202
XIX-XX YÜZİLLİYİN ƏVVƏLLƏRİNDƏ İNCƏSƏNƏT
XIX yüzilliyin əvvəlində Şimali Azərbaycanın Rusiya tərəfindən işğal
olunması
nəticəsində
müstəmləkəçilik
siyasəti
şiddətlənsə
də
milli
mədəniyyətimizin və incəsənətimizin inkişafinda keyfiyyət
etibarilə yeni mərhələ
başlanır. Hər iki ölkənin siyasi və iqtisadi həyatında baş verən dəyişikliklər
incəsənətin də yeni istiqamətdə inkişafına təkan verir. XIX əsrdə Azərbaycan xalqı
rus mədəniyyəti vasitəsilə Avropa və dünya mədəniyyətinə və sivilizasiyasına
qovuşur. İctimai və estetik fikir, elm, maarif, incəsənət sahələrində qarşılıqlı əlaqələr
üçün əlverişli zəmin yaranır, yeni sənət növləri və janrları meydana çıxır, memarlıq,
rəssamlıq, dekorativ-tətbiqi sənətlər üzrə peşəkar mütəxəssislərin
fəaliyyəti üçün
geniş meydan açılır.
Bu mütərəqqi proses XX yüzillikdə daha geniş miqyas alır. Xalqın mənəvi
həyatında maarif, mədəniyyət, mətbuat aparıcı rol oynamağa başlayır. Bədii ədəbiyyat,
teatr, musiqi, memarlıq, təsviri sənətlər sahəsində zamanın estetik tələblərinə uyğun
yeniləşmə, müasirləşmə meyilləri getdikcə güclənir. Xalq həyatının mədəni tərəqqi
yolu ilə inkişafı Azərbaycan Demokratik Respublikasının yaranmasında faydalı rol
oynamışdır.
Kommunist rejiminin hökmranlığı dövründə bir sıra
çox ciddi əyintilərə
yol verildiyinə, Stalin repressiyasının tüğyan etdiyinə
baxmayaraq Azərbaycanda
da təhsil və mədəniyyət sahəsində mühüm dövlət proqramı həyata keçirilir.
İncəsənət mənəvi həyatın ayrılmaz tərkib hissəsinə çevrilir. Onun inkişafına xüsusi
əhəmiyyət verilir. Bütün bu obyektiv səbəblər üzündən çağdaş Azərbaycan təsviri
sənəti və memarlığı mühüm nailiyyətlər qazanır. Son onilliklər ərzində
respublikamızda istedadlı rəssamların və memarların milli yaradıcılıq
məktəblərinin
formalaşması estetik mədəniyyətimizin nailiyyətlərindəndir.
Dostları ilə paylaş: