Aban aban iş olmaz, bəsləməsən qız olmaz



Yüklə 5.82 Mb.
səhifə1/59
tarix09.10.2018
ölçüsü5.82 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   59

ATALAR DEYIR

ATALARSÖZÜ

Işləyən

Bey Hadi

23 800.S

Turuz-Tebriz

1991-2018

abağudan qorxan quş ac qalar. (abağudan: quyğundan. mətərsək).

abal abal dərviş, pulla bitər hər iş. (abal: yaval. yava. yoxsul. korluq çəkən).

aban aban iş olmaz, bəsləməsən qız olmaz. (abal: yavan. quru quru).

abay vurqan ağrıtmaz: baba kötəyi acıtmaz. (abay: yavay. boş. yüngül). (vurqan: kötək).

abaymadan söylür, ağrımadan ölur. (qorxmadan söyləyən, əriməz ölər).

abdaldan paşa olmaz, taxtadan maşa.

ac aca gün verməz, gönü gönüyə nə verməz. (könükmək. könmək: sevmək). (gönü: məhbub).

ac acı dalayar, tox toxu yalayar.

ac ağız gəm götürməz. (gəm: noxda. cilov).

ac aman bülməz. (ac macal verməz, gözlə bilməz).

ac ayı oynamaz.

ac bay yeyər qoymaz, acgöz yeyər doymaz.

ac bıraxma tox gəzdir, az söyləyib, köp yazdır. (eli yazıb oxumağa yönət. bil qurtul!).

ac böri tox böri ağzı qan.

ac çapılar, bay tapılar. (parasız dağlı, paralı yağlı).

ac doğuz darıdan çıxmaz.

ac doya bilir, kəmək səmirə bilir.(kəmək: zayıf ).

ac doya bilir, kəmək səmirə bilir.(kəmək: zayıf ).

ac doyar, arıq toxar. (toxar: səmizər. şişir). ( ac doymaz demə, arıq toxmaz demə) (toxmaz:toxmaz səmizməz. şişməz).

ac doymam, tox acmam sanır.

ac eşiyə, lüt içəri qaçar.

ac evində qatıq uyumaz (tutmaz).

ac gələni doyduran, gec gələni qonduran.

ac gələni doyduran, gec gələni qonduran.

ac gəzməkdənsə, tox ölmək yeğdir (yeğdir: yaxşıdır).

ac göz (gözü ac) yeyər, özüdə doysa, gözü doymaz. (ac göz yeyər, özüdə doysa, gözü ac qalar).

ac gözlülük heyvanı kökəldər, kişini çökərdər (dizə köçürdər, salar).

ac ilə toxun işi tutmaz.

ac it dəğnəkdən qorxmaz.

ac it evdə durmaz.

ac it havlamaz.

ac it, ocaq sökər. (ac it fırın yıxar).

ac itin götün, tox it yalar.

ac ivək, tox dolaq. (ac iti, gəzəgən olur, tox oturan, oturqan olur).

ac izini tox tutmaz, tox izini ac tutar.

ac kişi it olar.

ac kişi, kəndin oda salır.

ac kişini, qurd yeməz.

ac könüllərin acısı yaman, yanıq toprağın yanqısı yaman.

ac köpək, qazan yıxar.

ac qalanın, çörək açar dilini. (qala: dərvaza. böyük qapı).

ac qalıb alçalmayan (bu söz kişini könül yelinə verərək, başın alçaqlıqa soxmaqdan oyatı (oyarı) verir.

ac qarın acı bilmәz.

ac qarın duymaz.

ac qarınqa gəp yakmaz.( gəp: söz).

ac qarınlı dik durmaz.

ac qatıq istəməz, uykulu yasdıq. (qatıq: yavanlıq. yavan əkməyə qatılan nərsə, dadlıq, məzə).

ac qatıq istəməz, yuxu yastıq istəməz. (ac qatıq, yuxu yastıq istəməz).

ac qazan assa, yeyəcək qoymaz. lüt odun yaxsa, yanacaq.

ac qılıca sarılır. (ac qalan üsyan edər).

ac qoyma hırsız, çox söyləmə üzsüz olur.

ac qoyursun hırsız, çox deyərsin arsız olur. (hırsız: oğru).

ac qudurğan olar, tox oynağan.

ac qurd aslana saldırır (yıxar).

ac qurdlar, ağz ağıza yatmış. (biri birinə yem olmaq qorxusundan).

ac nə edməz, tox nə deməz.

ac nə olsa yeyər, acıyan nə olsa deyər.

ac nə yeməz, tox nə deməz.

ac olan qarın, acıqlı baş diş (dinc) durmaz.

ac oldun çobana qoşul, yoruldun karvana.

ac olub sürünən, bayram günü ac qalır.

ac oynasa alaydı, bəy oynasa halaydı. (alaydı: ələ salma. məsxərə). (halaydı: qalaydı. şənlik).

ac oynasa alaydı, bəy oynasa halaydı. (alaydı: ələ salma. məsxərə). (halaydı: qalaydı. şənlik).

ac oynasa çapılar, bəy oynasa tapılar. (çapılar: döğülər. əzilər). (tapılar: alqış alar).

ac ölmez, gözü qararır, susuz ölmez, benzi sararır.

ac pişikdən sıçan qurtulmaz.

ac sığıra baxarsın, ağzın dolu dad olur, azqın birin doyğursun, baş çanağın qan olur. {ağzın dolu dad olur. (yaxud) mal davarın bol olur}.

ac toxdan nə gözləməz, tox toxdan nə söyləməz. (söyləməz: tə'rifləməz).

ac toxu anmış, tox acı anmamış. (anmaq: yada salmaq).

ac toyuğun avlağı, yuxuda buğda ambarı.

ac toyuq özün taxıl bazarında görər.

ac uşaq tox uşaqla oynamaz, tox uşaq ac uşağı oylamaz. (oylamaz: düşünməz).

ac yaxılar, bay tapılar.

ac yediyin bilməz, tox dediyin bilməz.

ac yeyər sıçar, lüt geyər vurar. (lüt qızsa vurar).

ac, acı yalar, çılpaq tumançağ qalır.

ac, acınan yatar (yatsa), dilənçi doğar.

ac, arrıq itin götün yalar.

ac, əlinə düşəni yeyər, tox ağzına gələni deyər.

ac, qılıncı çapar.

ac, qurda oxşar, çılpaq, cinə.

ac, yanından qaç!.

aca carçı gərəkməz, götə falçı.

aca qazan asdırsan, yeyəcək qalmaz, lütə odun yaxdırsan, yanacaq qalmaz. (aca qazan asma, üşüyənə odun yaxma, o yeyər sıçar, bu qızar vurar).

aca yaxınlaşma, toxu dindirmə, biri yeyər, biri sıçar.

aca, türmə gərəkməz. (o çörək əsiridir).

acalan karvana taxılar, döğüşə çıxan qalxana. (taxılmaq. qatışmaq. qatılmaq. girmək. girinmək).

acan qazan asmağa, donan ocaq yaxmağa, yanan içim tapmağa.

acar, qılıncı çapar.

acatıq cocuq hırsız, döğülən cocuq, arsız olur. (acatıq: ac saxlanılan).

acba susuz bir kimsəsiz pişik kimi sevdim onu.

acçıl börü, gündə alar verməz geri, yoxdur onda doymaq yeri. (acçıl: acqarın).

acda alqın, bəyə bergin olmasın. (alqın: alacağın. alcağın). (bergin: borcun).

acda alqın, bəyə vergin olmasın. (alqın: alacağın). (vergin: verəcağın).

acdan alqın olmasın, bəyqə vergin olmasın. (alqın: alacağın). (vergin: verəcəyin).

acdan soruşdular ki, ən ağır yük nədir, dedi: - boş qarın.

acgöz (gözü ac) yeyər, özüdə doysa, gözü doymaz.

acgöz doyamaz dünyanı versən, toxgözdə nəvar, əksiyi bilməz.

acgöz doymaz gözü, ya yalıq ya bayıq. (yalıq: yoxlu). (bayıq: varlı).

acgöz, maldan bükməz. (maldan: vardan. sərvətdən). (bükmək: doymaq).

acgöz, yalançı toruna düşər.

acgözlünün cicikilinin, gündən günə dərdi artıb baradur. (artıb baradur: artıb gedər).

acgözün gözü topraqda doyar, sevingil könül yalanla bıkar. (sevingil: sevəcən. məhəbbətli).

acı acırı şaxda çalmaz! (acır: dadlı nəsənin acısı, yararsızı. acı qarabadımcan, patlıcan).

acı acırı şaxda tutmaz, ac adamı qurd yeməz.

acı acıya əşit. (kötü kötüdür).

acı acıyı su sancıyı batırır.

acı badam, acı söz, biri partlar ağızda, biri çalar qulaqda. (çalar: sancar).

acı basarsa içim, öc biçər boğaz, soluq qısar dil susar.

acı beşikdə doğur, dadlı deşikdən olur. (onsuzda acılıq, ağrı doğaldırlar, çalış toxluq, xoşluq yarat). {acı beşikdə doğur, dadlı böyütsən onur. (ösütsən: böyütsən)}. (xoşluğa kürə dar gəlir, acı bir deşikdən yer elər).

acı bilmərsən, dadı bilmərsən. (acı: yeməli olmayan) (dadı: süycü. yeməli olan).

acı bilmərsən, güntay ola bilmərsən. (güntay: xoşbəx). (yaşlı gözü qanmayan, gülər gözü tanımaz). (yamanlığı qanmıyan yaxcılığın nisgini). (nisgin: həsrətli).

acı bilməz nə bilir dadlı nədir.

acı çayın suyu getdi, acısı qaldı.

acı çəkən dev olmaz.

acı çəkən qınanmasın, sınananlar sınanmasın.

acı çəkmək gücə gedməz, oğudan olsa. (oğudan: təsəlli verən).

acı çəkmək ölməyin, dadın almaq olmağın.

acı dadlı düz görülən yalanlar, qurmuş durmuş ertəkin. (durmuş: yaşam). (ertəkin: hikayəsin. nağılın).

acı dadlını dadan bilər, yak uzağı yürən.

acı danış, acı eşit.

acı dildi ağuq ilan, dadlı dilə can qurban. (ağuq: ağulu. ağılı. zəhərli).

acı dindirmə, toxu təprətmə.

acı ək, acı biç.

acı gəplətmə, toxu təprətmə.

acı ilə dadlı çıxdı savaşa, acı güc gəldi vurdu daşa çıxdı başa, dadlı qaldı tumaşa hay tamaşa!. (tam aşa: çox təəccüblü. çox mat).

acı işlətmə, toxu dəprətmə. (acı, söylətmə, toxu, tərpətmə).

acı qalsa içində, paylaşmasan kimsələ, dadlı qaçar yadından, yaşın sönər tez çağın.

acı qovusan susuz gəlir.

acı sorağ verib, süycü yanıt qarşama. (sorağ: sual). (süycü: gözləmə).

acı soruqa dadlı soraq gözlənməz. (soruqa: suala). (soraq: yanıt. cəvab).

acı söylə acı topla.

acı verən dadlı gözləməz, arpa əkən buğda.

acı verən dadlı güdəməz.

acı yardan ayrılan, sürər yaşam dad ilə. (dad ilə: ləzzətlə).

acı yoxdur dinilməsin ölümlə, olay yoxdu batılmasın ötünlə. (ötünlə: zamanla).

acıda yesən, şirin danış.

acığ gəlsə, ağıl gedər (qaçar).

acığ gəlsə, us qaçar.

acığ girdi, baş köçdü.

acığ tutdu, baş geddi.

acığ tutsa, baş gedər.

acığan börü qan seçməz!. (acığan börü qan görməz).

acığan çalğar, quduran qalxar. (çalğar: çalar. oğurlar).

acığan doymam sanır.

acığan doymam, yanığan qanmam sanır. (yanığan: susayan).

acığan yatmış, acıyan qalxmış.

acığan yatmış, acıyan yox. (acığan yatmış, acıyan qalxmış).

acığın utan küyməmiş. (acığın: acırın) (küyməmiş: yanmamış).

acığlı baş işləməz.

acığlı hara, baş hara, ağıllı hara daş hara? (acıqlı baş neylər, ağıllı daşı neylər ?).

acıq dadı bilməyən, bal dadını seçənməz.

acıqlansa dilənçi torbasıda boş qalır.

acıqlı başda ağıl olmaz.

acıqlı başda, ağıl olmaz, basılmasa, doğan olmaz.

acıqlı başda, ağıl olmaz, bəslənməsə, doğan olmaz.

acıqlı dilənçinin torbası boş qalar.

acıqlı dilənçinin torbası, boş qalar.

acıqlı, başı neylər, ağıllı, daşı neylər ?. (acığlı hara, baş hara, ağıllı hara, daş hara ?).

acıqlıda baş olmaz. (baş olmaz: kəllə işləməz).

acılar bitər, yaxcılar itər. (acılar bitir, yaxcılar itir).

acıları dadlıq ilə almaşsan, acı köçər xoşluq alar yerini. (almaşsan: dəğişdirsən). (necə tutsan öylə keçər).

acıları dadlıq ilə almaşsan, acı köçər xoşluq alar yerini. (almaşsan: dəğişdirsən). (necə tutsan öylə keçər).

acıları görməyən, dadlı bilər hərnəyi, aclıq nədir bilməyən, tox bilərmiş hərkimi.

acıları görməyən, dadlı bilər hərnəyi, aclıq nədir bilməyən, tox bilərmiş hərkimi.

acıları görüb, hər nəyi acı görmə.

acıların ucuz satan, süycülərin yerə basan dünya. (süycülərin: dadlıların).

acılarla gürəş, yenməlisən, sevinclərlə barış, isənməlisən, itinmişlər, bir daş atdan bir daş üsdən qoyub, itib atmalısan. (isənməlisən: iyələnməlisən). (itinmişlər: itirilmişlər).

acımağan sağmal, içi yanat : əkşiməmiş qımız qarnı yandırır, pozur. (sağmal:qımız ).

acımağan sağmal, içi yanat: əkşiməmiş qımız qarnı yandırır, pozur. (sağmal: qımız ).

acın acığı yaman.

acın başı bəlalı olur, toxun başı bəla doğurur.

acın başı qarnında olur.

acın evində, nə od olar nə də ocaq.

acın gözdə çəmçəsi, odunçuya omçası. (omça: kündə. kütə. yarılası ağac).

acın gözü, çörək təknəsindədir.

acın imanı olmaz, toxun amanı, qanmazın dərmanı. (acın imanı olmaz, toxun gumanı).

acın imanı olmaz, toxun gümanı. (gümanı: quşqusu. şəggi). (ac doymam deyər, tox acmam deyər).

acın imanı, toxun amanı olmaz.

acın qarnı doyar, gözü doymaz.

acın nə yuxusu gələr, nə gülməyi. (acın üstünə doqquz yorqan atmışlar, genə uyumamış).

acın yuxusu, çörək xurcunu.

acınan toxun arası, bir çörək.

acından gün orta durur, buğların yağ ilə burur. (acından gün orta durur, buğların, yağınan burur).

acından it götü yalır.

acından qarnı gurlar, başında nələr oylar. (oylar: düşunər).

acından qarnı quruldayan, su içip tuluqlanar.

acından ölən yox, toxundan ölən çox.

acındırsan arsız, acıqdırsan hırsız (oğru) olur.

acındırsan arsız, acıqdırsan hırsız olur. (üz verirsən arsız, az verirsən hırsız olur).

acını acı kəsər, dadlını dadlı bəsər. (bəsər: bəslər). (acı üstə acı var, dadlı üstə dadlı. ac göz kişini, topraq doyuyar). (dəngəli pozuq, dinc olmaz).

acını atmayan, dadlını tutanmaz.

acını tanımayan, dadlı nə bilir. (acının dadın bilməyən, şirinlikdə dad bilməz).

acını unut, sevincə umut. (acıyı unut, dadlıya umut).

acını unut, sevinci tutun.

acını utun, sevincə tutun.

acının dadın bilməyən, dadlılıqda (şirinlikdə) dad bilməz.

acınmadan canıva qıyar sevən, görənməyən inanmaz.

acınmasan canıva, hər iş gələr başıva.

acınmış acı nisgilə dönər. (acınmış: aşınmış).

acınmış acı nisgilə dönər. (acınmış: aşınmış. köhnəlmiş).

acısa utma, dadlısa atma!.

acısı yoxun, süycüsü yox. (süycüsü: dadlısı).

acısın bilməz süycüsün çəkməz. (süycüsün: şirinin).

acısın doğar süycüsün boğar bu evrən. (süycü: dadlı).

acısız süycü, üfüsüz büycü olmaz. (acısız: əməksiz. zəhmətsiz). (süycü: dadlı). (üfüsüz: püfüsüz: kələksiz). (büycü: büyücü: cadıçı).

acışan yaram olsun, acınan kimsəm yox.

acıya qurt düşməz.

acıyan eşşək atdan keçər.

acıyan susmaz, qanığan susamaz.

acıyan yanağından, susayan dodağından belli.

acıyı böylə sevən, dadlını yalaya sevər. (yalaya: yalıya yalıya).

acıyı unut, dadlıya umut. (acını unut, sevincə umut).

acqarın başı dinc almaz.

acqarın, əsnəməz. (ac qarın).

acqarını çörək bassan toxdamış, gözü acı topraq basar toxdadar.

acla ac dalaşar, ortada dilənçi doğar, toxla tox yalaşar, ortada yalançı doğar. (yalançı: yaltaq).

acla ac dalaşar, toxla tox yalaşar.

acla ac poxlu, toxla tox toxlu.

acla dosluq edsən, qarnıvı doyur.

aclamaz qarın demə, bitləməz kanım demə. (hər nəyin sonu var).

aclığ korluğun unudan, toxluğunda kor olur.

aclığa tuşlanan yer, güvən inamdan olmuş.

aclığa tuşlanan yer, güvən inamdan olmuş.

aclığı dənədim, yeməyin dəyərin bildim, ayrıldım yandım, birliyin dərəkin bildim. yoxluğun yaşadım, varlığın ardağın bildim. (ardağ: qiymət. tutar. ərdiş).

aclığı sınamadan toxluğu sına.

aclığın dərdin çəkən, toxluğun dərkin bilər. (dərkin: dərəkin. dəğərin. qədrin).

aclığın əlin toxluğa sığın, ac qalmasan.

aclığnı yastıq götürər. (yatan aclıq bilməz).

aclıq acıdar, allıq qızadar. (allıq: ənlik. ənnik. enlik. üzə yaxılarn al boya).

aclıq baş itirdər, diş itildər.

aclıq dışar çıxarır, lütlük içər qaçırır. (lütlük: yalınlıq).

aclıq doğru amaca, sevgi könül əğri yamaca. (könül: həvəs. istək). (ac yemək gəzib ağ bozuna baxmadan, eşqi çəkən könlü kimi oynayar). (yaşamda aclığı gidərən son, yaşam top kimi onatılır).

aclıq görməyən, nə bilir toxluq nədir.

aclıq qurddan ayrılmaz, toxluq igiddən.

aclıq qurduda, meşədən qovar.

aclıq nə edirməz, toxluq nə dedirməz. (aclıq nə etdirməz, toxluq nə dedirtməz).

aclıq susuzluğa qardaşdır.

aclıq tokluq, gülüv yığlav, eylik pislik dinsiz olub,dilsiz doğub. (gülüv: gülmək). (yığlav: ağlamaq).

aclıq yaman olur yeyir doyur, toxluq yaman olur şişir qudurur.

aclıq yoxsulluqdan, yoxsulluq biliksizlikdəndir.

aclıq, adama oyun öğrədər.

aclıq, dad bilməz, yuxu, yer bilməz, qorxu, utanc.

aclıq, sevgilər pozar.

acmış alar, quduran yügürər.

acun eldən dosd olmaz, öcü qalsa, dinc almaz (acun: yağun. düşman) (öcü: kini).

acun işi, qapan götdü, utan öttü, gileyliyə yer qalmaz. (acun: evrən).

acun qurulmuş belə. -azığan kişi azığ evində tapmış, yazılan kişi tapmaq üçün çalışsın. (acun dünya). (azığan: əğri. yasıya, qanuna boyun qoymamış, müti' olmamış) (azığ: ağızlıq. yemək). (yazılan: yasılan: doğru. yasıya, qanuna boyun qoymuş, müti').

aç ağız gülə, uğur gülə. (ağız aç gülə, uğur gülə). (ağzın xeyrə aç) (ağzın uğra aç).

aç gözünü kor olma, yoxsulluqdan xor olma, ölüm ovçu ov olma, çağı varan gedərmiş, başı varsa yaşarikən istəklərin edərmiş. (başı: ağlı).

açan olsa, döğülü qapı açılır.

açan varsa, bükəndə var.

açana inanmıyan, bükəndən qorxmaz.

açanda göz qalmağı gəlmir, yumanda göz köçməyi. (köçməyi: ölməyi). (heç durumda din olamır).

açarın gücü, qıfıl basdı.

açarmı tün, atarmı dan, saçarmı gün keçmişləri qapatmadan, anıları unutmadan?.

açdığın yara sevməsin yerin, itmisən itil dönmədə geyin.

açdım gözüm gördüm səni, hər bir nərsə sənsin deyu, dünüm sənli, günüm sənli, tünüm sənli, tümüm sənli. (deyu: sandım).

açdırma qutuyu, söylətmə kötüyü.

açdırmağa gәrәk yox, hər nə sənə açıqdır, bütün ürək vermişdim, gör necədə yarıqdır.

açdırmağa gәrәk yox, hər nə sənə açıqdır, bütün ürək vermişdim, gör necədə yarıqdır.

açığlı ər, çabıq qarımaz: varlı kişi tez qocalmaz.

açıq ağız ac qalmaz.

açıq ağza sinək düşər.

açıq ağzı, əli açıq boş qalmaz. (açıq ağız, açıq əl, boş qalmaz).

açıq baş, daşa tuş. (açıq: gizlənməmiş). (tuş: yem).

açıq ələ dos görünən çox olar, yumuldusa, göründüklər yok olar, kəndinə sən yetinməyi öğrənsən, gözün doyar könlün qalmaz tox olar. (kəndinə yetinmək: kəndi onayıb (onğayıb), razı saxlamaq).

açıq əli güdmə, bağlı əli atma.

açıq göz, ışıqsız, açıq ağız, paysız qalmaz!.

açıq göz, ışıqsız, açıq ağız, paysız qalmaz. (kişi öz gücünə, biliyinə, biləyinə inanmalıdı).

açıq gözlə görülən yuxu, başa oyun gətirir!.

açıq gözlə seçənmir, qapıq gözlə axdarır. (çıxarsızlıqla koranlığdan, kütlükdən əksiyi olmayan).

açıq gözlə sevənlər, çətin olar ökünə, qapıq gözlə sevənlər, sonu çətin sevinə. (ökünə: peşman ola).

açıq gözlə sevənlər, çətin olar ökünə, qapıq gözlə sevənlər, sonu çətin sevinə. (ökünə : peşman ola).

açıq gözlə sevənlər, çətin olar ökünə, yapıq gözlə sevənlər, öküncəlik işləri. (ökünə: peşman ola). (öküncəlik: peşmançılıq).

açıq gözlə sevənlər, çətin olar ökünə, yapıq gözlə sevənlər, öküncəlik işləri. (ökünə: peşman ola). (öküncəlik: peşmançılıq).

açıq gözlü, kor olmaz, aslaq qulaq kar olmaz.

açıq idişi it pişik yalar. (idişi: qabı).

açıq könül səggiz uçmaq eşigin açar. (vardı könül kömür qarası, vardı könül könül alası).

açıq qapı döğülməz.

açıq qapı girgənini tanımaz.

açıq qapıdan min bir bəla gələr deyiblər, bağlı qapının min bir bəla içində.

açıq qapılar qapanır günündə gülüm, qalmamış açıq sonsuzadək bir açıq qapı. (günündə: günü yetdikdə).

açıq qapız, qonaqcağız. (açıq qapı qonaqlı olur).

açıq qıl tut göz qulağ, yüz qonan var yüz köçən, gedən gəlməz, gələn qalmaz. (yalan dünya qalan dünya). ({(dörd yaşada beş yaşa, barçıya gəlcək başa). (barçıya: hamı üçün)}.

açıq qucaq, sarmalı qol boş qalmaz.

açıq qulaq nə dinləməz, ağzı açıq nə söyləməz.

açıq saçıq gəpçilərə, gopçulara yox deyin.

açıq tutun qapını, alışmaz can tusdağa, könül çəkir uçmağa.

açıq yarıya, qurd düşməz.

açıqbaşa bir söz (açıqbaşa: söz eşidənə).

açıqdır ağzı, söyləyir elim, mindirəm gərək kürsüyə dilim.

açıqlı ər çabuq qarımaz: varlı kişi tez qocalmaz.

açıqlıq, qaçıqlıq, qaçıqlıq, saçıqlıq gətirər.

açıqsa qapı, öğünc avucu güdür, qapıqsa qapı, döğünc döğməmiş girir. (öğünc: sevinc) (avucu: qarşılayan. alıcı. alan. qəbul edən). (sevinc, şadlıq özbaşına gəlməz, bələtçi güdər, qaxınc çilə başçı aramaz, özbaşa girər).

açılan əllərə, nisgilli ürəklərə, yol çəkən gözlərə, quru qalan göllərə, yağıt yağış, yağdır yağış (yağış: yağmur. rəhmət).

açılan ətək yapılmış, şəkli göz içrə qalmış. (işlərin görünməz üzüdə var).

açılan solar, ağlayan gülər. (açıl sol, ağla gül).

açılan solar.

açıldı qəfəs, girdi içəri, nisgilli biri sevəcən biri.

açılmayan düğün yoxdur.

açınan at yüyrək olur. (tumar görmüş at yeyrək, yorqa olur).

açma ağız qavqalı yerdə olsan.

açmasan için, kim bilir içində nə var, tanılmadıq qapı, tanılmazı qavalar.

açması yox , açmazı çox bu evrən.

açması yox, açmazı çox bu evrən.

açmasız açmaz, keçitsiz çay olmaz. (çıxılmaz çıxmaz tapılmaz). (açmasız: yolsuz. çarasız. tədbirsiz). (açmaz: qıyın soru. müəmma).

açmayınca ağız sözə bir kişi, bəllənilməz dilək çəki, iç işi. (çəki: qəsdi. niyyəti).

açmaz qapı bıraxmaz, tovlu olsa sevgimiz. (tovlu: güclü).

açmazdı aşq. –ac qarına aş, nisgil gözə yaş, biri bağrına daş. (açmazdı: müəmmadı).

açsa ağız kişi sözə, kim olduğu çıxar üzə!. (kimi olduğu: kimsəliyi) (açsa kişi ağız sözə, kim olduğu çıxar üzə!).

ad igitlik gətirmir, igitlik ad gətirir. (ad, igitlik qazanmır, igid, ad qazanır).

ad kimindir, göt kimin. (işi kim görür, ad kimin olur).

ad otuz minlə alınır, üç manatla satılır.

ad var adamı bəzir, adamda var adı bəzir.

ad var dadladır, dad var adladır.

ada mənə, adayım sənə. (iyilik qarşılıqlı yapılır). (adamaq: nəzr, nəzər edmək).

adal bilməz, inam gəzməz. adal: (insaf: insaf). yok, inamı yok).

adam adamdır olmasa pulu, hayvan hayvandır, atlasdan çulu.

adam adamdır, olmasa pulu, eşek eşekdir, ətləsdən çulu.

adam başı söz ilə, qazan altı köz ilə.

adam başı, daşla daşı.

adam çoxaldıqca, adamlıq azalır.

adam qaynar söziylə, qazan qaynar köziylə.

adam qohumun ətini yesədə, sümüyün atmaz.

adam olmaq asta- asta, heyvan olmaq bir anda.

adam pulla, eşşək çulla tanınmaz.

adam sandıq eşeği, qatqat sərdik döşəği.

adam sandıq eşəği, altın sardıq döşəği.

adam var 'ər' dəğişir, adamda var 'əl' dəğişir.

adam var pulu tapır, pul var adamı.

adam var pulu tapır, pulda var adamı tapır.

adam var yaşır yeyir, adamda var yeyir yaşır.

adam vardı adamların oxşarı, adam vardı adamların poxşarı, adam vardı dindirəndə can deyər, adam vardı dindirməsən yaxşarı.

adam vardı adamlığın örnəyi, adamda var geymiş adam köynəyi, adam vardı adamlığı qaldırar , adamda var adamlığı batırar.

adam vardı para örtər manını, adamda var açar para manını. (manını: aybını).

adam vardı yerin bulmaz, adam vardı yerin bular özün bulmaz, adam yoxdur özün bulsun yerin bulmasın.

adam vardır gözəl alma oxşarı, adam vardır içi poxdan qoxşarı. (qoxşarı: artıq qoxan).

adama oxşar yamandan, yaxşıya oxşar ilandan qorx.

adamaq qolay, ödəmək güc. (adamaq: iddia edmək).

adamdı adam, olmasun puluda, heyvandı heyvan, ətləs olsun çuluda.

adamdısa ünü yok, qoyundusa yunu yok.

adamı başdan tanı, ağacı yaşdan.

adamı başdan, ağacı yaşdan (tanı).

adamı qeyrət işlədər, dəyirmanı su.

adamı qeyrət, dəyirmanı su işlədər.

adamı pula, eşşəyi çula satma.

adamı sözündən tut, heyvanı burnundan.

adamın gözə baxanından, suyun xım axanından qorx!.

adamın gözü bir dənizdiki su içməkdən doymaz. sudandanda doysa suya dolmaz.

adamın üzünə yox, sözünə bax.

adamın vayı, xocanın payı.

adamın yerı baxanından, suyun lam axanından qorx!.

adamki mindi adın atına, yel yetişərmi onun çatına. (çatına: izinə). (ada qapılan sana sığmaz).

adamlığın ərkəyi yox, dişisi yox.

adamlığın ərkəyi yox, dişisi yox.

adamlıq, adamlarda toplanıb, (birində yok).

adaşqana manğ yok, qaydıb evin tapqan sonğ. (




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə