A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə39/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   35   36   37   38   39   40   41   42   ...   61
id55880

 


172 
MEMARLIQ 
XVI-XVII yüzilliklərdə Azərbaycan memarlığında əvvəlki dövrün 
ənənələri ilə yanaşı, yeni meyillər özünü göstərir. İnşaat tiplərindəki dəyişiklik, 
əsasən, dini tələbatın daha geniş şəkildə ödənilməsi ilə əlaqədar idi. Ona görə də bu 
zaman çoxlu dini binalar inşa edilirdi. Keçmişdə memorial (xatirə) məqsədləri 
üçün tikilən türbələr Səfəvilər dövründə tamamilə dini mahiyyət kəsb edir. Hətta 
köhnə türbələrin ətrafında məscidlər tikilərək, bu binalar dini ocaqlara çevrilir. 
Buna Ərdəbil kompleksi və qədim Gəncədəki Göy günbəz kompleksini misal 
göstərmək olar.
XVII əsrdə şəhərlərin, sənətkarlığın və ticarətin inkişafı ilə əlaqədar olaraq 
bir sıra karvansaralar tikilir, ancaq bu dövrdə yolqırağı karvansaralardan daha çox 
şəhər karvansaraları tikilirdi. Bu dövrə aid əsas inşaat növlərindən biri də məscidlər 
idi. Bu zaman böyük şəhərlərdə Cümə məscidləri inşa edilirdi. Ticarətin genişlənməsi 
ilə əlaqədar 
 
olaraq yayılan inşaat növlərindən biri də örtülü bazarlar idi. Təbriz və 
Gəncənin örtülü bazarları o dövrün məşhur abidələri sırasında qeyd edilə bilər. 
XVI-XVII yüzilliklərdə memarlıq formalarında müəyyən dəyişikliklər nəzərə 
çarpır. Əvvəlki zamanların müəyyən xətli çatma tağları əvəzinə, XVII əsrdə 
mürəkkəb xətli tağlara da təsadüf edilir. Azərbaycan memarlığının səciyyəvi ünsürü 
olan stalaktit dekorativ bir quruluşa çevrilir. XVII əsrdə kaşı sənəti də yüksək 
səviyyədə idi. Məsələn, Ərdəbil abidələrinin kaşı bəzəyi, ümumiyyətlə, Azərbaycan 
memarlığında kaşı sənətinin ən gözəl nümunələrindən biridir. XVII əsrdə tikintilərdə 
artıq həndəsi ornamentə təsadüf edilmir və yeganə ornament növü kimi nəbati ornament 
tətbiq edilir. Bu dövrdə işlədilən inşaat materialları və inşaat texnikası, əsasən, əvvəlki 
dövrlərdəki kimidir. 
Şirvandan başqa, ölkənin bütün şəhərlərində əsas inşaat materialı olaraq 
kvadrat şəkilli kərpic işlədilir. Abşeron və Şirvanda daş hörgüsü texnikası, demək 
olar ki, əvvəlki şəkildə davam edir və Şirvan ustaları yenə də mahir daşyonma 
ustaları kimi tanınırlar. 
Ərdəbil də Səfəvi dövlətinin böyük şəhərlərindən biri idi. Səfəvilərin ulu 
babası Şeyx Səfi burada dəfn edildiyindən XVI-XVII əsrlərdə Səfəvi nəslindən olan 
bütün şahlar Ərdəbilə xüsusi diqqət yetirmişlər. Ərdəbil bir ticarət şəhəri olmaqdan 
başqa, Səfəvi dövlətinin böyük bir ziyarətgah mərkəzinə çevrilmişdi. XVII əsrdə bu 
şəhərin inkişafını müəyyənləşdirən ən böyük memarlıq kompleksi Şeyx Səfi türbəsi 
ətrafında yaradılmış binalar kompleksi idi. 
Şeyx Səfi türbəsinin ətrafındakı kompleks XVI-XVII əsrlərdə 
Azərbaycanda tikilmiş ən görkəmli memarlıq abidələrindəndir. Kompleks bir-birinə 
bağlı həyət ətrafında düzülmüş binalardan ibarətdir. Buraya Şeyx Səfi türbəsindən başqa 
bir neçə türbə, o cümlədən Şah İsmayıl türbəsi, "Çinixana" deyilən bina, məscid, 
zəvvarlara məxsus otaqlar daxildir. 
Şeyx Səfi türbəsinin ətrafında yaradılmış bu kompleks Yaxın Şərqdə olan 
ən məşhur ziyarətgahlardandır. Kompleks, memarlıq quruluşunun yüksək bədii 


173 
xüsusiyyətləri ilə bərabər, kaşıdan tərtib edilmiş nəbati ornamentlərinin, məharətlə 
düzəldilmiş kitabələrinin və daxili tərtibatının zənginliyi ilə də müstəsna bir abidədir. 
Binaların içərisini qızıl və gümüşdən emal edilmiş əşyalar bəzəmişdi. Bunlardan əlavə, 
salonların gözəl xalçalarla döşənilmiş olduğu da məlumdur. İncəsənət tarixində 
görkəmli bir sənət nümunəsi kimi məşhur olan "Şeyx Səfi" xalçası XVI əsrə məxsus 
həmin ziyarətgah üçün toxunmuşdu. 
Kompleks Ərdəbilin bazar meydanı qarşısındakı sahədə yerləşirdi. 
Həmin meydanın şimal-qərb hissəsindəki portal vasitəsilə kompleksin ilk 
hissəsini təşkil edən böyük bağa daxil olmaq mümkündür. 
Kompleksə daxil olan binalar içərisində, ehtimal ki, ən qədimi 
səkkizbucaqlı məsciddir. Daha sonra Şeyx Səfi türbəsi tikilmiş, nəhayət, XVI-XVII 
əsrlərdə başqa binalar, tikililər kompleksi tamamlamışdır. Şeyx Səfi türbəsi daş 
kürsülük üzərində yüksələn qülləvari türbədir. Ancaq bu türbənin yuxarısı, konus 
şəkilli günbəzlə deyil, adi günbəzlə örtülmüşdür. Türbənin gövdəsi və günbəzin 
üstü üzərinə firuzəyi kaşı çəkilmiş qırmızı kərpiclərlə naxış şəklində örtülmüşdür. 
Ziyarətə gələnlər üçün XVI əsrdə Şeyx Səfi türbəsinə bitişik ibadət məscidi 
tikilmişdir. Şeyx Səfi məscidinin ən qiymətli cəhəti - onun həyət fasadının 
quruluşudur. Fasadın üz tərəfində yerləşən portal məscidin qapısını gözə çarpdırır və 
binanın ictimai səciyyəsini müəyyənləşdirir. Fasadın qalan hissəsi məsciddən daha 
çox yaşayış binasını xatırladır. Məscidin ümumi kompozisiyası hündür stalaktit 
pərvazla tamamlanır. 
Kompleksə daxil olan "Çinixana"da vaxtilə qiymətli saxsı qablar və 
kitablar saxlanırmış. Binanın içərisi kaşı və üzərində təsvirlər çəkilmiş taxta ilə 
zəngin bəzədilmişdir. "Çinixana" XVII əsrdə tikilmişdir. 
Şeyx Səfi ziyarətgahına daxil olan binaların iki əsri əhatə edən uzun bir 
müddətə inşası həmin abidələrin bir neçə memar tərəfindən tikildiyini göstərir. 
Lakin hazırda bizə burada işləmiş sənətkarlardan ancaq bir nəfərinin -ərdəbilli 
İsmayılın adı məlumdur. 


174 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə