A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə33/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   29   30   31   32   33   34   35   36   ...   61
id55880

Mirzə ƏIi. 
Yaradıcılıq istiqaməti və bədii üslub xüsusiyyətlərinə görə Soltan 
Məhəmmədin ən yaxın davamçısı öz oğlu və tələbəsi Mirzə Əli Təbrizi olmuşdur. 
Qazı Əhmədin göstərdiyinə görə, Mirzə Əli öz dövrünün istedadlı və məşhur 
sənətkarlarından idi. "Boyakarlıq sənətində onun tayı-bərabəri yox idi. Təsvirçilikdə 
çox az adam ona çata bilərdi". Mustafa Ali də onu çox görkəmli boyakar rəssam və 
mahir rəsm ustası kimi tərif edir. Rəssamın elm aləmində bəlli olan 3-4 əsəri orta əsr 
müəlliflərinin tamamilə haqlı olduqlarını sübut edir. 
Aydındır ki, Mirzə Əli bədii təlimini atası Soltan Məhəmməddən almış və 
Qazı Əhmədin qeyd etdiyi kimi, onun sağlığında Şah Təhmasibin saray 
kitabxanasında işləyib şöhrət qazanmışdır. Mirzə Əlinin nə vaxt müstəqil 
yaradıcılığa başladığı və hansı əlyazmasına ilk illüstrasiyalarını çəkdiyi bəlli deyil. 
Lakin onun öz müəllimi və atası Soltan Məhəmmədlə və dövrün ustad sənətkarları 
ilə birlikdə 1539-1543-cü il tarixli "Xəmsə" əlyazmasının bədii tərtibatı üçün dəvət 
edilməsi Mirzə Əlinin bu illərdə artıq təcrübəli və şöhrət qazanmış bir rəssam 
olduğunu göstərir. Digər tərəfdən Mirzə Əlinin "Xəmsə" nüsxəsinə çəkdiyi 2 əsərin 
yüksək üslubu, böyük sənətkarlıqla işlənməsi, bunların ilk yaradıcılıq təcrübəsinin 
nəticəsi deyil, səriştəli bir sənətkarın kamil işləri olduğunu sübut edir. 
Bu sözləri eyni ilə rəssamın daha əvvəllər, 1537-ci il tarixli Təhmasib 
"Şahnamə"sinə çəkdiyi əsərləri haqqında da söyləmək olar. "Şahnamə"nin 
ədəbiyyatda bəlli olan illüstrasiyalarından bir neçəsi bu və ya başqa dərəcədə Mirzə 
Əlinin məlum əsərlərini xatırladır. Onlardan ikisinin - "Nuşirəvanın Hind elçilərini 
qəbul etməsi" və "Zahidin xəstə qadına xeyir-dua verməsi" səhnəsini təsvir edən 
miniatürlərin isə Mirzə Əliyə mənsub olması heç bir şübhə doğurmur. 
Birinci əsər çoxfiqurlu kompozisiyanın təşkili, fiqurların qruplaşdırılması 
və yerləşdirilməsi, memarlıq formaları və onların dekorativ bəzəyinin, taxt-rəvanda 
əyləşmiş şahin, bir sıra başqa fiqurların və detalların təsvirinə görə Mirzə Əlinin 
"Xəmsə"yə çəkdiyi "Xosrovun Barbedin musiqisinə qulaq asması" miniatürünü 
xatırladır. Bəzi detallar, o cümlədən arxa planda yer belləyən bağban surəti, sarayı 
bəzəyən divar rəsmi, qol-budaqlı çinar demək olar ki, rəssamın bütün əsərlərində 
bu və ya başqa formada təkrarlanır, onun fərdi yaradıcılıq üslubunun səciyyəvi 


122 
əlamətlərini təhlil edir. 
Təxminən 1530-cu illərin ortalarında çəkilmiş bu əsər Mirzə Əlinin ilk işi, 
yaxud ilk işlərindən biri olsa da, yüksək bədii üslubu, məharətlə işlənməsi ilə seçilir, 
gənc rəssamın istedadlı kompozisiya və rəsm ustası olduğunu nümayiş etdirir. 
1537-ci ildə tamamlanan "Şahnamə"də müvəffəqiyyətli çıxışından sonra, 
Mirzə Əli başqa saray rəssamları kimi və onlarla birlikdə "Xəmsə" əlyazmasının 
bədii tərtibatına cəlb edilir. Rəssamın bu əsərin tərtibatındakı fəaliyyəti daha genişdir 
və onun yaradıcılığının daha yüksək inkişaf mərhələsini əks etdirir. 
Mirzə Əlinin həmin "Xəmsə"də iki imzalı əsəri vardır. Hər ikisi "Xosrov və 
Şirin" poemasına çəkilmiş bu əsərlərdən birində Şapurun Xosrovun portretini Şirinə 
göstərməsi, ikincidə isə Xosrovun Barbedin musiqisinə qulaq asması epizodları təsvir 
edilir. 
Miniatür sənətində geniş yayılmış məclis təsviri üçün gözəl əyani material 
verən bu epizodu rəssam adi həyat hadisəsi, sarayda tez-tez rast gəldiyi kef və musiqi 
məclisi kimi şərh edir. Başda əsas qəhrəman Xosrov da olmaqla məclisin bütün 
iştirakçıları Təbriz məktəbi üçün səciyyəvi olan kanonlar əsasında idealizə edilmiş halda 
təsvir olunur. Bütün fiqurlar geyimi, papağı və s. etnoqrafik xüsusiyyətlərinə görə 
müasir saray əyanlarının obrazında əks etdirilir. Xosrovun surəti şah Təhmasibin 
surətində qəbul edilmiş portret surətini xatırladır. Təkcə əsas surətlərin deyil, təfər-
rüatın, şəraitin, kiçik detalların da reallığa uyğun tərzdə təsvir edilməsi miniatürün 
müasirlik ruhunu qüvvətləndirir, onu rəssamın öz dövrünü Şah Təhmasibin saray həyatını 
əks etdirən məişət janrlı əsər kimi qiymətləndirməyə əsas verir. Hər iki əsər Mirzə 
Əlinin mahir kompozisiya ustası, gözəl kolorist, zərif və səlis rəsm ustası olduğunu 
sübut edir. Geniş bəlli olan bu 3 əsərdən əlavə, bəzi tədqiqatçılar bir neçə başqa 
miniatürü də Mirzə Əliyə aid edirlər. Məsələn, B.Robinson, Ə.Caminin 1540-cı il 
tarixli "Yusif və Züleyxa" (Dublin, Çester Bitti kitabxanası) əsərinə çəkilmiş 5 
miniatürdən üçünü Mirzə Əliyə aid edir. Bunlardan birində Cəbrayılın Yusifə xəbər 
gətirməsi epizodu təsvir olunur. Qarşısında əyləşərək bağışlanmasını xahiş edən 
Züleyxaya "hə", "yox" cavabı verə bilməyən Yusif qeybdən sonra gözləyərkən 
Cəbrayıl zühuru olub ona xəbər verir ki, Allah Züleyxanın günahından keçdi və 
onları nikahladı. Çoxrəngli kaşı və divar rəsmləri ilə zəngin bəzənmiş portal fonunda, 
qiymətli xalça üstündə oturmuş Yusif gözəl, nur saçan bir gənc obrazında təsvir 
edilir. Yusif və önündə oturmuş Züleyxanın fiqurları təsvir olunan diaqonalın 
sonunda əlindəki qızıl qabdan Yusifin başına nur saçan Cəbrayıl təsvir olunur. Bütün 
fıqurların diaqonal boyu yerləşdirilməsi kompozisiyaya dinamiklik verir. Əsas surət-
lərin, həmçinin kənarda dayanmış eşikağasının, portal və onun dekorativ bəzəyinin 
həllinə görə bu əsər Mirzə Əlinin "Xəmsə" və "Ləvaeh" nüsxələrindəki işlərini
rəssamın dəsti xəttini xatırladır. 
Bunlardan əlavə, İstanbulda, Topqapı muzeyində saxlanan Şah Təhmasib 
albomunda musiqi məclisini təsvir edən diptixi və bütün xüsusiyyətlərinə görə Mirzə 
Əlinin əsərləri siyahısına cəsarətlə daxil etmək olar. 
Əlbəttə, Mirzə Əlinin bədii irsini nəzərdən keçirilən əsərlərlə 


123 
məhdudlaşdırmaq olmaz. Şübhəsiz ki, rəssam "Xəmsə" və "Şahnamə"dən əvvəl də, 
"Ləvaeh"dən sonra da bir çox əsərlər yaratmışdır. Lakin təəssüf ki, hazırda Mirzə 
Əlinin olması şübhə doğurmayan miniatürlər çox az olduğundan bu istedadlı 
rəssamın yaradıcılığını ətraflı və hərtərəfli işıqlandırmaq çətindir. Buna 
baxmayaraq, nəzərdən keçirdiyimiz əsərlərin yüksək bədii üslubu, xüsusən 
mükəmməl kompozisiya qurumu, zəngin koloriti və ifadəli obrazları Mirzə Əlinin 
XVI əsr Təbriz məktəbinin görkəmli sənətkarlarından biri olduğunu və miniatür 
sənətinin inkişafında mühüm rol oynadığını söyləməyə haqq qazandırır. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə