Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   6   7   8   9   10   11   12   13   ...   176

 
20 
biri  də  boşa  çıxdı.  Amma  bu  o  demək  deyil  ki,  ümidlər  tükəndi.  Növbəti  addımı 
atdıq.  Bu  dəfə  Yoşkar-olada  fəaliyyət  göstərən  Azərbaycan  Mədəniyyət 
Mərkəzinin rəhbəri, həmvətənimiz Namiq Muradova məqsədimizi bildirdik. O da, 
çox  böyük  həvəslə  bu  işə  qoşulacağını,  Moskvadakı,  Rusiyanın  digər 
şəhərlərindəki dostlarını da bu işə cəlb edəcəyini bildirdi… 
…Hər  dəfə  xarici  ölkələrdə  yaşamış  həmvətənlərimizin  –  bir  sıra  böyük 
xadimlərimizin irsi, həyat, fəaliyyətləri haqqında düşünəndə onlarla birlikdə Ramiz 
Abutalıbovu  da  böyük  minnətdarlıq  hissi  ilə  xatırlayıram.  Bu  gün  həmin  tarixi 
şəxsiyyətlərə  Azərbaycanın  ictimai-siyasi,  ədəbi-mədəni,  mətbu  həyatında  layiq 
olduqları  diqqətin  göstərilməsində  onların  arxivlərinin  Bakıya  gətirilməsi  üçün 
fədakarlıq etmiş Ramiz Abutalıbovun xidməti şəksizdir. Həsən Həsənovun yazdığı 
kimi,  məhz  Ramiz  müəllim  siyasi  mühacirlərimizin  məzarları,  Fransa  və 
Avropanın ali məktəblərində təhsil olan tələbələr, Fransa Müqavimət Hərəkatında 
azərbaycanlıların iştirakı, doğma vətənində unudulmuş heykəltəraş Zeynal Əliyev, 
Parisdəki  rus  ağ  mühacirləri,  Fransada  Azərbaycan  neftinə  maraq,  «Arşın  mal 
alan»  operettasının  1925-ci  ildə  Parisdə  səhnəyə  qoyulması  barədə  unikal 
informasiyaları  Azərbaycan  cəmiyyətinə  çatdırmışdır.  Ramiz  Abutalıbov  Parisdə 
Nizami  Gəncəvinin  «Yeddi  gözəl»  poemasının  1741-ci  ildə  türkoloq  Klerambol 
tərəfindən fransız dilinə tərcüməsini əldə etmiş və fotosurətini Bakıya ötürmüşdür. 
O,  Yusif  Vəzir  Çəmənzəminlinin  kitabını,  M.F.Axundovun  1904,  1906-cı  illərdə 
Parisdə nəşr olunmuş iki komediyasını, Nəriman Nərimanov haqqında 1925-ci ildə 
Parisdə  dərc  olunmuş  məqaləni,  Məmməd  Əmin  Rəsulzadənin  və  Ceyhun 
Hacıbəylinin  məktublarını,  Ə.M.Topçubaşovun  Azərbaycanın  Avropada 
tanıdılması istiqamətində coşqun fəaliyyətini əks etdirən sənədləri də Azərbaycana 
çatdırmışdır  (ətraflı  bax:  Ramiz  Abutalıbov.  Parisdə  keçən  illər  və  görüşlər  (rus 
dilində).  Moskva.  «SJS  Media»  nəşriyyatı,  2006,  222  səh.  Kitaba  ön  söz  əvəzi. 
Həsən  Həsənov.  Xoşbəxt  taleli  insan).  Yenicə  müstəqilliyə  qədəm  qoyan 
Azərbaycanı  Avropada  tanıtmaq  üçün    Fransaya  –  Versal  sülh  konfransına  yola 
düşən  nümayəndə  heyətinin  bu  sahədəki  işi  –  xüsusilə  nəşri  fəaliyyəti, 
Ə.M.Topçubaşının,  Y.V.Çəmənzəminlinin,  Umm-ül-Banunun,  Səlim  Turanın, 
C.Hacıbəylinin,  M.Ə.Rəsulzadənin,  neçə-neçə  digər  həmvətənimizin  həyatına, 
irsinə dair nadir sənədlər Ramiz Abutalıbovun səyi sayəsində üzə çıxarılmışdır.  
Əhməd Ağaoğlu, Səməd Ağaoğlu, Əhməd Cəfəroğlu, Məmməd Sadıq Aran, 
türk ordusunun generalları – Məmməd Nuri və Mahmud Bərköz qardaşları, Nazan 
Ölçər kimi dünya şöhrətli azərbaycanlıların ölkəmizdə tanıdılmasında prof.Vilayət 
Quliyevin  səylərini,  mübaliğəsiz  deyirəm,  tarixi  xidmət  adlandırmaq  olar  (ətraflı 
bax:  Vilayət  Quliyev.  Son  illərin  yazıları.  Bakı,  “Ozan”,  2009,  600  səh.). 
Filologiya  elmləri  namizədi  Asif  Rüstəmli  adını  indicə  çəkdiyimiz  kitaba  ön  söz 
kimi  yazdığı  «Tale  yazıları»  adlı  məqaləsində  qədirbilənliklə  qeyd  edir: 
“V.Quliyevin bir vətəndaş-alim fədakarlığının nəticəsində Türkiyədə yaxşı tanınan 
Azərbaycan  əsilli,  ədəbiyyatşünas-alim,  türkoloq  Əhməd  Cəfəroğlunun  «Seçilmiş 
əsərləri» (2008), görkəmli ictimai-siyasi xadim, modern yazıçı Səməd Ağaoğlunun 
«Hekayələr,  memuarlar»  (2008),  «Behbud  Xan  Cavanşirin  məhkəmə  prosesi» 
(2008)  və  Azərbaycan  Xalq  Cümhuriyyəti  Milli  Məclisinin  sədri,  Paris  sülh 
konfransında  nümayəndə  heyətimizin  rəhbəri  Əli  Mərdan  Bəy  Topçubaşovun 


 
21 
«Azərbaycan Paris sülh konfransında» (2008) kitabları Azərbaycan oxucusuna ilk 
dəfə  təqdim  edilmişdir.  Bu  kitabların  tərtibi,  çapa  hazırlanması,  onlara  geniş 
müqəddimə,  izah  və şərh  yazılması  və  geniş  ədəbi-elmi  ictimaiyyətə  çatdırılması 
Vilayət  müəllimin  böyük  əzmkarlığı  və  yorulmaz  səyi  sayəsində  mümkün 
olmuşdur” (səh.5). 
Vaxtı  ilə  prof.Cahangir  Qəhrəmanov  İsmayıl  bəy  Qutqaşınlını,  onun  irsini 
ilk  dəfə  Azərbaycan  ictimaiyyətinə  təqdim  edən  Salman  Mümtazı  insanları 
qaranlıqdan işığa çıxaran simurqa bənzətmişdi. 
Ramiz Abutalıbovun, Vilayət Quliyevin və onlar kimi çalışan digərlərinin də 
fəaliyyəti  göstərir ki,  Salman  Mümtaz  ənənəsini, fədakarlığını yaşadanlar, simurq 
missiyasını daşıyanlar bu gün də var. Odur ki, hələ İ.Qutqaşınlı ilə bağlı yeni-yeni 
materialların,  o  cümlədən  generalın  fotosunun  da  üzə  çıxacağına,  200  illik  çənin 
çəkiləcəyinə, dumanın dağılacağına hələ ümid etmək olar... 
                       30.11.2010 
C.Hacıbəylinin publisistikasında xeyriyyəçilik,  
maarifçilik və məktəb problemi 
 
Xeyriyyəçilik  xalqımızın  yol  yoldaşıdır,  onun  tarixi  əsrlərlə  ölçülür. 
Folklorumuzda, digər ədəbi nümunələrimizdə xeyriyyəçiliklə bağlı küllü miqdarda 
misallar  var.  Lakin  xeyriyyəçiliyin  təşkilatlanma  tarixi  XIX  əsrin  əvvəllərindən 
başlayır. 1899-cuilin avqust ayında Şuşada Ə.Haqverdiyevin «Dağılan tifaq» əsəri 
oynalınır  və  tamaşadan  əldə  olunan  vəsait  şəhərin  rus-müsəlman  məktəbi 
şagirdlərinin  təhsil  haqlarını  ödəməyə  sərf  olunur.  Həmin  dövrdə  «Şərqi-Rus», 
«Kaspi»  qəzetlərində  xeyriyyəçiliklə  bağlı  xəbərlər  dərc  olunur,  xeyriyyə 
cəmiyyətlərinin təşkilinin vacibliyi vurğulanırdı. 
Azərbaycan mətbuatı tarixində silinməz iz buraxmış «Şərqi-Rus» qəzeti 1903-
cü  ildə  yazırdı  ki,  Bakıda  kasıbların  ev-bə-ev,  dükan-ba-dükan  gəzib 
dilənmələrinin  qarşısını  almaq  üçün  xeyriyyə  cəmiyyətlərinin  təşkili  vacibdir. 
«Kaspi»  qəzeti  həmin  ilin  aprel  ayının3-də  xəbər  verirdi  ki,  Bakıda-müsəlman 
qiraətxanasında  Novruz  bayramı  münasibətilə  yığılan  833  rubl  pul  kasıb  və 
ehtiyacı  olan  şagirdlərə  paylanmışdır.  «İrşad»  qəzeti  Bakıda  xeyriyyəçiliyin 
yayılması,  təşkilatlanması  sahəsində  əvəzedilməz  rol  oynamışdır.  Xalqın 
tərəqqisini maariflənməkdə görən ziyalılar xeyriyyə cəmiyyətlərinin rolunu yüksək 
qiymətləndirir,  «millətin  diriliyinə  səbəbi  elmdə  görür  və  xalqa  xitab  edirdilər: 
«Düşmən qabağına düşmən əlində olan yaraqla çıxarlar. Tüfəng qabağında qılınc, 
elm qabağında nadanlıq, həmiyyət qabağında yalquzluq yaramaz». («İrşad» qəzeti, 
1906-cı il,6 yanvar, № 12). 
Göstərilən səy və təşəbbüslər nəticəsində əsrin əvvəllərində bir-birinin ardınca 
xeyriyyə  cəmiyyətləri  fəaliyyətə  başlayırdı.  «Cəmiyyəti-xeyriyyə»,  «Səadət», 
«Nicat»,  «Nəşri-maarif»  cəmiyyətləri  qiraətxana  və  kitabxanalar,  məktəblər  açır, 
kitablar  nəşr  edir,  daha  istedadlı  şagirdləri  nüfuzlu  məktəblərə  göndərir,  təcrübəli 
müəllimləri  toplayır,  ədəbi  müsamirələr  təşkil  edir,  tamaşalar  göstərir,    əlsiz-
ayaqsızlara, ehtiyacı olanlara yardım edirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə