A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə49/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   45   46   47   48   49   50   51   52   ...   61
id55880

 
 
MONUMENTAL-DEKORATİV BOYAKARLIQ 
Əgər keçmiş dövrlərdə memarlıq abidələrinin bəzəyində tətbiq olunmuş 
ünsürlərin əksəriyyətini kaşı təşkil edirsə, XIX yüzillikdə bunlar daha çox boyakarlıq 
sənəti ilə əvəz olunmağa başlayır. Hazırda respublikamızın bir çox yerlərində bu 
dövrlərdə yaradılmış olduqca maraqlı və bədii cəhətdən gözəl, qiymətli 
monumental boyakarlıq sənəti nümunələri qalmaqdadır. Şəki, Şuşa, Quba, Lahıc, 
Ordubad və başqa yerlərdə olan memarlıq abidələrinin bədii tərtibatında istifadə 
edilmiş bəzək nümunələri, bu sənətin ənənəvi xüsusiyyətlərini saxlamaqla, gözəl 
bədii əsər örnəyi kimi də fərqlənir. 
Yuxarıda göstərilən yerlərdəki monumental-dekorativ sənət nümunələri bir 
sıra memar və sənətşünaslarımız tərəfindən tədqiq edilmiş və onları yaratmış 
ustalar da aşkara çıxarılmışdır. 
Azərbaycanda 
monumental-dekorativ 
boyakarlıq 
sənətinin 
bədii 
xüsusiyyətlərinin əsasını böyük məharətlə əlaqələndirilmiş və ümumiləşdirilmiş 
xalq yaradıcılığının ən geniş yayılmış növü sayılan ornament təşkil edir. Bu 
ornament ünsürlərinə biz xalça, metal məmulatı, daş, taxta üzərindəki oymalarda və 
başqa dekorativ-tətbiqi sənət əsərlərinin üzərində də rast gəlirik. Bundan əlavə, 
monumental-dekorativ bəzəklərinin kompozisiya quruluşu və rəngləri də xalq 
yaradıcılığının başqa nümunələri ilə əlaqədardır. Monumental-dekorativ 
bəzəklərimizin ornamentləri əsasən nəbatat aləmindən götürülmüş motivlərdən təşkil 
olunur. Bu motivlər müəyyən formalarda stilizə edilmiş dekorativ xüsusiyyət daşıyır. 
Azərbaycan 
monumental-dekorativ 
bəzəklərindəki 
ornamentlər 
kompozisiya etibarilə iki üsulla qurulur: simmetrik və qeyri-simmetrik. 
Simmetrik üsul ilə qurulmuş müxtəlif motivlərdən ibarət kompozisiyalar 


213 
adətən bir tağ, yaxud taxta formalı səthin üzərində yerləşdirilir. Əgər bu səthi biz 
şaquli xətt ilə iki düz bərabər yerə bölsək, həmin simmetriyanı ala bilərik. Qeyri-
simmetrik üsul isə, adətən 
yuxarı haşiyədə və yaxud 
tavanla divarı birləşdirən 
yerlərdə (stalaktit və s.) 
verilir. Burada kiçik tağ 
formalarında 
qurulan 
səthlərdə ayrı-ayrı motivlər 
işlənmiş olur. 
Azərbaycan 
monumental-dekorativ 
bəzəklərinin 
rəngləri 
də 
ornamentləri qədər zəngin 
və müxtəlifdir. Onlar üçün 
şəffaf və xaki rənglər 
səciyyəvidir. Bu rənglərin 
bir-birinə uyğunlaşdırılması 
və ahəngdarlığı ustalardan 
çox böyük bacarıq tələb edir. 
Monumental-dekorativ 
sənətimizdə işlədilən rənglər 
spektrin demək olar ki, 
bütün rənglərini əhatə edir. 
Ən çox təsadüf edilən tünd 
və açıq-qırmızı, çəhrayı, 
tünd və açıq-yaşıl, abı, tünd 
və açıq-qəhvəyi, sarı rənglərdir. Azərbaycan monumental-dekorativ bəzəklərinin 
ayrı-ayrı sənətkarlar tərəfindən müxtəlif yerlərdə çəkilməsinə baxmayaraq, onlar 
vahid bir milli üsluba malik olub, el sənətlərinin bədii ənənələrini özündə əks etdirir. 
Bu rəsmlərin, ornamentlərin kompozisiyaları, rəngləri və hətta işlənmə texnikası, 
onları bir çox Yaxın Şərq ölkələrinin monumental-dekorativ sənətindən 
fərqləndirir. 
Azərbaycan monumental bəzəkləri çox mürəkkəb kompozisiyalarda 
verilir. Böyük bir divar səthi bir neçə kiçik və müxtəlif formalı səthlərə bölünür ki, 
bunlarda da tağ, haşiyə, göl, taxça və sair formalarda, nəbatat və yaxud heyvanat 
aləmindən götürülmüş motivlərdən ibarət rəsmlər yerləşdirilir. Nəbati motivlərdən ən 
çox işlədiləni müxtəlif ot kolları, sərv və çinar ağacları, lalə, qərənfil, qızılgül, 
zanbaq, nar gülü və başqalarının təsviridir. Heyvanat aləmindən götürülmüş 
motivlər isə ən çox bülbül, tovuz quşu, tutuquşu, ceyran, maral və sairədir. Bəzi 
hallarda, ov və müharibə səhnələrini təsvir edən lövhələrə, yaxud Nizami 
Gəncəvinin əsərlərinə çəkilmiş səhnələrə də rast gəlmək olur. 


214 
Yuxarıda söylədiyimizin çoxu Azərbaycan monumental-dekorativ sənətinin 
fəxri sayılan Şəki xan sarayında öz əksini tapa bilmişdir. 
Şəki xan sarayı bəzəklərinin müxtəlif vaxtlarda və ayrı-ayrı sənətkarlar 
(Usta Abbasqulu, Usta Qənbər Qarabağı, Usta Səfər, Usta Şükür, Usta Qurbanəli) 
tərəfindən çəkilməsinə baxmayaraq, onlar vahid bir üslub xüsusiyyəti daşıyaraq 
şairanə təsir bağışlayır. 
Şəki xan sarayı ornamental bəzəklərinin əksəriyyətini quşlarla gül motivi 
təşkil edir. Simvolik məhəbbət səhnələri gül və bülbül vasitəsi ilə, aşiq və məşuqun 
görüşləri, onların bir-birinə olan münasibətləri klassik şairlərimiz tərəfindən dönə-
dönə vəsf edilmişdir. Gül və bülbül motivləri çoxlu qəzəllərdə xanəndələr 
tərəfindən müxtəlif məclislərdə oxunmuşdur. Xalq ədəbiyyatı və musiqisində olduğu 
kimi, bu motiv dekorativ-tətbiqi sənətimizdə də öz ifadəsini tapmışdır. 
Şəki xan sarayının divarındakı quş və gül rəsmləri bir qayda olaraq 
qabaqcadan müəyyən edilmiş tağ və taxça formalı səthlər üzərində çəkilmişdir. 
Burada həmin səth müxtəlif gül şaxələri, açılmış güllər və qönçələrlə doldurulur, 
səthin orta yuxarı hissəsində budaqların üstünə qonmuş quş təsvir edilir. 
Şəki xan sarayı tavanında verilmiş bəzəklər də öz ornament motivlərinin 
zənginliyi və texniki icrası ilə diqqəti cəlb edir. Tavan üzərində çəkilmiş rəsmlər 
böyük və gözəl bir xalını xatırladır. Tavanın ortasında olan göl və kənarları 
haşiyələnmiş sahə açıq yerlikdə verilmişdir. Göl və haşiyənin arasındakı boşluqlar 
nəbati ornamentlərlə doldurularaq rapportsuz və ritmlərdə təsvir edilmişdir. 
Otaqların dekorativ tərtibatında taxçalarda və onların aralarında qalan divar 
səthində yerləşən pannolar xüsusilə əhəmiyyətli yer tutur. Həmin pannolarda xalq 
ustaları adətən doğma vətənin təbiətini götürüb, onun gözəlliklərini, bərəkətli 
torpağının yetirdiyi nemətləri, yurdumuzun flora və faunası üçün xas olan gül və 
çiçəkləri, heyvan və quşları təsvir edirlər. Burada müxtəlif variantlarda, müxtəlif 


215 
çeşnilərdə qızılgül, lalə, yasəmən, zanbaq, yaraşıqlı sərv və çinar, nar və s. gül və 
ağaclar, maral, ceyran, kəklik, qırqovul, bülbül, tovuz, göyərçin və s. heyvan və 
quşların realistik təsvirinə xüsusilə geniş yer verilmişdir. Bəzən gül və çiçəklər 
müxtəlif tərzdə bir-birinə sarmaşaraq mürəkkəb kompozisiyalar əmələ gətirir. Bəzən 
vazalardan qalxan gül və çiçək dəstələri sanki fəvvarə vuraraq ətrafa səpələnir, sərbəst 
kompozisiyalı pannolar yaradırlar. Ağacların, gül və çiçəklərin üzərində real təsvir 
olunmuş quşların verilməsi bu təsvirləri daha da canlandırır. 
Qeyd etmək lazımdır ki, İran, Orta Asiya və Şərq ölkələrinin divar rəsmləri 
üçün də səciyyəvi olan bu motiv Azərbaycanda daha geniş yayılmış və yüksək 
inkişaf etmişdir. Yalnız Şəki xan sarayında "taxçada güllər" adlandırdığımız bu 
motivin 20-dən çox müxtəlif çeşnilərdə işlənməsi bu fikri təsdiqləyən inandırıcı 
dəlil hesab edilməlidir. Usta Qəmbərin çəkdiyi bəzi pannolarda içərisində gül dəstələri 
olan vazaların hər iki tərəfindən simmetrik olaraq ya sərv ağacları, ya da üz-üzə 
dayanmış quş və heyvan fiqurları təsvir olunur. Bu kimi təsvirlər, şübhəsiz ki, vaxtilə 
daşıdığı simvolik mənasını itirərək sonralar sadəcə bəzək elementinə çevrilmiş peraldik 
kompozisiya motivlərindəndir. Bəzən gül dolu vazı qız fıquru ya əlində, yaxud da 
başında saxlayır. 
Simvolik xarakter daşıyan motivlərdən biri də Şəki xan sarayında, 
Mehmandarovun evində və s. yerlərdə tez-tez və müxtəlif çeşidlərdə təkrarlanan 
müqəddəs ağac motividir. Mehmandarovun evində usta Qəmbərin yaratdığı bir 
pannoda nar ağacının hər iki tərəfində simmetrik verilmiş iki maral təsvir edilir. 
Şəki xan sarayı bəzəklərinin orijinal xüsusiyyətlərindən biri də onlarda süjet 
xarakterli kompozisiyaların verilməsidir. Süjetli kompozisiyalar sarayın ikinci 
mərtəbəsində divarda enli haşiyə arasında təsvir edilmişdir. Sarayın əsas zalının 
frizində çəkilmiş bu süjetli kompozisiyalar ov və müharibə səhnələrini əks edir. Şərti 
dekorativ bir üslubda çəkilmiş səhnələr bir çox xüsusiyyətlərinə görə əvvəlki 
dövrlərin çoxfiqurlu kompozisiyalı miniatür sənətini xatırladır. 


216 
Divarın orta haşiyəsini təşkil edən bu səhnəciklər özündən yuxarı və aşağı 
səthlərlə ümumi bir vəhdət yaradaraq onlarla sıx surətdə əlaqələndirilmişdir. Süjetli 
kompozisiyaları bərpa edərkən mütəxəssislər onların müxtəlif dövrlərdə ayrı-ayrı 
sənətkarlar tərəfindən yaranmasını aşkar etmişlər. Beləliklə, üzə çıxarılmış ilk 
rəsmlərin daha rəngarəng və həyati təsvir edilməsi aydın olmuşdur. 
Şəkixanovların evi də sintez xüsusiyyəti daşıyan monumental dekorativ 
boyakarlıq sənətinə malikdir. Evin divarları bütövlükdə nəbati motivlərdən ibarət 
naxışlarla əhatə olunmuşdur. Bu ornament motivləri öz rəngi, rəsmi və texniki icrası 
baxımından Azərbaycan monumental-dekorativ boyakarlıq sənətinin ən gözəl 
nümunələrindən sayıla bilər. 
Şəkixanovların evində yerləşən monumental-dekorativ boyakarlıq 
nümunələri qəbul otağının üç divarında və tavanında yerləşmişdir. Otağın dördüncü 
divarını bütünlüklə rəngli şüşələrlə bəzədilmiş şəbəkəli pəncərə təşkil edir. 
Şəkixanovların evində ornamental bəzəklərlə yanaşı, portret janrına aid 
əsərlərə də rast gəlinir. Qəbul otağının zəngin dekorativ bəzəkli interyerində, 
müxtəlif ornament kompozisiyaları ilə haşiyələnmiş taxçalarda Nizaminin 
qəhrəmanlarını əks etdirən portretlər verilir. Bunlardan dördü beldən yuxarı, oval 
kompozisiyada, üçü isə ayaq üstə, fiqur boyu təsvir edilir. Obrazlarda və dekorativ 
xarakter daşıyan bu əsərlərdə gözəçarpan bəzi realist təsvir vasitələri onları çəkən 
rəssamın Avropa boyakarlığı ilə tanış olduğunu göstərir. Firuz adlı sənətkar tərəfin-
dən işlənmiş bu portretlərdən bəziləri (Slavyan gözəli, Fərhad və s.) bir qədər bəsit 
həll edilmiş mənzərə fonunda təsvir olunur. Maraqlı burasıdır ki, həmin əsərlərdə 
rəssam kompozisiyanın daha təbii, surətlərin canlı və ifadəli olmasına çalışmışdır. 
Şəkixanovların evindəki insan təsvirlərini əgər portret adlandırırıqsa, söz 
yox ki, bu istilahın şərti mənada işlənməsini nəzərə almalıyıq. Burada Bisütun dağını 
yaran əfsanəvi Fərhad obrazı xüsusilə diqqətəlayiqdir. Kompozisiyanın 
dinamikliyi, fiquranın gərgin hərəkətdə, mürəkkəb vəziyyətdə verilməsi və obrazın 
psixoloji ifadəliyinə görə bu əsər yalnız Azərbaycanda deyil, ümumiyyətlə, Yaxın 
və Orta Şərq divar rəsmlərində görkəmli yer tutur. Şəkixanovların evindəki digər 
surətlərin Nizami poemalarının qəhrəmanlarını əks etdirdiyi qəbul edilmişdir. 
Onlardan bəziləri oval daxilində beldən yuxarı, üçü isə şərti dekorativ üslubunda 
təsvir olunan sadə mənzərə fonunda verilmişdir. 
Bədii üslub xüsusiyyətlərinə görə bu portretlərə çox oxşayan portret 
təsvirlər Ordubadda Mir Əbdülrəhim bəy Qüdsinin evində də dövrümüzə qədər 
gəlib çatmışdır. Burada pəncərələrin yan divarında üz-üzə dayanmış halda təsvir 
olunan kişi və qadın portretləri obrazın həlli, etnoqrafik xüsusiyyətləri və bədii 
ifadə vasitələrinə görə XVIII-XIX əsrin əvvəlləri üçün səciyyəvi olan divar 
rəsmlərini xatırladır. 


217 
Əgər Şəki, Şuşa, Ordubad tikintilərinin bədii tərtibatında təsadüf edilən 
monumental boyakarlıqda 
əsasən milli ornament və 
süjetlərdən 
istifadə 
edilirdisə, həmin dövrdə 
Bakı memarlığında biz 
daha çox Avropa mənşəli 
süjetli 
kompozisiyalar, 
mənzərə 
və 
təsvirlərlə 
rastlaşırıq. Müəlliflər həm 
Şərq, həm də Avropa 
üslublu 
tikintilərdən 
bəhrələnirlər. 
Bu 
tipli 
təsvirlərə canlı xarakter 
vermək üçün onlara nağıl 
xarakterli süjetlər daxil 
edilir. Lakin onların tədqiqi belə bir fərziyyə söyləməyə imkan verir ki, bu təsvirlər 
obyektlərin bilavasitə seyri nəticəsində yaradılmayıb, müxtəlif qravür, litoqrafiya və 
fotolardan götürülmüşdür. Ona görə də bu cür təsvir və kompozisiyalarda, bir qayda 
olaraq canlılar, real təcrübədən gələn hiss və emosiyalar özünə yer tapmır. 
Rəssamlar, ilk növbədə diqqətini cisim və canlandırdıqları mənzərələrin xarici 
görkəmi üzərində toplayıb, zahiri oxşarlığa başlıca əhəmiyyət verirlər. Bununla belə 
təsvirlərdə rəng çalarlarının dolğunluğu, onların şuxluğu və zəngin dekorativizmi 
rəssamlara ənənəvi sənətimizin güclü təsir göstərdiyi haqqında məlumat verir. 
Dediklərimizə ən parlaq nümunə olaraq hazırkı M.Muxtarov küçəsində 
yerləşən 24 saylı (indiki Memarlar Birliyi) binanın divar rəsmlərini göstərmək olar. 
Burada kəcdən işlənmiş və qızılı rənglə bəzədilmiş ənənəvi naxış sisteminə Avropa 
ruhlu dəzgah boyakarlığı üslubunda verilmiş təsvirlər vardır. Həmin təsvirlərdə 
Qərb sənətinə xas olan forma və əşyaların müxtəlif planlarda verilməsi, perspektivin 
mövcudluğu, mənzərə və təsvirlərin formal konkretliyi, fiqurların işıq-kölgə və isti-
soyuq rəng təzadları vasitəsilə modelləşdirilməsi üsulları ilə rastlaşırıq. Bununla 
belə, təsvirlərin mürəkkəb naxış sisteminə daxil edilməsi interyerə Şərq zənginliyi 
və dəbdəbə xarakteri bağışlayır. 
Bəzən binaların dəhlizlərində müxtəlif portret xarakterli təsvirlərə də rast 
gəlirik. Belələrinə misal olaraq hazırda İçərişəhərdə Asəf Zeynallı küçəsində 
yerləşən 45 saylı binanın dəhlizindəki təsviri göstərmək olar. Qeyd etmək lazımdır 
ki, burada Qərb akademizminə müvafiq qaydalara əməl olunduğuna baxmayaraq, 
həmin təsvirdə Avropa portret sənətinə xas olan psixologizm nəzərə çarpmır. Buna 
həm də təsvirin tavanda yerləşməsi sübut ola bilər. Qarşımızda bir növ dekorativ 
bəzək mahiyyətli təsvir canlandırılmışdır. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə