A z ə r b a y c a n diLİ VƏ t a r I x I


Xurşidbanu Natəvan Mehdiqulu xan qızı



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə48/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   44   45   46   47   48   49   50   51   ...   61
id55880

Xurşidbanu Natəvan Mehdiqulu xan qızı 
(1832-1897) verilən məlumatlara 
görə ilkin təhsilini və rəsmə olan həvəsini bibisi Gövhər xanımdan almışdır. Bəllidir 
ki, Xurşidbanu Natəvan müntəzəm surətdə rəsm sənəti ilə məşğul olmuşdur. 
Araşdırmalar göstərir ki, o, hətta Tiflisdə oğlu Mehdiqulu xanın yanında olarkən, boş 
vaxtlarını Kürün sahillərində keçirər, birbaşa naturadan təbiətin gözəlliyini əks 
etdirən gül-çiçək, mənzərə lövhələrini işlərmiş. Müasirləri xan qızının rəsm 
əsərlərini yüksək qiymətləndirmişlər. Şair Həsən Yüzbaşı Natəvanın əsərlərinə 
valeh olaraq demişdir: "...Bunu nəinki adi bir insan, hətta Şərqin məşhur 
rəssamlarından olan Mani və Behzad da yarada bilməz". 
Hazırda Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları İnstitutunda 
saxlanılan 1886-cı il tarixli albom buna gözəl misal ola bilər. Albomda Natəvanın 
müxtəlif vaxtlarda çəkdiyi gül-çiçək, quş rəsmləri və oraamentləri ilə yanaşı bir 
neçə mənzərəsi də vardır. 
Natəvanın albom rəsmlərinin çoxu lirikasının ruhuna uyğun olaraq şam 
ətrafında pərvanəni, gül və bülbülü, habelə müxtəlif mənzərələri əks etdirir. Şairin 
əsərləri arasında şəhər və dəniz təsvirləri xüsusi maraq doğurur. Burada konkret 
məkanın obrazlı ifadəsini vermək cəhdi xüsusilə diqqətəlayiqdir. Bu seriyadan 
"Dağlara yol", "Məscidli qala", "Dəniz kənarı" əsərlərində diqqəti daha çox cəlb 
edən cəhət mənzərənin təsvirində perspektivin, fəza tutumunun məharətlə 
göstərilməsi, təbiətin real və inandırıcı əks edilməsidir. 
Albomda verilən qara karandaşla çəkilmiş zərif gül-çiçək rəsmləri də 
diqqəti cəlb edir. Onların əksəriyyətində Natəvanın öz xəttilə yazılmış qəzəlləri 
verilmişdir. 
Qeyd etdiyimiz şəkilli albomun maraqlı xüsusiyyətlərindən biri də ondan 
ibarətdir ki, onun üz qabığı Natəvanın əli ilə muncuqlu tikmə üsulunda icra 
olunmuşdur. Rəngarəng muncuqlardan tərtib edilmiş bu tikmədə qovaq ağacı təsvir 
olunub. 
Hazırda Bakıda Azərbaycanın tarixi və incəsənət muzeylərində Natəvanın 
bu texniki üsulla icra olunmuş yüksək bədii xüsusiyyətlər kəsb edən bir neçə 
tikməsi saxlanılır. Muncuqlarla bəzədilmiş belə bədii tikmələrdən birini Natəvan 
1858-ci ildə Bakıya gəlmiş məşhur fransız yazıçısı Aleksandr Dümaya hədiyyə 
vermişdir. Əl işinin incəliyinə heyran olan Düma onu "ən qiymətli hədiyyə" 
adlandırmışdır. 
X.Natəvanın əl işləri öz dövründə Rusiyanın müxtəlif şəhərlərində təşkil 
olunmuş sərgilərdə nümayiş etdirilmişdir. 1882-ci il Ümumrusiya sərgisinin 
Qafqaz şöbəsi vitrinində qoyulmuş sənət nümunələri içərisində Xan qızının 
(Natəvanın) mahud üzərində qızıl-gümüş saplarla toxuduğu əsərlər xüsusi diqqəti 
cəlb etmişdir. Onlar düzgün və ciddi rəsmləri, rənglərinin vəhdəti ilə seçilir. 
Deyilənlərə yekun vuraraq, bir daha qeyd etmək lazımdır ki, Azərbaycan 
incəsəntində şərti-dekorativ təsvir metodundan realist təsvir metoduna keçid prosesində 
XIX yüzilliyin görkəmli fırça ustaları Mirzə Qədim İrəvani və Mir Möhsün Nəvvabın 
yaradıcılıq irsi ilə birlikdə şairə, rəssam Xurşidbanu Natəvanın bədii irsinin də mühüm 


209 
rolu olmuşdur. 
XIX yüzillikdə sənətşünaslıq elmində "Qacar üslubu" adını almış səpkidə 
(Təbriz, Urmi, Xoy və s.) fəaliyyət göstərən rəssamlarımız da olmuşdur. Mirzə 
Qədim İrəvaninin bəzi əsərlərini xatırladan bu bədii üslub XVIII yüzillikdə İran və 
Azərbaycanda Avropa boyakarlığının təsiri nəticəsində yaranmışdır. 
Hazırda Moskvada Şərq Xalqları İncəsənəti Muzeyində, Tbilisidə 
Gürcüstan Dövlət İncəsənət Muzeyində Sankt-Peterburqda Dövlət Ermitajında, 
Bakıda Dövlət İncəsənət Muzeyində "Qacar üslubunda" işlənmiş bir çox əsərlər 
saxlanılır ki, onlardan bəziləri adları bəlli olan, tanınmış, çoxu isə naməlum Cənubi 
Azərbaycan rəssamları tərəfindən çəkilmişdir. Belə əsərlərə uğurlu misal olaraq, 
Əbdülqasım Təbrizinin "Tarzən Münəvvər Şirazi", "Kamança çalan qız", "Dəf 
çalan qız" portretlərini göstərmək olar. Bu portretlər obrazın həlli və etnoqrafik 
xüsusiyyətlərinə görə bir-birinə çox yaxındılar. 
Fikrimizcə 1826-cı il tarixli "Tarzən Münəvvərin" portreti sənətkarlıq 
baxımından daha maraqlıdır. İlk növbədə bildirmək istəyirik ki, Mirzə Qədim və 
Mir Möhsün Nəvvabın portret əsərlərində olduğu kimi, burada da şərti dekorativlik 
üstünlük təşkil edir. Rəssam əsas fikrini obrazın xarakterini açmağa yox, daha çox 
zahiri əlamətə təmtərağa vermişdir. 
Portretdə uzun saçlarını çiyninə və kürəklərinə tökmüş, incə belli, çatma 
qaşlı, xumar-xumar baxan badam gözlü, uzunkirpikli, nazik, düz burunlu və balaca 
ağızlı gözəl bir qadın təsvir olunmuşdur. Rəssam onu əlində mizrab sədəfli tarını 
çaldığı halda vermişdir. Tarzən Münəvvərin zəngin daş-qaşlarla və qatar-qatar 
mirvarilərlə bəzənmiş yaxası və beli açıq nazik ipək köynəyi, buta naxışlı tumanı, 
eləcə də yenə həmin tərzdə mirvari və daş-qaşlarla bəzənmiş cıqqası və kəməri 
zadəgan ailəsinə mənsub olan bu sənətkar qadının çıxış məqamında verildiyini 
göstərir. Portretin fonunda kompozisiyanın aşağı hissəsində naxışlı xalça, bir az 
yuxarı hissədə enli bir haşiyə, haşiyədən üst tərəfdə isə, içərisində qrafin, qədəh və 
almalar olan girdə bir nimçə təsvir olunur... 
Urmulu Məhəmməd Həsənxan Əfşar da "Qacar üslubun"da işləyən 
rəssam olmuşdur. Onun 1873-cü ildə çəkdiyi "Oturmuş qadın" portreti kompozisiya 
və obrazın həllinə görə Mirzə Qədim İrəvaninin qadın portretini xatırladır. Bu da 
müəyyən qədər təbiidir. Hər iki əsər eyni vaxtda, 1870-ci ilin əvvəllərində, eyni 
bədii üslubda işlənmişdir. 
Bu dövrdə İranda yaşayıb fəaliyyət göstərmiş azərbaycanlı 
rəssamlarımız sırasında Mirzə Məhəmmədxan Kəmal-ül Mülk Qafarini də (1847-
1941) yada salmaq vacibdir. Yüksək bir zadəgan nəslə mənsub olan bu şəxs həm 
Avropa rəssamlıq təhsili görmüş sənətkar, həm də ictimai xadim kimi məşhur 
olmuşdur. Kəmal-ül Mülk hələ gənclik illərindən İranda avropasayağı yeni bir 
peşəkar incəsənət məktəbinin yaranması arzusunda olmuşdur. Bu arzu onu Fransaya 
gətirib çıxarır. Kəmal-ül Mülk Parisdə Kanavel adlı bir fransız rəssamının yanında 
bir müddət işləyir. Vaxtının çoxunu məşhur fransız rəssamı Fanten Latur və onun 
şagirdləri ilə Luvr muzeyində klassik incəsənət nümunələrini öyrənməyə sərf edir. 


210 
Verilən məlumatlara görə, o, görkəmli holland rəssamı Van Reyn Rembrandın Luvr 
muzeyində nümayiş etdirilən 
bir neçə əsərinin surətini 
çıxarmışdır. Kəmal-ül Mülk 
Avropada sənət axtarışlarını 
başa vurduqdan sonra ərəb 
ölkələrinə 
səfərə 
çıxır. 
Rəssamın 
vətənə 
səfərdən 
gətirdiyi əsərlər içərisində həm 
də 
sənətkarlığı 
baxımından 
"Bağdad falçıları", "Kərbəla 
meydanı" və "Misirli" adlı 
lövhələri xüsusi maraq doğurur. 
Rəssamın bu silsiləyə aid olan 
işləri kompozisiya quruluşu və 
təsvir olunan obrazların həlli 
baxımından 
yüksək 
sənət 
əsərləri sayıla bilər. 
Kəmal-ül 
Mülk 
mənzərə və portret janrı 
sahəsində 
də 
mükəmməl 
sənətkar olmuşdur. "Dəmavənd 
dağının ətəkləri", "Hacı Əlixan 
Sərdar Əsəd Bəxtiyarinin portreti" və s. əsərləri onun nə qədər hərtərəfli inkişaf etmiş 
rəssam olduğunu göstərir. 1918-ci ildə İranda Kəmal-ül Mülkün şəxsi səyi 
nəticəsində ilk incəsənət məktəbi yaranır və əsas sənət dərslərinə də o özü 
bilavasitə rəhbərlik edir. 
XIX yüzillikdə Azərbaycan incəsənətində realistik xüsusiyyətlərin yaranması və 
tədricən inkişafı prosesi yalnız dəzgah boyakarlığı və qrafikasında və ancaq qeyd 
olunan rəssamların əsərlərində deyil, eyni zamanda təsviri sənətin başqa sahələrində - 
divar rəssamlığı və kitab qrafikasında da nəzərə çarpır. Bu dövrə aid miniatürlü 
əlyazmalarının və litoqrafiya üsulu ilə çap edilmiş bir sıra kitabların bədii tərtibat və 
illüstrasiyalarında klassik miniatür sənətinin şərti və səthi dekorativ üslubundan realist 
rəsm üslubuna keçmək təşəbbüsü müsbət nəticələnir. 
Belə əsərlərə misal olaraq birinci növbədə Xoylu rəssam Mirzə Əliqulunun 
1849-1850-ci illər tarixli "Şahnamə" və 1853-1854-cü illər tarixli "Xəmsə" 
illüstrasiyalarını göstərmək olar. Rəssamın "Şahnamə"yə çəkdiyi yeganə imzalı 
illüstrasiyasında Rüstəmin Çin xaqanını kəməndlə filin belindən yerə salması epizodu 
təsvir edilir. 
"Div qaya üzərində yatmış Rüstəmi suya atır" rəsmində kompozisiya 
monumental planda, fiqurlar böyük miqyasda həll edilmişdir. Üslubuna görə kitab 
illüstrasiyasından daha çox monumental divar boyakarlığını xatırladan bu əsərdə 


211 
dənizin və uzaqlarda kiçik yelkənli gəminin realistik planda təsviri ənənəvi süjetin 
təfsirinə rəssamın gətirdiyi yeniliklərdir. 
Rüstəmin qəhrəmanlıqlanna həsr edilmiş başqa illüstrasiyalarda həm 
Rüstəm, həm də digər tarixi şəxsiyyətlər və poetik obrazlar rəssam tərəfindən 
müasirləşdirilmiş, XIX yüzillik üçün səciyyəvi olan tipajda, kostyumda və şəraitdə 
təsvir olunmuşlar. Qeyd etmək lazımdır ki, klassik Şərq miniatür sənəti üçün səciyyəvi 
olan bu xüsusiyyətin XIX yüzillik kitab illüstrasiyalarında da özünü göstərməsi, söz 
yox ki, milli bədii ənənənin təsiri və davamlılığı ilə aydınlaşdırılmalıdır. 
Bu baxımdan İrəvanda Mətadaranda saxlanan, 1830-cu ildə rəssam 
Məhəmməd Hüseyn Təbrizi tərəfindən tərtib və illüstrə edilmiş "Şahnamə" 
əlyazmasının, Bakıda Əlyazmaları İnstitutunda saxlanan 1829-cu il tarixli "Nüşəfərin 
və Gövhərtac", 1859-cu il tarixli "Yusif və Züleyxa" əlyazmalarının miniatürləri 
diqqətəlayiqdir. Bu əsərlər əslində 3 mühüm qaynağın, bədii ənənələrin klassik Şərq 
miniatürü, xalq yaradıcılığı və Avropa boyakarlığının realist xüsusiyyətlərinin 
qarşılıqlı əlaqəsi və təsirindən yaranmış özünəməxsus üslubda olub, obrazlı ifadə 
vasitələri və sənətkarlıq cəhətdən daha çox xalq sənətinə yaxındır. 
Klassik miniatür sənəti ənənələri ilə XIX əsrdə mövcud olan üslubun 
qarşılıqlı əlaqəsindən yaranan uğurlu kitab illüstrasiyalarına misal olaraq Əli 
Qulunun "Xəmsə"yə çəkdiyi miniatürləri göstərmək lazımdır. "Şirin çimərkən 
Xosrovun ona tamaşa etməsi", "Şapurun Şirinin gözəlliyini Xosrova tərif etməsi", 
Xosrovun, Bəhramm ov səhnələrini təsvir edən illüstrasiyalarda və başqa əsərlərdə 
klassik miniatür sənətinin təsiri şəkillərin kompozisiya quruluşunda, dağlıq mənzərənin 
təsvirində özünü göstərir. Xosrov və başqa personajların obrazları isə əvvəlki 
əsərlərdə olduğu kimi, "Qaçar üslubu" adlandırılan üslubda işlənmiş, XIX yüzillik 
İran dəzgah boyakarlığında geniş yayılmış şah obrazlarını xatırladır. 
Əsasən əşyaların, qismən fiqurların həcmliyinə, kölgə-işıq kontrastlığı və 
perspektivanın verilməsində bəsit şəkildə də olsa realist təsvir üsuluna keçmək 
təşəbbüsünə baxmayaraq, ümumiyyətlə, bu əsərlər koloriti, rəsmi, obrazların həlli və 
ifadə vasitələrinə görə klassik miniatür sənətinə nisbətən zəif olub professional 
sənətkarlıqdan uzaqdır. Bu cəhət Nəcəfqulu Məşədi Həmid oğlu Şirvaninin 1886-
1887-ci illərdə Şamaxıda hazırlanmış bir əlyazmasında "Yusif və Züleyxa" poemasına 
çəkilmiş rəsmləri üçün daha səciyyəvidir. Qara karandaşla çəkilmiş bu rəsmlər, 
xüsusən insan təsvirləri sxematik xarakter daşıyır. 
XIX yüzilliyin ikinci yarısında Azərbaycanda yazılan və ya litoqrafiya 
üsulu ilə çap edilən əsərlərə çəkilmiş illüstrasiyalardan naməlum rəssamın "Kəlilə 
və Dimnə" əlyazmasına və Mir İbrahim əl-Hüseyninin həmin əsərin 1898-ci il tarixli 
Təbriz çapına çəkdiyi şəkillər bədii sənətkarlıq baxımından daha qüvvətlidir. Bu 
illüstrasiyalar kompozisiyası, obrazların həlli, mənzərə və əşyaların təsviri, 
ümumiyyətlə ifadə vasitələrinə görə daha artıq realistik xüsusiyyətlərə malikdir. 
Gətirilən misallar isbat edir ki, XIX yüzilliyin ikinci yarısında yalnız 
Mirzə Qədimin, Nəvvabın və Natəvanın yaradıcılığında deyil, ümumiyyətlə, bu 
dövrün təsviri sənətinin bütün sahələrində, bütün rəssamların yaradıcılığında realist 


212 
təsvir metoduna meyil qüvvətlənir. Beləliklə, XIX yüzilliyin yarısında Azərbaycan 
təsviri sənətində ənənəvi şərti dekorativ üslubundan Avropa səpkili realist təsvir 
metoduna keçid başlanır. Lakin Azərbaycan rəssamlarının realizmi qədim və zəngin 
tarixə malik olan xalq sənəti və miniatür boyakarlığının qüvvətli ənənələri ilə bağlı 
idi, onların daxilində yaranmış bu ənənələrdən mayalanmışdı. XIX yüzilliyin təsviri 
sənətində ənənəvi bədii forma daha üstün olduğundan, realist tendensiyaları özünə 
tabe edir, əridir. Kökləri ilə ənənəvi sənətə bağlı olan, özünəməxsus yeni bir cərəyan 
yaranır və zaman keçdikcə bu sənət dövrün yeni ictimai ideyaları, fəlsəfi-estetik fikri 
və qabaqcıl rus və Avropa sənətinin təsiri nəticəsində tədricən realist üslubda 
formalaşmağa başlayır. XX yüzilliyin əvvəllərində isə Abbas Hüseyn, Gövhər 
Kaşıyeva, Əzim Əzimzadə və Bəhruz Kəngərlinin yaradıcılığında realist üslub daha 
da təkmilləşir, ideya-estetik və bədii sənətkarlıq cəhətdən inkişaf edərək əsas 
yaradıcılıq metoduna çevrilir. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə