21
«Azərbaycan Paris sülh konfransında» (2008) kitabları Azərbaycan oxucusuna ilk
dəfə təqdim edilmişdir. Bu kitabların tərtibi, çapa hazırlanması, onlara geniş
müqəddimə, izah və şərh yazılması və geniş ədəbi-elmi ictimaiyyətə çatdırılması
Vilayət müəllimin böyük əzmkarlığı və yorulmaz səyi sayəsində mümkün
olmuşdur” (səh.5).
Vaxtı ilə prof.Cahangir Qəhrəmanov İsmayıl bəy Qutqaşınlını, onun irsini
ilk dəfə Azərbaycan ictimaiyyətinə təqdim edən Salman Mümtazı insanları
qaranlıqdan işığa çıxaran simurqa bənzətmişdi.
Ramiz Abutalıbovun, Vilayət Quliyevin və onlar kimi çalışan digərlərinin də
fəaliyyəti göstərir ki, Salman Mümtaz ənənəsini, fədakarlığını yaşadanlar, simurq
missiyasını daşıyanlar bu gün də var. Odur ki, hələ İ.Qutqaşınlı ilə bağlı yeni-yeni
materialların, o cümlədən generalın fotosunun da üzə çıxacağına, 200 illik çənin
çəkiləcəyinə, dumanın dağılacağına hələ ümid etmək olar...
30.11.2010
C.Hacıbəylinin publisistikasında xeyriyyəçilik,
maarifçilik və məktəb problemi
Xeyriyyəçilik xalqımızın yol yoldaşıdır, onun tarixi əsrlərlə ölçülür.
Folklorumuzda, digər ədəbi nümunələrimizdə xeyriyyəçiliklə bağlı küllü miqdarda
misallar var. Lakin xeyriyyəçiliyin təşkilatlanma tarixi XIX əsrin əvvəllərindən
başlayır. 1899-cuilin avqust ayında Şuşada Ə.Haqverdiyevin «Dağılan tifaq» əsəri
oynalınır və tamaşadan əldə olunan vəsait şəhərin rus-müsəlman məktəbi
şagirdlərinin təhsil haqlarını ödəməyə sərf olunur. Həmin dövrdə «Şərqi-Rus»,
«Kaspi» qəzetlərində xeyriyyəçiliklə bağlı xəbərlər dərc olunur, xeyriyyə
cəmiyyətlərinin təşkilinin vacibliyi vurğulanırdı.
Azərbaycan mətbuatı tarixində silinməz iz buraxmış «Şərqi-Rus» qəzeti 1903-
cü ildə yazırdı ki, Bakıda kasıbların ev-bə-ev, dükan-ba-dükan gəzib
dilənmələrinin qarşısını almaq üçün xeyriyyə cəmiyyətlərinin təşkili vacibdir.
«Kaspi» qəzeti həmin ilin aprel ayının3-də xəbər verirdi ki, Bakıda-müsəlman
qiraətxanasında Novruz bayramı münasibətilə yığılan 833 rubl pul kasıb və
ehtiyacı olan şagirdlərə paylanmışdır. «İrşad» qəzeti Bakıda xeyriyyəçiliyin
yayılması, təşkilatlanması sahəsində əvəzedilməz rol oynamışdır. Xalqın
tərəqqisini maariflənməkdə görən ziyalılar xeyriyyə cəmiyyətlərinin rolunu yüksək
qiymətləndirir, «millətin diriliyinə səbəbi elmdə görür və xalqa xitab edirdilər:
«Düşmən qabağına düşmən əlində olan yaraqla çıxarlar. Tüfəng qabağında qılınc,
elm qabağında nadanlıq, həmiyyət qabağında yalquzluq yaramaz». («İrşad» qəzeti,
1906-cı il,6 yanvar, № 12).
Göstərilən səy və təşəbbüslər nəticəsində əsrin əvvəllərində bir-birinin ardınca
xeyriyyə cəmiyyətləri fəaliyyətə başlayırdı. «Cəmiyyəti-xeyriyyə», «Səadət»,
«Nicat», «Nəşri-maarif» cəmiyyətləri qiraətxana və kitabxanalar, məktəblər açır,
kitablar nəşr edir, daha istedadlı şagirdləri nüfuzlu məktəblərə göndərir, təcrübəli
müəllimləri toplayır, ədəbi müsamirələr təşkil edir, tamaşalar göstərir, əlsiz-
ayaqsızlara, ehtiyacı olanlara yardım edirdi.