39
Boyəhmədli kəndi yaxınlığında Gavur-Qala adlanan yerdən tapılmış abidələr xüsusi
ilə maraqlıdırlar.
Cürətlə demək olar ki, insan fiqurlarını təsvir
edən bu heykəllər indiyə
qədər Azərbaycan ərazisində tapılan ən orijinal plastik sənət örnəklərindəndir. Çox
sxematik, real proporsiyalardan xeyli kənar bir tərzdə yonulub düzəldilməsinə
baxmayaraq, bu plastik sənət nümunələri öz əzəmətli görünüşü ilə insana güclü
təsir bağışlayır.
İndi təsəvvür etmək olar ki, azı min, min beş yüz il bundan əvvəl
yolayrıcına və ya hündür təpə üzərinə qoyulmuş bu heykəllər öz dövrünün
adamlarına necə təsir edərmiş. Xüsusilə
fiqurun göylərə baxan gözü, döşünün
üstündə qatlanıb yuxarı asılmış əlləri çox orijinal təsvir edilmişdir.
Bu heykəllərin ən böyüyünün hündürlüyü 3 m-ə yaxındır. Bu heykəllər ilk
nəzərdə üslub etibarilə Tovuz və Şamaxıdan tapılmış fiqurlardan fərqlənsələr də,
onları bir-birinə bənzədən çoxlu şərtlər də vardır. Bunları onların statik duruşunda,
əllərinin vəziyyətində, etnik tipində, uzun saçlı olmalarında və s. görmək olur.
Azərbaycan ərazisində tapılmış daş insan fiqurlarının maraqlı
xüsusiyyətlərindən biri onların bəzəklərində yazı nümunələrinin aşkar edilməsidir.
Məsələn, Bərdənin Şatırlı kəndi yaxınlığındakı insan fiqurlarında alimlərimiz "Tanrı
əfv etsin, ay atacan...", "Kaqan Şakir" və s. sözləri oxuya bilmişlər.
VII əsrin tarixçisi Musa Kalankatuklu "Ağvan tarixi" əsərində Azərbaycan
ərazisində yaşayan tayfaların daşdan heykəllər yonub ona sitayiş etdiyini, onların
şərəfinə qurbanlar verdiklərini, bu tayfaların uzun saç saxlayıb mahir ox atan
olduqlarını xüsusi qeyd edir.
Şübhəsiz, VII əsrin axırlarından başlayaraq, Azərbaycanda ərəb istilası ilə
əlaqədar insan fiqurlarının düzəldilməsi dayandırılır.
Həmin heykəlləri bu ərazidə yaşamış əcdadlarımızın hərbi-quldarlıq
ideologiyası əsasında yaradıldığını zənn etmək olar. Bu ideologiyanın başlıca
prinsipləri köçəri qəbilə başçıları və igidlərinin qəhrəmanlığını
təbliğ etmək və
əbədiləşdirməkdən ibarət olmuşdur. Belə heykəllər, çox güman ki, vuruşmalarda
qəhrəmanlıqla həlak olmuş döyüşçülərin və eləcə də qəbilə başçılarının qəbirləri
üstündə qoyularmış. Onların öldürdükləri düşmənlərin sayı qədər yonulmamış daşlar
(bal-ballar) isə qəbrin önündə sıra ilə düzülərmiş. Belə daşların hər biri döyüşdə
məğlub edilmiş düşməni təmsil edirmiş. Bu daşların
qalib döyüşçünün qəbri
üstündə düzülməsi ayinindən sonra, həmin daşların sahibləri, yəni məğlub edilmiş
düşmənlər, axirət dünyasında əbədi olaraq heykəlin sahibinə - qalib döyüşçüyə qul
kimi xidmət etməli imişlər. Belə bir dini ayin daha sonrakı dövrdə, VII-IX əsrlərdə
şərqi türklərin yaşadığı Mərkəzi Asiyada geniş miqyasda yayılmışdı.
İlk orta əsrlərə aid edilən daş bəzəklərindən danışarkən 1948-ci ildə
Mingəçevirdə aparılan qazıntı işləri zamanı bir dini məbədin qalıqları arasında əldə
edilmiş, elm aləmində alban kapiteli adını almış abidəni xüsusi qeyd etməliyik.
Arxeoloqlarımız tərəfindən V-VI əsrlərə aid edilən bu abidə bizim üçün xüsusilə
maraqlıdır, çünki onun üzərində olan ornamental kompozisiyaya sonralar el sənəti-
40
mizin bir çox növlərində rast gəlirik.
Qabartma səpgisində yonulmuş bu abidənin yan üz tərəfində dik uzanan
bir bitki ətrafında simmetrik səpkidə qurulmuş iki tovuz quşu fiquru təsvir
olunmuşdur. Tovuz quşlarının hər ikisinin boyunlarından elə bil havada yellənən
uzun baftalar asılmışdır. Bu detala xüsusi fikir vermək lazımdır, çünki alimlərin
fikrincə, ilk orta əsrlərdə bu baftalar simvolik məna kəsb edərək, onu daşıyan quş
və heyvanın
müqəddəs olduğunu
bildirirdi.
Tovuz quşunun keçmişdə
müqəddəs sayılması, onun od və
günəş
ilahəsinin
rəmzi
olması
haqqında çox maraqlı məlumatlar
vardır.
Hələ
VII-VIII
əsrlərdə
Mərkəzi Asiyada yaşayan türk
xaqanlarının qəbulunda olmuş əcnəbi
səyyahlar onların
bu quşu müqəddəs
sayaraq ona
sitayiş etdiklərini
bildirmişlər.
Bu barədə böyük Azərbaycan
şairi Nizami Gəncəvinin fikri də
qiymətlidir. Nizami "İskəndərnamə"
poemasında Nüşabənin Bərdədəki
sarayını təsvir edərkən bir neçə dəfə
ipək parçalar üzərinə salınmış tovuz
quşları
rəsmlərindən
danışaraq
onların
türk
xalqları
arasında
müqəddəs sayıldığını bildirir.
Təsvir
etdiyimiz abidədəki
tovuz quşları arasından uzanan bitki də bu nöqteyi-nəzərdən diqqətimizi cəlb edir.
Araşdırmalar göstərir ki, insanlar uzaq keçmişdə kainatın varlığını təmsil edən "su,
od, torpaq və hava" kimi dörd təbii ünsürün məhsulu olan bitkiyə sitayiş etmişlər.
Zaman dəyişdikcə bu hər dövrün öz ideoloji və estetik xüsusiyyətlərinə uyğun
olaraq müxtəlif forma və şəkillərdə olmuşdur. Məlum olduğu kimi, keçmiş
zamanlarda "Müqəddəs ağacı" palıd, zeytun, əncir, sərv ağacı, bəzən isə hətta adi
çiçək və ya yarpaq da təmsil etmişdir.
Bitki müqəddəs xarakter daşıdığı üçün dekorativ-tətbiqi sənət növləri
üzərindəki kompozisiyalarda həmişə diqqət mərkəzində olurdu. Bitki ətrafında
simmetrik
şəkildə verilən quş, heyvan, insan fiqurları isə, adətə görə, müxtəlif
cinslərdən (erkək, dişi) olmalı idi.