daxildən yastı günbəzlərlə 8 mərtəbəyə bölünmüşdür. Bu mərtəbələrdən 
ancaq birincisi hündürdür. Birinci mərtəbədən ikinci mərtəbəyə daxil olmağı çətin-
ləşdirmək üçün birinci mərtəbə ilə ikinci mərtəbə arasında pilləkən yoxdur. İkinci 
mərtəbədən başlayaraq pillələr divarın qalınlığında yerləşdirilmişdir. Mərtəbələr 
pillələr vasitəsilə əlaqələndirilmişdir. Hesab edilmişdir ki, Qız qalasının səkkiz 
mərtəbəsində 250-yə qədər adam yerləşdirmək olar. Qız qalasının daxili 
quruluşunda diqqəti cəlb edən bir xüsusiyyət mərtəbələrin saxsı boru vasitəsilə ver-
tikal istiqamətdə əlaqələndirilməsidir. Bu saxsı borunun kürəbənd məqsədi üçün və 
yaxud mərtəbələr arasında danışıq üçün istifadə edilməsi haqqında fikirlər vardır. 


52 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə