Aban aban iş olmaz, bəsləməsən qız olmaz


us: ağıl). us başda, ut könüldə. us dəgəri, uslu işdə bəlgirür. (ağlın qiyməti ağıllı işdə işlənsə bəllənir). us saqqal ilə ösməydi. (us



Yüklə 4,74 Mb.
səhifə54/59
tarix09.10.2018
ölçüsü4,74 Mb.
#73059
1   ...   51   52   53   54   55   56   57   58   59
us: ağıl).

us başda, ut könüldə.

us dəgəri, uslu işdə bəlgirür. (ağlın qiyməti ağıllı işdə işlənsə bəllənir).

us saqqal ilə ösməydi. (us: ağıl). (ösməydi: böyüməz).

usağa su, aca çörək. (usağa: susağa).

usda görən usdə ular. (usda görməmiş usdə ərməmiş). (boşqadan baş çıxaran, başaq bağlamaz). (başaq: önüm. hasıl).

usda görməmiş usdə ərməmiş. (usda görən usdə ular). (boşqadan baş çıxaran, başaq bağlamaz). (başaq: önüm. hasıl).

usda qatda əlin güd, xoca qatda dilin. (qatda: yanında. huzurunda).

usda olub, usdasını unutmaq.

usda, görsәdər yolu.

usdaların usdası, hər işin öz usdası.

usdan güc alan minin yıxmış, qoldan güc alan birin yıxmış.

usdan güdə uzun dilli olur.

uslu başın dənin dartar, ussuz başdan qəmin artar. (uslu: huşlu. ağıllı). (qəmin: dərdin).

uslu başlı ərənləriz, doğru yoldan gedənləriz.

uslu başlı, ağır yaşlı, qələm qaşlı sığmaşmaz. (sığmaşmaz: bir yerə sığmaz).

uslu bizi arayıb sormaz, dəli bacadan axar.

uslu bolsan yaxşılara yoldaş ol, hovan kişi qanmaz ilə yar olar, içdən sevən can alanın üzünü, bir görsəm deb, gecə gündüz zar olar.

uslu gördüyün, ussuz duyduğun söylər.

uslu irsən hər bir sözə uymaqıl, hər gələnə uyanlar, düşər aldan ala.

uslu kişi başa baxar, ussuzu yaşa.

uslu kişi özün övməz, doslu kişi təkəz qalmaz. (təkəz: təkiz. təkin. yalın. köməksiz. tənha < tanqa).

uslu kişi usdan dəğərlənәr, uslu yaşar, usla yaşamaz. (uslu: huşlu. ağıllı).

uslu kişi uslu olsa üşlənməz, iş çağında oyaq olur düşlənməz. (üşlənməz: ikilənməz. quşqulanmaz. şəgg edərək çəkilməz). (düşlənməz: düşlənməz. mürgüləməz. yuxusun almaz).

uslu kişi usuyla, ussuz kişi şusuyla. (uslu: başlı. ağıllı). (şusuyla: zadıyla. şeyiylə).

uslu köprü arayıncaya dək, dəli dərəyi geçər.

uslu olsa savların, yadda qalmaz paltarın.

uslu olsan qurd ilə baxmaz cırar yırtar səni. (uslu: mə'qul).

uslunun qulu ol, dəlinin başı yox. (uslunun: ağıllının).

usluya bir söz yetər, ussuza min söz itər.

usnan atın dişi sanalmz. (usnan: peşkeş).

ussuz başın ağrığın ayaqlar çeker. (ussuz: ağılsız). (ağrığın: cəzasın).

ussuz olan iş sonunu qaramaz, buğda əkən, qoğun qarpız baramaz, bilgə içə yoldan keçən yaramaz, öğrəşib qıl gördüklərin unutma. (baramaz: bar endirəməz).

ustalığa, qılavuza varılmadan kəçilməz.

usu qısa uzun dil.

usu qısa uzun dil.

usuqmuşa (susamış), sağış qamu, su görünür.

usuqmuşa, sağuq qamuğ su görünür. (susamışın, tam xiyalları suyu andırar). (usuqmuşa: (us <> su) susamışa) (sağuq qamuğ: tam xiyalları) (öz istəyini hər gördüyündə arayan kimsəyə söylənir).

usullu baş yaşamında ən gözəli neyləyir, dadımlı baş yaşamına gözəlliklər ağdaranı axdarar. (usullu baş: mə'qul olan). (dadımlı baş: yaşam dadın seçən kişi). (ağdaranı: köçürdəni. gətirəni).

usullu baş yaşamında ən gözəli neyləyir, dadımlı baş yaşamına gözəlliklər ağdaranı axdarar. (usullu baş: mə'qul olan). (dadımlı baş: yaşam dadın seçən kişi). (ağdaranı: köçürdəni. gətirəni).

uşağ demək bilməz, almaq bilər. (uşağa demə, ver).

uşağ ki var, yox bilməz.

uşağ sevişdən, it çörəkdən qaçmaz.

uşağa iş buyur, geyindən özün buyur.

uşağa iş buyur, özündə dalınca yürü. (uşağı göndər suya, özündə ged suyunca. (uşağı yolla iş dalınca, özündə düş dalınca).

uşağa paradan yox, dəğərdən qonuş.

uşağa paradan yox, dəğərdən qonuş.

Uşağa söz buyur, özün dalınca yüyür. (Ara Gündüz).

uşağı göndər suya, özündə ged suyunca.

uşağı yolla iş dalınca, özündə düş dalınca.

uşağıdıq qaçdı kölgə bizdə onun dalıca, söndü ışıq itdi kölgə, bizdə ışıq ardıca.

uşağıdıq qaçdı kölgə bizdə onun dalıca, söndü ışıq itdi kölgə, bizdə onun dalıcan.

uşağıdıq qaçdı kölgə bizdə onun dalıca, söndü ışıq itdi kölgə, bizdə ışıq ardıca.

uşağıdıq qaçdı kölgə bizdə onun dalıca, söndü ışıq itdi kölgə, bizdə onun dalıcan.

uşağın gönü, döğdükcə qalınlaşır.

uşağın gücü atanasına çatar!.

uşağın poxu, böyüklər yıxar. (uşağ su tökər, böyük yıxılar. (su tökmək: əl suya yetirmək. sıçmaq).

uşağın poxu, böyüklər yıxar. (uşağ su tökər, böyük yıxılar. (su tökmək: əl suya yetirmək. sıçmaq).

uşağın poxu, böyüklər yıxar. (uşağ su tökər, böyük yıxılar. (su tökmək: əl suya yetirmək. sıçmaq).

uşağın poxu, böyüklər yıxar. (uşağ su tökər, böyük yıxılar. (su tökmək: əl suya yetirmək. sıçmaq).

uşağki iyidir, burnundan qoxar.

uşaxki var, yox bilməz.

uşaq ağızın yediyin görür, dediyin deyil, əlizin verdiyin seçir, yapdığın deyil, ayağın izlərin sezir, gəl gedin deyil.

uşaq arvadın bir əlin bağlar, təmbəllik iki əlin.

uşaq cocuq yansılaraq böyüyür.

uşaq çörəkdən, böyük sevidən qaçmaz. (sevidən: məhəbbətdən).

uşaq gördüyün götürür, böyük götürdüyün görür. (götürür: öğrəşir).

uşaq görsə deyər, it görsə hürər.

uşaq qulağı iti olur, yavaş desən eşidir.

uşaq nə görsə yapışar, nə eşitsə, danışar.

uşaq nədir piçaq nədir. (uşaq nədir tüfək nədir). (nə yapdığın bilməz). oğlan əlinə daş vermə. (oğlan: cocuq. uşaq).

uşaq olan tələsməz, ağır işə ilməşməz. (ilməşməz: can atmaz. maraqlanmaz. təcəvəccüh edməz).

uşaq oynamaqdan, təmbəl yatmaqdan yorulmaz.

uşaq öğrəşin qılar. (öğrəşin: öğrəşdiyin).

uşaq poxu, yekə yıxar.

uşaq sıçır. böyük yıxılır.

uşaq su tökər, böyügün qıçı sınar.

uşaq suya can atar, yaşlı oda.

uşaq yıxıla yıxıla ulalar. (ulalar: böyüyər).

uşaq, yıxıldığı yerə baxar.

uşaqki var keçmiş nədir anlamaz, ösüşmədən (böyükmədən) qalanmaz.

uşaqla pulu əldəkən qoru, bıraq izin qapdıqda börü. (börü: qurd). (qapdıqda börü: qurda yem olursa. doğru yoldan sapırsa).

uşaqla pulu əldəkən qoru, bıraq izin qapdıqda börü. (börü: qurd). (qapdıqda börü: qurda yem olursa. doğru yoldan sapırsa).

uşaqlığ yaz, igitlik yay, yaşın ortası oldu güz, qocaldın qış.

uşaqlığın dadın, böyüdükdə anlarsan.

uşaqlığın dadın, böyüdükdə anlarsan.

uşaqlığın dadını yaşlandıqda bilərsin.

uşaqlığın dadını yaşlandıqda bilərsin.

uşaqlığın dadını, yaşlandıqda dadarsın.

uşaqlığın dadını, yaşlandıqda dadarsın.

uşaqlığın itirən, güntaylığın basdırar. (güntaylığın basdırar: xoşbəxliyin quylkr. güntay ola bilməz. ürəkdən sevinə bilməz).

uşaqlığın unudan, sevgisinə utuzar.

uşaqlıq bənğlük simgəsi. (bənğlük: durğallıq. turuzluq. əbədilik). (böyük cocuq böyükməz, cocuq qalan ölükməz).

uşaqlıqdan böyüdük, böyüklərlə yürüdük, baş çatdısa uluduq, çatmaz başdıq çürüdüq. (baş çatdısa: ağlımız oldusa). (uluduq: böyüdük). (başdıq: başıdıq).

uşuq odu tutunub, öpgə ürək qoğrulur. (uşuq: eşq).

ut gətirməz ellər üçün ərkəlik. (ut: uy. utanma. həya). (ərkəlik: istiqlal. olma. varlıq).

ut nə bilir ilqarsız, ilqarsızlar utanmaz.

utan aldı utuzan qaldı.

utan utanmazdan, qorx qorxmazdan.

utan, utanmazdan!.

utanarsan, çiçiklə deyişmə, yıxılarsan, böyüklə ərişmə (icəşmə).

utanarsan, çiçiklə deyişmə, yıxılarsan, böyüklə icəşmə.

utanc gözdə, görk üzdə. (görk: göyçəklik).

utanıb utunan boğulmuş.

utanırsansa el içrə, üzü çoxlar utacaq. (üzü çoxlar: sırtıqlar).

utanma, inanma.

utanmaq gizlənməz.

utanmasan, kefə nə. fut o fənnin öğrənmək.

utanmayan, baxıcı olur, ərinməyən, qapıcı.

utanmaz üz, tükənməz söz.

utanmaz, utancağı qorxaq sanar.

utanmaza yol versən, saymazlara üz versən, təməkinə borc versən, alçaqlara göz versən, birincisi ayaqların yer üzündən üzərlər, ikincisi təpən üsdə göydən yerə vurarlar, sonuncusu səni səndən elərlər.. (saymazlara: sayqısızlara). (təməkinə: acgözə).

utanmaza, toy nədir, toz nədir. (toz: bulğaylıq. qaışıqlıq).

utanmazdan ıraq dur, yoxunlaşsan ut qalmaz. (ut: həya).

utanmazdan, utan!.

utanmazın qorxusu olmaz.

utansa qurd, qurd olmaz!.

utğan kişi qorxaq görünər. (utğan: utanan).

utlluq kişilik əkiri, mutluq yaradan əsiri. (utlluq: hücb həya ). (əkiri: becərisi. əl hasılı).

utlluq kişilik əkiri, mutluq yaradan əsiri. (utlluq: hücb həya ). (əkiri: becərisi. əl hasılı).

utlluq kişilik əkiri, mutluq yaradan əsiri. (utlluq: hücb həya ). (əkiri: becərisi. əl hasılı).

utlu, qorun utanmazdan, qanıq qorun qanıqmazdan. (utlu: həyalı) (qanıq: qane. arif). (qanıqmazdan: qanmazdan. doymazdan).

utlu, utun qorar, utsuz sanar, ondan qorxar! (ut: həya).

utlu, utundan susar, utsuz, susdurdum sanar. (ut: uy. həya). {əkili, əkidən susar, əkisiz, susdurdum sanar. (əkili: əkitli: ədəbli. tərbiyətli)}.

utmadan çeğnə, aytmadan oylan. (düşün qonuş, çeğnə utma).

utruq bazar tanımaz. (utruq pulla satılmaz). (utruq: abır).

utun birlə vuruş, ötün birlə dirəşmə. { həyalı (utun. uyun) kişiylə söz çıxsa, yol tapılar, həyasızla sözləşsən, baş çaxılar (yarılar) (savaş yapılar)}.

utun qoru utsuzdan. (üzün saxla üzü susuzdan) (yamandan gördüyün yetər, görkəzməyin istəmə).

utun utmuş, sevin atmış. (utun: utanmasın. hayasın). (sevin: mə'şuqun).

utun utmuş, suyun atmış. (utun: utanmasın. hayaın). (suyun: içə hopan gözəlliyin).

utuş kimdə, utuz kimdə, oyun bitər bəllənər.

utuş utuz sırayladır. birinə erkən birinə geykən. (utmaqda var utuzmaqda, gahdan biri tez düşür, gahdan biri gec).

utuş utuz sırayladır. birinə erkən birinə geykən. (utmaqda var utuzmaqda, gahdan biri tez düşür, gahdan biri gec).

utuzmağı düşünsən, utan kimi yaşarmaz. (yaşarmaz: yaş sürməz).

utuzmağı düşünsən, utan kimi yaşarmaz. (yaşarmaz: yaş sürməz).

uyalla dolursa yaşın, könlün əzik, başın boş qalır! (uyalla: xəyalla).

uyan sudan çəkin. (yatan sudan çəkin). (durqun sudan çəkin). (çəkin: ehtiyatlı ol).

uyar ağlını qəflət uykusunda, sağalmış tut qiyamət qorxusundan.

uyar isən doğuya, sən sürəcəksin ona. (təbiətin qanunların bilməklə, onu sürə bilirsin).

uyatsızlar bağlanmır, bağımsızlar utanmır. (uyatsızlar bağlanmır: utanmazlar bəfalı olmur, bəfasız utancın nə olduğun bilmir).

uydurmadan gerçək olan yaranmaz, inanmasan könül yağı coşanmaz.

uyğur yalğay yarışmaz. (uyğur: uyuq, yaxcı olan). (yalğay: pis olan). (yaxcı pislə yarışmaz, tutuşmaz).

uyğuş gəlsin, uysuz gedsin. (yaxcılıq gəlsin, yamanlıq qoğulsun).

uyku, yaşamla doğur, ölümlə bitir.

uykular sən görmədən barlanmır. (barlanmır: doğrulmur).

uyma çəkin hovandan, açıq gözün kor qalar. (hovandan: axmaqdan).

uyma şeytan sözünə, qul edər səni özünə.

uymallıq, qaramallıq. (uymallıq: avanallıq. təəssüb. mütəssiblik).

uysul susmuş, uysuz susdurub sanmış. (uylu utanıb çəkinmiş, utsuz, çəkindirib demiş). (uylu utanıb susar, utsuz, susdurdum sanar). (ədəbli susmuş, ədəbsiz, susdurdum.

uysuz çıxsa dağa, uylu qaçar bağa (uysuz: həyasız) (uylu: həyalı).

uytuğa dalan bulutda gəzər, ikidirsə ayaq yerindən üzər. (uytuğa: xəyala).

uyuyan qalmış, unutan çaşmış.

uyuyan, yuxusun görər. uyuyan, düşünü görər, uyuyan, düşündə görər.

uz dolabı inanmamış ısığa, üzü gəzən inanmamış içiğə. (üzə vurqun könlündəkin aramaz).

uz ged asda ged.

uz ged, asda ged. (uz: yaxcı).

uz gəlsə yavuz gedər.

uz yaşa, düz yaşa, duz yaşa. (uz: uzun). (duz: dadlı).

uzağdaki su, qorumadı oddan kişini.

uzağın buğdasından, yaxının arpası yeğ.

uzaq (ıraq) yerin xəbərin karvan gətirər.

uzaq (ıraq) yerin xəbərin, kərvan gəlsə, ıraqlardan sav gələr. (sav: xəbər).

Uzaq doğmalardan, yaxın qonşu yaxşıdır. (Ara Gündüz).

uzaq olsanda özün, könlüdə saldın yurdun, ey cana can olalı, dərdimə dәrman olmuş,.

uzaq olsun oğrular, xoş gəlirlər doğrular.

uzaq olsun yol olsun, yava olsun, el olsun. (yava el: çağdaş olmayan el). yolun uzaqlığı, yolsuzluqdan yeğ gəlir, elsizlikdən, millətsizlikdən, qara bir kütlə yeğ gəlir. (bu söz kişini, öz elin xorlamaqdan çəkindirir, gücdə olsa, hər kimsə doğulduğu elin becərik, gəlişməsində uzun yardımda bulunması görgətilir (tovsiyə edilir).

uzaq sevgi çıldıdar. (uzaq: artıq). (çıldıdar: dəlirdər. ).

uzaq sevgi çıldıdar. (uzaq: artıq). (çıldıdar: dəlirdər.).

Uzaq yerin halvasın hoza ilə yeyərlər. (Hoza dəyirmanlarda unu dağarcığa tərə-basa yığmaq üçün olan ağac parçasına deyərdilər). (Araz Gunduz).

uzaq yol atı sınlar, ağır gün əri. (sınlar: sınağa çəkər. yoxlar).

uzaq yollar, qonut yoxlar (yoxlar: gözlər).

uzaq yolun yoldaşı, qalmaz yöndən tanınar.

uzaq yolun yoldaşı, tananmışdır hər yanı.

uzaq yolun yoldaşı, tananmışdır hər yanı. (tananmışdır: tanınmışdır. dənənmişdir. dənələnmişdir. bəllənmişdir. bəlginmişdir).

uzaqda olan şişik, qıraqda olan dadlı görünür.

uzaqdasan girməz yuxu gözümə, yanımdasan valıq belə yuxu gələr gözümə.

uzaqdasan girməz yuxu gözümə, yanımdasan valıq belə yuxu gələr gözümə.

uzaqlıq, bir həsrət öldürür, başqa bir sevgi doğurur.

uzaqlıq, ''bir'' həsrət öldürür, ''başqa bir'' sevgi doğurur.

uzaqlıqla özgəşilir.(ıraqlıq yadatır, yadlaşdırır).

uzanır işi, usanır kişi.

uzansa gün, gecə qısalar.

uzansa söz, us batar, uzansa yol, dos batar. (us: ağıl). (batar: itər). (uzun sözdə ağıl çaşır, uzun yoldan, dosd ayrılır).

uzlu olsun, üzlü yox. (uzlu: başarıqlı).

uzlu, düzlü, duzlu: çıxarlı, doğru, dadlı.

uzun alıb ucuzluğa gedmə.

uzun arzu yolda qalar.

uzun arzu yolda qalar.

uzun boylu, dadlı sözlü, qıyma gözlü, ətli canlı bir igit.

uzun dərin bolluğuna bir yaşam, arzulayaq hər bir dosda ürəkdən.

uzun dil, kəsik baş gətirir.

uzun dil, yaşam güdəldər.

uzun dilin, yaşı uzamaz.

uzun dilli , ölümlüyə çox qolay.

uzun dilli , ölümlüyə çox qolay.

uzun dilli güdə uslu.

uzun hörgən, gen duzaq.

uzun ipində ucu var!.

uzun kölgə gün batınca, ağır gecə dan atınca.

uzun közgü əl küyməz, varın çoxu, baş bıqmaz. (közgü: maşa). (baş bıqmaz: baş ağrıtmaz).

uzun qıssalınca, qıssanın canı çıxar (üzülər).

uzun qıssalınca, qıssanın canı üzülər.

uzun qoysan hörgəni, gedib gəzər ölkəni. (uzun qoysan hörgəni: meydan vermsən).

uzun quyruqların uzunu yalandı yalan. (yalan dedikce yalanı gətirir).

uzun sürən yalanlar, gerçək donu geyərmiş.

uzun sürən yalanlar, gerçək donu geyərmiş.

uzun üz, uzun asdar.

uzun üzün, asın salın, qısın sıxın, çatın çapın: əl çəkmərəm dilimdən.

uzun yaşam dayaz olsun nəyimə, dərin olsun oyku dolu gərəyim.

uzun yol uzağa aparar.

uzun yoldan arığmış (yorulmuş), qayğı əldən darığmış, bənzi üzü sarığmış, çapıl (əcəl) gözlər can verə. { ümüdsüz kişi doğruda (haqda) söylənir}.

uzun yolun bir başında deyilən yekə yalana, o başında yalançı özüdə inanar.

uzun yolun, bu başında yalan danışan, o başında özüdə inanar.

uzun yorqan ''güdə ayaq'' uzatmaz, ayaq uzun qıssa yorqan neyləsin. (uzun ayaq uzun yorqan istəyər).

uzun yorqan qısqa ayaq, düşünəmmiyən qalar gayaq. (gayaq: gay. gic).

uzunayağın yorqanı uzanmaz. (uzunayağın yorqanı qıssa qalır). (uzunayağın yorqanı böyüməz). (geddikcə artan istəklər heç çağun dolmaz, uyqulanmaz, bir yerdə qırılır).

uzundu quyruğu dünyanın. – qança verə qança ala, kimi qala, kimi görə.

uzunluq ucalıq, şan san (şöhrət) gətirmir, inanmısansa adamın qulağına bax.

üç günlük dünyanın dadın bir ömür daşıdın, doymadın genə.

üç sözcükdür varlığımı anlatan, biri kimligim, bir ölkəcim, bir dilim.

üç şey kişilikdəndi 1. dil 2. topraq. 3. ərdəm.

üç taqan qaymaz.

ügey ananın, qaynamaz qazanı.

ügey ananın, qaynamaz qazanı. (ügey ananın, qazanı ağır qaynar).

ügey ananın, qazanı ağır qaynar.

üğəsiz kimsə bulunmaz. (üğəsiz: mansız).

üh var yardırır odu, üh var söndürür onu. (üh: püh. püf). (ühləmək: pühləmək. püfləmək).

ük olmasa çula nə gərək, eşək olmasa palana.

ükəl yatsa el yatar, kahıl yatsa qal yatar. (ükəl: uka. dahi. zəki. ağil) (kahıl: gic. səfeh).

ükəl yatsa el yatar, kahıl yatsa qal yatar. (ükəl: uka. dahi. zəki. ağil) (kahıl: gic. səfeh).

ülgüçülər yaltaq olsa, izçiləri qaltaq olar. (ülgüçü. nimunə. önçü). (qaltaq: arsız. arlanmaz. utsuz. utanmaz. hayasız. ədəbsiz. namussuz).

ülgülü olqu, yaşamın yolqu. (kişi kəndi olqusun, olduğun tanıya bilsə, kəndi yaşamın, olduğuca, az itgilərlə, uyğun sürə bilər). (düşünülüb biçilən vaqeiyyəti ülgü götürmək, yaşamın yoludur).

ülkü hamını toyuqçu sanır, pişik hamını sıçançı.

ümüd gün götürməz, ümüd günündə doğulur, günüylə boğulur. (gün götürməz: nisyə bilməz. yarın tanımaz).

ümülə yaşıyan, acından ölər.

ümüşlə yaşıyan, acından ölər. (ümülə yaşıyan, acından ölər).

ümüt bir gəvəzə quşdur, haçan susdu, bil ölüm yaxlaşdı.

ümüt ilə keçinən, aclıqda ölər.

ümütlə yaşıyan, acından ölər.

ünləksiz gələn, döşəksiz otur. (ünləksiz: çağrısız. də'vətsiz). (otur: oturur).

ünü çıxınca, düdü çıxdı. (adı çıxınca, düdü, tüstüsü çıxdı).

ünü dinlə, ün içindən yön tapırsın.

ünü var, unu yox.

ünüm anla, sözüm dinlə.

ürək açsan yağuya, gərəg qalmaz ağuya. (yağuya: dığıya. düşmana). (sıırıvı düşmana açsan, ağuya, zəhərə gərəyin yoxdur). (düşmanı içivə alsan, başında yuva qurar, yorqanın sırar, döşək od vurar, belivi qırar). (düşman içində yaşa, içində düşman yaşatma). (qorunma içdən başlır). (düşmandan gəlin olmaz, üvey olmaz, ondan doğan oğul olmaz).

ürək ağrısından kef olmaz.

ürək armaz sevməkdən, nədən sormaz sevəndən. (armaz: yorulmaz. bıkmaz).

ürək baxmasa, gözdə görməz.

ürək bilməz erkək dişi nəyimiş, ürək yurtda eyi kötü varımış.

ürək bir, söyək bir. (söyək: sevgili. mə'şuq).

ürək coşsa, göz yaşar, baş ikisə, xoş yaşar (özgə işlərinə qarışmasa).

ürək daşsa, göz yaşmaz.(yaşmaz: yaşarmaz).

ürək dolar, könül doymaz. {güc bitər, istək (həvəs) bitməz, razı olmaz}.

ürək dolsa dil deyər, it istəyisə hürər.

ürək durur, baş unudur. (ürək durur: könül saxlır). (baş: ağıl). (ürək, könül: anılar ambarı). (acıq dadıq, könüldə yer salır, başda yox) (acıq dadıq: acılar dadlılar). (başa gələnləri baş unudurda, könül arar, unutmaz).

ürək haçarı könüldə yatır, tutuq ürəyi könüllər açır.

ürək istər dil söylər.

ürək küflə paslansa, sırt düşmana yaslansa, yurtda korlar çoxlansa, doğan günəş puslanar. (paslanmaq: dumanlanmaq).

ürək odu, başdan tüstülər.

ürək öldürən, yaşam bulur. (öldürmək: sulatmaq. yumşatmaq). (daş ürəklər yaşalmaz, öldür ürək, yaşam bul). (yaşalmaz: ölünməz. yumşanmaz).

ürək sevə, əl gedmiyə, ayaq dura, ağzın aşa, başın daşa dəğməli.

ürək sevənin ağıda olar, qarasıda.

ürək süsü, könül bəzəyi, ürək dişliyi (dincliyi) könül əğləyi (əğləyi: əğləncəsi. sevinci).

ürək tanar , könül danar. (tanar: tanıyar). (könül: istək. sevgi. arzu. arsu. həvəs). (tapmaca). (yaş).

ürək tanar, könül danar. (tanar: tanıyar). (könül: istək. sevgi. arzu. arsu. həvəs). (tapmaca). (yaş).

ürək yanar, göz yaşarar.

ürək yapan üzüz olsun, düşman qıran biləyiz.

ürək yurdu erkək dişi bilməmiş, yaman olan iyi alqış almamş.

ürək yurtda erkək dişi tananmaz, yaman olan iyi alqış alanmaz. (tananmaz: seçilməz).

ürək, bilik bilək birgəşər, göy üzdəkin aldırar. (ürək: cəsarət). (göy üzdəkin: əl çatmazın).

ürəkcəsi olmayanın tam bir qaracası var. (ürəkcəsi: cürətciyi) (qaracası: mahanası).

ürəkdə edən otraq, köçər günündə, ürək evi yıxılar boş qalan gündə.

ürəkdə sözün varsa, ağzda dilin olsun.

ürəkdə varsa, biləkdə görünər.

ürəkdə yollar qapalı sənin üzünə, silik izlərin, qayıt kəndi özünə.

ürəkdən gələn, ürəklərə yol tapar.

ürəkdən sev, başınla seç. {könül duysun başın tutsun. (tutsun: yönəlsin. təsmimləşsin)}.

ürəklə dilək qovuşsa, sevirəm sözü yaranır, ürəkdən qopursa dilək, söğüş savış yağanır. (söğüş savış yağanır: kin, soyqluq yayılır, calanır, yerində oturur).

ürəklənən yaraq tapdı, yaraqlanan, ürək yok. (ürəklənən: cürətlənən) (yaraq: vəsilə). (könül varsa, umut var).

ürəksiz kişi, dağıdar işi.

ürəyə göyçək, gözə göyçək.

ürəyi dil ilə yaran çox olur, onqaran (düzəldən) tap bu yaranı, hanı?.

ürəyi dil ilə yaran çox olur, yonqaran tap bu yaranı, hanı?.

ürəyi əlində saxla.

ürəyi kor olanın, gözü görməz.

ürəyin bir olsunda, başın iki tut.

ürəyin daşlığı, başın boşluğundan yeğdir (yaxcıdır).

ürəyinə dövmüş, düşük öcün alacaq, dar günün basırıb, aydın günə çatacaq. (ürəyə dövmək: niyyətlənmək).

üri (ur qoğ) qopsa, oğuş qağuş uklaşar, yağı qonsa, çəmrəm əmrəm toplaşar. {ur qoğ: vur qoğ. ür küy. səs küy. hay küy. (bang o həyahu) cağ cuğ}. (səs küy qalxsa, qohum qonşu yığışar, düşman gəlsə, el oba yığışar).

ürkməz olsan yaşamda, tüm qınçılıqla yoxar.

ürün umar əkin əkən əkindən, bərə görsün zumar yığsın işindən.

üs bəzəyi gözə gül, iç bəzəyi başa gül.

üs bəzəyi gözə gül, iç təzələ içə gül.

üs geyimi, yaşam keçimi. (yaşamda kəndi başarısın qanıtan dərək görgüsün, zahirində sağlamalıuıq).

üsdən boş, içdən pox. (nə görkəmi var, nə içgəmi).

üsdən boşsan, için dolu gəz. (geyimdən yoxsul olsanda, içdən zəngin ol).

üsdü boş, içi tox. (üsdü qabıq, içi dən).

üsdü yox, içi tox. (üsbaşlı olmasada, yoxsul oubda, içibaşı dolu, bilgin olan).

üstə bax düşün, alta bax öğün.

üstəlirsə yalan, çatmaz ona heç yaman.

üstü daş, altı topraq, sel basırsa uçar ev.

Üstümü unlu görüb, adımı dəyirmançı qoyma. (Ara Gündüz).

üşşəyi yiyəsi diyən yerə bağla, birdə döy qabırğasına.

üşüc ağırdan tutar. (üşüc: təmbəl). (təmbəl, üşəgənliyindən işi tez qurtarmaq üçün, yükün ağırından yapışar).

üşüdüm üşüdüm, yerimə düşdüm (tərpəşdim yığışdım yerimə düşdüm).

üşüyən üşüyənə baxıb qızışar.

üşüyənə ulduz – ot.

ütünü özüvə bas, ötməsə özgəyə.

üytgərə bilsən özüvü, evrən tapar öz yolun. (üytgərə bilsən: dəğişə bilsən). (sən kəndivi üstələyib, istədiyin dəğişiklikləri kəndində yap, çevrə sənə baxıb düzələr).

üz alma, asdar al.

üz altında, asdar yatar.

üz dad alar içindən, iç bəzəməz üzdəki (yaşam sürmür üz ilə, üzləşiri öz ilə). {çağı gəlir özün basar üzdəkin. (özün: içindəki). (üzdəkin: zahirdə olanı)}. {iç, üz basa. (üz: surət)}. (içdə olan üzə damar).

üz dadını göz alır, içdi alan öz dadın.

üz gedər, asdar çıxar.

üz görgüsü gözlə qaş, qanmaz yoldaş yolda daş, qanan yoldaş işdə baş. (


Yüklə 4,74 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə