A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə41/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   37   38   39   40   41   42   43   44   ...   61
id55880

Ordubadda mədrəsə. 
XVII yüzillikdə inşa edilmiş binalardan biri də 
Ordubaddakı mədrəsədir. Ümumiyyətlə, mədrəsələr qapalı həyətin ətrafında yerləşən 
bir neçə hücrədən ibarət olur. Ordubad mədrəsəsi də belə bir quruluşa malikdir. 
XVII yüzilliyin sonlarında tikildiyi ehtimal edilən mədrəsə iki mərtəbəli olub, 
hücrələrinin qarşısında kiçik eyvanlar yerləşmişdir. Bütün bu xüsusiyyətlərinə görə 
Ordubad mədrəsəsi XVI-XVII yüzilliklərin Azərbaycan karvansaralarına çox 
oxşayır, lakin karvansaralardan fərqli olaraq, burada məscid mərkəzdə yerləşir. 
Ordubad mədrəsəsində başqa mədrəsələrdə təsadüf edilən böyük həcmli 
məscidin olmaması, yaxınlıqda Ordubad Cümə məscidinin yerləşməsi ilə izah edilə 
bilər. 
Ordubad Cümə məscidi indiki halında XVII əsrin abidəsi hesab oluna bilər. 
Lakin şübhə yoxdur ki, Ordubad məscidi daha qədim dövrlərdə tikilmiş, XVII 
əsrdə isə yenidən düzəldilərək indiki halını almışdır. Məscidin daha qədim 
zamanlara aid olması, xüsusilə, onun plan quruluşunda hiss edilir. Binanın xarici 
gorünüşü isə XVII əsr formalarına uyğundur. Cümə məscidinin xarici gorkəmində 
diqqəti cəlb edən xüsusiyyətlərdən biri də binanın təbii qaya çıxıntısı üzərində 
tikilməsidir. Bunun nəticəsində məscid yüksək bir kürsülük üzərində tikilmiş 
binaya oxşayır. 
Kələxana türbələri. 
XVII əsrin monumental abidələri sırasına daxil 
edilməyə layiq olan memarlıq nümunələrindən biri də Şamaxı yaxınlığında Kələxana 
kəndindəki türbələrdir. Təxminən 250x150 m sahədə yerləşən bu türbələrin sayı 
vaxtilə 9 olmuşdur, hazırda isə 8-i qalır. Bunların yeddisi yaxşı qalmışdırsa, səkkizinci 
türbə dağınıq haldadır. 
Üçüncü türbənin qarşısında, onu əhatə edən divar və divarın bir tərəfində 
giriş portalı şəklində düzəldilmiş tikintilər vardır. Kələxana türbələri Azərbaycan üçün 
səciyyəvi olan səkkizbucaqlı türbələrdir. Türbələrin gövdəsi səkkizbucaqlı prizma, 
örtükləri isə səkkizbucaqlı piramida şəklindədir. Türbələrin hamısına səliqə ilə yonulmuş 
ağ daşdan üz çəkilmişdir. Kələxana türbələri bir-birinə çox oxşamır, onların hər biri 
özünəməxsus xüsusiyyətlərə malikdir. Türbələrin fərdi xüsusiyyətlərini, əsasən, 
onların giriş qapısında görmək mümkündür. Burada hər türbənin qapısı müxtəlif 
şəkilli çərçivəyə alınmış, bəzi qapıların yuxarısında lövhələr yerləşdirilmişdir. 
Türbələrdən birinin üzərində kitabə vardır ki, burada binanın 1663-cü ildə Sərkər 
Əbdülün rəhbərliyi ilə tikildiyi göstərilmişdir. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə