A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə51/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   47   48   49   50   51   52   53   54   ...   61
id55880

 
 
MEMARLIQ 
Əgər XIX yüzilliyin əvvəllərinədək Azərbaycanda tikilən binalar hələ 
keçmiş dövr memarlıq ənənələri ilə sıx surətdə əlaqədar olmuşdusa, Azərbaycanın 
Rusiyaya birləşdirilməsindən sonra, XX yüzilliyin ortalarına doğru istər yaşayış 
məntəqələrinin, istərsə də ayrı-ayrı binaların planlaşdırılmasında və tikilişində yeni 
meyillər özünü göstərməyə başlayır. 
Bu dövrdə sənayenin, ticarət və sənətkarlığın yüksəlişi şəhərlərin inkişafına 
xeyli təkan verir. Bakı, Şamaxı, Quba, Gəncə, Şuşa, Şəki şəhərlərinin inkişafında 
irəliyə doğru böyük addımlar atılır, həmin şəhərlərdə müəyyən inşaat işləri görülür. 
Bakının memarlıq quruluşu və tarixinə aid bəzi təfsilat bizə 1806-cı ildə 
tərtib edilmiş plandan məlum olur. Bu planın İçərişəhərə aid hissəsi demək olar 
XVIII yüzillikdə olduğunu təkrar edir. Bu planda yenilik şəhərin qala divarlarından 
kənara aiddir. Bundan da aydın olur ki, qala divarlarına yaxın sahədə, təxminən 
indiki Azərnəşr binası ətrafında olan evlər "Bayırşəhər" adlandırılmışdır. Bugünkü 
Rus Dram Teatrı yanındakı bağça ətrafında qruplaşmış ikinci yaşayış evlərinə 
"Xəlfədam" deyərmişlər. İndiki Nizami muzeyinin yanındakı bağçanın yerində Xan 
bağı yerləşirmiş. 
Nəhayət, 1806-cı il planında Qaladankənar sahənin əkin yeri olduğu qeyd 
edilir. Burada taxıl və hətta zəfəran əkilirdi. 
Aparılmış elmi araşdırmalar göstərir ki, 1810-cu ildən başlayaraq, Bakı yeni 
plan əsasında sürətlə tikilməyə başlayır. Tikinti əsasən şəhərin şimal-şərq hissəsində 
aparılır. 1845-ci ilin planından göründüyü kimi, tikilən hissə dənizə tərəfə 
genişlənmişdir. 
1855 və 1870-ci illərə aid Bakı planlarında yeni tikintilərin Qalanı get-gedə 


241 
hər tərəfdən əhatə etdiyi göstərilir. 
Beləliklə, XIX yüzilliyin axırlarında kapitalist münasibətlərinin inkişafı ilə 
əlaqədar Bakıda, eləcə də nisbətən az da olsa qeyri şəhərlərimizdə xəstəxanalar, 
mehmanxanalar, teatrlar, gəlirli yaşayış evləri, zavodlar, fabriklər, ictimai bağlar və 
başqa tipli memarlıq tikintiləri meydana gəlir. 
Bu iş təbiidir ki, çoxlu memar, inşaatçı və qeyri-sənət sahibləri tələb 
edirdi. Beləliklə, xüsusilə Bakıya müxtəlif yerlərdən mütəxəssislərin axını başlayır. 
Əcnəbi mütəxəssislərlə birlikdə (İ.V.Qoslavski, İ.K.Ploşko, N.A.Fon der 
Nonne və b.) bu işdə istedadlı Azərbaycan memarları da fəal iştirak edirdi. Bu 
dövrdə Bakıda fəaliyyət göstərən yerli memarlarımız sırasında ilk növbədə Zivərbəy 
Əhmədbəyov, Qasımbəy Hacıbababəyov, Mirzə Qaffar İsmayılov, Məhəmməd 
Həsən Hacınskinin adlarını xüsusi qeyd etmək lazımdır. 
Bakının XIX yüzillikdə bədii memarlıq simasının təşəkkülü və 
formalaşmasında Zivərbəy Əhmədbəyovun xüsusi əməyi vardı. O, 1873-cü ildə 
Şamaxıda anadan olub, ali təhsilini Sankt-Peterburqda almış, vətənə qayıtdıqdan 
sonra bir müddət Bakı quberniya idarəsinin inşaat şöbəsində çalışmışdır. Qeyd 
etmək lazımdır ki, Zivərbəyin Bakıdakı fəaliyyəti zamanı burada tikilən binaların 
əksəriyyətində Avropa sənətinin böyük təsiri görünürdü. Çünki Fransada, İtaliyada 
və Almaniyada müxtəlif vaxtlarda, müxtəlif üslublarda tikilən binalar yerli memarlar 
üçün istifadə mənbəyinə çevrilmişdi. Bu dövr Bakı binalarının memarlıq həllində 
demək olar ki, yerli ənənələrdən istifadə edilmirdi. 
XIX-XX yüzilliyin əvvəllərində Azərbaycanda fəahyyət göstərən, yerli 
memarlıq ənənələrimizdən səmərəli istifadə edə bilən sənətkarlarımızdan ikisinin 
adını xüsusi qeyd etmək lazımdır. 
Onlardan biri Zivərbəy Əhmədbəyov, digəri memar Kərbəlayı Səfixan 
Qarabağidir. 
Əgər Zivərbəyin yaradıcılığı əsasən Şirvanda (Bakı, Şamaxı, Göyçay və s.) 
bağlı idisə, Kərbəlayı Səfi xanın memarlıq fəaliyyəti Qarabağda (Şuşa, Bərdə, Füzuli 
və s.) keçmişdir. 
Şirvan memarlığı ilə yaxından tanış olan Zivərbəy öz layihələrində bunlardan 
geniş istifadə edirdi. Bu baxımdan onun layihəsi ilə yaradılmış "Səadət" məktəbini 


242 
(indiki göz xəstəxanası) və eləcə də Zivərbəyin Çəmbərəkənddəki şəxsi yaşayış 
evini (6-cı park küçəsi, 1) nümunə kimi göstərmək olar. Bunlarda lakonik memarlıq 
üslubuna malik Abşeron yaşayış binalarının ən gözəl xüsusiyyətləri özünü açıq-aydın 
büruzə verir. 
Millilik, yerli ənənələrə sadiqlik Zivərbəy layihələri əsasında tikilmiş 
məscidlərdə xüsusilə açıq-aydın görünür. Belə məscidlər arasında Bakının ən 
gözəgəlimli yerlərindəki Təzə Pir (1905-1914) və indiki Səməd Vurğun küçəsindəki 
İttifaq (1912-1913) məscidlərini göstərmək olar. 
Onu da qeyd edək ki, XX yüzilliyin əvvəllərində Göyçayda və Şamaxıda 
tikilmiş məscidlərin layihəsi də Zivərbəy tərəfindən verilmişdir. Zivərbəy Azərbaycan 
incəsənəti 
və 
memarlıq 
tarixində bir ictimai xadim 
kimi də məşhur olmuşdur. 
O,1917-ci 
ildə 
mülki 
mühəndis Ömərbəy Abuyevlə 
birlikdə "İslam incəsənəti 
abidələrini 
sevənlər 
və 
qoruyanlar 
cəmiyyəti"ni 
yaradır. Qeyd etmək lazımdır 
ki, sonralar bu cəmiyyət 
"Müsəlman 
arxeoloji 
cəmiyyəti" 
adı 
altında 
fəaliyyətə başlayır. 
Kərbəlayı 
Səfixan 
Qarabaği 1788-ci ildə Təbriz 
yaxınlığındakı Əhər şəhərində 
anadan olmuş, 1910-cu ildə 
Şuşada vəfat etmişdir. Memar 
ömrünün böyük bir hissəsini 
Şuşa şəhərində keçirmişdir. 
Bu dövrdə Şuşada tikilən memarlıq abidələrinin böyük bir qismi də təbiidir ki, bu 
şəxsin adı ilə bağlıdır. 
Kərbəlayı Səfixan Şuşada bədii xüsusiyyətlər kəsb edən çoxlu məscidlər, 
karvansara, məhəllə bulaqları, hamam binası və s. memarlıq abidələri inşa etmişdir. 
Bu tikintilər arasında məscidlər əsas yer tutur. 


243 
Məlumatlara görə 
Kərbəlayı Səfixan Şuşada 
ondan artıq müxtəlif formalı 
və çeşidli məscid tikmişdir. 
Bunların içərisində "Aşağı 
Gövhər 
Ağa 
məscidi" 
(1874-1875), 
"Yuxarı 
Gövhər 
Ağa 
məscidi" 
(1883-1884), 
"Saatlı 
məscidi" (1883), Çölqala, 
Mamay, Cülfalar, Hacı 
Yusif və s. adlı məhəllə 
məscidlərini 
göstərmək 
olar. 
Qeyd 
etdiyimiz 
məscidlər arasında tarixi 
baxımdan 
ən 
qiymətli 
İbrahim xanın qızı Gövhər 
Ağanın vəsaiti hesabına 
1874-cü ildə tikilmiş qoşa 
minarəli, xalq arasında 
"Aşağı Gövhər Ağa" adını 
almış məsciddir. Ölçüsü 
24-64x22-11 m olan bu 
məscidin 
baş 
fasadı 
xüsusilə diqqəti cəlb edir. 
Onun 
bir 
cüt 
səkkizbucaqlı daş sütunla 
bəzədilmiş geniş eyvanlı 
giriş hissəsi məscidə xüsusi 
bir gözəllik bəxş edir. Bu 
məscidin 
memarlığının 
başqa məscidlərdən fərqi 
ondan ibarətdir ki, "Aşağı 
Gövhər Ağa" məscidinin 
minarələri baş fasadın sağ 
və sol tərəflərində deyil, 
əksinə, arxa fasadın yan 
tərəflərində ucaldılmışdır. 
Minarələr öz bədii 
tərtibatı baxımından da maraqlıdır. Onun gövdəsi bütövlükdə "Allah" sözünün təkrar 
yazısı ilə bəzənmişdir. Deyildiyinə görə, Kərbəlayı Səfixanın yaradıcılığı təkcə Şuşa 
ilə məhdudlaşmayıb. O, Bərdədəki dörd minarəli İmamzadə (1869), Ağdamda Cümə 


244 
məscidi (1870), Füzuli rayonunda Hacı Ələkbər məscidinin də (1889) müəllifidir. 
Bundan əlavə memar Odessa şəhərində "Tatarlar" (1870), Aşqabadda "Qarabağlar" 
məscidlərini də tikmişdir. 
Sadaladığımız memarlıq abidələrindən görünür ki, millilik, yerli tikinti 
ənənələrinə sadiqqalma XIX yüzillikdə əsas etibarilə dini abidələrin yaradılmasında 
özün büruzə verirdi. Aydındır ki, belə abidələr sırasına bu dövrdə tikilmiş təkcə 
məscidlər yox, müxtəlif formalı və bəzəkli türbə, pir və ziyarətgahlar da daxildir. 
Onlara Azərbaycanın ən ucqar sərhədlərində - Qazax bölgəsindən tutmuş Astaraya 
qədər, hər yerdə rast gəlinir. 
Təbiidir ki, iqlim yerli ənənə, tikinti materialı və başqa şərtlərdən asılı 
olaraq bu abidələr eyni məqsədlə ucaldılsa da, onları bir-birindən fərqləndirən 
xüsusiyyətlər də var idi. 
Məsələn, Şəki-Zaqatala bölgəsinin məscidləri kərpic və çaylaq daşlarından 
tikildiyindən onların üzərində bədii oyma işləri aparılmırdı. Arabir təsadüf edilən 
dekorativ bəzəklər əsasən məscidlərin daxilində suvaq kimi istifadə edilən gəc 
üzərində icra olunurdu. Buna gözəl nümunə Şəkidə Giləhli məhəlləsində yerləşən 
və onun adını daşıyan 1812-ci il tarixli məscid ola bilər. Bu məscidin daxilində yerləşən 
gəc bəzəkləri o bölgə üçün nümunəvi xarakter daşıyır. Onun müəllifi Davud 
Nüxəvidir. Usta Davud burada oyma ilə yanaşı boyadan da geniş istifadə etmişdir. 
Şəki-Zaqatala bölgəsi məscidlərinin özünəməxsus xüsusiyyətlərindən biri də 
burada tikilmiş məscidlərin minarələrinin məsciddən xeyli aralı olmasından ibarətdir. 
Məsciddən aralı tikilmiş tənha minarələr adətən çox hündür olur. Hündürlüyü 40 m-
ə çatan belə minarələrdən biri Balakənd şəhər məscidinin yanındadır. Səkkizguşəli, 
qırmızı kərpicdən tikilmiş bu minarə müxtəlif formalı həndəsi naxışlarla 
bəzədilmişdir. 
Bakı-Abşeron ərazisindəki dini abidələrin də özünəməxsus xüsusiyyətləri 
vardır. Onlarda, adətən başqa yerlərdən fərqli olaraq, çoxlu oyma işləri istifadə 
olunurdu. Bu, həmin ərazidə tikilən məscidlərin, pirlərin və s. tikililərin əsasən çox 
asan oyuları yerli ağ daşdan (ağlay) tikilməsindən irəli gəlirdi. 
Yumşaq daş üzərində ayrı-ayrı məsamələrdə zərif oyulmuş bu abidələrin 
həndəsi, nəbati naxışları, müxtəlif məzmunlu kitabələri icrası baxımdan gözəl bir 
sənət əsərini xatırladır. 
Masallı, Lənkəran, Astara bölgəsi məscidlərinin də özünəməxsus 
xüsusiyyətləri vardır. Buranın coğrafi mövqeyi ilə (subtropik) əlaqədar olaraq 
tikilən məscidlər konstruksiya nöqteyi-nəzərindən zəngin yerli yaşayış binalarını 
xatırladır. Orada da binanın ümumi kompozisiyasındakı aparıcı rol onun dörd 
yamaclı damının xeyli irəli çıxarılmasıdır. Bir sözlə, dam nəinki binanın üstünü 
örtür, o həmçinin məscid ətrafına toplaşan dindarları da lazım gələndə çətirtək 
yağışdan qoruyur. Ümumiyyətlə, islam aləmində məscidin önündəki meydan xüsusi 
rol oynayır. Çünki əksər hallarda camaat buraya toplaşaraq mühüm məsələləri həll 
edirlər. Masallı, Lənkəran, Astara bölgəsi məscidlərinin başqa xüsusiyyətlərindən 
biri də onların dekorativ bəzəklərinin az olmasıdır. 


245 
Qırmızı kərpicdən tikilmiş bu məscidlərin dekorativ bəzəkləri əsas 
etibarilə kiçik taxta parçalarının bir-birinə bənd olunması ilə təşkil olunmuş 
şəbəkələrdən ibarətdir. Əsasən fasadın böyük tağvari pəncərələrini örtən, çox hal-
larda rəngarəng şüşələrlə bəzənmiş bu şəbəkələr məscidin zənginləşməsində 
müəyyən rol oynayır. 
XIX əsrin sonu və XX yüzilliyin əvvəllərində Azərbaycanda, xüsusilə 
Bakı şəhərində "sosial sifarişlər"lə əlaqədar çoxlu monumental mülki binaların inşasına 
başlanır. 
Bu binalann tikintisində "Avropa mədəniyyətinə" güclü meyil göstərilsə də, 
icrası baxımından onlar nümunəvi xarakter kəsb edirlər. Belə tikintilər sırasına 
1908-1913-cü illərdə yaradılmış "İslamiyyə" binasını (indi burada Azərbaycan EA-
nın Rəyasət Heyəti yerləşir, memarı İ.K.Ploşka), 1896-cı ilə aid Qadın müsəlman 
professional məktəbini (indiki Azərbaycan EA Əlyazmaları İnstitutu, memarı 
İ.V.Qoslovski), 1893-1902-ci illərə aid neft sənayeçisi H.Z.Tağıyevin sarayını 
(hazırda Azərbaycan EA Tarix Muzeyinin binası, memarı İ.V.Qoslovski) və 
başqalarını aid etmək olar. 
Bu memarlıq abidələrinin hər birinin çox maraqlı tarixi vardır. Məsələn, 
"İslamiyyə" binasını götürək. Məlumatlara görə, bu gözəl binanı Bakı milyonçusu 
Ağa Musa Nağıyev öz oğlu Ağa İsmayılın xatirəsini əbədiləşdirmək məqsədilə 
400000 qızıl pula tikdirmişdir. 1918-ci ildə bu binada Azərbaycan Demokratik 
Respublikası parlamentinin ilk iclası keçirilmişdir. Hazırda Azərbaycan Elmlər Akade-
miyası Rəyasət Heyətinin iqamətgahıdır. 
Şəhərin ən görkəmli yerlərindən birində İstiqlaliyyət küçəsində tikilmiş bu 
gözəl memarlıq əsəri müasir şəhərin görünüşündə böyük rol oynayır. Binanın bədii 
obrazında Venesiya qotik üslubunda və milli memarlığımızı təmsil edən oxvari tağlar 
harmonik surətdə birləşir. Memarın məhz belə bir yaradıcılıq üslubu İçərişəhərin 
qala divarlarına qonşu olan "İsmailiyyə" binasının Bakının tarixi mənzərəsinə 
asanlıqla daxil edilməsinə imkan vermişdir. 
Bu monumental memarlıq abidəsinin dekorativ bəzəkləri də diqqəti cəlb edir. 
Onun bədii tərtibatında böyük ustalıqla rəngarəng kaşı, müxtəlif məsamələrdə 
işlənmiş süjetli və ornamental qabartmalardan da istifadə olunmuşdur. 


246 
Bu dövrdə incəsənətimizin bütün sahələrində olduğu kimi, uzaq 
keçmişimizdən gələn yerli memarlıq inşaat texnikası ənənələri daha çox ucqarlarda 
xalq ustaları tərəfindən tikilən yaşayış binalarında özünü göstərirdi. Qeyd etmək lazımdır 
ki, yaşayış binalarının memarlığının əsas xüsusiyyəti onun məqsədəuyğun inşa 
olunmasıdır. 
İstər təbii şərait, istərsə də yerli adətlər və təsərrüfat xüsusiyyətləri bu və ya 
başqa bölgənin yaşayış binalarının xüsusiyyətlərini müəyyənləşdirir. 
Abşeron, Naxçıvan, Ordubad, Gəncə, Qazax, Ağdaş, Şəki, Zaqatala, Quba və 
Lənkəran zonalarının yaşayış binaları bir-birinə oxşamaqla bərabər, eyni zamanda 
onların hər biri özünəməxsus cəhətlərlə fərqlənir. 
Sadaladığımız bölgələrdə feodal xarakter daşıyan həyat tərzinin təsirinə 
baxmayaraq, xalq yaradıcılığının tükənməz mənbəyi yüksək qiymətə layiq yaşayış 
binaları nümunələri yarada bilmişdir. 
Azərbaycanın yaşayış binalarının gözəl xüsusiyyətlərindən biri də onun xalq 
yaradıcılığının demək olar ki, bütün növləri ilə sıx əlaqədə olmasındadır. Taxtadan oyma 
naxışlı dekorativ tağbəndlər, müxtəlif rəngli şüşələrlə örtülmüş və zərif işlənmiş 
şəbəkələr, zəngin bəzəkli balkonlar, sütunlar, bir sıra başqa memarlıq formalarının 
yaradılması və tətbiq edilməsi yaşayış binalarına bədii cəhətdən təqdirəlayiq bir 
görkəm verirdi. Bu baxımdan Şuşadakı Mehmandarovun, Əsədbəyin, Natəvanın 
evlərini, Şəkidəki Şəkixanovların, Hacı Mustafanın yaşayış binalarını, Lahıcdakı Hacı 
Xanəhmədin evini, Qubada Xaçmaz küçəsində yerləşən yaşayış binasını və 
başqalarını nümunə göstərmək olar. 
Öz mənşəyi etibarilə qədim tarixə malik olan Azərbaycan xalq yaşayış 
binalarının memarlıq və inşaat ənənələrinin bizim zəmanəmizə qədər gəlib çatması 
bu sahədə yaranmış ənənələrin nə qədər yaşan olduğunu sübut edir. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə