Aban aban iş olmaz, bəsləməsən qız olmaz


sızar: sızlar). tən düşür tindən, tinin kəndi uçar yüksəklərə, çatmaz əl, yerdən ayaq üzmək gərək. (tin



Yüklə 4,74 Mb.
səhifə52/59
tarix09.10.2018
ölçüsü4,74 Mb.
#73059
1   ...   48   49   50   51   52   53   54   55   ...   59
sızar: sızlar).

tən düşür tindən, tinin kəndi uçar yüksəklərə, çatmaz əl, yerdən ayaq üzmək gərək. (tin: iç. ruh).

tən yaxışı don. (yaxışı: bəzəyi.. iffəti).

tən yaxışı don. (yaxışı: bəzəyi. iffəti).

tən yükün ayaq, tin yükün, ürək. (daşır). (tən: gövdə). (tin: ruh).

tənbəl deyər. -ver yeyim, ört yatım, gözlə canım çıxmasın.

tənbəl olan oyğul olar, ağır işin çəmin tapar. (oyğul: fikirli).

tənbələ yuxu dərman, loğaza gülmək.

tənbəlin qamçısı az olmasın, gəvəzənin gəpi.

tənbir tinbir olanlar, ağ qarasın bulanlar, aylın aylın aylanar. (aylın: səma'). (aylın aylın aylanar: dönər dönər fırlanar).

təndə can, beş gün qonaxdı, çox günah arturma gəl.

təndə tənə dən gərək, tində tinə dən gərək. (dən: dənğ. əş). (tən: boy buxun. gövdə. bədən). (tin: iç. ruh).

təndə yatan istəklər tində doğan arzular deyil.

təndir issi olsa, çörək saxlar.

təndir sıcaq, saxlayar çörək, sıcaqlı söz, sevdirər ürək.

təndiri isdi görüb çörək yapma.

təndiri isdi görüb çörəyin yapma.

tənhalık tanqalıqdır.

təni açan uyutar, tini açan oyatar. (təni: gövdəni). (tini: ruhu. beyni).

tənim gəzir ayaqda, içim dönür ıraqda, başım qalmış bulutda.

tənim gəzir ayaqda, içim dönür ıraqda, başım qalmış bulutda.

təniyə görə budağı, dədiyə görə oğulu.

təniyə görə kötüyü.

təntiyə söz vermə, qoluna bel vermə. (təntiyə: təmbələ). (söz vermə: söz tapşırma). (qoluna bel vermə: işinə güvənmə. dayanma). (bel versən işin qalar, söz tapşırsan yerə düşər).

təpəgən qoç tez kəsilir.

təpələr bitməz aşmaqla, könül doymaz yaşamaqla. (bir baraqlar, amaclar gərək).

təpər təpər, sal düşmana təprəmi!.

təpərli dağ devirir.( təpərli: qeyrətli).

təpərli dağ devirir.( təpərli: qeyrətli).

təpiyə tübəndən aşır. (tübəndən: dabandan. ətəkdən. aşağdan).

təprəm gələr, yer cırılar şırıq qalar, sevgi keçər, könül sınar qırıq qalar.

təprəşən qır aşdı, dırmaşan dağ aşdı. {qımıldan qır aşdı. (qımıldan: qımıldayan: təprəşən). (qır: çöl. düz)}.

tər axırsa göz yanar, ondan qoran qaş olar, qanmağıla inanmaq birbirinə yad olar. (qoran: qoruyan).

tər axırsa göz yanar, ondan qoran qaş olar, qanmağıla inanmaq birbirinə yad olar. (qoran: qoruyan).

tər qanla göz damlası, biri əmək, biri düşük, biri seviş simgəsi.

tər qanla göz damlası, biri əmək, biri düşük, biri seviş simgəsi.

tərs baxışlı (qaramsər) kişilərdən uzaq!. onların hər bir yola əngəli var.

tərs baxışlı (qaramsər) kişilərdən uzaq!. onların hər bir yola əngəli var.

tərs çönəndə baxtlar, gülcərədə tikən batar ayağa, qışın günü ayran dolar çanağa. (gülcərədə: güllükdə. gülüstanda).

tərs kişilər almasa sənin çevrəvi, başda iyi duyquların tez dəğişər tərsliyə.

tərs tüs ilə doğru yolağ alınmaz. (yolağ: təriqət. məzhəb). (alnamaz: alınmaz. tutulanmaz).

təzə evə köçəndə, əsgi evdən kül götür.

təzək qarda yatışmaz, uyuş uysuz (eyuk eysiz) qatışmaz. (təzək qızışıb qarı əridər, yaxcı pis qarışmaz).

tıxan sınırı, tutar qırığı.

tıxanıbdır boğazım, dadsız ağız, yox gümanım atmış ola birdə danım, yarı can düşmüşəm əldən quruyub əl ayağım, duvağımda yıxılıb yox dayağım. (qocalıqla yalnızlıq).

-tıxıta taxılmayan, yaxılar. (fizulun qarşın almayan, suça batar).

tıxıta taxılmayan, yaxılar. (fizulun qarşın almayan, suça batar).

tik çıxsın, dilə gəlsin.

tikan biləməklə itilməz.

tikan butasından gül dərilər, yaman qoldan ürək dəlinər. (qoldan: əldən).

tikan ititməklə, itilmək.

tikan tikanı sökər. (tikanla tikan sökülər). (batan tikanı tikanla çıxardırlar).

tikan, biləməklə itilməz.

tikanı, tikanla çıxarırlar. (batan tikan, tikanla çıxar).

tikanla tikan sökülər. (tikan tikanı sökər) batan tikanı tikanla çıxardırlar).

tikansız gül baxcası. (tam iyiliklərin, gözəlliklərin olduğu yer).

Tikə qarın doyurmaz sevgi artırar. (Araz Gunduz).

tikən acısı gedərgi, dil acısı qalarğı.

tikən acısı gedərmiş, dil acısı qalarmış.

tikən batab yerdən, gömük quylağ yerdən çıxar. (batab yerdən: batmış yerdən). (gömük: gənc).

tikən bitər başına, yaşarikən gül bitir.

tikən quru, yandaq höl. (höl: şeh). (yandaq: tikan kolu. dəvə tikanı).

tikən mənim, qol sənin, dərməyə nə varki. (tikən yerdən, qol səndən, dərməyə nə varki).

tikən yerdən, qol səndən, dərməyə nə varki. (tikən mənim, qol sənin, dərməyə nə varki).

tikəndən darı ündüm demə. (tikəndən darı yetişməz).

tikəndən darı ürüdüm demə: - tikəndən darı yetişməz.

tikənlə gül ayrılmaz, əkrilməsə avrılmaz. (əkrilməsə avrılmaz: əkilməsə, səprilməsə, saçrılmasa yığılmaz, dərilməz).

tikənsiz gül olmaz, əngəlsiz yar olmaz.

tikənsiz gül, əngəlsiz yar olmaz.

tikməsə önməz, diləməsə bulmaz.

tikməsən çıxmaz, diləməzsən gəlməz.

tikməyincə onalmaz, dilgəmincə duralmaz. (dilgəmincə: dilməyincə. diləməyincə. sormayınca. qurcalamayınca. izləməyincə).

tikməyincə onalmaz, dilgəmincə duralmaz. (dilgəmincə: dilməyincə. diləməyincə. sormayınca. qurcalamayınca. izləməyincə).

tikməyincə onğamaz, diləməyincə bulnamaz. (tikməsə önməz, diləməsə bulmaz). (tikməyincə onmaz, diləməyincə, bulmaz).

tikməyincə onmaz, diləməyincə, bulmaz.

tikrar olunan söz, yalansılaşır. (qaytalan söz aldağan olur). (bir söz çox deyilirsə, tәkәrlәnirsә, tikrar olunursa yalan olmaq olasılığı çoxalır).

tiksən biçərsin, sorsan bilərsin. (tiksən: əksən).

tin diləni (nəfs istəyəni), dil deyər, göz sezəni, qol edər.

tin diləni, dil deyər, göz sezəni, qol edər.

tin durar bir qurd dolum bilməz, doyum sanmaz. (tin: nəfs).

tin sağlığı, tən sağlığından qabaq. (tin : iç. nəfs. ruh).

tin sağlığı, tən sağlığından qabaq. (tin: iç. nəfs. ruh).

tıncıvı gəvə, sonası gəpə. (tikəvi çeğnə, sonra danış. düşün danış). (tıncıvı: tikəvi).

tini ölük təni qalıq kişilər. (tini: ruhu).

tini tindən, təni təndən, canı candan aralı. (tin: soluq. ruh. köksüdə, könüldə olan güc). (tən: gövrə. bədən. cism). (can: təndə, başda gəzən güc).

tirsin utan tərsəməz. (tirsin: hirsin) (tərsəməz: yanılmaz).

Tısbağa qınından çıxdı, qının bəyənmədi. (Araz Gunduz).

toğar görməz, yaş pişməz. {tağar: < toğar. tuğar. (< tuğ) (iki dalqa arasında oluşan qorxunc oyuq). təhlükə. risk}. (risksiz gənc pişməz).

toğlaçıya (kərpişçi) günəş, cütçüyə yağmır.

tox aca, ac toxa inanmamış.

tox aca, uvağ doğrar.

tox at yorulmaz.

tox bala, eçtəməni oylabayt. (oylabayt: oylamaz: düşünməz). (uşağın qarnı toxdursa, heç nəməni (heç nəyi belə) düşünməz).

tox çalxanmaz, ac doymaz. (tox: dolu).

tox dediyin düşünsün, ac yediyin.

tox deyib tülküyə barmaqdansa, ac deyib qurda var. (tox olan tülküyə barmaqdansa, ac olan qurda var). (kişilikdə tülkülük, yırtıcılıqdan qat qat yamandır).

tox dursun!. gerçək gülü qızarmaz, tikanlıqdan qutarmaz, yaşıl doğub, yaş qalar!. (tox dursun!: hak yaşasın). (yaş: gülən. gözəl. gənc. sulu. ölməz).

tox edəni ac edənməmiş, tox yıxanı ac yıxanmamış.

tox gözü ağzındakı doyurdu, ac gözü dünya doyurmadı.

tox xoca, ac qurddan yamandır.

tox ikən, yemək yeyən, dişi ilə qəbrin qazar.

tox it yuvasında hürməmiş.

tox it yuvasında hürməmiş.

tox qalmasın poxu deyər, ac qalmasın poxu yeyər.

tox qarın hər nə deyər, ac olan hər nə yeyər, bağın salan barın yeyər, igit varlı varın verәr.

tox olmağa bir tikə çörək, bəliyə nə gərək, bəylər vardır gözü acın götündə. (tox durmaq üçün bəy olmaq, çox varlı olmaq gərəkmir).

tox olub, gözə baxma, ac olub, götə baxma.

tox, ac bağırın duymaz. (bağırın: bağırtısın. çığırtısın. fəryadın).

tox, acın götün güdməz.

toxar qapı, buldun tapı. (haqqa açılan qapını buldun, tapıntıvı (gəncivi) buldun). (bu qapıdan qolba qanat qırılmadan keçilməz, əşsiz dossuz, arman amac tutulmadan girilməz).

toxçuluq yoxçuluq birgə doğur.

toxdala isduyuvu qızma belə, yel gətirmiş qalamır, gedir yelə. (toxdala: cilovla. kontrol ed). (isduyuvu: ehsasatıvı).

toxdalı gəl iş olsun, əğri otur düz olsun (əğri otur düz danış).

toxdayan dincəlir, yeriyən yol alır.

toxdayan taxda oturmamış. (toxdayan: təskin tapan).

toxduğa, toxlu əti dad verməz (doyandan sonra, toxlunun əti toprax dadır) (toxduğ: boğazına dək tıxmış).

toxikən, yemək yiyən, dişilə qəbrin qazar.

toxlar deyər acalmaz, aclar deyər toxalmaz, yaşlar deyər qocalmaz, evrən saymaz yaş neçə, gündüz ola ya gecə.

toxlar deyər acalmaz, aclar deyər toxalmaz, yaşlar deyər qocalmaz, evrən saymaz yaş neçə, gündüz ola ya gecə.

toxlu qarıncaya yol veririz, toxsuz fili yolundan ediriz, bəlkidə başı qarlı uca dağ değiliz, bir addımda keçiləcək təpədə değiliz. (toxlu: haqlı). (toxsuz: haqsız).

toxlu toxu toxdadar. (çox, çoxa axar).

toxlu üzüb, quyruqda pıçaq sıma.

toxluq nə dedirtməz, aclıq nə edirtməz.

toxluq nə deditməz, para nə editməz, aclıq nə yeditməz.

toxluq nədir acdan sor.

toxmaq vardı daş yarar, toxmaq vardı baş oyar. (toxmaq: çırpma. tənqid). (oyar: oydurar. düşündürər).

toxşa deyir olmasın gərək, başım deyir dönəsən gərək, könül deyir dənəsən gərək. (toxşa: məntiq). (məntiq deyir mümkün deyir, ağıl deyir qayıtmalısan, ürək deyir sınamalısan).

toxu ağırlamaq, zor olur.

toxu təprətmə, acı gəplətmə.

toxu toxusan, bez olar, cəhrələsən, ip olar.

toxul gəzən hər nə gəlirsə deyir, acılgəzən hər nə tapırsa yeyir. (toxul: hər nədən tox olan) (acul: öləsi ac olan).

toxun acdan alası yok, acın toxa verəsi yok.

toxun başına bol yağar, acın başına dol. (toxun başına yağ damar, acın başına dolu).

toxunan dil ilə, açılmadı diş ilən.

toxunmasın kimsə dilə, dinimə, biri varlığımdır, biri inancım.

toxunmaz qaranın çoxu yaxşı.

tom ağaca quş qonur.

topal ilə gəzən, axsamaq öğrənir.

topallamaz axsaq yox, qan görməmiş sallax yox.

topdan çıx, kopdan yox. (qurupçuluqdan uzaq ol, cəmiyyətdən yox).

topla kəndin al ələ, el içində yararsan nəyə?.

toplum yaşam savaşda (cummada savunmada) keçir, bu savaşı qazanan itirməz. (ama özəl yaşam barış alanıdır. barışı qazanmasan itirdin!!).

toprada bitmiş güllər, ömür sürmüş üç günlər, bitən güllər könüldə banqu qalar evrəndə. (banqu: manqu. ölməz).

toprağ çörəyi ilə, kişi, əməyi ilə.

toprağın aldıran (itirən) ac qalar.

toprağın dəğəri, oturanındandır.

toprağın ululuğu (qiyməti) olanındadı, köçənində yox.

topraq bağlıdır dağına, dağı topraqdan ayırmaq olmaz, dağ ayrılırsa topraqdan, toprağı qorub saxlamaq olmaz.

topraq belinən, kişi bilinən. (topraq belnən, kişi bilnən). (topraq belinən işlənir, kişi bilinən). (toprağa bel gərək, kişiyə bil gərək). (toprağa bel gərəkir, kişiyə bil).

topraq diyər: tərlə mənə, zər töküm sənə.

topraq əkdirənin deyil, əkənindi.

topraq əkən ac qalmaz.

topraq günəşlə qatılır (bərkir), kişi iş ilə.

topraq nədir: -duran yerin topraq, qalan yerin topraq, gömən yerin topraq. {tikilən gözü toprağa, oxlamasan toprağa, salar səni toprağa. (oxlamasan toprağa: oyub yerə tökməsən)}.

topraq öz payın həmməşə alacaq.

topraq şoraq gül bitməz, başdaqsız iş son yetməz. (baştaqsız: başçısız). (son yetməz: sonuca yetməz).

topraq ülüş götürməz. (topraqdan pay olanmaz). (ülüş: bölüş. pay. səhm).

topraq üzü soyuqluq, para üzü istilik.

topraq verən yersiz qalıb gəbərir.

topraq, içindəkin gücədir (becədir).

topraq, qoynuna aldıqlarını vermir.

topraqda, güclülərdə çürür.

topraqların dadlısıda, yurd olmuş!.

topraqsız kişinin varlığı danılır. - quşlarında var umaq evi qonmağa, baş götürüb çalsa qanat uçmağa.

torayğa yağış yağasa, balasın qorur, dolu yağsa, özün.

torba ağzı yığılmış, elin ağzı yığılmaz.

torba tikilib, qapı bağlanıb. (artıq hər nəyə gec).

torğay uçsa topmen. (torğay: tarla quşu). (topmen: topuyla. həp birlikdə).

torlağı bəslə, gözün çaxartsın.

Torpağın üzü soyuq olur. (ölənlər tez unudulur anlamındadır).

toruvu sal suya ki, var balığı.

tosunsan çox hələ pişmək üçün işlər gərək. (tosun: naşı. əcəmi. iş görmədik. pişmədik. bərkiməmiş. təcrübəsiz. xam).

tovca ölüm bilməz. (tovca: enerji).

toy aldışı oynama, yas aldışı ağlama. (aldışı: rəsmi. adəti).

toy çalqısız, yas ağıtsız olmaz.

toy gəlşiğü bağşıdur, sözün düzü yaxşıdur. (gəlşiğü: yaraşığı).

toy oynağsız, ev qonağsız olmaz.

toya isti çağın girsən yeğ, bitinmədən çıxsan yeğ.

toyda qız bəyənən, götünə xına yaxar.

toyda qız bəyənən, götünə xına yaxar.

toyda qız bəyənməzlər.

toydan sonra nağara xoş gəldin bayram ağa.

toyuğ həm toyda kəsilir, həm yasda.

toyuğ yesən bir gün, yumurtasın min gün yersən.

toyuğ, eşinə eşinə göz açar.

toyuğun başı dənə qarışıq, yumurta doğar götündən. (doğa yasaları qaçınılmaz).

toyuğun məməsi, dimdiyindədir.

toyuq həm toyda kəsilir, həm yasda.

toyuq kimi olma yesiri, pətəyin, dənləyib doldurur, tökür təzəyin. (pətəyin: çinəligin. qarnın). (yemək düşgünü olma).

Toyuq ölsə bir ovuc tükdü, Dəvə ölsə dərisi də bir yükdü. (Ara Gündüz).

toyuq ölsə bir tükdü, dəvə ölsə dərisi bir yükdü.

toyuq şişər, şişək olmaz, qubba (günbəz) üsdə, cəviz durmaz.

toyuq yatanda yat, xoruz duranda dur.

tozda duman, tündə tütün görünməz. (tündə: qaranquda).

töğülən dəmir sınmasa, sindan olur. (sindan: zindan: örsan. örsən. üstün döğülən ağır batman kündə dəmir).

tök boğazına sıç ağzına. (yaltağı, pulakını, qarınqulunu minik (ulağ. vəsilə. heyvan) edməyə nəvar).

tökəndikcə tükənmiyən varlığımız, sevgidir. (tökəndikcə: xərccləndikcə).

tökmə güllər, solmazmış. (tökmə: məsnovi).

tökmə su ilə, dəyirman dönməz.

tökülən çanaq geri dolmaz, keçən ömür geri dönməz. (yaşam irəli baxır, sular baxara axır).

tökülmüş süt, göz suyuyla yığılmaz.

törül sevgi bürürsə könül, baş dəlirir. (törül: cinsi).

tuğlayıca (kərpişçiyə) günəş, cütçüyə yağmır.

tuxum alda yerə var, hər nə səpsən ol gögər.

tuxum cücə, güzün gələr sayılar.

tuxum cücə, güzün gələr sayılar.

tuxum harda, əkən yoxdur, suvarma yox, biçən olmaz.

tuxumu bizdən suyu ondan. (ondan: tanrıdan). (tanrıdan artıq gözləməməli).

tuxumu yazdan, balanı yaşdan əkit. (əkit: becərt. tərbiyət ed). (yaşdan: yaşkən. uşaqkən. uşaqkən).

tulbar yükün ornatmaz. (tulbar: savaş atı). (ornatmaq: olduğu dəğərin vermək). (savaş atı, yükün ağırlığın var saymaz, sezməz).

tulla bata qorxunu, yanlış yaparsan işi, doğrunu sən yaparsan, yanlışı sən anlasan!.

tulla bata qorxunu, yanlış yaparsan işi, doğrunu sən yaparsan, yanlışı sən anlasan!.

Tullan baxaq! (Araz Gunduz).

tullananın ardıca tullanma.

turmuşda başın dikə tut, alt olan başa döğən çox olar.

turuzun doğumuna sevinməyən, ölümünə döğünməz.

tusqun qılıc sökənməz. (tusqun:. paslı).

tuş gətirsə yağdırar, tuş batırsa (batır isə) caydırar. (tuşu: bəxti).

tuş olsan yaman qadına, yaşın ötər qor ilən. (qor: şər).

tuşlamasan cayğıldığın min oli, tuşalayarsın cayğıldığın bir oli. (tuşlamaq. tuçlamaq.. tuş tuşlamaq. amaclamaq).

tuşlatı səndən, düşləti məndən. {görsəti səndən, qalanı məndən. sən görsət, qalanın mən özüm bilərəm (neylirəm).}.

tuşun tuşlamayan, düş qalır. (şansın əlinə almıyan, düşür, sınır, batır, məfluc yeyir.) (tuşu: bəxt).

tuşun tutub tuşlayar, quşun tutub quşlayar, işin tutub işləyər, keçər günü bal kimi, bir dad olmaz yağ kimi. (tuşlamaq. tuçlamaq.. tuş tuşlamaq. amaclamaq).

tut, tutulma!.

tutalım devrimizin həzrəti isası mənəm, bu soxa soxda necə mən mö’cüzə icad eliyim.

tutalım var tovanın, işlədə bilmək gərəkir.

tutan bitirdi, küsən itirdi!.

tutan, işin bitirən, gedən yerin itirən.

tutar qatıq, tutmaz süt.

tutar, kim pusu qoya gecə ilə, məsəldir ərlik on, doqquzu hiləilə. (pusu: tələ).

tutarın bilməlisən əldə olanda günüvün, yola çıxmazdan alunda yoluvun qıl yarağun. (alunda: qabağ. öncə).

tutcu verir bir gün alır. (tutcu: tutuc. tutğuc. həmməşə. barqın. barqan). həmməşə verən bir gün alır.

tutda qolum, sıxda güvən bırakma, ya qır itin qutar məni uzatma.

tutduğu işi bitirir, getdiyi yerdən gətirir.

tutduğun altın, qılıcın kəsgin, sözün keçgin olsun. (tutduğun: dəğdigin). (alqış).

tutduğun amac, verur işə tac. (tac: qiymət. dərək).

tutduğun amac, vər işə tac. (vər: verir). (tac: qiymət. dərək).

tutduğun qoyur, qaçanı qovur.

tutduğun yol doğrular uğru, kəndinvə güvən atavun oğlu.

tutduğun yol yasamır səni , sən yolun yasa !. (yasmır: yasmır: yarmır: yaramır: düzəltmir).

tutduğun yol yasamır səni, sən yolun yasa !. (yasmır: yasmır: yarmır: yaramır: düzəltmir).

tutduğun yollar çıxmazdan ərir, geddiyin yollar çıxmaza varır. (ərir: gəlir. dönür).

tutduğun yön, hızığından yeğ basar. (hızığından: çabuqluqdan). (yeğ basar: önəmli).

tutduğun yön, hızığından yeğ basar. (hızığından: çabuqluqdan). (yeğ basar: önəmli).

tutduğunda durarsan, istəyivə çatarsan.

tutğun alıb qul satan dünya. (əsir götürüb qulluğa, qul kimi satan).

tutqunluğun tükitən, uçqunluğa yol açar.

tutquyla öz işinə yapışır, gün görmədən gecə belə çalışır. (tutqu. düşgünlük. qurdluq. girişiklik. girşiklik. girişinlik. girşinlik. qurumsaqlıq. amatorluq).

tutma yüngül dilivi, türkcə dilin inci dəgər. (inci: mərcan. mirvarid).

tutsa işi kişinin qar əriyib yağ olu, dönsə işi kişinin, yağı donsa qar olu.

tutsa işin, qızıl olar əldə qum, batsa işin, qızıl əldə olar qum.

tutu budur tüm yaxşılar bəklənirkən az gəlir, hər bir yaman bəklənmədən güc gəlir. (tutu: qərar).

tutub duran utanmış, atıb qaçan utanmaz.

tutuğ barmaz dözümlə, çalış atış olmasa. (tutuğ: qəsd. murad).

tutuq deşik tüstü verməz.

tutuqla açıq dan atanca bəllənər.

tutuqları boşlamadan, dusdağıvı uçurtma. (boşlamaq: bıraxmaq. ötürmək).

tutuqlu (paslı) qılınc, baş kəsməz.

tutulan bir gün qutular. tez geci var, tezi qazaş geci bataş.

tutun qopuran iylənir. ( tüstü salan tüstüyə tutular. odu pülüyən, oda düşər. aşıran, aşar. aşıran, aşacaq).

tutun qopuran iylənir. ( tüstü salan tüstüyə tutular. odu pülüyən, oda düşər. aşıran, aşar. aşıran, aşacaq).

tutunmadan utunmur. (tutunmadan: müsəmməm olmadan). (iradə edmədən, çabamadan qazanılmır).

tutunmadan yol tutma, tanımazdan qol tutma. (tutunmadan: arxayınlıqsızın. müsəmməm olmadan) (qol tutma: əl tutma).

tutunmadan yol tutma, tanımazdan qol tutma. (tutunmadan: arxayınlıqsızın. müsəmməm olmadan) (qol tutma: əl tutma).

tutuşmadan tutuzluqlar əl verməz. (tutuşmadan: çalışmadan. döğüşmədən). (tutuzluqlar: müvəffəqiyyətlər).

tutuşmasa düzəlməz, tüpürməsə açılmaz.

tutuşmasa düzülməz, tüpürməsə açılmaz. vuruşmasa, qarışmasa, yarışmaz, əsişməsə açışmaz. üzülməzsə düzülməz, bulanmasa durulmaz, solummasa sevilməz, gömülməsə görünməz, alınmasa qalınmaz, təpilməzdən tapılmaz, tapılmadan təpilməz, çalınmadan salınmaz.

tutuşmasa yanmaz, çalışmasa qanmaz.

tutuzlular utanmış, tutuzsuzlar utanmaz. (tutuzlular: bəfalılar).

tutuzuş varsa utan var, utuzan var.

tükan olsa doslarıvın ovlağu, alver köçər, çıxar onun çovlağu. (çovlağu: şoru. çürüyü). (iş yerinin dosluğu, alverivin poxluğu).

tükənib tanıq oldular.

tükənməz malın olunca, utanmaz üzün olsun.

tülkü ayıq gəzər. (tülkü gəzən dağ bərəni tanıyar).

tülkü deyər: özüm üçün demirəm, amma üzümsüz bağ qurusun.

tülkü əfə dadlı dillər söylədi, qarqa bəydən pəndirini almağa.

tülkü ətə gələr, dovşan ota.

tülkü gəzən dağ bərəni tanıyar. (tülkü ayıq gəzər).

tülkü ilə çaqqal bol olar, qurd olmayan meşədə.

tülkü ilə çaqqal nə gəzir, qurd olan meşədə.

tülkü qolay avlanar, tazı çıxsa yutdaşı. (oğru dosduyla, tanışıyla qolay tutulur).

tülkü quyruğun tanımaz.

tülkü quyruğundan övünməsin, xoruz banından.

tülkü olursa dosdun, qurulu qapanın olsun.

tülkü ovlayan iti, sınamazlar.

tülkü ölümü, aslan ağlatmaz.

tülkü öz quyruğun tanıq çəkər.

tülkü öz quyruğun tanımaz.

tülkü salar xolları, dovşan alar kollari.

tülkü vardır kəsir, qurdun adı yamandır.

tülkü yatağın bilir.

tülkünü min bir sapalağı var, ən güclüsü görünməzlik. (sapalaq: buruq. oyun. kələk).

tülkünün gəzib gəldiyi yer, kürkçü tükanıdır.

tülkünün quyruğu, başından dəyərlidir.

tülkünün min bir fəndi vardır, ən güvənlisi gözə görünməməkdir.

tülkünün türküsü, xoruz banı.

tülküsüz topraq, öz tazısız yurd olmaz.

tülküyə sevilməz, yügürən tazı.

tüm aləmə xeyri şərri sən yasadun. sığıncağım tapıncağım, tapundur (xitmətindir). yatancağım, yastancağım qapundur.

tüm anılar silinmiş, heç bir keçmiş yoxiymiş, keşmişdə məndə durmaz. axıb keçən çayam mən.

tüm anılar silinmiş, heç bir keçmiş yoxiymiş, keşmişdə məndə durmaz. axıb keçən çayam mən.

tüm barışa altın haçar, yarış iş. (barışa. çatağa. ərişə. nailiyyətə).

tüm barışa yollar açar iş çalış. (barışa. çatağa. ərişə. nailiyyətə).

tüm başarı saklı səndə, kəndivə güvən güclüsəndə.

tüm başınla düşün, tüm könüllə inan, tüm gücünlə çalış.

tüm böyüklər uşaqlıqdan böyümüş, ama çox az böyük uşalığın anıqlar. (anıqlar: xatırlar).

tüm dalqalar oğurla yoğrular. (dalqalar: xəyallar). (oğurla: zamanla). (yoğrular: düzən tapar). (zamanla çox şeylər düzələr).

tüm güvənmə kimsəyə, qoyar yaman günlərə.

tüm qayğı kitin söküb atmış, mutluğa, sevincə ultanmış. (qayğı kitin: qussə kədərin) (ultanmış: çatmış).

tüm qüllərdən yaz olmaz, bir gül ilə yaz başlar. (başlar: gəlir).

tüm nisgillər hamısı, çox əkilən, az cücərən, sevi adlı tuxumdandır. (sevi: məhəbbət).

tüm salıqlar yetərmiş, ölüm salıqdan sıvay. (salıq: xəbər).

tüm ulduzlar, bir aycanı dəğişməz.

tümün istəyən, tümü itirər.

tün düşürsə ağgünümuz qaralar, arman qalsa gənc könlüm yaralar, soyuq düşsə yağış dönüb qarolar, vırqın vırıb soldu ömür gülləri. (vırqın: bəla. fəlakət). (arman: çatılmamış, uzaq duran arzu).

tün ertinlə yarınar. (tün: gecə) (ertinlə: sabahla). (yarınar: ışıqlar). (gecə sabahla ışıqlar).

tün gün durma ağlayu, yaşın gözdən savlayu, balta götür yavuz başın yar gilən, qazma götür dərin gorun qaz gilən. (savlayu: coşub axıdıb. töküb).

tün günü, gün tünü, kölgə günü, gün kölgəni tanımaz.

tün qapısın tınq açar. (tınq: tınqa: danqa. qara pul).

tün yoğar, gün doğar.

tündə bəslənən, tanqası doğar.

tündə bəslənər, danda səslənər.

tündə görməyi bayquşdan, gündə görməyi bürkütdən. (bürküt: qartal).

tündə görməyi bayquşdan, gündə görməyi bürkütdən. (


Yüklə 4,74 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə