A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə38/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   34   35   36   37   38   39   40   41   ...   61
id55880

 
 
 
 
DEKORATİV SƏNƏTLƏR
Azərbaycan dekorativ-tətbiqi sənətləri də bu əsrlərdə öz yüksək inkişaf 
dövrünü keçirir. 
Mənbələr göstərir ki, bu vaxt Azərbaycanın şəhər və kəndlərində çoxlu 
toxucu, zərgər, misgər, dulusçu və başqa sənətkarlar çalışırdı. Onların hazırladığı 
məmulat ölkədən çox-çox uzaqlarda şöhrət qazanmışdı. Şəhər sənətkarları həm 
sərbəst olaraq, həm də feodalların emalatxanalarında işləyirdilər. Müstəqil 
sənətkarların rolu xeyli artmışdı. Onlar Qərbin sex təşkilatlarına oxşayan peşəkar 
sənətkarlar şəklində birləşmişdilər. 
Bu əsrdə xüsusilə toxuculuq sənəti yüksək inkişaf mərhələsinə çatır. 
Səfəvilərin adı ilə bağlı olan bu dövrdə Azərbaycanda əsil mənada bədii parça 
istehsalı sənayesi təşkil olunmuşdur. 
Hazırda Moskva, Sankt-Peterburq, Bakı muzeylərində, həmçinin dünyanın 
bir çox məşhur muzeylərində o zaman Təbrizdə, Ərdəbildə, Şamaxıda, Gəncədə və 
Azərbaycanın başqa şəhərlərində hazırlanmış bədii parçaların çoxlu nümunəsi 
saxlanılır. Bu dövrdə Azərbaycanda olmuş məşhur fransız səyyahı Şarden 
Azərbaycan şəhərlərində yüz növdən artıq müxtəlif parçalar toxunduğunu öz 
gündəliyində qeyd etmişdir. Vaxtilə yüksək qiymətləndirilən bu gözəl sənət 
nümunələrinə Venesiya, Genuya, Hollandiya, Fransa, İngiltərə və Rusiyada böyük 
tələbat olmuşdur. 
O zaman Azərbaycan parçaları Rusiyada xüsusilə məşhur idi. Məşhur rus 
alimi B.Denike "Şərq sənəti" adlı kitabında yazır ki, qızılbaş məxməri və zərbaf 
malları bu dövrdə Rusiya şəhərlərində alıcılar arasında çox geniş yayılmışdı. 
Rusların Azərbaycan parçaları ilə ilk tanışlığına biz hələ IX-XII 
yüzilliklərin yazılı məxəzlərində rast gəlirik. Şamaxıya, Təbrizə mal almağa gəlmiş 
rus tacirləri hələ o vaxt bu parçaların gözəlliyinə heyran qalmışdılar. Əvvəllər 
Azərbaycan parçaları Rusiyaya təsadüfən gətirildiyi halda, sonralar bu, kütləvi şəkil 
alır. Moskvada Kremlin Silah palatasının arxivində Azərbaycandan alınan parçalar 
haqqında çox maraqlı yazılı mənbələr vardır. Həmin mənbələrdə 1663-cü ildə 
Rusiyada ilk dəfə geniş miqyasda Demidov başda olmaqla Şamaxıya və Təbrizə 176-
179 manatlıq parça almağa göndərilən ekspedisiyadan habelə, 1667-ci ildə Şamaxı 


135 
ipəyindən rus çarı Aleksey Alekseyeviç Romanov üçün paltar tikilməsindən və 
sairədən bəhs edilir. 
Tarix elmləri doktoru M.X.Heydərovun tədqiqatlarından aydın olur ki, 
XVII yüzilliyin axırlarında Azərbaycandan Rusiyaya göndərilən parçaların həm 
növü, həm də sayı xeyli artır. 1679-cu ilə aid olan sənədlərin birində təkcə 
Şirvandan Avropaya Rusiya vasitəsilə 48 min pud ipək aparmaq üçün danışıqlara 
təsadüf edilir. 
Rus alimi A.Svirin o zamankı Azərbaycan parçalarının rus ornamentinə, 
divar rəsminə, ikonası və xüsusən parçalarına böyük təsir göstərdiyini öz əsərində 
ayrıca qeyd edir. 
Azərbaycan ipəyi o zaman Rusiyada o qədər məşhur idi ki, bu hətta qədim 
rus xalq mahnılarındakı "Sənə Şamaxı ipəyindən köynək tikdirərəm" sözlərində öz 
ifadəsini tapmışdır. 
Qərbi Avropa ölkələri arasında Azərbaycan ipəyi ən çox İtaliyada məşhur 
idi. İtaliya tacirləri Azərbaycandan parça ilə yanaşı, çoxlu xammal da alırdılar. 
Sonralar xammaldan öz ölkələrində müxtəlif parçalar toxuyaraq başqa ölkələrə 
satırdılar. İtalyan məxəzlərinin birində bu ölkədə ən çox sevilən Azərbaycan 
ipəyinin istehsal olunduğu Şamaxı, Gəncə, Şəki, Təbriz və s. şəhərlərin adları 
çəkilmişdir. Əslində isə yüksək bədii parça istehsalı yalnız Şamaxı və Təbriz 
şəhərlərində mərkəzləşmişdi. Bu şəhərlərdə parça istehsalı dövrünə görə çox yüksək 
səviyyədə idi və ölkəyə çoxlu gəlir verirdi. 
Bu dövrlərdə Azərbaycan parçalarının belə geniş şöhrət qazanmasına səbəb 
təkcə onların gözəl toxunuşunda və ya davamlı olmasında deyildi. Bu parçaların 
qiymətli cəhəti bir də ondan ibarət idi ki, bədii xüsusiyyət daşıyan naxışlarla bəzənir 
və çox vaxt daha gözəl görünmək üçün həmin naxışların arasında klassik şairlərin 
(xüsusən Nizami Gəncəvinin) əsərlərindən alınmış obrazlar təsvir edilirdi. Parçaya 
xas olan xüsusi şərti dekorativ qaydalarla verilən həmin təsvirlərin əksəriyyəti 
Azərbaycanın bu dövrdəki miniatür sənətini xatırladır. Məşhur fransız sənətşünası 


136 
Q.Mijon "Müsəlman incəsənəti" kitabında bu parçaların gözəlliyinə məftun 
olduğunu etiraf edərək oradakı bəzəkləri belə qiymətləndirmişdir: "Onlar elə bil 
"Min bir gecə" nağıllarına çəkilmiş illüstrasiyadır". 
Belə sənətkarlıqla işlənmiş toxunma malların meydana gəlməsində 
zəmanəsinin görkəmli rəssamlarından Soltan Məhəmmədin, Rza Abbasinin və 
başqalarının zəhməti az olmamışdır. 
XVI-XVII yüzilliklərdə Azərbaycan parçaları içərisində ən görkəmli yeri 
saray emalatxanalarında toxunan ali və zərli adlı parçalar tutur. 
Bu tipli parçalar qızıl və gümüş saplarla toxunduğu üçün dünya 
bazarlarında daha baha qiymətə satılır, çox vaxt isə qızıla bərabər tutulurdu (bu cür 
parçaların tərkibinin 15 faizi xalis qızıl olurdu). Belə toxuma parçaların saplarını, 
adətən, adi toxucular deyil, zərgərlər hazırlayırdılar. 
Qızıl və gümüş saplar belə hazırlanırdı: adi qızıl və ya gümüş parçasını 
zindan üstünə qoyub nazik vərəqə çevrilənədək döyür və bu vərəqləri qıyıqvari 
metal alətin deşiyindən keçəcək ölçüdə sim halına salırdılar. Qızıl və gümüş sim, 
adətən, başqa saplarla qarışıq toxunurdu. 
Bu dövrdə istehsal olunmuş Azərbaycan parçalarının bədii keyfiyyətinə 
nəzər salsaq, onların bir çox xüsusiyyətinə İran, Hind, türk parçalarında da rast 
gəlirik. Bu həm Azərbaycan ustalarının toxuculuq sənəti sahəsində Şərqdə tutduğu 
mövqedən, həm də onların başqa ölkədə də çalışdıqlarından irəli gəlirdi. 
Yazılı mənbələrdən məlum olduğu kimi, hələ 1514-cü ildə türklər Təbrizi 
tutduqları vaxt şəxsən türk sultanı I Sultan Səlimin göstərişi ilə Təbriz 
toxucularının böyük bir dəstəsini toxuculuq sənayesi yaratmaq məqsədilə həmişəlik 
İstanbula köçürmüşdülər. 
Bu dövrdə Azərbaycan toxucularına nəinki Türkiyədə, hətta Hindistan, 
Orta Asiya və başqa yerlərdə də rast gəlirik. 
XVI-XVII yüzilliklərdə Azərbaycanda olmuş xarici ölkə səyyahları bu 
dövrün toxucu dəzgahları: cəhrə, iy və s. haqqında öz gündəliklərində maraqlı 
qeydlər etmişlər. 
Həmin qeydlərdən məlum olur ki, yerli sənətkarların ayaqla hərəkətə 
gətirilən hündür toxucu dəzgahları, yun, kətan, ipək saplar üçün xüsusi iyləri, 
qayçı, bıçaq və s. alətləri olmuşdur. 
Səyyahların qeydinə görə, bu toxucu alətləri nisbətən bəsit olsa da "...yerli 
sənətkarlar onlarla çox çevik işləyir və gözəl nailiyyətlər əldə edə bilirdilər..." 
Azərbaycan parçalarını bəzəyən ornament və rəsmlər onların ən qiymətli 
cəhətidir. Azərbaycan parçaları öz bədii tərtibatına görə üç böyük qrupa bölünür: 
müxtəlif dini sözlər və yaxud Şərq klassiklərinin rübailəri ilə bəzədilmiş parçalar, 
ornamental parçalar və süjetli parçalar. 
Yazılı parçaların meydana gəlməsində ən əvvəl islam dininin böyük rolu 
olmuşdur. 
Keçmişdə başqa sənət nümunələri kimi, parça da həyat və məişətdə sırf əməli 
əhəmiyyətə malik olmaqla bərabər, həm də üzərindəki söz və rəsmləri ilə dini təbliğ 


137 
edərək ideoloji rol oynamışdır. Yazılar adətən parçadan hazırlanmış geyimlərin, 
məişət əşyalarının elə yerlərində verilirdi ki, o tez gözə çarpsın. 
XV yüzillikdən etibarən parça üzərində verilən yazılarda Qurandan götürülmüş 
sözlər get-gedə öz əhəmiyyətini itirərək, daha çox Şərq şairlərinin şeirləri ilə əvəz 
olunmağa başlayırdı. Şeirlər içərisindən görkəmli yeri Hafizin, Sədinin və 
Nizaminin əsərləri tuturdu. Azərbaycan ərazisində tapılmış ən qədim yazılı parça 
nümunəsi XVI yüzilliyin əvvəllərinə aiddir. 1936-cı ildə Bakıda, Şirvanşahlar sara-
yında aparılmış qazıntı zamanı köhnə qəbirlərin birində kəfən yerinə istifadə olunan 
yazılı ipək parça tapılmışdır. 
Gül-çiçək rəsmləri ilə bəzədilmiş parçalar Azərbaycan toxuculuq sənətində 
ən görkəmli yer tutaraq çoxluq təşkil edir. Bu parçaların böyük bir qismi hazırda 
Azərbaycan Tarixi Muzeyində və Azərbaycan Dövlət İncəsənət Muzeyində 
nümayiş etdirilir. 
Nəbati ornamentlə bəzədilmiş parçaların bizə gəlib çatmış ən orijinalı 
XV-XVI yüzilliklərə aid edilən parça tikəsidir. Bakıda Şirvanşahlar sarayında 
aparılmış qazıntı işləri zamanı tapılmış bu ipək parça zərif naxışları ilə diqqəti cəlb 
edir. XV-XVI yüzilliklərdə dekorativ-tətbiqi sənətimizin bir çox növündə, xüsusən daş 
oymalarında rast gəlinən nəbati ornamentlər, onların icrası, kompozisiya 
xüsusiyyətləri bu parçada da real bir səpkidə öz əksini tapmışdır. XV-XVI 
yüzilliklərdən qalmış həmin parçanın rəngi zəngin və valehedicidir. Gözəl bir 
çəmənliyi andıran yaşıl rəngli bu ipək parçanın üzərində elə bil ki, gül-çiçək açmış 
qızılı rəngli bir budaq uzanmış, budağın sağa və sola ayrılmış şaxələri ətrafı 
bürüyərək, parçanın ümumi fonu ilə gözəl vəhdət yaratmışdır. 
Yenə də Bakıda, Şirvanşahlar sarayında aparılmış qazıntı zamanı aşkara 
çıxarılmış, hazırdı isə Azərbaycan Tarixi Muzeyində nümayiş etdirilən başqa bir 
ipək parça nümunəsinə nəzər salaq. 
Ucsuz-bucaqsız səhranı xatırladan bu parçanın qızılı yerliyində simmetrik 
bir şəkildə rəngarəng qərənfil gülü kollarının təsviri verilmişdir. Buradakı güllər o 
qədər canlı və həyati təsvir edilmişdir ki, onlar, elə bil, doğrudan da torpaqda 
əkilmiş və ətir saçır. 
Azərbaycan parçalarının ən qiymətli məziyyəti süjetli parçalarda əks 
etdirilmişdir. 
Parçanı insan, heyvan, quş təsvirləri ilə bəzəmək Azərbaycanda qədimdən 
məlum idi, lakin XVI-XVII yüzilliklərdə belə səpkili təsvirlər ən yüksək inkişaf 
səviyyəsinə çatır. Əvvəllər parçaların üzərində rəsmlər nisbətən yeknəsəq, bir qədər sərt 
icra olunduğu halda, XVI-XVII yüzilliklərə aid parçalarda biz bunun əksini görürük. Bu 
dövrün parçalarındakı rəsmlər, adətən lirik əhvali-ruhiyyə ifadə edir, hətta müharibə 
və ov səhnələrini təsvir edən parçalar da lirik səpkidə olurdu. XVI-XVII yüzillikdə 
Azərbaycanda toxunmuş süjetli parçaların bir neçəsinə nəzər salaq. 


138 
Hazırda Moskvada Şərq Xalqları Muzeyində XVI yüzillikdə Təbrizdə 
toxunmuş bir ipək parça saxlanılır. Bu ipək 
parçanın al-qırmızı yerliyi üzərində 
"qızılbaşlara" məxsus paltar geymiş bir 
gənc atlı təsvir olunmuşdur. O öz kəməndi 
ilə bir nəfəri tutub darta-darta hara isə 
aparır. Əsir düşmüş şəxsin geyimi
başındakı araqçını, mil-mil xalatı və etnik 
tipi onun Orta Asiya xalqlarına mənsub 
olduğunu bildirir. 
Araşdırmalar göstərir ki, bu 
parça əvvəllər İstanbulda antik mallar 
alverçisi 
M.Kələkyanda 
olmuşdur. 
Sonradan məlumdur ki, satıcı bu nadir 
parçanı bir neçə hissəyə bölərək müxtəlif 
şəxslərə satmışdır. Hazırda bu parçanın 
bir hissəsi Kiyevdə, Qərb və Şərq 
İncəsənəti Muzeyində, o biri tikəsi 
Moskvadakı Şərq xalqları muzeyindədir. 
M.Kələkyan əsrin əvvəllərində İstanbuldan Parisə köçdüyü zaman həmin 
parçanın yeganə hissəsini özü ilə bu şəhərə gətirmiş, bir qədər keçdikdən sonra isə 
Dekorativ Sənətlər Muzeyinə satmışdır. Deməli, XVI yüzilliyin yadigarı sayılan bu 
gözəl toxuculuq sənəti nümunəsinin eyni ilə üç tikəsi hazırda dünyanın üç müxtəlif 
muzeyində nümayiş etdirilir. 
Parçalarda rəsm olunmuş hər hansı faciəli bir hadisə gözəl rənglərlə o 
qədər incə zövqlə təsvir edilir ki, tamaşaçıda xoş əhvali-ruhiyyə oyadır. ABŞ-ın 
Boston Gözəl Sənətlər Muzeyində saxlanılan bədii məxmər parçasındakı təsvirlər də 
bu qəbildəndir. 
XVI yüzillikdə Təbrizdə toxunmuş bu bədii məxmər parça vaxtilə dəbdəbəli bir 
çətirin yuxarı örtüyünü təşkil edirmiş. 
Dairə şəklində olan bu məxmər üzərində real səpkidə işlənmiş maraqlı bir 
ov səhnəsi təsvir olunmuşdur. Tamaşaçıların gözü qarşısında bir-birinin ardınca 
dairə boyu ayrı-ayrı səhnələr: ceyranı qovan atlı, bəbirlə bir gəncin əlbəyaxa 
döyüşü, ceyranı parçalayan şir və başqa səhnələr canlanır. Bütün bu surətlər iti 
hərəkətdə və çox həyati təsvir olunmuşdur. Məxmərin rəngi də təsvirlər qədər 
zəngin və əlvandır. 
Məxmərin ümumi kompozisiyası, ayrı-ayrı rəsmləri və rəngi bütünlüklə 
dövrün miniatür sənətini xatırladır. Məxmərin rəsmləri məşhur Azərbaycan 
rəssamı Soltan Məhəmmədin "Şah Təhmasib ovda" adlı miniatürünə çox bənzəyir. 
Bu uyğunluq məxmərdə və miniatürdə təsvir edilən ayrı-ayrı fiqurların bir-birilə 
müqayisədə daha aydın aşkar olur. Məsələn, atın tərkində oturub ov bəbiri ilə birgə 
şikara çıxmış gənc atlı rəsminə nəzər yetirsək, bunun həm məxmərdə, həm də 


139 
miniatürdə olduğunu görərik. O biri rəsmlərdə də səhnələr beləcə təsvir 
olunmuşdur. 
XVI-XVII yüzillikdə toxunmuş bədii parçaların dövrün miniatür sənətinin 
təsiri altında yaranmasını Londonun "Viktoriya" və "Albert" muzeyində nümayiş 
etdirilən iki parça nümunəsi də təsdiq edir. 
İpək və qızıl-gümüş saplarla toxunmuş bu parçaların birində at üstündə 
oturub ova çıxmış bir gənc təsvir edilmişdir. Ağac, gül-çiçək və daş-qaya arası ilə 
çaparaq gedən atlının təsviri parça üzərində elə sənətkarlıqla toxunmuşdur ki, o 
dekorativ-tətbiqi sənət əsərindən, daha çox yağlı boya ilə çəkilmiş tablonu 
xatırladır. 
İkinci bədii parçada təsvirlər daha çoxdur. Sənətkar burada təbiətin ən 
gözəl fəsli olan baharı təsvir etmişdir. Gül-çiçək açmış ağaclar arasında bir əlində 
piyalə, o birində isə kuzə tutmuş bir gənc sanki bu füsunkar mənzərədən bihuş 
olmuşdur. 
Azərbaycanın bədii parçaları içərisində Moskvada, Kremlin Silah 
Palatasında saxlanılan süjetli parçalarımız da görkəmli yer tutur. Bunlardan rus çarı 
Boris Qodunovun taxtının örtüyünü, Mixail Fyodoroviç Romanovun baş geyiminin 
içərisindəki Şamaxı ipəyini, şahzadə İvan İvanoviçin xəzinəsindən götürülmüş və indi 
sərgidə nümayiş etdirilən üst geyiminin parçasını göstərmək olar. Axırıncı parça 
xüsusilə diqqəti cəlb edir. Bu parça haqqında dünyanın bir çox məşhur sənətşünasları 
müxtəlif elmi tədqiqatlar aparmış və məqalələr yazmışdır. Parça 1910-cu ildə 
Münhendə açılmış Müsəlman İncəsənəti Sərgisində nümayiş etdirilmiş və yüksək 
qiymət almışdır. Mavi və qızılı rəngli saplardan toxunmuş bu qiymətli parça öz 
rəsmləri ilə daha məşhurdur. Parça üzərində icra olunmuş bu rəsmlər ardıcıl olaraq 
bir neçə dəfə təkrar olunan orijinal bir süjeti təsvir edir. 
Kompozisiyada böyük bir daşı iki əllə yuxarı qaldıraraq ağaca tərəf 
yaxınlaşan əjdaha üzərinə atmaq istəyən bir gəncin təsviri verilmişdir. 
Gənc oğlan XVI yüzillikdə Azərbaycanda geniş yayılmış qızılbaş libası 
geyinmişdir. Onun əynində kip oturmuş, ətəkləri kəmərə sancılmış əba, başında 
təpəsi nazik və hündür, qırmızı rəngli papaq, ətrafına sarıq dolanmış başlıq vardır. 
Bundan əlavə kompozisiyada ağacda oturub bu hadisəyə həyəcanla 
tamaşa edən bir quş rəsmi də verilmişdir. Parça üzərində təsvir olunmuş bu 
kompozisiyanın məzmununu, qəti deməyə hələlik imkanımız olmasa da, biz 
Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında Bəhram Gurun əjdahanı öldürməsi 
və ya "Məlik Məhəmməd" nağılında Məlik Məhəmmədin əjdahanı öldürüb Simurq 
quşunun balalarını xilas etməsi epizodları ilə bağlaya bilərik. Parça üzərindəki 
fiqurların sənətkarlıq cəhətdən çox düzgün və həyati verilməsi bir daha sübut edir 
ki, bunları yaradan toxucu həm də mahir rəssam olmuşdur. 
Kremlin Silah Palatasında saxlanılan bu bədii parçanın tarixi haqqında heç bir 
məlumatın olmamasına baxmayaraq, onun XVI yüzillikdə Azərbaycanda yaranmasını 
təsdiq edən çoxlu dəlillər vardır. Belə dəlillərdən biri parçada təsvir olunan 
qəhrəmanın baş geyimidir. 


140 
Tarixdən məlumdur ki, XVI yüzillikdə azərbaycanlıları "Qızılbaşlar" 
adlandırırdılar, çünki onlar başlarına təpəsi nazik və hündür, qırmızı papaq qoyub, 
onun da ətrafına sarıq dolayırdılar. Zadəganlar əmmamənin üstündən 12 imama 
işarə olaraq 12 zərli xətlər çəkdirərdilər. 
Səfəvilər dövrünün baş geyimlərini öyrənən bir çox görkəmli rus və xarici 
ölkə alimləri əyani vasitələrlə isbat etmişlər ki, bu baş geyimləri XVI yüzilliyin 
əvvəllərindən başlayaraq, əsrin axırlarınadək bir neçə dəfə öz formasını dəyişmiş, 
1570-ci illərdə isə dəbdən düşmüşdür. Onların qeydinə görə XVI yüzilliyin 
başlanğıcından 1585-ci ilə qədər baş geyimləri uzanır. XVI yüzilliyin ikinci 
yarısından isə qısalaraq əsas etibarilə enliləşir. Beləliklə, parçada təsvir olunmuş 
qəhrəmanın baş geyiminin formasına görə onu XVI yüzilliyin birinci yarısına aid 
etmək olar. 
Adlarını çəkdiyimiz bəzək və təsvirlər XVI-XVII yüzilliklərdə parça 
üzərində əsasən üç üsulda icra olunurdu. Birinci üsulla, istənilən bəzək və rəsmlər 
parça ilə birlikdə toxunaraq, onun ayrılmaz hissəsini təşkil edirdi. İkinci üsulla, 
bəzəklər hazır parça üzərində tikilirdi. Üçüncü isə basma vasitəsilə həkk olunurdu. 
XVI-XVII yüzilliklərdə geyim habelə məişət əşyalarından pərdə, örtük, 
süfrə, mütəkkə, at yəhəri və s. üzərində salınmış bəzəklər el sənətinin ən çox yayılmış 
növü sayılan tikmə üsulu ilə icra olunurdu. 
Parça və zərif meşindən hazırlanmış müxtəlif əşyalar üzərinə salınan bu 
tikmələr o qədər incə və rəngarəngdir ki, bu gün belə öz estetik mahiyyətini 
itirməmişdir. 
Ayrı-ayrı vaxtlarda Təbriz, Ərdəbil, Şamaxı, Gəncə, Naxçıvan 
şəhərlərində və başqa şəhərlərdə olmuş əcnəbi səyyahlar Azərbaycan tikmələrinin 
yüksək texniki və bədii xüsusiyyətlərinə valeh olduqlarını öz gündəliklərində dəfə-
lərlə qeyd etmişlər. 
XVI-XVII yüzilliklərdə Azərbaycanda olmuş xarici ölkə səyyahları: 
A.Cenkinson, T.Olkok, C.Ren, R.Çini ipək, qızıl-gümüş saplarla bəzədilmiş nəhəng 
çadırlar haqqında, XVII yüzilliyin fransız səyyahı Şarden Səfəvi hökmdarlarının Parisin 
Luvr qalereyasını andıran tikmə karxanaları olduğu və s. haqqında maraqlı 
məlumatlar verirlər. 
Adam Olearinin verdiyi məlumatlar daha ətraflı və dəqiqdir. XVII yüzilliyin 
30-cu illərində o, Şamaxıda olarkən nəinki burada yaranan tikmələrin bədii və texniki 
xüsusiyyətlərindən, hətta məişətdə nə səbəbə görə istifadə edildiyindən geniş 
söhbət açır. Onun güləbətin tikmələr haqqında verdiyi məlumatlar xüsusi ilə 
qiymətlidir. 
Mənbələr göstərir ki, XVI-XVII yüzilliklərdə Azərbaycanda əhali arasında 
ən çox inkişaf etmiş tikmə üsulu, təkəlduz, güləbətin, muncuqlu və qurama 
olmuşdur. 
XVI-XVII yüzilliklərdə parça üzərində salınan tikmə üsullarından ən bədii 
və görkəmlisi güləbətin idi. 
Bu tikmə əsasən ağır və bahalı parçalar üzərində aparılırdı. Güləbətin üçün 


141 
yerlik, adətən tirmə, mahud və məxmər idi. Güləbətin tikmələri sarı qızıl, gümüş və 
bürüncdən hazırlanırdı. Bu əsrlərdə tikilmiş milli geyimlərin, düzəldilmiş ev 
əşyalarının (örtük, quranqabı, daraqqabı, heybə və s.) üzərində bu tikmə örnəyinin 
gözəl növünə rast gəlirik. Həddindən artıq stilizə edilmiş gül-çiçək, yarpaq və quş 
rəsmləri bu əşyalardakı bəzəklərin əsasını təşkil edirdi. Adətən bu təsvirlər içli 
olurdu. Üfüqi, şaquli istiqamətlərdə düzülən qızıl və gümüş saplar stilizə olunmuş 
təsvirlərin içini doldururdu. 
XVI-XVII yüzilliklərdə güləbətin tikmələr xüsusilə Təbriz, Bakı, Şamaxı 
və Naxçıvanda geniş yayılmışdı. 
Təsadüfi deyildir ki, XVI yüzilliyin axırlarında Təbriz sənətkarları 
tərəfindən güləbətin tikmələrlə bəzədilərək türk sultanı III Murada hədiyyə 
göndərilmiş xələt indiyədək İstanbuldakı Topqapı sarayı muzeyinin qiymətli 
incilərindən sayılır. Yüksək bədii xüsusiyyətlərə malik güləbətin tikmələrin adı 
Füzulinin də şeirlərində çəkilir. 
Xalçalarımızda olduğu kimi, bu əsrlərdə də tikmələrimizin bəzək 
kompozisiyası bir-birindən asılı olan iki ünsürdən: ara sahədən (tikmənin ortası) və 
yeləndən (tikmənin yan bəzəkləri) ibarət idi. 
Ara sahədə adətən gül-çiçək rəsmləri, sağa və sola şaxələnmiş ağacbəndi, 
bir kuzə və sərv ağacı ətrafında simmetrik bir şəkildə üz-üzə dayanmış quş, heyvan 
rəsmləri və s. verilir. Yelənlər bir neçə dalğavari və ya düz xətdən, əksər hallarda isə 
paxlava dilimini andıran rəsmlərdən düzəldilirdi. 
Tikmələrimizdə bəzək kompozisiyalarının əsasını nəbati və həndəsi 
ornamentlər təşkil etsə də, burada ayrı-ayrı hallarda süjetə malik çox maraqlı 
kompozisiyalara da rast gəlirik. Belə kompozisiyalarda adətən ov səhnələri, Nizaminin 
"Leyli və Məcnun" poemasından götürülmüş müxtəlif epizodlar və s. təsvir olunurdu. 
Süjetli tikmələrimizin bu günədək qalmış gözəl bir nümunəsini nəzərdən keçirək: 
XVI yüzillikdə Təbrizdə hazırlanmış çox bədii və nadir sayılan bu tikmə hazırda 
Budapeştin Dekorativ Sənətlər Muzeyində saxlanmaqdadır. 
Tarixi sənədlər göstərir ki, uzunluğu 278, eni 254 sm olan bu nadir tikmə 
vaxtilə Macarıstana Türkiyədən gətirilmişdir. 1725-ci ildə o macar zadəganı Esterqazinin 


142 
sarayında olmuşdur. Nəhayət, 1919-cu ildə bu bədii tikməni şahzadə Mikloş Esterqazi 
Budapeşt dekorativ sənətlər muzeyinə təhvil vermişdir. 
Bu əsər uzun illərdir ki, bir çox Avropa və Amerika alimlərinin diqqətini cəlb 
edir. Tikmə üzərində elmi araşdırmalar aparmış Amerika alimi Fillis Akerman onu Azər-
baycan sənətkarlığının ən gözəl nümunələrindən sayır. 
Daha çox miniatür sənət əsərini xatırladan bu tikmədə Səfəvi zadəganlarından 
birinin güllü-çiçəkli bağçasında keçirilən dəbdəbəli ziyafət təsvir olunmuşdur. 
Kompozisiyanın əsas hissəsində hündür və gözəl bir taxt üstündə oturmuş 
gənc surəti təsvir edilir. Gənc əyninə gödəkqollu xalat geymiş, başına isə qızılbaşlara 
məxsus uzunqülləli başlıq qoymuşdur. Başlığın sağ yan hissəsində onun yüksək rütbəyə 
mənsub olduğunu bildirən nişanə -lələk sancılmışdır. Gəncin qarşısında diz çökərək ona 
nimçədə nar və şərab təklif edən iki qız təsvir olunmuşdur. Bədii tikmənin aşağı 
hissəsində bir-biri ilə bağlı olan bir neçə süjetli epizod əks etdirilmişdir. Həmin 
epizodlardakı musiqiçilərin, süfrədəkilərin və şərab içənlərin təsvirləri xüsusilə canlı 
verilmişdir. 
Tikmənin yuxarısında, sağ və sol küncündə simmetrik şəkildə əjdaha ilə 
simurq quşunun mübarizəsi səhnəsi təsvir olunmuşdur. Xeyirlə (simurq) şərin 
(əjdaha) mübarizəsi simvoluna çevrilmiş bu təsvirlərə biz müxtəlif sənət nümunələrində 
hər dövrün üslub xüsusiyyəti, sənətkarın zövqü və bacarığından asılı olaraq müxtəlif 
səpkilərdə tez-tez rast gəlirik. Tikmə üzərində bu təsvirlər XVI yüzilliyin bədii üslub 
xüsusiyyətlərinə müvafiq olaraq rəngarəng və dinamik bir hərəkət şəklində təsvir 
edilmişdir. 
Bədii tikmə üç hissədən ibarət olan yelənlə tamamlanır. Yelənin ortadakı enli 
haşiyəsində ardıcıl yerləşdirilmiş 52 məlaikə rəsmi verilmişdir. Yanlarda verilən nazik 
haşiyələrdə isə ağac altında oturmuş bir gənc və bu rəsmlərin arasında otyeyən 
heyvanların yırtıcı heyvanlarla mübarizəsi səhnəsi təsvir edilmişdir. Nazik haşiyədəki 
təsvirlər enli haşiyədəki təsvirlər kimi, yelən boyu ardıcıl təkrar olunur. Tikmədə təsvir 
olunan fiqurlara ümumi diqqət yetirsək, burada 180 insan, heyvan, quş rəsminin 
olduğunu görə bilərik ki, bu da nəinki tikmə üçün, hətta miniatür sənətimiz sahəsində 
də çox əlamətdar bir hadisədir. Bu bədii tikmənin yaranmasına, şübhəsiz həmin 
dövrün rəssamlıq sənəti, yəni miniatürləri böyük təsir göstərmişdir. Bunu biz XVI 
yüzilliyin miniatürləri ilə müqayisədə xüsusilə aydın görə bilərik. 
Əgər biz XVI yüzilliyin ən görkəmli Azərbaycan rəssamı Soltan Məhəmmədin 
"Şah Təhmasib meşədə", "Şahzadə saray məclisində" miniatürlərinə nəzər salsaq, 
burada da eyni tərzdə geyinib oturmuş şahzadəni və qarşısında diz çökərək ona 
nimçədə nar təklif edən gəncin rəsmini və s. görərik. 
Tikmənin yelənində verilən məlaikə rəsmlərinə isə Soltan Məhəmmədin 
meracı adlı miniatüründə təsadüf edilir. 
Budapeştdə Dekorativ Sənətlər Muzeyində nümayiş etdirilən bu bədii 
süjetli tikmə xalq sənətimizin hələ uzaq keçmişlərdə professional rəssamlıq 
sənətimiz ilə sıx əlaqədə inkişaf etdiyini bildirən qiymətli dəlildir. 
XVI-XVII yüzilliklərdə Azərbaycanda olmuş səyyahlar xalq arasında ən 


143 
geniş yayılmış sənətlərdən birinin xalçaçılıq olduğunu qeyd edirlər. 
Onların verdiyi məlumatlara görə, bu əsrlərdə xalçaçılıq sənəti o qədər 
inkişaf etmişdi ki, şəhərlərdə xarici bazarlar üçün xalça toxuyan xüsusi karxanalar 
təşkil olunmuşdu. 
İngilis diplomat və tacirləri bu əsrlərdə Azərbaycanda ən nəfis xalçaların 
Təbriz və Şamaxıda toxunduğunu qeyd edirlər. Onların verdiyi məlumatlara görə, 
Azərbaycan xalçaları bu vaxt nəinki ənənəvi olaraq Qərbi Avropa ölkələrinə 
(İtaliya, Fransa, İngiltərə və s.), hətta Rusiyaya da külli miqdarda ixrac olunurdu. 
Heç təsadüfi deyil ki, bu əsrin rus arxiv sənədləri arasında 1684-1688-ci illərdə 
Şamaxıdan Rusiyaya satışa göndərilmiş bir çox xalçaların adlarına rast gəlirik. 
İngilis səyyahı və diplomatı A.Cenkinsonun 1562-ci ildə Şamaxıda olduğu vaxt 
burada qızıl-gümüş saplarla toxunan nadir xalçalar haqqında ingilis kraliçası 
Yelizavetaya verdiyi məlumat da maraqlıdır. 
Təbrizdə bu əsrlərdə o qədər çox xalça toxunurdu ki, 1558-ci ildə türk 
sultanı Bəyazid Təbrizə gələrkən şəhərin 30 min nəfər adam tutan Sahibabad 
meydanı əlvan xalılarla döşənmiş və bəzədilmişdi. 
Mənbələr göstərir ki, bu dövrdə toxunan bəzi nümunəvi xalçaların 
yaradılmasında yalnız toxucu deyil, onunla birlikdə dövrün ən görkəmli rəssamları 
da iştirak edirdilər. 
Peşəkar rəssamın qabaqcadan hazırlanan eskizləri əsasında yaradılan bu 
xalçalar zərif və dəqiq rəsmləri, kompozisiyasının tamlığı ilə fərqlənsə də, həmin iş 
qaydasının bəzi qüsurları da var idi. Məlum olduğu kimi, xalça əsil mənada bir 
toxucunun əməyinin məhsuludur. O, əsrlər boyu xalçanın həm toxucusu, həm də 
rəssamı olmuşdur. XVI-XVII yüzilliklərdə xüsusi sifarişlərlə toxunmuş bir çox 
Azərbaycan xalçaları isə sırf xalq yaradıcılığından daha çox peşəkar saray incəsənəti 
nümunəsini xatırladır. 
Bu dövr Azərbaycan xalçaları məzmun etibarilə də çox rəngarəng və 
mürəkkəbdir. Onların üzərində insan, heyvan rəsmləri, gül-çiçək naxışları ilə yanaşı, 
əsil mənada real səpkidə toxunmuş süjetli kompozisiyalara da rast gəlirik. 
XVI-XVII yüzillikdə Azərbaycan xalçalarında dövrün ən çox yayılmış 
bəzək ünsürlərindən olan nəbati ornamentlərə daha çox rast gəlirik. Gül-çiçək, 
bulaq, ağac ünsürlərinin birləşməsindən əmələ gələn ornamentlər xalça üzərində 
nisbətən səthi üslubda verilsə də, burada dövrün ənənəvi nəbati bəzəklərindən olan 
sərv, nar, ərik ağaclarının, lalə, qızılgül, qərənfil, nərgiz və s. güllərin təsvirlərini 
asanlıqla seçə bilirik. 
Xalça üzərində adətən ahənglə qurulmuş nəbati ornamentlərdə budaqlar 
əsas ana xətti, gül-çiçək və yarpaqlar isə əlavə ünsürləri təşkil edirdi. Bu dövrün 
xalçaları arasında 1530-cu ildə Ərdəbildə Şeyx Səfi məscidi üçün toxunmuş, 
hazırda Nyu-Yorkun Metropoliten muzeyində saxlanan xalını, 1539-cu ildə Təbrizdə 
yenə həmin məscid üçün toxunmuş və indi Londondakı Viktoriya və Albert 
muzeyində olan xalını və s. göstərmək olar. 
Bu dövrdə yaradılmış xalçalar içərisində 1539-cu ildə Təbrizdə Şah 


144 
Təhmasib sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuş xalını (elm aləmində bu xalı 
Şeyx Səfi adı ilə məşhurdur) xüsusilə qeyd etmək lazımdır. 
Mənbələr göstərir ki, bu xalı vaxtilə "Şeyx Səfi" məqbərəsində saxlanırmış. 
Yerli hakimlər bu nadir sənət əsərini "Şeyx Səfi" kompleksinin uçulub dağılmış 
hissələrini təmir etmək üçün 1883-cü ildə Təbrizdəki Seqler İngilis şirkətinə satır. 
Beləliklə, xalı şirkət vasitəsilə alınaraq Londona göndərilir. Burada o bir müddət Ven 
Sen Robinson şirkətində qalır və ilk dəfə olaraq bu şirkət vasitəsi ilə Londonda 
nümayiş etdirilir. Elə oradada ona 2500 funt sterlinq qiymət qoydular. Bir müddət 
keçdikdən sonra bu xalını xalqdan yığılan pulun hesabına (1893-cü ildə) Viktoriya 
və Albert muzeyinə alırlar. 
Hələ o vaxtlar Londonda çıxan "Qardiyan" qəzeti bu xalını dünyada 
indiyə qədər qalan xalıların ən gözəli ... adlandırmışdır. 
"Şeyx Səfi" xalısı özünün nadir bəzək kompozisiyası, ornament 
motivlərinin orijinallığı və tətbiqi baxımından dünyada yeganə xalı hesab edilə 
bilər. 
Bəzəkləri müxtəlif gül-çiçək rəsmlərindən ibarət olan bu xalı öz 
rəngarəngliyi və buradakı rənglərin bir-birinə olan vəhdəti ilə insanı valeh edir. 
Xalının ən gözəl hissəsini onun mərkəzində yerləşən çoxguşəli mozaikaya bənzər 
qönçə təşkil edir. Qönçəyə hər tərəfdən yaşıl, qırmızı, sarı rəngli 16 kiçik dairəvi 
qübbə bənd edilmişdir. 
Xalıya rənglər ardıcıl olaraq, rəngşünaslıq elminin tələbləri əsasında elə 
düzgün yerləşdirilmişdir ki, böyük qönçə günəşi, ətrafındakı kiçik qübbələr isə 
şüaları xatırladır. Bundan əlavə, xalının ara sahəsinin yuxarı və aşağı hissələrində 
böyük zəngin bəzəkli qırmızı və şəkəri rəngli qəndil də vardır. Bu xalı, təkcə ideal 
gözəlliyi deyil, orta əsr mistik-fəlsəfi baxışların təcəssümünü də əks etdirir. 
Məsələn, ortadakı turuncun sarı rəngli olması işıq saçan günəşə işarədir. Xalçanın ara 
sahə yerliyinin qaraya çalan sürməyi rəngdə verilməsi göy üzünü ifadə edir. Sürməyi 
yerlik üzərində səpələnən şəkəri, qırmızı ornamentlər isə ulduzlara işarədir. Bundan 


145 
əlavə xalının həm kompozisiya cəhətdən, həm də rənginə görə əsasən 7 planetə xas 
olan 7 intensiv rəngdən istifadə edilməsi və s. bəzək elementləri müxtəlif mənalar kəsb 
edir. 
"Şeyx Səfi" xalısı "türk baf” texniki üslubunda toxunmuşdur. Onda 32 
milyon ilmə vardır. Bədii və texnoloji xüsusiyyətlərinə görə Təbriz xalçaçılıq 
məktəbinin məhsuludur. Axırıncı məlumatlara görə onun eni 5,34 metr, uzunu 11,50 
metrdir. Ümumi ölçüsü 61 kv. metrdir. 
Bu nümunəvi xarakter kəsb edən sənət əsəri barədə dünya alimləri çoxlu 
elmi araşdırmalar aparmışlar. Lakin bu yaxınlarda məlum olmuşdur ki, sözü gedən 
"Şeyx Səfi" xalısının iki əlavə variantı da var. 
Onlardan nisbətən kiçik olan ikincisi hazırda Los-Ancelesin Kauntay qraf 
muzeyində saxlanılır. 
Aparılmış elmi araşdırmalar göstərir ki, bu xalı da Viktoriya və Albert 
muzeyində saxlanılan xalı kimi Ərdəbildə Şeyx Səfi məqbərəsində olmuş, onunla 
birlikdə məscidin təmiri ilə bağlı xərclərini ödəmək üçün həmin şirkətə satılmışdır. 
Deməli, bu xalı da elə o vaxtlar İngiltərəyə gətirilib. Birincisi, Viktoriya və 
Albert muzeyinə satılıb və hazırda orada nümayiş etdirilir. İkincisi isə, Los-
Ancelesdə Kauntay muzeyindədir. Əldə edilən məlumatlara görə, ikinci xalını 
Mançester sakini Ziqler hələ o vaxtlar amerikalı kolleksioner Yerkisə satır və xahiş 
edir ki, onu bir müddət nümayiş etdirməsin. Yerkis öldükdən sonra onu Los-
Anceles muzeyi alıb nümayiş etdirir. 
Lakin bununla "Şeyx Səfi" adını almış eyni kompozisiya və bədii tərtibatlı 
xalıların tarixi bitmir. Lap bu yaxınlarda "Röyter" və s. informasiya agentliklərinin 
verdiyi məlumatlara görə, Şeyx-Səfi xalısının yeni, yəni üçüncü variantı da aşkar 
edilmişdir. Onu İran İslam Respublikasının rəsmi dairələri 4,5 milyon dollara bir şəxsi 
kolleksionerdən alıb İrana gətirmişlər. 
Şeyx Səfi tipli ornamental xalılar əsasən Təbriz və Ərdəbil şəhərlərində 
toxunurdu. Azərbaycanın Şirvan, Qarabağ, Gəncə, Qazax və s. yerlərində toxunan 
xalçalar ornamentlərinin məzmunu etibarilə həmin xalçalara oxşasa da üslub 
xüsusiyyətlərinə görə onlardan fərqlənirlər. Bu əsrlərdə Şirvanda toxunmuş və 
hazırda Amerikanın Pensilvaniya muzeyində və yenə XVII yüzillikdə Qarabağda 
toxunmuş və indi Qərbi Almaniyanın Düsseldorf şəhər muzeyində saxlanılan 
xalçaları nəzərdən keçirək. 
Stilizə olunmuş nəbati ornamentlərlə bəzədilmiş Şirvan xalçasının ara sahəsində 
xalça boyu üç cərgə iti dilimləri olan uzun sxematik rəsmlər verilmişdir. Bəzəklərin 
hər birinin yuxarı hissəsində qarşı-qarşıya duran iki üçbucağa bənzər xətt vardır. 
Diqqətlə baxdıqda bu ornamentlərin dekorativ-tətbiqi sənətimizdə geniş yayılmış 
ənənəvi bəzək elementləri olduğunu görürük. Burada təsvir olunmuş uzunsov, itidilimli 
rəsm sərv ağacını, qarşı-qarşıya duran simmetrik naxışlar isə quşu təsvir edir. Buradakı 
ornament motivləri, hətta kompozisiya Təbriz, Ərdəbil xalçaları üçün də səciyyəvidir. 
Bununla belə, Şirvan xalçası Təbriz, Ərdəbil xalçalarından fərqlənir. 
Tədqiqatçılar Təbriz və Ərdəbildə toxunmuş xalıların rəsm və naxışlarında 


146 
başqa yerlərdə toxunan xalçalara nisbətən daha çox real ünsür olduğunu qeyd edirlər. 
Əgər Gəncə, Qazax, Şirvan və s. yerlərdə toxunmuş xalçalardakı bəzəklərə 
nəzər yetirsək, rəsmlərin xeyli stilizə olunduğunu, beləliklə də sxematik şəklə 
salındığını aydın görərik. 
Azərbaycan xalçalarımızdakı bəzək müxtəlifliyini ilmə sıxlığının çox və ya az 
olması ilə izah edirlər. Həqiqətən ilmə sıxlığı çox olan xalçalarda daha real və zərif 
rəsmlərə, ilmə sıxlığı az olan xalçalarda isə sxematik və nisbətən primitiv bəzəklərə 
rast gəlinir. 
XVI-XVII yüzilliklərdə Azərbaycanda yüksək səviyyəli ornamental 
xalçalarla yanaşı, bədii xarakter daşıyan süjetli xalçalar da toxunurdu. Bunlardan 
ovçuluq, bağ-bağça adı ilə məşhur olan müxtəlif kompozisiyalı xalçaları, məişət 
səhnələrini, klassik Şərq poemalarından götürülmüş epizodları və s. göstərmək olar. 
Ovçuluq xalçaları içərisində XVI yüzillikdə Təbrizdə qızıl və gümüş iplərlə 
toxunmuş, hazırda Londonun Viktoriya və Albert muzeyində nümayiş etdirilən xalça 
xüsusilə məşhurdur. Uzunluğu 132 sm, eni isə 104 sm olan bu kiçik xalçada gül-çiçək 
naxışlarının fonunda şir, pələng, canavar, ceyran və s. heyvan təsvirləri əks 
etdirilmişdir. Bu təsvirlər adi, sakit vəziyyətdə deyil, çox canlı və hərəkətdə 
verilmişdir. Buradakı ceyranı parçalayan pələng təsviri xüsusilə böyük məharət və 
ustalıqla işlənmişdir. Xalça hər tərəfdən içərisində məlaikə təsviri olan üçkünc 
formalı, haşiyəli qübbələrlə bitir. 
Budapeşt Dekorativ Sənətlər Muzeyində saxlanılan XVI yüzilliyə aid xalça 
fraqmentinin süjetli rəsmləri daha mürəkkəbdir. 
Başqa xalçalarımızda olduğu kimi, bu xalça da enli ara sahə və üçhaşiyəli 
yeləndən ibarətdir. Xalının ən maraqlı hissəsini ara sahənin mərkəzində yerləşən 
kətəbə təşkil edir. Kətəbənin içərisində miniatür sənətinə xas olan səpkidə saray 
həyatından götürülmüş ziyafət təsvir olunmuşdur. Kompozisiyanın mərkəz hissəsini 
dəbdəbəli, bəzənmiş taxtda oturmuş gənc təşkil edir. Qızılbaşlara mənsub zəngin 
libas geymiş gənc sağ əlini qaldırıb, elə bil nitq edir. Onu əhatə edən əyan və saray 
xidmətçilərinin diqqəti bütünlüklə onda cəm olunmuşdur. 
Təsvir etdiyimiz hadisə, ətrafına hündür hasar çəkilmiş və silahlı gözətçilərlə 
qorunan gözəl bir bağda vaqe olur. Belə süjetli kompozisiyanın rəng vəhdəti də, 
məzmunu da rəngarəngdir. Tünd-göy rəngli səmanın fonunda verilmiş qızılı-sarı 
çiçək açmış ağac və insan fiqurları bu kompozisiyaya xüsusi bir hərarət verir. 
Kətəbənin daxilində verilən təsvirlər həm rəng, həm də məzmun etibarilə 
xalçanın ara sahəsində verilən təsvirlərdən fərqlənir. Xalçanı toxuyan sənətkar, elə 
bil ki, qəsdən saraydan kənardakı həyatı sönük, faciələrlə dolu olan bir mənzərədə 
təsvir etmişdir. 
Boz-qızılı rəngli səhranı andıran xalçanın bu hissəsində yırtıcı heyvanlarla 
otyeyən heyvanların mübarizə səhnəsi təsvir edilmişdir. 
Təsvirlər içərisində kətəbənin üst tərəfində solda iti bir hərəkətlə kəlin 
üstünə sıçrayıb onu parçalayan bəbir rəsmi, xüsusilə canlı və həyati verilmişdir. 
Xalçanın yeləni onun ara sahəsində rast gəlinən rənglər vəhdətində 


147 
yarpaq, çiçək, qıvrım budaq rəsmlərindən təşkil edilmişdir. Şərq aləmində geniş 
yayılmış islimi kompozisiyası əsasında qurulmuş bu nəbati bəzəklər xalçaya xüsusi 
bir gözəllik verir. 
Parisin Dekorativ 
Sənətlər 
və 
Luvr 
muzeylərində 
saxlanılan 
xalçalarımız da həm bədii, 
həm də texnoloji cəhətdən 
diqqəti cəlb edir. Xüsusi 
sifarişlərlə XVI yüzillikdə 
Təbriz 
karxanalarında 
toxunmuş bu nadir xalq 
sənəti örnəklərinin gözəlliyi 
ondan ibarətdir ki, onların 
hər biri nümunəvi xarakter 
daşıyır. Həmin xalçaların 
əksəriyyəti mövzu etibarilə 
ənənəvi xarakter daşısa da, 
yəni əsasən ovçuluq və 
bağ-bağça səhnələrinə həsr 
edilsə 
də 
kompozisiya 
etibarilə müxtəlifdir. Bu 
baxımdan eyni mövzulu iki 
xalçanı nəzərdən keçirək. 
Birinci xalça Parisin Dekorativ Sənətlər Muzeyindədir. Uzunluğu 410, eni 350 sm 
olan bu xalçanın ara sahəsində tünd rəngli oraamental kətəbə verilmişdir. 
Kətəbənin yelənə qədər olan boşluqlarında əfsanəvi bir bağ təsvir olunmuşdur. 
Burada təbiətin ən gözəl fəsli - yaz verilmişdir. Meyvə ağacları: alma, ərik, 
rəngbərəng çiçəklər açmış, sərv ağacları isə yamyaşıl, qələm tək göylərə 
uzanmışdır. 
Gül-çiçək və budaqlar üzərinə qonmuş quşlar sanki bu gözəlliyə məftun 
olaraq cəh-cəh vururlar. Ağac kölgəsində ritmik hərəkətdə verilən bəbir, tülkü və 
ceyran sanki bu sakitliyi pozmağa cəhd edirlər. Xalçanın üçhaşiyəli yeləni ara sahədə 
verilən bəzəklərlə ümumi bir uyğunluq təşkil edir. Bu həm onların rəngində, həm 
də ornamental bəzəklərində özünü büruzə verir. 
Parisin Luvr muzeyində nümayiş etdirilən XVI yüzilliyə aid xalçamız mövzu 
etibarilə bundan əvvəl təsvir olunan xalçaya bənzəsə də, ondan həm ümumi 
kompozisiya, həm də ornament bəzəklərinə görə xeyli fərqlənir. 
Uzunu 783, eni 379 sm ölçüdə olan bu xalça üçhaşiyəli yelən və enli ara 
sahədən ibarətdir. Ara sahənin mərkəz hissəsində böyük həcmdə ornamental kətəbə 
verilmişdir. Kətəbənin içərisində nəbati ornament ünsürləri və simmetrik səpkidə 
qurulmuş 4 əjdaha ilə simurq quşunun mübarizə səhnəsini təsvir edən süjet əks 


148 
olunmuşdur. Kətəbədən yuxarı və aşağı hissələrdə xalça boyu çoxlu ağac, gül-çiçək, 
heyvan, quş və dörd eyni tipli insan fiqurları yerləşdirilmişdir. Simmetriya əsasında 
qurulmuş bu təsvirlər öz həyatiliyi və dəqiq işlənməsi ilə diqqəti cəlb edir. Buradakı 
təsvirlər içərisində xalça üzərində 4 dəfə təkrar olunan, ceyranın üstünə atılıb onu 
parçalayan pələng fiquru xüsusilə canlı verilmişdir. 
Fransız sənətşünaslarının verdiyi məlumatlara görə bu yüksək bədii 
xüsusiyyət daşıyan sənət əsəri əvvəllər Paris Notrdam kilsəsinin xüsusi əmlakı olmuş 
XX yüzilliyin əvvəllərində dövlət tərəfindən nəzarət altına alınaraq, geniş tamaşaçı 
kütləsinə göstərilmək üçün Luvr muzeyinə gətirilmişdir. 
Azərbaycanda bu dövrdə yüksək keyfiyyətli xovlu xalçalarla yanaşı, külli 
miqdarda xovsuz xalça məmulatı -palaz, cecim, kilim, şəddə, vərni də istehsal 
olunurdu. 
Xovsuz xalça məmulatı istehsalı, xüsusilə Qarabağ, Gəncə, Qazax və 
Şamaxıda çox şöhrət tapmışdı. Xovsuz xalçalar nisbətən sadə və az bəzəkli toxunsa 
da, rəngləri və bəzəklərinin sxematik bir tərzdə ifadəsi ilə diqqəti cəlb edir. Xovsuz 
xalça məmulatı üzərində bir qayda olaraq, rəngli zolaqlara, dördbucaq, paxlava, 
çarpaz, qıvrım xətlərə və s. həndəsi fiqurlara rast gəlirik. Mənşəyi etibarilə qədim 
dövrlərə aid olan sxematik bəzəklər əslində real varlıqda rast gəldiyimiz əşyaları 
təsvir edir. Xovsuz xalçalarımızın bəzək xüsusiyyətlərindən biri də ondan ibarətdir 
ki, onlar xovlu xalçaların üzərindəki nəbati ornamentlər kimi, başqa bəzək ünsürləri 
ilə bağlı olmur, hər bir ornament ünsürü nisbətən sərbəst təsvir olunur. 
Xovsuz xalçalarda arabir nisbətən real səpkidə çəkilmiş insan və heyvan 
fiqurlarına da rast gəlirik. Belə xovsuz xalçalarımız sırasına XVII yüzillikdə 
Qarabağda toxunmuş və hazırda Tbilisidə Gürcüstan Dövlət İncəsənət Muzeyində 
saxlanılan şəddəni və s. daxil edə bilərik. 
XVI-XVII yüzilliklərdə metaldan ev avadanlığı, silah və bəzək nümunələri 
düzəltmək Təbriz, Ərdəbil, Marağa, Xoy, Naxçıvan, Gəncə, Şamaxı və Bakı 
şəhərlərində xüsusilə geniş inkişaf etmişdi. 
Bu əsrlərdə əməyin ixtisaslaşması təkcə düzəldilənə növləri sahəsində yox, 
şəhərlər arasında da özünü büruzə verməyə başlamışdı. Məsələn, Ərdəbil şəhərinin 
bədii metal məmulatları düzəltməkdə inkişaf etmiş mərkəzlərdən sayılmasına 
baxmayaraq, Şeyx Şəfi türbəsinin gümüş barmaqlıqlarını düzəltməyi Gəncə 
sənətkarlarına, bakılılar isə İçərişəhərin dəmir qapılarını Naxçıvan dəmirçilərinə 
sifariş etmişlər. 
XVI-XVII əsrlərdə Azərbaycan sənətkarları tərəfindən hazırlanmış silah 
(xəncər, qılınc, toppuz, qalxan) və zirehli geyimlər (başlıq, dirsəklik, dizlik və s.) 
xaricdə xüsusilə geniş şöhrət tapmışdır. 
Xarici ölkə səyyahları bu əsrlərdə Azərbaycan silahlarının başqa ölkələrlə 
yanaşı, Moskvada daha geniş yayıldığını xüsusi qeyd edirlər. Rus mənbələrində biz bu 
əsrlərdə Şamaxıda düzəldilmiş silahların adlarına tez-tez təsadüf edirik. 
Belə mənbələrin birində rus çarı Boris Qodunovun Şamaxı sənətkarları 
tərəfindən düzəldilmiş səkkiz ədəd bəzəkli zirehli başlıqlarından bəhs olunur. 


149 
Azərbaycan silahlarının 
belə geniş şöhrət tapması bu 
dövrdə əbəs yerə deyildi. Yerli 
sənətkarlar ənənəvi silahların 
düzəldilməsində artıq bir çox 
yeniliklər icad etmişdilər. 
XV əsrdə geniş yayılmış 
düz və enli qılınclar əvəzinə, indi 
əyri, ayparaya bənzər qızıl, gümüş 
və qiymətli sümük dəstəkli 
qılınclar daha çox yayılmağa 
başlayır. 
Qalxan 
və 
zirehli 
geyimlərin də tərtibatı əvvəlki 
dövrlərə 
nisbətən 
xeyli 
zənginləşmiş 
və 
dəbdəbəli 
olmuşdur. 
Arxiv 
sənədlərində 
1594-cü ildə rus çarı Fyodor 
İvanoviçə bir azərbaycanlı tacir 
tərəfindən təqdim edilmiş qalxan 
barədə belə qeydlər vardır: "... 
qalxanın üzəri oyulmuş və qızılla 
bəzədilmişdir..." 
Araşdırmalar göstərir ki, bu dövrdə yaranmış metal məmulatlarının 
hazırlanmasında sənətkarlarla yanaşı, dövrün məşhur rəssamları da iştirak edirdilər. 
Bu
rəssamlar düzəldilən qab-qacaq və silahların üzərini bəzəmək üçün onların forması 
və ölçüsü əsasında müxtəlif eskizlər hazırlayır, bəziləri isə hətta usta ilə birlikdə bəzəyi 
metal üzərində də davam etdirirdilər. 
Tarixdən məlumdur ki, Azərbaycanın XVI əsrdə yaşamış ən istedadlı 
rəssamlarından biri olan Soltan Məhəmməd müxtəlif xalça, parça, metal nümunələri 
üçün bir qrup orijinal kompozisiyalar və rəsmlər yaratmaqla yanaşı, həm də dövrünün 
mahir bir zərgəri olmuşdur. 
Hazırda Kremlin Silah palatasında saxlanılan XVI əsrə aid bir qalxan 
xüsusilə diqqəti cəlb edir. 
Misli görünməyən gözəllikdə olan bu qalxan deyildiyinə görə, rus çarı 
Mixail Fyodoroviç Romanovun müharibə vaxtı özünü qoruduğu silahlardandır. Sonralar 
bu qalxan məşhur rus sərkərdəsi F.İ.Mstislavskidə olmuş, 1622-ci ilin aprel ayında o 
öldükdən sonra həmişəlik rus çarlarının xəzinəsinə keçmişdir. Diametri 50,8 sm olan 
bu qalxan bütöv qırmızı poladdan döyülərək üzəri xatəmkarlıq üsulunda qızılla 
bəzədilmişdir. Qalxanın üzərində 42 ədəd qalxanboyu dairəvi cığırlar vardır ki, 
bunların da içərisi müxtəlif ov, müharibə səhnələri və heyvanat aləmindən 


150 
götürülmüş rəsmlərlə həkk olunmuşdur. Bu dairəvi cığırların 9-da ayrı-ayrı 25 növlü 
71 heyvan təsviri, 3-də müxtəlifkompozisiyalarda 18 insan fiquru və s. rəsmlər vardır. 
Buradakı rəsmlər içərisində Nizaminin "Leyli və Məcnun" poemasından götürülmüş 
kompozisiyalar xüsusilə maraqlıdır. Leylinin səhraya Məcnunun görüşünə gəlməsi 
səhnəciyi xüsusilə canlı və həyati təsvir edilmişdir. Maraqlı burasıdır ki, həkk 
olunmuş bu rəsmlərin arasında biz məşhur rəssamımız Soltan Məhəmmədin hazırda 
Sankt- Peterburqda, Saltıkov-Şedrin adına Dövlət kitabxanasında saxlanılan ov səhnəsi 
adlı miniatüründən götürülmüş eyni təsvirləri görürük. Bu da şübhəsiz, Soltan 
Məhəmmədin XVI yüzillikdə Təbrizdə məşhur zərgər Məhəmməd Mömin 
tərəfindən yaradılmış bu əsərində iştirak etdiyini sübut edir. Əbəs deyildir ki, Moskva 
alimləri bu qalxanın öz gözəlliyinə görə dünya muzeylərində saxlanılan Şərq 
silahları içərisində misilsiz olduğunu qeyd edirlər. 
Bununla əlaqədar, Azərbaycanda düzəldilmiş həmin dövrə aid iki maraqlı 
əsəri də qeyd etməliyik. Bunların ikisi də müharibə zamanı zadəganlar tərəfindən 
istifadə edilən baş geyimləridir. Onlardan biri hazırda Moskvada Silah Palatasında, o 
birisi isə İstanbulda saxlanılır. İkinci başlığın üzərində onun 1528-ci ildə Şah 
Təhmasib üçün düzəldildiyi qeyd olunmuşdur. 
Birinci zirehli başlığa ilk dəfə Şamaxıdan rus çarı Boris Qodunova gətirilən 
silahlarını siyahısı arasında rast gəlirik. Sonralar bu dəbilqə də bədii qalxan kimi knyaz 
F.İ.Mstislavskidə olmuşdur. 
Bəhs etdiyimiz sənət əsəri o qədər bəzəklidir ki, o, başı qılınc, toppuz və s. 
zərbəsindən qorumaq üçün geyilən müdafiə geyimindən daha çox güləbətin tikməli 
araqçını xatırladır. Başlığın üzəri gül-çiçək və zərif, qıvrımxətli budaqlardan təşkil 
edilmiş naxışlarla bəzədilmişdir. 
Naxışlar arasında ardıcıl olaraq kiçik yuvacıqlarda yerləşdirilmiş yaqut və 
firuzə qaşları bu sənət əsərinə xüsusi bir gözəllik verir. 
Başlığın bəzəkləri içərisində xəttatlıq sənəti nümunələri də vardır. Onlar 
başlığın alın hissəsində enli qurşaqda yerləşdirilmişdir. Burada "qadir və 
mərhəmətli Allah naminə" sözləri yazılmışdır. 
Başlıq hamarlanmış poladdan düzəldilmiş, onun bəzədilməsində bədii 
metal emalının üç texniki üsulundan: şəbəkə, xatəmkarlıq və qələm işindən 
məharətlə istifadə olunmuşdur. 
İstanbul Topqapı sarayı muzeyində saxlanılan zirehli baş geyimi, forma və 
bəzəkləri ilə yuxarıda bəhs etdiyimiz başlıqdan fərqlənir. Onun təpəsi hündür və 
dikdir, yan tərəfdən başlığa lələk geydirmək üçün uzun qələməbənzər iki boru bənd 
edilmişdir. 
Başlığın ən gözəl yeri onun yuxarı hissəsində yerləşən bəzəkləridir. Burada 
altı uzunsov medalyon və onların da içərisində yırtıcı heyvanların otyeyən 
heyvanlarla mübarizəsi səhnəsi təsvir olunmuşdur. 
Hələ qədim Altay incəsənətində olan bu mövzu, gördüyümüz kimi, XVI-
XVII yüzilliklərdə Azərbaycanda da geniş yayılmış və əsasən belə mövzulu metal 
məmulatlar Təbrizdə düzəldilmişdir. Bu da əbəs yerə deyildir, çünki həmin dövrdə 


151 
Təbriz şəhəri sənətin bu növündə Yaxın Şərqdə aparıcı rol oynayırdı. Təbriz 
sənətkarlarının metaldan düzəltdikləri odlu və soyuq silahlar, hərbi geyimlər eyni 
vaxtda bir çox ölkələrdə məşhur idi. Təsadüfi deyil ki, 1514-cü ildə türk sultanı 
Səlimin Təbrizdən İstanbula apardığı sənətkarlar arasında əksəriyyəti qılınc, 
qalxan, ox, yay qayıran ustalar idi. 
Həmin 
dövrdə 
metal 
məmulatlarının 
əksəriyyətinin 
Təbrizdə 
hazırlanmasına baxmayaraq, XVI əsrdə Azərbaycanın başqa yerlərində də bu 
sənətin inkişaf etdiyini bildirən bir çox sübutlar vardır. 1580-ci ildə Bakıda olmuş 
bir ingilis səyyahı yerli əsgərlərin əyinlərindəki bəzəkli polad və gümüş zirehli 
paltarlara heyran qaldığını qeyd edir. Başqa məxəzdə isə Meynert Meynerts adlı 
hollandiyalı bir şəxsin Bakıda əsir olduğu vaxt silah düzəldən mahir bir sənətkarın 
yanında qul kimi işlədiyi söylənilir. Yazılı məxəzlərdə Şamaxıda, Gəncədə və 
Naxçıvanda da metal məmulatları düzəldilən emalatxanaların olduğu qeyd olunur. 
Bu dövrdə Azərbaycanda yaradılmış metal məmulatları, gördüyümüz kimi, 
doğrudan da çox bədii və zəngin olmuşdur. Onlar nəinki öz gözəl formaları və 
məzmun vəhdəti, eyni zamanda bədii tərtibatları ilə də insanı valeh edirlər. Bu bədii 
tərtibatlar arasında təkcə nəbati, həndəsi naxışlara, heyvanat aləmindən götürülmüş 
rəsmlərə yox, həm də dərin məzmunlu böyük kompozisiyalara da rast gəlirik. XVI 
əsrdə Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindən alınmış surətlərə metal 
məmulatları üzərində xüsusilə tez-tez rast gəlinir. 
Metal məmulatları bəzəyindən danışarkən, bəzən rəsm və naxışlar arasında 
ərəb əlifbası ilə yazılmış sözlər və kəlmələr haqqında da məlumat vermək lazımdır. 
Bunlardan hansı usta tərəfindən kim üçün, kimin sifarişi ilə nə vaxt düzəldiyini 
bildirən sözlərə, bəzən Qurandan götürülmüş kəlmələrə və yaxud klassik Şərq 
şairlərinin şeirlərinə də rast gəlinir. Həmin yazılar mahir sənətkar əli ilə əşyada 
olan naxış və rəsmlər arasında o qədər bacarıqla yerləşdirilirdi ki, o özü gözəl bir 
bəzəyi xatırladaraq, ümumi kompozisiyanın qırılmaz bir hissəsini təşkil edirdi. 
Çox güman ki, xristian çarları və zadəganları əşya üzərindəki bu yazıları 
bəzək bilərək onlara fikir vermədən alıb istifadə edirmişlər. 
XVII əsrdə yaşamış məşhur rus sərkərdəsi knyaz Fyodor İvanoviç 
Mstislavski bilsəydi ki, başına geyib xristian dini uğrunda müharibəyə getdiyi 
başlıqda "qadir və mərhəmətli Allah naminə"sözləri yazılmışdır, şübhəsiz ki, onu 
geyməzdi. 
Ornament, müxtəlif rəsm və bədii yazılarla yanaşı bu dövrdə metal 
məmulatlarının bəzəyində qiymətli daş-qaşlardan çox geniş istifadə edilirdi. Qaşlar 
içərisində firuzə, yaqut xüsusilə geniş yayılmışdır. Firuzə qaşı adət-ənənəyə görə 
onu istifadə edən şəxsi həmişə xəstəliklərdən, gözdəymədən qoruyur və evinə 
xoşbəxtlik gətirirdi. Haqlı olaraq dahi şairimiz Nizami öz poemalarının birində: 
firuzənin maviliyi özü ilə evimizə səadət gətirər - deyir. Yaqut qaşı isə əksinə 
olaraq özündə ehtiras, qələbə hissiyyatları təmsil edirdi. 
XVI-XVII əsrlərdə metaldan düzəldilmiş bədii sənət nümunələrinin 
ayrılmaz bir qolunu da zinət işləri təşkil edir. Bunlar əsas etibarilə qızıl və 


152 
gümüşdən düzələrək, həyatda qadın və kişi bəzəyi kimi istifadə edilirdi. 
Ümumiyyətlə, qiymətli metallardan düzəldilmiş qızıl-gümüş bəzəkləri 
gəzdirilməsi və geyilməsinə görə 4 hissəyə bölünür: 1) boyun bəzəkləri; 2) qol və 
barmaq bəzəkləri; 3) baş bəzəkləri; 4) libaslara bənd olunan bəzəklər. 
1553-cü ilin aprel ayında Şamaxıda Abdulla xanın qonağı olmuş ingilis 
səyyahı və diplomatı Antoni Cenkinson xanın libasını təsvir edərkən orada gördüyü 
zərgərlik işlərinə valeh olduğunu qeyd etmişdir. 
Bu dövr Şamaxı zərgərliyi haqqında məlumatlara Korneli de Bryuinin də 
qeydlərində rast gəlirik. 
XVI-XVII əsr Azərbaycan zərgərliyi barədə yazılı mənbələrdə çoxlu 
müsbət rəylərin olmasına baxmayaraq faktik materialların sayı olduqca azdır. 
Bu əsrlərdə düzəldilmiş və dövrümüzə qədər gəlib çatmış zərgərlik 
nümunələri içərisində biz iki sənət əsəri haqqında danışacağıq. Bunlardan biri 
Gədəbəy rayonunda qazıntı işləri zamanı Səfəvi sikkələri ilə birlikdə aşkara çıxmış 
badam və nar dənələri formalı, üstü naxışlı gümüş boyunbağı, o birisi isə I Şah 
İsmayılın 1507-ci ilə aid edilən qızıl kəməridir. 
Şah İsmayılın hazırda İstanbuldakı Topqapı sarayı muzeyində saxlanılan 
kəməri ölçüsü təxminən 58 sm olan, biri digərinə qarmaqla bənd edilən şəbəkə 
üsulunda zərif nəbati ornamentlərlə bəzədilmiş qızıl hissələrdən ibarətdir. Kəmərin ən 
gözəl hissəsini onun dairə şəkilli toqqası təşkil edir. Toqqada at belində ova çıxmış 
bir gənc və onu müşahidə edən şətir təsvir olunmuşdur. 
Gəncin əynində gödək qollu dəbdəbəli xalat, başında qızılbaşlara məxsus 


153 
başlıq vardır. Başlığın yan hissəsinə gəncin yüksək rütbəyə mənsub olduğunu 
bildirən lələk taxılmışdır. Ov səhnəsi çiçək açmış ağaclar fonunda təsvir edilmişdir. 
Toqqa üzərindəki təsvirlər həm ümumi kompozisiyası, həm də ayrı-ayrı 
motivləri ilə dövrün miniatür sənətindəki bəzi süjetləri xatırladır. 
XVI-XVII yüzilliklərdə bürünc plastikası məmulatı istehsalı da geniş vüsət 
almışdır. Bunu yazılı mənbələr və maddi nümunələr təsdiq edir. 
Həmin dövrdə istehsal olunmuş bürünc plastikası nümunələrindən əsasən 
müxtəlif əşyaların bəzək elementləri kimi istifadə olunurdu. Bunlardan biri I Şah 
Abbasın Londonda, cənab Ullesin şəxsi kolleksiyasında saxlanan qılıncıdır. Həmin 
qılıncın dəstəyi qoç başı şəklində hazırlanmışdır. Məlumdur ki, qoç qədimlərdən 
Azərbaycan mifologiyasında güc, bərəkət, bolluq kimi rəmzi məna kəsb etmişdir. Qoç 
başı təsvirlərinə müxtəlif sənət nümunələri üzərində: keramikada, metal 
məmulatlarda, xalça və daş plastikasında rast gəlrnək olar. 
İşləmə üslubuna görə bu dövr məmulatı ilə oxşarlıq təşkil edən balaca 
balıq fiquru öz bədii keyfiyyətləri ilə nəzərə çarpır. Bu əşya Bakıda İçərişəhərdə 
aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmişdir. Fiqur xeyli ümumiləşdirilmiş 
şərti-dekorativ səpkidə işlənməsinə baxmayaraq, çox canlı təsir bağışlayır. Sənətkar 
buna balığın bədəninin ayrı-ayrı hissələrinin bir-birinə uyğun şəkildə, fiqurun 
hərəkətdə işlənməsi ilə nail ola bilmişdir. 
Əvvəlki dövrlərə nisbətən XVI-XVII yüzilliklərdə daş üzərində oyulmuş 
bəzək nümunələrinə biz daha çox məzarüstü daşlarda rast gəlirik. 
Ümumiyyətlə, Azərbaycan ərazisində bir neçə qrup məzar daşlarına 
təsadüf edilir. Bunlardan müxtəlif formalarda yonulmuş vertikal başdaşılarını, 
horizontal sənduqələri, at, qoç fiqurlu heykəlləri və s. göstərmək olar. 
Qeyd etdiyimiz məzar daşları dəfn olunan şəxsin həyatda, cəmiyyətdə 
tutduğu mövqeyindən asılı olaraq müxtəlif səpkidə, formada və məzmunda 
bəzədilərdi. 
Aydındır ki, dövlətli şəxslərin məzar daşı daha bəzəkli və zərif işlənilirdi. 
Yerin iqlimindən, istifadə edilən materialından və ənənəsindən asılı olaraq 
Azərbaycanın müxtəlif yerlərində məzar daşları müxtəlif formalarda və bəzəklərdə 
olurdu. Hazırda Azərbaycanda XVI-XVII yüzilliklərə aid ən zərif və orijinal oyulmuş 
məzar daşlarına Abşeronda, Şamaxıda, Laçında, Lerikdə, Naxçıvanda, Gəncədə, 
Qəbələdə və b. yerlərdə rast gəlmək olur. Bu məzar daşları üzərində böyük məharətlə 
oyulmuş həndəsi, nəbati ornamentlərlə yanaşı, insan, heyvan, quş fiqurlarına və hətta 
əsil mənada süjet xarakteri daşıyan kompozisiyalara da rast gəlirik. Bunlardan yalnız 
bəzək kimi deyil, həm də dəfn olunmuş şəxsin cinsini, həyatını, peşəsini əks etdirən 
təsvir kimi də istifadə edirdilər. Məsələn, gəncliyi, şücaəti əks etdirən məzar daşları 
üzərində qılınc, qalxan, at, qoç, qartal quşu, hörmətli qoca bir şəxsin və ya ruhaninin 
məzar daşında təsbeh, rəhil, qadının məzar daşı üzərində iynə, sap, güzgü və s. rast 
gəlirik. 
Məzar daşları üzərində, bundan əlavə bir çox simvolik mahiyyət daşıyan 
rəsmlərə də rast gəlinir. Bunlardan islamı təmsil edən ay-ulduz, günəşi bildirən svastika və 


154 
ya zolaqlı dairə naxışları göstərmək olar. Bundan əlavə daşlarla mərhumun fəlsəfi 
kəlamları, görkəmli şair və aşıqların şeirlərindən sətirlər, dua, şifahi ədəbiyyatından 
gəlmə şeirlər yazılırdı. Epitafiya (məzar kitabəsi) şəklində geniş yayılmış belə yazılar 
görkəmli şəxslərin başdaşılarında təsvir olunur. 
XVI-XVII 
yüzilliklərdə yaradılmış məzar daşlarının bəzəyinin 
əksəriyyətini nəbati ornamentlər təşkil edir. Adətən, simmetriya əsasında qurulmuş 
nəbati ornamentlərdə budaqlar əsas ana xətti, onların üzərində yerləşən gül-çiçək və 
yarpaqlar isə əlavə ünsürləri təşkil edirdi. Spiralabənzər budaqların təsvirləri 
bütünlüklə bəzədilən sahənin formasından və ölçüsündən asılı olurdu. 
Xalq sənətkarları materialın kobud və bərk olmasına baxmayaraq, bu 
ornament ünsürlərini elə zərif, bacarıqla oyurdular ki, onlar öz zərifliyi ilə heç də o 
dövr başqa növ sənət nümunələrindən (xalça, parça, zərgərlik və s.) geri qalmırdı. 
Qeyd edək ki, müxtəlif sənətkarlıq sahələrində işlədilən bəzəklərlə oyma 
məzar daşı bəzəkləri arasında çox yaxın oxşarlıq vardır. Demək olar ki, bunlar bir-
birilə vəhdət təşkil edir. 
Daş oymaları sahəsində aparılmış elmi araşdırmalar göstərir ki, nəbati 
ornament motivləri və cürbəcür gözəl xətlərlə yazılmış kitabələrlə bəzədilmiş ən 
nəfis məzar daşları bu əsrlərdə Şirvan ərazisində olmuşdur. 
Asan oyuları və əsas etibarilə əhəng daşından düzəldilmiş Şirvan məzar 
daşları çox böyük olmayıb sənduqə formasında təsadüf edilir. 
Bu sənduqələrin əsas bəzək elementlərini simmetrik şəkildə qurulmuş 
bitki motivləri, nəsx xətli kitabə, səlcuq zənciri adlanan həndəsi ornament növü və 
bəzi məişət əşyalarının təsviri (gülabdan, rəhil və s.) təşkil edir. 
Kompozisiya etibarilə bitki motivləri, adətən, sənduqənin yan tərəfində 
geniş sahədə, yazılar sənduqənin yan haşiyəsində nazik qurşaq arasında, səlcuq 
zənciri və s. həndəsi naxışlar isə oturacaq hissədə təsvir olunurdu. 
Şirvan sənduqələrində az-çox təsadüf edilən rəhil, gülabdan, ox, yay və s. 
rəsmlər məzar daşlarının baş və ayaq tərəflərində həkk olunurdu. 
XVI-XVII yüzilliklərdə bu ərazidə bədii daş nümunələrinə Qəbələ 
rayonunun Həzrə və Bakının Buzovna kəndlərində rast gəlinir. 
Qeyd etdiyimiz abidələr öz zəngin bədii tərtibatı ilə yanaşı, oyma üsulunun 
müxtəlifliyi ilə də diqqəti cəlb edir. Burada üzdən zərif, təkəlduz işlərini andıran 
oymalarla yanaşı, elə bil ki, burğu ilə dəlinmiş bəzəkli çuxurlar və hətta ikiüzlü 
oyma işləri vardır. 
Buzovnadakı Xəlif Əli və Məhəmməd Möminə türbəsi ətrafında yerləşən 
XVII yüzilliyə aid məzar daşları arasında təsadüf olunan ikiüzlü oyma işləri xüsusilə 
diqqəti cəlb edir. Deyildiyinə görə, keçmişdə belə məzar daşlarının içərisində şam 
yandırıb qoyarlarmış, gecə vaxtı bu ornamental oyuqlardan bayıra süzülən şam 
işığı orijinal bir mənzərə yaradırmış. 
XVI-XVII yüzilliklərdə məzar daşları üzərində ornamental bəzəklərlə 
yanaşı, süjet xarakterli kompozisiyalara da təsadüf olunur. Bu tipli daşlara əsas 
etibarilə qərb rayonlarının dağətəyi kəndlərində rast gəlmək olur. 


155 
Daşlar üzərindəki süjet xarakterli kompozisiyaların əksəriyyətini dəfn olunan 
şəxsin şücaətini göstərən mövzular təşkil edir. Bu mövzular içərisində də kişi məzar 
daşlarında ov səhnələri, qadın məzarında isə xalçaçılıq sənəti ilə əlaqədar 
səhnəciklər əsas yer tutur. 
Süjetli oyma kompozisiyaları içərisində Sisyan (keçmiş Zəngəzur) 
rayonunun Urud kənd qəbiristanlığında yerləşən sənduqələr xüsusilə maraqlıdır. 
Burada biz qədim türkdilli tayfaların etiqadı ilə əlaqədar təsviri sənətə 
daxil olmuş bir çox orijinal motivlərə rast gəlirik. Bunlardan şamanların dini 
mərasimi, qədim türkdilli xalqlarda zoomorf anlayışlarla əlaqədar meydana gəlmiş 
onqon quş toteminin təsviri və s. göstərmək olar. 
Urud kəndindəki süjet xarakterli oyma bəzəkli sənduqələrdən birini 
nəzərdən keçirək. 
Təsvir etdiyimiz sənduqə çox böyük deyildir: onun uzunluğu 90 sm, eni 
27m, hündürlüyü 35 sm-dir. Süjetli təsvirlər sənduqənin yan hissələrində 
yerləşdirilmiş, üstü isə ərəb dilində süls-nəsx xətli kitabələrlə bəzədilmişdir. 
Sənduqənin sağ tərəfində ornamental tağlarla digərindən ayrılmış dörd 
süjet həkk olunmuşdur. 
Birinci tağın arasında uzunhörüklü bir gənc qadın qucağında uşaq, ikincidə 
bir əlində balta, o birində kəmənd tutmuş hündürboylu kişinin yanında gənc oğlan, 
üçüncüdə isə oğlanla qızın təsviri verilmişdir. Dördüncü tağın arasında 
yerləşdirilmiş təsvirlər o biri süjetlərlə az bağlıdır. Burada naməlum bir heyvanın 


156 
üzərində oturub qanadlarını gərmiş iri quş fiquru həkk olunmuşdur. 
Tağlar arasındakı təsvirləri ayrılıqda deyil, ardıcıl olaraq inkişafda izləsək, 
onları belə oxuya bilərik: 
Birincidə uşağın həyata gelməsi, ikincidə onun tərbiyəsi, üçüncüdə ailə, 
dördüncüdə isə türkdilli xalqların keçmişdə totemi sayılan müqəddəs unu quşu 
təsvir olunmuşdur. 
Urud abidələrinin altısında biz bu quşun təsvirinə rast gəlirik. Mənbələr 
göstərir ki, xalqımızın əcdadlarından sayılan oğuzlarda da bu quş müqəddəs 
sayılmışdır. Uzaq keçmişlərdə bu quş - onqon türkdilli tayfaların həyatında o qədər 
böyük rol oynamışdır ki, onun taxtadan yonulmuş və ya keçədən düzəldilmiş fiquru 
hər evin yaraşığına çevrilmişdir. Hətta nahar vaxtı hər bir şəxs bir qayda olaraq, ilk 
tikəsini onun ağzına qoymalıymış. Totem xarakteri daşıyan bu quşun təsvirinə biz 
XII-XIII yüzilliklərə aid Koniya, Rey saxsı və kaşıları üzərində, səlcuq sikkələri və s. 
sənət nümunələrində də rast gəlirik. Onun ən qədim təsvirini isə VIII yüzillikdə 
yaşamış türk xaqanı Güntəkinin hazırda Monqolustanın Ulan-Bator şəhəri muzeyində 
nümayiş etdirilən portretindəki başlıqda görürük. 
Sənduqənin sol tərəfində təsvirlər nisbətən azdır. Burada iki böyük süjet 
təsvir olunmuşdur. Onların birində sol əlində qurd başına oxşar uzun çomaq tutmuş 
şəxs, ikincisində elə bil ki, mehrab qarşısında dayanıb, iki əlini yuxarı qaldırmış 
dikpapaqlı bir kişi, üçüncüdə ətəklərini qurşağına keçirmiş uzunxələtli fiqur verilmişdir. 
Üçüncü fıqurun yan- yörəsində xalçaçılıqda istifadə edilən iş alətləri (qayçı, həvə və 
s.) təsvir olunmuşdur. 
Mehrab qarşısında dayanıb iki əlini yuxarı qaldıraraq, dini bir mərasim ifa 
edən süjet xüsusilə diqqəti cəlb edir. Bu süjet Urud abidələrinin əksəriyyətində öz əksini 
tapmışdır. 
Təsvir etdiyimiz sənduqənin diqqətəlayiq hissələrindən biri, onun üstündə həkk 
olunmuş tarixdir. Burada hicri 983, yəni mərhumun dəfn olunduğu vaxt, eramızın 
1578-ci ili qeyd olunmuşdur. 
Əgər təsvir etdiyimiz məzar daşı bizi daha çox öz orijinal mövzusu ilə 
maraqlandırırsa, Ağdam şəhərinin ətrafında Qara Hacı adlanan yerdən tapılmış 
sənduqə bəzək kompozisiyasının daha real əksi ilə diqqətimizi cəlb edir. Bu abidənin 
qabartma təsvirləri XVI-XVII yüzilliklərdə ən geniş yayılmış mövzuya - ov 
səhnəsinə həsr edilsə də, burada sənətkarlıq cəhətdən bir çox yeniliklərlə rastlaşırıq. 
Sənətkar kompozisiyanı canlandırmaq üçün nəinki ənənəvi statizm, 
yeknəsəqlik, hətta bir planlılığı, səthiliyi belə pozmağa cəhd etmişdir. 
Məsələn, sənətkar daş qabartmasında verilən ovçuların birini atın belində, o 
birisini atsız, üçüncüsünü atın yüyənindən tutaraq iti bir hərəkətlə ona minmək 
istərkən təsvir etmiş, kompozisiyanı xeyli canlandırmış, ona dinamik bir hərəkət 
vermişdir. 
Buradakı ovçu fiqurları o biri daş abidələrindəki eyni süjetlər kimi soldan-
sağa deyil, saat əqrəbi istiqamətində sağdan-sola təsvir edilmişdir. 
Bu əsrlərdəki daş abidələrimizin üzərindəki süjetlərə diqqətlə nəzər 


157 
yetirdikdə, onların əsasən ov səhnələrinə həsr edildiyini görürük. Bu da təsadüfi 
deyildir. Orta əsrlərdə Azərbaycanda olmuş əcnəbi səyyahlar insanların həyatında 
ovun böyük rolu olduğunu göstərmişlər. Onların qeyd etdiklərinə görə, yerli əhali ova 
təkcə qida əldə etmək məqsədi kimi yox, daha çox hərbi məşğələ, şücaət göstərmək 
vasitəsi kimi baxırdı. Doğrudan da orta əsrlərdə ov yurdumuzda lap qədim 
dövrlərdə olduğu kimi, böyük təntənə ilə keçirilirdi. 
Mənbələr göstərir ki, ova bir neçə gün qabaqcadan hazırlıq görülürdü. 
Bütün el-oba alaqaranlıqda ovçuları yola salardı. Onları xüsusi təbilvuran, zurna, 
şeypurçalan çalğıçılar müşayiət edirdi. Bundan əlavə, ovçuların yanında xüsusi ov 
itləri, sağ əllərinin üstündə ov quşları olurdu. Bəzi hallarda ova əhliləşdirilmiş ov 
bəbirləri də aparırdılar. Ovda hər gənc öz bacarığını sınamalı idi. Bir sözlə, ov 
mərdliyin sınağı, ərliyin rəmzi idi. 
Təbiidir ki, orta əsrlərdə mərdlik, şücaət at çapmaq, qılınc oynatmaqla 
sınandığı üçün kişinin məzarı üstündə onun həyatının ən parlaq səhifələrini əks etdirən ov 
səhnəsi təsvir olunurdu. 
Daş abidələr sənəti 
tarixindən 
danışarkən 
Qarabağ, Naxçıvan, Gəncə, 
Qazax, Kəlbəcər, Lerik, Gədəbəy 
və başqa yerlərdə təsadüf 
olunan qoç və at fiqurlarını 
xüsusi qeyd etmək lazımdır. 
Çünki onlar həm say, həm də 
üslub 
xüsusiyyətlərinin 
müxtəlifliyi 
ilə 
daşdan 
düzəldilmiş 
plastik 
sənət 
tariximizin 
inkişaf 
yolları 
haqqında ətraflı məlumat verir. 
Azərbaycanda daş qoç fiqurları xüsusilə geniş yayılmışdır. Onlara Azərbaycanın ən 
ucqar cənub sərhədlərindən tutmuş, şimal-qərbinədək bir çox yerlərdə rast gəlirik. Bu 
fiqurlara Ermənistan və Gürcüstan ərazisindəki kəndlərdə də təsadüf edilir. Daşdan 
yonulmuş qoç fiqurlarının azərbaycanlıların yaşadığı ərazilərdə belə geniş yayılması, söz 
yox ki, təsadüfi deyildir. 
Dadlı ətinə, məişətdə müxtəlif ləvazimat və geyim məqsədilə istifadə 
edilən əvəzsiz dərisinə, gözəl yununa görə qoç çox qədimlərdən ulu babalarımız üçün 
bolluq və qələbə simvoluna çevrilmişdir. 
Bu günədək kəndlərimizdə çəpər dirəklərinə, eyvan sütunlarına bərəkət və 
qüvvət əlaməti olaraq qoç başının bərkidilməsi, bəzi rayon və kəndlərimizdə isə 
(xüsusilə Lənkəran, Quba, Qusar və s.) hətta sütunun yuxarı hissəsinə (kapitelə) qoçbaşı 
deyilməsi, onun el arasında nə qədər geniş yayıldığını göstərir. Təsadüfi deyil ki, xalq 
öz qəhrəmanına qoç Koroğlu adı verib. 
Lakin qoçu bir totem kimi təmsil edən təsvirlər içərisində bizim üçün ən 


158 
qiymətlisi daşdan yonulmuş qoç fiqurlarıdır. Daş qoç fiqurlarımız haqqında ilk 
məlumatlara biz hələ XIX yüzilliyin əvvəllərində rast gəlirik. 1834-cü ildə 
Azərbaycanda olmuş fransız səyyahı Dyubua-de Monpere Qarabağda çoxlu daş heyvan 
fiqurları gördüyünü və yerli əhalinin onlara xüsusi hörmət bəslədiyini qeyd etmişdir. 
Daş fiqurlarımız haqqında maraqlı qeydlərə rus alimi V.M.Sisoyevin 
yazılarında da rast gəlirik. 1926-1927-ci illərdə Azərbaycanın Naxçıvan, Ordubad, 
Laçın və s. rayonlarında olmuş rus alimi V.M.Sisoyev yazır ki, yerli əhali burada tez-
tez təsadüf olunan qoç fiqurlarını müqəddəs sayaraq ona sitayiş edir, hətta bu fiqurları 
bəzən qədim qəbiristanlıq xarabalarından, dağlardan və s. yerlərdən taparaq, hörmət 
əlaməti olaraq öz qohumlarının məzarı üzərinə qoyurlar... Naxçıvanın şərqində köhnə 
qəbiristanlıq yaxınlığında daşdan yonulmuş, uzunluğu 1,50 sm, hündürlüyü 62 sm, eni 
40 sm olan qıvrım buynuzlu bir qoç fiquru gördüm. Burada uşaqları olmayan 
qadınlar arasında belə bir şayiə yayılmışdır ki, kim bu qoçun ayaqları arasından 
sürünərək o biri tərəfə keçərsə, onun mütləq uşağı olacaqdır. Əsrin əvvəllərində 
yaşamış görkəmli Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminli "Qızlar bulağı" 
əsərində qoçun müqəddəs heyvan sayıldığını və ona azərbaycanlılar tərəfindən 
itaət edildiyini xüsusi qeyd edir: 
Gəldik çeşməyə, 
Sudan içməyə,
Ağca qoçlara,
Təzim etməyə. 
Daş qoç fiqurlarımızın keçmişdə el arasında totem xarakteri daşıması 
haqqında məlumatlar çoxdur. 
Lakin bu gün o bizi keçmiş mənasına görə deyil, daha çox bədii 
xüsusiyyətinə görə maraqlandırır. Bu, doğrudan da belədir. Çünki keçmişin 
yadigarı sayılan hər bir abidə heç də təkcə onu yaradan xalqın dini əqidəsini və ya 
fəlsəfi görüşünü əks etdirmir. 
Yurdumuzun müxtəlif yerlərində ayrı-ayrı vaxtlarda yaradılmış daş qoç 
fiqurları vasitəsilə biz ilk baxışda plastik sənətimizin tarixi, bədii üslub xüsusiyyətilə 
yaxından tanış oluruq. 
Keçmiş dövrün plastik sənəti haqqında ümumi məlumat almaqla bərabər, daş 
qoç bizdə onu düzəldən ustanın fərdi yaradıcılığı, kompozisiya, rəsm, daşı kəsmə, 
oyma bacarığı və s. barəsində də lazımi təsəvvür əmələ gəlməsinə səbəb olur. 
Bundan əlavə, daş qoç fiqurlarımız yarandığı mühitin təbiətindən, 
daşından və ənənəsindən asılı olaraq o yerin bədii sənət üslubu haqqında da 
maraqlı məlumatlar verir. 
Daşdan yonulmuş qoç fiqurları müxtəlif və orijinal bədii üsluba mənsubdur. 
Respublikamızın cənubunda, xüsusilə Lerik rayonunda təsadüf edilən qoç fiqurları 
həcminin böyüklüyü, quru və şərti dekorativliyi ilə fərqlənir. Lerikdən 3-4 km 
aralı, hündür təpə üzərində yerləşən bu fiqurlara diqqətlə nəzər yetirdikdə asanlıqla 


159 
kəsilmiş, lakin hamarlanmamış hissələr nəzəri cəlb edir. Adama elə gəlir ki, usta 
bilə-bilə əsərini tamamlamamış, yarımçıq qoymuşdur. 
Fiqurlar üzərində arabir təsadüf edilən ornament motivləri də (ox-yay, qılınc 
və s.) şərti dekorativ bir səpkidə icra olunmuşdur. Lerik rayonunda təsadüf olunan 
daş qoç fiqurlarının belə şərti dekorativ üsulda işlənməsi çox güman ki, tək onu 
düzəldən sənətkarın fərdi yaradıcılıq xüsusiyyətlərindən irəli gəlməmiş, daha çox 
onların olduqları yerlə, yəni uzaq məsafədən görünməsi ilə əlaqədar olmuşdur. 
Gəncə, Qazax, Ağdam, Laçın rayonlarında olan daş qoç fiqurlarının da bir 
çox özünəməxsus xüsusiyyəti vardır. Bu ərazinin daş qoç fiqurları daha çox uzaq 
keçmişlərin arxaik sənət nümunələrini xatırladır. Uzunluğu 80-90 sm, hündürlüyü 
50-60 sm-dən böyük olmayan bu abidələr öz monumentallığı, formalarının 
ümumiləşdirilmiş bir səpkidə icrası ilə diqqəti cəlb edir. 
Naxçıvan, Ordubad, Şahbuz, Gədəbəy və qonşu Ermənistan ərazisindəki 
Azərbaycan kəndlərində təsadüf edilən daş qoç fiqurları başqa yerlərdəki bu tipli 
abidələrdən həm real təsviri, həm də zəngin bədii tərtibatı ilə fərqlənir. 
Həmin ərazidə olan qoç fiqurları ölçü etibarilə çox müxtəlifdir. Onlardan ən 
böyüyünün uzunluğu 150 sm, hündürlüyü 110 sm, ən kiçiyinin uzunluğu 45 sm, 
hündürlüyü 30 sm-dir. 
Qeyd etdiyimiz daş qoç fiqurlarının dekorativ bəzəklərini nəbati, həndəsi, 
ornament motivləri, yazılar, bəzi hallarda isə əsil mənada süjet xarakterli 
kompozisiyalar təşkil edir. Bu fiqurların dekorativ bəzəkləri orta əsr şərqinin ən 
gözəl monumental əsərləri kimi dəbdəbəli yox, yığcam və lakonik bir səpkidə icra 
edilmişdir. Bu bəzəklərə yaxından baxdıqda onlar sanki canlanır, diqqəti daha çox 
cəlb edir və dəqiqləşir. Bu daş qoç fiqurlarının Azərbaycanın başqa yerlərində 
təsadüf edilən bu tipli abidələrə nisbətən xeyli real təsvir olunmasına baxmayaraq, 
onlarda da uzaq keçmişin sənətinə xas olan ənənəvi cəhətlər nəzərə çarpır. Bunlar 
insan təsvirlərini həyatda və cəmiyyətdə tutduqları mövqedən asılı olaraq müxtəlif 
ölçülərdə - insan, heyvan, quş fiqurlarının bədənlərinin ayrı-ayrı vəziyyətdə 
göstərilməsində özünü büruzə verir. Bu baxımdan Sisyan rayonunun Urud kənd 
qəbiristanlığında yerləşən 1578-ci il tarixli qoç fiquru xüsusilə diqqəti cəlb edir. 
Daş qoç fiqurunun dekorativ bəzəkləri qoçun belində stilizə edilmiş nəbati 
naxışlardan və sağ hissəsində həkk olunmuş süjetli kompozisiyadan ibarətdir. Üfüqi 
bir səpkidə qoçun quyruq hissəsindən tutmuş boynunadək uzanan bu kompozisiyada 
məzar daşlarında tez-tez təsadüf edilən ov səhnəsi təsvir olunmuşdur. 
Daş qoç fiqurunun üzərindəki süjetli kompozisiyanın ən maraqlı hissəsi 
qoçun sağ qabaq ayağı tərəfdə döşdə oyulmuş təsvirlərdir. Burada elə bil ki, mehrab 
qarşısında dayanıb iki əlini yuxarı qaldırmış dikpapaqlı bir kişi təsvir edilmişdir. 
Alimlər bu tipli dini ayinləri şamanizmlə əlaqələndirirlər. 
Maraqlı burasıdır ki, bu süjet Urud kəndində təsadüf edilən daş 
sənduqələrin əksəriyyətində əks olunmuşdur. Qeyd olunan motiv azərbaycanlıların 
uzaq keçmişdə Mərkəzi Asiyada yaşayan tayfalarla əlaqəsi olduğunu göstərir. 
Azərbaycan mədəniyyətini uzaq keçmişlərdə Mərkəzi Asiya ilə sıx əlaqəsini təkcə 


160 
süjetli kompozisiyalardakı ayrı-ayrı motivlər yox, daş qoç fiqurlarının özü də 
təsdiq edir. Çünki bu günə qədər dünya mədəniyyətinə məlum olan daş qoç 
fiqurlarının ən qədimi hələlik Mərkəzi Asiyada (Xakasiya, Qazaxıstan və s.) 
tapılmışdır. Rus alimləri burada tapılan daş qoç fiqurlarının ən qədimini eramızdan 
əvvəl II minilliyə aid edirlər. 
Daş qoç fiqurlarına bundan əlavə İranın şimal-qərbində (Urmiya, Şəbüstər, 
Göytəpə və s.), Türkiyənin şərq əyalətlərində də (Ərzurum, Kars, Ahlat, Van, 
Diyarbəkr, Seyidqazi və s.) rast gəlinir. 
Ulan-Bator şəhərinin 400 km qərbində VIII yüzilliyin türk xaqanı Gültəkinin 
məzarı üstündə qazıntı işləri aparan rus (V.Radlov), ingilis (H.Heykel), fransız 
(D.Lyakok) alimləri burada iki mərmər qoç fiqurunun olduğunu da qeyd etmişlər. 
Son vaxtlar daşdan yonulmuş qoç fiqurlarına Avropanın ən ucqar yerlərində, 
İspaniyanın şimal əyalətlərində, basklar yaşayan ərazidə də təsadüf olunmuşdur. Bu 
abidələr üslub etibarilə Azərbaycan ərazisindəki daş qoç fıqurlarına xüsusilə çox 
bənzəyir. Baskların Qafqaz və Mərkəzi Asiya ilə əlaqəsi çoxdandır ki, alimlərin 
diqqətini cəlb edir. Axır vaxtlar basklara mənsub olan yazının qrafik üslubu və səslə-
rinin sayında qədim türk runi yazılara bənzəməsi də aşkar edilmişdir. 
Azərbaycanda daş qoç fiqurlu məzar daşlarından sonra ən çox yayılmış fıqur 
at olmuşdur. Ulu babalarımız qoçla birlikdə atı da müqəddəs heyvan saymışlar. 
Tarixi mənbələr göstərir ki, xalqımız arasında at həmişə insanın şərəfi, 
qəhrəmanlığı və qələbəsinin rəmzi olduğu halda, atın olmaması zəifliyin, 
məğlubiyyətin ifadəsi sayılmışdır. Keçmişdə Azərbaycanda dəfn edilən hər hansı 
qəhrəmanın məzarı üstünə daşdan yonulmuş at fiqurunun qoyulması bunun canlı 
timsalıdır. 
Keçmişdə ata bəslənilən bu məhəbbət və ehtiram "Kitabi-Dədə Qorqud" 
dastanında çox gözəl təsvir edilmişdir: 
Açıq-açıq meydana bənzər sənin alıncığın
İki şəbçırağa bənzər sənin gözciyəzin.
İpəyə bənzər sənin yəlinciyin.
İki qoşa qardaşa bənzər sənin qulaqcığın.
Əri murada yetirir sənin arxacığın.
At deməzəm sana, qardaş derəm,
Qardaşımdan yey!
Başıma iş gəldi, yoldaş derəm,
Yoldaşımdan yey! 
Hazırda xüsusilə Naxçıvan, Kəlbəcər, Laçın, Qazax, Gəncə, Tovuz və s. 
rayonlarda rast gəlinən daşdan yonulmuş at fiqurları atın keçmişdə el arasında nə 
qədər müqəddəs bir heyvan sayıldığını göstərir. 
XVI-XVII yüzilliklərdə düzəldilmiş at fiqurlarının ən bədii və orijinal 
nümunələrinə Laçın rayonunun Zabux, Seyidlər, Soltanlar kəndi yaxınlığında və 


161 
Gəncənin Göy İmam qəbiristanlığında rast gəliniz. 
Laçın rayonunun Zabux kəndi yaxınlığında yerləşən at fiqurları öz 
üzərindəki oyma bəzəkləri ilə daha çox diqqəti cəlb edir. Yerli bərk, boz daşdan 
yonulmuş bu at fiqurlarının uzunluğu 1,5 m, hündürlüyü 85 sm, eni isə 35 sm-dir. 
Fiqurlar 
oyma 
üsulu ilə insan, quş 
təsviri, nəbati, həndəsi 
naxışlar və süls-nəsx 
yazılarla bəzədilmişdir. 
Hər at fiqurunun üstündə 
qabarıq səpkidə yəhər 
yonulmuşdur. 
Bundan 
əlavə, atın üzərində saçaqlı 
çul və atçılıqda istifadə 
olunan 
qoşumlar 
da 
(yüyən, cilov, üzəngi və s.) 
təsvir edilmişdir. Onlar 
yəhərə nisbətən xeyli səthi 
oyulduğu üçün elə bil ki, 
ikinci planda verilmişdir. 
Canlı təsvirlər at fiqurlarının qabaq ayaqları tərəfdə, döşə yaxın hissəsində 
həkk edilmişdir. Onlarda əsas etibarilə lakonik səpkidə ov səhnələri ilə əlaqədar 
mövzular təsvir olunmuşdur. Bir əlində ov quşu, ox, yayla silahlanmış gənc oğlan fiquru 
bu təsvirli oymaların əsas məzmununu təşkil edir. 
Daşdan yonulmuş at fiqurlarının Azərbaycanın müxtəlif yerlərində ayrı-ayrı 
vaxtlarda müxtəlif sənətkarlar tərəfindən hazırlanmasına baxmayaraq, onları bir-birinə 
bənzədən çoxlu əlamətlər də vardır. Bunlar onların ümumi ölçüsündə, statik ifasında 
və xüsusilə dekorativ bəzəklərində özünü göstərir. 
Daş at fiqurlarının dekorativ bəzəklərini, əsas etibarilə at qoşumları təşkil 
edir. Onlar qabarıq bir səpkidə oyulub, üzəri bəzədilmiş kəm, yüyən, quşqunluq 
(quyruğunun altından keçən qayış), tapqır (qarnının altından keçən qayışlar), üzəngi, 
yəhər və yəhəraltı çuldan ibarətdir. 
Bəzi hallarda bu at qoşumlarının üzəri ardıcıl olaraq qabarıq səpkidə 
paxlava, üçkünc naxışlarla da bəzədilirdi. Bunlar ümumiyyətlə at qoşumlarındakı 
qayışa taxılan gümüş, bürünc bəzəkləri xatırladırdı. Bu at qoşumları təkcə bir sənət əsəri 
kimi deyil, həm də tarixi bir fakt kimi maraqlıdır, çünki onlar eynilə skiflərdə və Mərkəzi 
Asiyanın qeyri qədim tayfalarında rast gəlinən at qoşumlarını xatırladır. 
Azərbaycan müxtəlif ağaclarla zəngin olan ölkədir. Burada qoz, armud, 
ərik, palıd, tut, şümşad, zoğal və sair qiymətli ağaclar yetişir ki, bunlardan da musiqi 
və məişət əşyaları, bədii sənət nümunələri və bir çox başqa şeylər düzəldirlər. 
XVI-XVII yüzilliklərdən bu günə qədər gəlib çatmış taxta məmulatları 
göstərir ki, taxtadan düzəldilmiş həm məişət əşyalarının, həm də qeyri-sənət 


162 
nümunələrinin üzəri ayrı-ayrı naxış və rəsmlərlə bəzədilirmiş. Bəzəklər taxta 
məmulatları üzərində əsasən üç texnoloji üsulla icra edilirdi: oyma, şəbəkə və 
xatəmkarlıq. 
XVI-XVII yüzilliklərdə bədii taxta tərtibatı sənətinin ən çox yayılmış 
üsullarından biri şəbəkə idi. 
Şəbəkəçilik sənəti dekorativ-tətbiqi sənətin böyük məharət tələb edən 
gözəl sahələrindən biridir. Şəbəkənin səciyyəvi xüsusiyyətlərindən ən başlıcası odur 
ki, hazırlanmış kiçik taxta parçalarının bir-birinə bənd olunmasında nə mismardan, 
nə də yapışqandan istifadə edilirdi. Şəbəkə bəzəyinin əsasını, həndəsi naxışlar təşkil 
edir. Bu bəzəklər içərisində də dairəvi, çoxbucaqlı, ulduzşəkilli xonçalar əsas yer 
tuturdu. Şəbəkələrin çoxunda 8, 10, 12, 16 və hətta 32 guşədən ibarət həndəsi 
formalarda işlənmiş xonçalara rast gəlmək mümkündür. 
XVI-XVII yüzilliklərdən dövrümüzə şəbəkəçilik sənətinin iki gözəl 
nümunəsi gəlib çatmışdır. Bunlardan biri Qusar rayonunun Həzrə kəndindəki Şeyx 
Cüneydin (Şah İsmayılın babası) türbəsindəki sənduqə, o birisi isə Gəncədə Cümə 
məscidindəki minbərdir. 
Şeyx Cüneydin qəbri üstdə qoyulmuş sənduqə çox böyük deyildir. Onun 
uzunluğu 2,12 m, eni 1,20 m, hündürlüyü 1,25 m-dir. 
Böyük çərçivələrdə ardıcıl taxılmış 52 ədəd kiçik, dördkünc şəbəkə 
kompozisiyaları bu sənduqənin əsas bəzəyini təşkil edir. 
Şəbəkələrin ornament motivləri dördbucaqlı ulduz və çoxbucaqlı həndəsi 
xonçalardan ibarətdir. 
Əgər 
Şeyx 
Cüneyd 
sənduqəsinin 
şəbəkə 
bəzəklərinin 
əsas 
xüsusiyyətlərindən biri onun birüzlü olmasıdırsa, Cümə məscidindəki minbərin 
şəbəkələri ikiüzlüdür. Bu sənət əsərində biz ilk dəfə olaraq bu qədər zəngin və 
müxtəlif növlü şəbəkə kompozisiyalarına rast gəlirik. 
8-12 bucaqlı ulduzlar, çoxbucaqlı həndəsi xonçalar, rombvari naxışlar və 
s. kompozisiyalar bu sənət əsərinin bəzəyidir. 
Azərbaycanda keramika sənəti XVI-XVII yüzilliklərdə də öz inkişafından 
qalmamışdır. Müxtəlif şəhərlərdə istehsal edilən keramika ticarət vasitəsilə bir sıra 
Şərq və Qərb ölkələrinə yayılırdı. 
Yazılı mənbələrə görə bu dövrdə Azərbaycanda saxsı qabların, həm də 
memarlıq abidələrində tətbiq edilən kaşı məmulatların istehsalının əsas mərkəzləri 
Təbriz, Ərdəbil, Şamaxı, Bakı, Naxçıvan və Gəncə şəhərləri olmuşdur. 
Tədqiqat göstərir ki, bu əsrlərdə Azərbaycanda düzəldilmiş saxsı və kaşı 
məmulatları həm texniki icrası, həm də bədii tərtibatı cəhətdən çox mürəkkəb 
olmuşdur. Lakin texniki üsulların inkişafına, rəsmlərin, ornament motivlərinin 
mürəkkəb kompozisiyalarda verilməsinə baxmayaraq, onlar yenə də əvvəlki dövrlərdə 
olduğu kimi, sırf yerli xüsusiyyət daşıyırdı. Bu xüsusiyyət əsas etibarilə özünü əşya 
üzərində tətbiq olunan bəzəklərin forma və məzmununda göstərirdi. 
Bu əsrlərdə düzəldilmiş keramika sənəti nümunələri üzərində biz bədii 
üslub xüsusiyyəti ilə yanaşı, dövrün ən sevimli ornament motivi və süjetlərinə də 


163 
rast gəlirik. 
Əvvəlki əsrlərə nisbətən üslub etibarilə xeyli real təsvir edilmiş bu bəzəklər 
arasında biz mahir sənətkar əli ilə yaradılmış çoxlu gül-çiçək, quş, heyvan və bəzi 
məişət əşyalarının da təsvirini görürük. 
Bundan əlavə, saxsı məlumatları üzərində XVI-XVII yüzilliklərdə bədii 
xalça və parçalarında təsadüf olunan Səfəvi zadəganlarının həyat və məişətindən 
götürülmüş səhnəciklər və qeyri süjetlərə rast gəlinir. 
Hazırda dünyanın bir çox muzey və şəxsi kolleksiyalarında Azərbaycanda 
bu əsrlərdə hazırlanmış çoxlu keramika sənəti nümunələri saxlanmaqdadır. 
Bu sənət əsərlərinin 
əksəriyyəti muzey kataloqlarında 
düzəldilmiş yerin deyil, səhv 
olaraq alındığı yerin adı ilə 
verilir. Keçmişdə belə satıcı 
məntəqələrindən biri Dağıstanda 
Qubaçı kəndi olduğu üçün bu sənət 
əsərlərinin böyük bir qismi səhvən 
elm aləmində "qubaçı keramikası" 
adını almışdır. 
Görkəmli 
rus 
alimi 
Y.K.Kverfelt 1947-ci ildə Sankt-
Peterburqda çap etdirdiyi "Yaxın 
Şərq keramikası" adlı kitabında 
ilk dəfə olaraq dünyanın bir çox 
muzeylərində yayılmış "qubaçı 
keramikası"nın vətəninin Qubaçı 
kəndində 
deyil, 
Azərbaycan 
ərazisində olduğunu göstərmişdir. 
Doğrudan da, bu tipli keramika nümunələrinə diqqətlə nəzər yetirsək, 
onların ornament motivi və xüsusilə süjetli rəsmlərinin Azərbaycanla bağlı olduğunu 
görərik. Bu fikri Amerika sənətşünası A.Y.Poup da təsdiq edir. 
Hazırda bu tipli bədii keramikaların bir çox gözəl nümunələri Bakıda 
Azərbaycan Dövlət İncəsənət Muzeyində, Sankt-Peterburq Dövlət Ermitajında, 
Kiyevdə Qərb və Şərq İncəsənət Muzeyində, bundan əlavə Berlin, Paris, London 
və Nyu-Yorkun muzey və şəxsi kolleksiyalarında da saxlanmaqdadır. 
Həmin sənət nümunələri XVI-XVII yüzilliklərdə yurdumuzda geniş 
yayılmış məişət keramikası haqqında ətraflı təsəvvür verən qiymətli mənbələrdir. 
Bu tipli keramika nümunələrindən birini nəzərdən keçirək. Haqqında bəhs 
edəcəyimiz mürəkkəb boyalı fayans nimçə hazırda məşhur Amerika kolleksiyaçısı 
Debenhamın şəxsi kolleksiyasında saxlanılır. 
Dövrəformalı bu nimçənin bəzəkləri nəbatat aləmindən götürülmüş 
ornament motivi və süjetli rəsmlərdən təşkil edilmişdir. 


164 
Nimçənin içəri oturacaq hissəsində verilmiş süjetli rəsmlər xüsusilə 
diqqəti cəlb edir, biz burada XVI yüzilliyin birinci yarısında Təbriz miniatürlərində 
gördüyümüz xarakterik kompozisiya motivləri və qızılbaşların həyat tərzini, 
geyimlərini əks edən təsvirlərlə qarşılaşırıq. 
Kompozisiyada zəngin geyimli, yaraşıqlı, ritmik bir hərəkətlə rəqs edən 
rəqqasə və sazla onu müşayiət edən bir gənc oğlan təsvir edilmişdir. 
Fiqurların ikisi də XVI yüzilliyin birinci yarısında Təbrizdə dəbdə olmuş 
qızılbaş libasları geymişlər. Bu tip geyimli obrazlara biz S.Məhəmmədin 
miniatürlərində xüsusilə tez-tez rast gəlirik. 
Fiqurların ətrafında fon tək verilmiş, ornament motivləri də süjetlər kimi 
zərif və orijinal işlənmişdir. 
Sulu boya üsulunu andıran bu bəzək elementləri sarmaşıq zoğları, kol 
şaxələri və gül ləçəklərindən təşkil edilmişdir. 
Bu əsrdə Azərbaycanda düzəldilmiş keramika sənəti nümunələrindəki 
bəzəklərin yerli ənənələrlə sıx bağlı olduğunu hazırda Türkiyədə saxlanılan fayans 
bir vaza əyani şəkildə təsdiq edir. 
Bu vazanın üzərində xalq dekorativ-tətbiqi sənətimizin başqa növlərində tez-
tez rast gəlinən süjet, yəni Bəhram Gurun əjdahanı öldürüb Simurq quşunun 
balalarını xilas etməsi səhnəsi təsvir edilmişdir. 
Vaza üzərindəki süjet hazırda Moskvada Silah Palatasında saxlanılan XVI 
yüzilliyin Təbriz parçasındakı süjetə yaxındır. Burada ümumi kompozisiya, hətta ayrı-
ayrı detallar eyni ilə təkrar olunmuşdur. 
Təsvirlərindəki etnoqrafik xüsusiyyətlərinə görə vazı dəqiq olaraq XVI 
yüzilliyin axırı, XVII yüzilliyin əvvəllərinə aid etmək olur. 
Mənbələr göstərir ki, Səfəvilər dövründə Azərbaycanda məişət keramikası ilə 
yanaşı, memarlıq abidələrinin tərtibatında istifadə edilən kaşı məmulatı istehsalı da 
geniş inkişaf etmişdi. 
XVI-XVII yüzilliklərdə Azərbaycanda olmuş xarici ölkə səyyahları 
burada sarayların, hamamların və başqa ictimai tikintilərin tərtibatında bəzəkli 
kaşılardan geniş istifadə edildiyini bildirirlər. Övliya Çələbi xəbər verir ki, öz gözü 
ilə təkcə Təbrizdə bədii kaşılarla divarları və günbəzləri bəzədilmiş 700-dən artıq 
hamam görmüşdür. Onun bu kaşılar üzərində Füzulinin əsərlərindən götürülmüş 
mövzuların olması haqqında verdiyi məlumatlar da çox maraqlıdır. Övliya Çələbinin 
Naxçıvan hamamlarında gördüyü süjetli kaşılar diqqəti xüsusilə cəlb edir. 
XVI-XVII yüzilliklərdə Azərbaycan memarlıq abidələrinin yaraşığı sayılan 
bir çox nadir kaşı kompozisiyası nümunəsi qalmışdır. Bunlardan ilk növbədə Qusar 
rayonunun Həzrə kəndindəki Şeyx Cüneyd türbəsinin daxili bəzəyində işlədilmiş 
kaşı qalıqlarını və Ərdəbildəki Şeyx Səfi kompleksinin bədii tərtibatında istifadə 
edilmiş kaşı bəzəklərini göstərmək olar. 
Kaşı bəzəklərinin müxtəlifliyinə, bədii ornament xüsusiyyətlərinə görə Şeyx 
Səfi kompleksi görkəmli yer tutur. Bu gözəl abidədə tətbiq olunmuş kaşılar həm say 
etibarilə, həm də bəzəklərinin müxtəlifliyi ilə başqalarından fərqlənir. Zərif gül-


165 
çiçək naxışları, heyvan və quş rəsmləri ilə bəzədilmiş bu kaşılar indi də insanı 
heyran edir. 
Rəsmli kaşılar içərisində gül-çiçəkli gözəl bir güldən ətrafında simmetrik 
şəkildə üz-üzə dayanmış iki tovuz quşunun təsviri xüsusilə diqqəti cəlb edir. 
Kaşı üzərində quş, heyvan, hətta insan təsvirlərinə biz keçmiş əsrlərdə də 
rast gəlirik. Əgər əvvəllər belə rəsmlər kaşı üzərində nisbətən sxematik bir üsulda 
çəkilərək özü də qrafika sənətini xatırladırdısa, Şeyx Səfi kompleksindəki kaşıların 
rəsmləri çox sərbəst dekorativ bir üsulda ifa edilərək daha çox boyakarlıq sənətini 
andırır. 
Şeyx Səfi kaşı bəzəklərinin bədii xüsusiyyətlərindən biri də təsvir olunan 
hər kompozisiyanın ayrı-ayrı pannolarda yerləşdirilməsidir. Belə kompozisiya 
üsullarına biz sonralar divar boyakarlığında (Şəki xan sarayı və s.) xüsusilə tez-tez rast 
gəlirik. 
Araşdırmalar göstərir ki, XVI-
XVII yüzilliklərdə Azərbaycanda istehsal 
edilən keramika sənəti nümunələri əsas 
etibarilə üç texniki üsulda bəzədilirdi. 
Bunlardan mina ilə boyanmış, kobalt boyalı 
və Çin rəsmli işləri göstərmək olar. 
Mənbələr göstərir ki, bu əsrlərdə 
Azərbaycan şəhərlərində kobalt boyalı Çin 
çinisi xüsusilə geniş yayılmışdır. 
1637-ci ildə Ərdəbil şəhərində 
olmuş məşhur səyahətçi Adam Oleari 
burada Çin tacirlərinin saxsı və çini 
məmulatları ilə ticarət etdiklərini göstərmişdir. Bundan əlavə, Ərdəbil Şeyx Səfi 
məscidində çoxlu nadir Çin saxsı və çini kolleksiyasının olması və s. faktlar 
məlumdur ki, o da yerli keramika məmulatlarının istehsalına və bədii tərtibatına 
təsir göstərməli idi. 
Qeyd etmək lazımdır ki, Uzaq Şərq, xüsusilə Çin mədəniyyətinə xas olan 
rəng, ornament motivləri və s. bu əsrlərdə tək keramikada yox, başqa sənət 
nümunələrində də - xalçaçılıqda, zərgərlikdə və s. özünü büruzə verirdi. Lakin bu 
yeniliyi Azərbaycan sənətkarları heç vaxt kor-koranə təqlid etməmiş, daim yerli 
mühitə, onun bədii ənənəsinə uyğunlaşdıraraq istifadə etmişlər. Zaman keçdikcə 
onlar öz keçmiş forma və mənşəyini itirərək Azərbaycan bəzəklərinin ayrılmaz bir 
hissəsinə çevrilmişlər. 
XVII yüzilliyin axırı, XVIII yüzilliyin əvvəllərində, əvvəl Qərbi 
Avropada, sonralar isə Rusiyada bir sıra çini və saxsı qab zavodlarının açılması, 
tədricən yerli keramika sənəti nümunələri istehsalını sıxışdırmış və zəiflətmişdir. 
Xarici ölkə zavodlarının külli miqdarda istehsal etdiyi ucuz saxsı və çini 
qablar ticarət vasitəsilə Azərbaycanda da yayılmış və nəticədə xüsusi 
emalatxanalarda kustarçılıq üsulu ilə buraxılan qablara ehtiyac qalmamışdır. 


166 
XVI-XVII yüzilliklərdə Azərbaycanda dekorativ-tətbiqi sənətin tək bu 
növləri yox, bədii dəri, sümük emalı və başqaları da öz inkişafını tapmışdır. Lakin 
əldə olan materialın azlığı sənətin bu növləri haqqında ətraflı məlumat verməyə bizə 
hələlik imkan vermir. 
Lakin buna baxmayaraq, nəzərdən keçirdiyimiz sənət nümunələri bu 
dövrün ümumi sənətkarlığı, bədii üslubu haqqında bizə bir qədər məlumat verə 
bilir. 
XVI-XVII yüzilliklərdə feodalizmə xas olan sənətlə incəsənətin sıx 
əlaqəsi parlaq bir şəkildə özünü büruzə 
verməyə başlamışdır. İndi düzəldilən əşyada 
artıq adi peşəkar sənətkarın əli yox, yüksək 
zövqə malik rəsmçəkən, kompozisiya üsuluna 
yiyələnmiş istedadlı bir rəssam -sənətkarın əli 
hiss olunurdu. 
Azərbaycan dekorativ-tətbiqi sənəti 
tarixində bu dövrdə ilk dəfə olaraq insan təsviri 
qabarıq bir şəkildə ön plana çıxır. Xalq arasında 
geniş yayılmış klassik Şərq şairlərinin ölməz 
obrazları və ya həyat, məişətdən götürülmüş 
müxtəlif səhnəciklər yaradılan sənət əsərlərinin 
ayrılmaz bir bəzəyinə çevrilir. Bir sözlə, 
düzəldilən qab-qacaq, toxunan xalça və ya parça 
indi daha adi məişət predmeti deyil, gözəl bir 
sənət əsəri kimi də diqqəti cəlb edirdi. 
Təsvir olunan quş, heyvan fiqurları, gül-çiçək, ağac rəsmləri də daha 
əvvəlki dövrlərdə olduğu kimi quru, sxematik yox, nisbətən real, canlı və həyati 
icra olunurdu. Tamaşaçı indi asanlıqla sənət əsəri üzərində təsvir olunmuş quş və 
heyvanların cinsini, çiçək və ağacların növlərini başa düşür, ondan zövq ala bilirdi. 
Təhlil etdiyimiz sənət nümunələri göstərir ki, əsərin forması, materialı və 
icrasından asılı olmayaraq eyni süjet, kompozisiya quruluşu ornament motivləri və s. 
bu dövrün bütün əşyalarında öz əksini tapa bilirdi. Bu da XVI-XVII yüzilliklərdə 
dövrün özünəməxsus ümumi üslub xüsusiyyəti olduğunu təsdiq edir. 
Lakin bu bədii üslub da başqa dövrlərin bədii üslubu kimi uzun müddət 
davam edə bilmir. XVII yüzilliyin axırlarından başlayaraq bu üslub bir çox tarixi 
səbəblərlə əlaqədar inkişaf etməkdə olan yeni üslub qarşısında aciz qalaraq öz 
mahiyyətini itirir. 
XVI-XVII yüzilliklərdə Azərbaycan geyimləri də zəngin inkişaf yolu 
keçmişdir. 
Araşdırmalar göstərir ki, bu vaxt Azərbaycanda əsil mənada milli geyim 
məktəbi yaradılmışdır. Geyimlə şəxsin yaşını, peşəsini, hətta hansı təbəqəyə mənsub 
olmasını bilmək olurdu. 
XVI yüzillikdə Azərbaycan geyimləri içərisində ən maraqlısı baş 


167 
geyimləri idi. 
Tarixdən məlumdur ki, XVI yüzillikdə azərbaycanlıları "qızılbaşlar" 
adlandırırdılar, çünki onlar başlarına təpəsi nazik və hündür, qırmızı papaq qoyub, 
onun da ətrafına sarıq dolayırdılar. Zadəganlar və rütbəli hərbi xidmətçilər isə 
əmmamənin üstündən 12 qaş taxar və ya zərli xətlər çəkdirərdilər. 
Yüksək rütbəli əyanların qoyduqları belə baş geyimlərinin üstündə bəzən 
böyük və qiymətli bir qaş, onun da ətrafında nisbətən kiçik həcmli qaş-daş olurdu. 
Burada böyük qaş Məhəmməd peyğəmbərə və ya Əliyə, kiçik qaşlar isə 12 imama 
işarədir. 
Fəzlullah bin Ruzbaxan əl-İsfahani "Tarixi Aləm arayi Amini" əsərində 
yazır ki, belə baş geyimlərinin əmələ gəlməsində I Şah İsmayılın atası Şeyx Heydərin 
(1456-1488) əsas rolu olmuşdur. O öz müridlərinə tapşırır ki, bundan sonra 
"Təkiyyə" (Türkmən papağının) əvəzinə 12 imam şərəfinə 12 qırmızı xətli Səfəvi 
tacı qoysunlar. 
Səfəvilər dövrünün baş geyimlərini öyrənən məşhur özbək alimi 
Q.A.Puqaçenkova və alman alimi H.Hots isbat etmişlər ki, onların baş geyimləri XVI 
yüzilliyin əvvəllərindən başlayaraq əsrin axırlarınadək bir neçə dəfə öz formasını 
dəyişmişdir. Onların qeydinə görə, XVI yüzilliyin başlanğıcından 1535-ci ilə qədər bu 
baş geyimləri davam etmiş, XVI yüzilliyin ikinci yarısından isə azalmağa baş-
lamışdır. XVI yüzilliyin axırlarınadək dəbdə olmuş bu tip baş geyimləri Təbriz, 
Naxçıvan, Şamaxı şəhərlərində xüsusilə geniş yayılmışdı. 
1563-cü ildə Şamaxıda Abdulla xanın qonağı olmuş ingilis səyyahı və 
diplomatı Antoni Cenkinson xanın libasını təsvir edərək yazır: "Şirvan xanı ipək 
parçadan uzun paltar geymişdi. Dona oxşayan bu geyimin üstü mirvari və bahalı daş-
qaşla bəzənmişdi. Başına bahalı taftadan təpəsi yarım metr hündürlükdə, ucu iti, ətrafına 
20 m uzunluğunda qızıl ilə işlənmiş hind ipəyi dolanmış papaq qoyur. Çalmanın sol 
tərəfindən şirmayıdan qayrılmış qızıl və qiymətli daşlarla müəyyən borudan lələk 


168 
dəstəsi çıxır, onun üstünə isə ovuc içi boyda qızıl lövhədə iki qiymətli yaqut yapış-
dırılmışdır". 
XVI yüzillikdə Azərbaycanda ucu şiş, qırmızıbaşlı əmmamələrlə yanaşı, adi 
bəzəksiz əmmamələr də olmuşdur. Bu tip əmmamələr XVII yüzillikdə xüsusilə 
geniş yayılmışdı. Bunlar müxtəlif parçalardan olub, kiçik araqçın və ya külah adlı 
papaq geydikdən sonra başa dolanırdı. Əmmamənin parçasının rəngi, ölçüsü, hətta başa 
dolanması da xüsusi qaydada, yəni o vaxtdakı dövrün geyim tərzləri əsasında olmalı 
idi. O zaman ən çox yayılmış əmmamələr əsasən ağ rəngli idi. Şah, vəzir və ya 
rütbəli ruhanilər isə yaşıl rəngli əmmamə qoyardılar. 
İslam dininə itaət etməyən şəxslər başqa rəngli əmmamə geyməli idilər; 
məsələn, ermənilər qara və ya göy, yəhudilər sarı və s. 
Şəriətə görə əmmamənin ölçüsü onu geyən şəxsin boyuna müvafiq 
gəlməli idi. Çünki əmmamədən yalnız başa dolamaq üçün deyil, həm də lazım 
gələndə süfrə, qurşaq, hətta məcburiyyət qarşısında kəfən kimi də istifadə edilirdi. 
Hörmətli şəxslər, yəni alimlər, şairlər, rəssamlar daha böyük və ağ əmmamə 
qoyardılar. Əmmamələri başa dolamağın da xüsusi qaydası var idi. Ümumiyyətlə, 
alimlər, şairlər, rəssamlar başa dolanan əmmamənin ucunu sol tərəfdən çiyinləri 
üstə salar və yalnız namaz qıldıqları zaman ucunu çənə altdan gətirib sağ tərəfdə 
bağlayardılar. Belə əmmamələrin yandan sallanan ucu çox vaxt naxışlarla bəzənər və 
aşağısı saçaqlı olardı. 
XVI-XVII yüzilliklərdə Azərbaycanda çalma ilə yanaşı, orijinal kiçik 
şlyapaya bənzər papaqlar da mövcud idi. Bu papaqlar ağ keçədən tikilərdi, üçbucaq 
formasında idi. Papağın aşağısında şlyapanın ətrafına bənzər qabaqlığı vardı ki, bu da 
istənilən vaxtda onu (gün və ya toz olan vaxt) açıb-örtmək üçün işlədilirdi. Dövlətli 
şəxslər belə papaqların yuxarısına gözəllik üçün quş lələyi taxardılar. 
XVI-XVII yüzilliklərin miniatürlərində və başqa sənət abidələrində biz ayrı 
bir maraqlı papağa da rast gəlirik. Bu, qalın parçadan tikilmiş və üstü naxışlarla 
bəzənmiş hündür, üçbucaqşəkilli "külah"dır. Belə papaqların üstündə təkdənbir gözəl 
xətlə tikilmiş Əlinin (dördüncü xəlifənin) adına rast gəlirik. Belə yazılı külahları, 
əsas etibarilə dərvişlər geyərdi. 
XVI-XVII yüzilliklərdə Azərbaycanda bir sıra başqa formalı papaqlar da 
olmuşdur. Bu papaqlardan qoyun dərisindən tikilənləri nisbətən geniş yayılmışdır. Bunu 
əsas etibarilə maldarlıq və qoyunçuluqla məşğul olan ərazilərdə geyərdilər. 
XVI-XVII yüzilliklərdə Azərbaycanda qadın baş geyimləri də müxtəlifdir. 
Əldə edilmiş materiallara əsasən demək olar ki, Azərbaycanda həmin vaxt 7 növə 
yaxın qadın baş geyimi olmuşdur. Bunlardan gözəl, əlvan naxışlı örpəkləri, kiçik 
narınnaxışlı araqçınları, çənə altından bağlanan xəz və ya məxmərdən tikilmiş şlyapaları 
göstərmək olar. XVI-XVII yüzilliklərdə ən çox yayılmış qadın baş geyimlərindən biri 
araqçın idi. Bunlar əsas etibarilə iki cür olurdu: qadın və qız araqçınları. Qadınların 
araqçını daha mürəkkəb olub, arxa tərəfdən qəşəng uzun torba ilə birləşdirilərdi. 
Dövlətli qadınlar belə baş geyimlərini qızıl və başqa qiymətli metallardan nazik 
hörmə şəkildə düzəltdirib geyərdilər. Bəzi araqçınlarda torba da olmazdı. Bunun əvəzində 


169 
papağın arxası hörük kimi uzadılıb yuxarı qaldırılardı. Övliya Çələbi qeyd edir ki, "bu tipli 
qadın baş geyimləri Təbriz və Naxçıvanda çox geniş yayılmışdı. Naxçıvanda bu tipli 
hündür kalpakların üstündən qadınlar ağ örtük örtürdülər. Buranın nəfis qadın baş 
örtükləri Naxçıvandan çox-çox uzaqlarda məşhur idi". 
Baş geyimlərini qadınlar evdə, həyətdə və qonaqlığa gedəndə geyər, 
küçəyə çıxdıqları vaxt isə üstdən əsas etibarilə ağ çarşab örtərdilər. Küçədə 
çarşabsız gəzməyə, adətə görə kiçik qızlara və qarılara icazə verilirdi. 
Lakin buna hər yerdə riayət edilmirdi. Övliya Çələbi yazır ki, "Naxçıvanın 
gözəl xanımları əsasən qara saçlıdır, qiymətli gödəkçələr geyir, kişilərlə ictimai yerlərdə 
sərbəst söhbət edirlər". 
XVI yüzilliyin mənbələrində Azərbaycanda toy və dini mərasimlərdə başa 
örtülən örtüklər haqqında da maraqlı məlumatlara təsadüf edirik. Bu barədə 
Orucbəy Bayatın Təbrizdə gəlin apararkən üzünə üzərində günəş və ya ay təsviri 
olan tafta parçalar örtülməsi haqqında verdiyi məlumat xüsusi diqqəti cəlb edir. 
XVI-XVII yüzilliklərdə Azərbaycanda üst geyimləri də çox müxtəlif və 
rəngarəng olmuşdur. 
Bu dövrdəki üst 
geyim formaları əsas 
etibarilə 
qədim 
geyim ənənələrinin 
davamı kimi inkişaf 
edir. Lakin bu ənənə 
getdikcə daha da 
zənginləşmiş, 
gözəlləşmiş 
və 
dekorativləşmə 
istiqamətində inkişaf 
etmişdir. Dəyişiklik 
əsas etibarilə ayrı-
ayrı detallarda, naxış 
və bəzəklərdə əmələ gəlmişdir. 
XVI-XVII yüzilliklərdə Azərbaycanda nisbətən varlı təbəqəyə mənsub 
olan kişilər lap üstdən ətəkləri, çiyin və boyun hissələri tikməli xalat geyərdilər. Bu 
xələtlər iki növ olardı. Birinci növ xalatlar məhz çiyinə atmaqdan ötrü idi. Belə 
xələtlərin çiyindən çox enli, aşağı getdikcə daralan qolları var idi ki, bunlar da heç 
vaxt geyilməzdi; ancaq dekorativ bir element kimi yandan sallanardı. 
İkinci növ xalat, əksinə, ensiz yarımqol olub, əyində nisbətən kip 
dayanardı. Soyuq havalarda belə xalatların üstündən qurşaq, yaxud üstü gümüş ilə 
bəzədilmiş kəmər bağlanardı. Xalatın astarı rəngarəng görünmək üçün açıq rəngli 
parçadan olardı... Çox vaxt belə xalatlara açıq-sarı ipəkdən astar çəkərdilər. 
Bu xələtlərin altından gödəkqollu, çiyinləri, döşləri və qolları milli 
naxışlarla bəzənmiş uzun don geyilirdi. Donların aşağı böyürlərində 20 sm 


170 
uzunluğunda yarığı olardı ki, bu da tez-tez yeriyəndə və ya iri addım atanda 
maneçilik törətməməkdən ötrü idi. Təbriz miniatürlərində biz belə köynəklərin dəri 
kəmərlə bağlandığını tez-tez görürük (onu da qeyd edək ki, ümumiyyətlə kəmərin 
sol tərəfindən həmişə nazik bıçaq və ya naxışlı xəncər bağlanırdı). Miniatürlərdə 
qırmızı, narıncı və ya yaşıl rəngli köynəklərə çox təsadüf etmək olur. Həmçinin bu 
cür rəngli geyimlər Azərbaycanda uzaq keçmişlərdən XIX yüzilliyə qədər ən 
sevimli rənglərdən sayılmışdır. 
XVI-XVII yüzilliklərdə Azərbaycanda ənənəvi libas sayılan üst geyimi - 
əba da çox yayılmışdı. Qabaqkı dövr əbalarından fərqli olaraq bunlar bədəndə kip 
oturur, qolları nisbətən dar olurdu. Bu əsrin miniatürlərində biz belə əbaların 
ətəklərinin kəmərə sancılaraq gəzdirildiyini də görürük. 
Əbanın belə gəzdirilməsi, çox güman ki, əvvəllər əməli əhəmiyyətə malik 
imiş (tələsik yeriyəndə və ya iş görəndə ətəkləri ona maneçilik törətməsin). Sonralar 
isə bu (moda) dekorativ bir element olaraq qalmışdır. Bu əbalar da iki cür olurdu: 
birincisi, soldan sağa gətirilib sağ qolun altında qaytanda bağlanır, ikincisi isə 
qabaqdan düyünlənirdi. 
XVI-XVII yüzilliklərdə Azərbaycanda qısaqollu, gödək üst geyimləri də 
dəbdə olmuşdur. Bunlar gənclər arasında xüsusilə geniş yayılmışdı. Ova gedəndə və 
ya uzaq səfərə çıxdıqda bu geyimlər əvəzsiz idilər. 
Kişilər ayaqları dar, yuxarı getdikcə enləşən şalvar geyərdilər. Şalvarlar 
da üst köynəyin malından tikilərdi, lakin rəngi çox vaxt göy və ya tünd-sarı olurdu. 
Bu əsrlərin kişi ayaqqabıları da müxtəlif formalı olmuşdur. Ən çox yayılmış 
kişi ayaqqabısı yumşaq dəridən tikilən dabansız (bəzən də alçaqdabanlı) və 
uzunboğaz (yüngül) çəkmələr idi. 
XVI-XVII yüzilliklərdə Azərbaycanda qadın üst geyimləri də müxtəlif 
olmuşdur. Lakin bu geyimlər biçiminə görə həmin dövrün kişi geyimlərini 
xatırladır. 
Kişilər kimi qadınlar da (xüsusən varlı təbəqələr) çiyinlərinə bəzək üçün 
uzunqollu xələt salarmışlar. Lakin qadın xələtləri daha sadə olub, az naxışlarla 
bəzənərdi. 
Qadınlar bu xələtin altından lap dabanlarına qədər sallanan uzun köynəklər 
geyərdilər. Köynəklər yaxadan bir neçə yerdən iri düymə ilə düymələnərdi. Kişi 
donlarından fərqli olaraq, qadın donlarının yaxalığı bəzən başqa parçadan da ola 
bilirdi. 
XVI-XVII yüzilliklərdə kütləvi surətdə geyilən qadın əlbəsələrindən biri 
də dabana qədər uzanan şalvarlar idi. Kişilərdə olduğu kimi, qadınların da şalvarları 
ayaq tərəfdən çox dar, yuxarısı enli olurdu. Lakin kişi şalvarlarından fərqli olaraq, 
qadın şalvarlarının ayaqları iki-üç barmaq enində başqa bir qalın parça ilə tikilərdi. Qadın 
şalvarının, həmçinin beldən büzməsi olardı ki, onun da içindən qəşəng hörmə qaytan 
keçirib bağlardılar. Qadının öz zövqünə müvafiq bu qaytanın ucundan sallanan 
qotazlar müxtəlif rəngdə olardı. 
Bu dövr üçün xarakterik cəhət üst geyimlərə (xalat, əba, don) beldən 


171 
bağlanan qurşaqlar idi. Qurşaqları həm kişilər, həm də qadınlar bağlayardılar. Bu əsr 
Təbriz miniatürlərində biz bu qurşaqların müxtəlif növünə rast gəlirik. Qurşaqlar 
ipək parçadan, yaxud qızılı və gümüşü saplarla toxunmuş xara parçalardan 
hazırlanırdı, daha çox bəyənilən qurşaqlar qızılı, sarı, yaşıl, narıncı rəngdə olardı. Bu 
qurşaqların uzunluğu çox vaxt 4-5 m, eni isə 40-50 sm-ə çatardı. Qurşaqların ucu 
qəşəng enli qotazlarla bəzənərdi. Qotazlar təkcə estetik mahiyyət kəsb etmirdi. 
Məsələn, qadınlar onun rəngi və bağlanma qaydası ilə öz hissiyyat və əhval-
larından xəbər verərdilər. 
Mənbələr göstərir ki, XVI-XVII yüzilliklərdə hərbi geyimlər də çox 
müxtəlif biçimli olmuşdur. Bunları hərbçilər donların üstündən geyər və ya ona 
bənd edərdilər. Adətə görə hərbçilər özlərini oxdan və s. kəsərtidən qorumaq üçün 
meşindən üzəri dəmir hissəcikləri ilə bərkidilmiş gödəkcə geyərdilər. Belə zireh 
paltarlar yay və qılıncla təchiz edilmiş ensiz dəri kəmərlə bağlanırdı. Kəmərə bun-
dan başqa içi dolu oxqabı da bərkidilirdi. Zireh geymiş hərbçiləri zirehpuş 
adlandırardılar. Onlar başlarına zireh başlıq - dəbilqə qoyardılar. Dəbilqədən 
hərbçinin çiyinlərinə hörmə dəmir halqalıq tökülərdi. Bundan əlavə, hərbçilər müharibə 
zamanı dizlərinə və qollarına fiqurlu dəmir hissələri də taxardılar. Süvarilərin dizlikləri 
piyadalara nisbətən xeyli hündür olurdu, onlar nəinki hərbçilərin baldırlarını, hətta 
budlarını da qoruyurdu. 
Nəzərdən keçirdiyimiz Azərbaycan geyimləri, bunların biçimi, bəzəkləri 
göstərirdi ki, dekorativ-tətbiqi sənətimizin başqa növləri kimi, onlar da dövrün ümumi 
bədii üslubu ilə bir vəhdətdə inkişaf edirdi. 
Bu dövrün geyimləri öz silueti, biçimi ilə sanki dövrünün məscid, məqbərə 
və qeyri tikintilərinin konstruktiv cizgilərini təkrarlayırdı... Çalma, dəbilqə öz qatları, 
forması ilə günbəzlərin riflənmiş səthləri ilə səsləşir, geyim parçalarının naxışları 
dövrün rəngarəng xalçalarını yada salırdı. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə