153
Əsası «Səfərnamə» əsəri ilə İsmayıl bəy Qutqaşınlı tərəfindən qoyulan 150
yaşlı Azərbaycan publisistikası, əslində ədəbi-mədəni, ictimai-siyasi, fəlsəfi fikir
tariximizin salnaməsidir. Lakin təəssüf ki, bir-iki təşəbbüsü, xüsusi ilə Famil
Mehdinin dəyərli araşdırmasını nəzərə almasaq, bütövlükdə Azərbaycan
publisistikası, o cümlədən bədii publisistikası bu günədək kifayət qədər
araşdırılmamışdır. B.Məmmədovun tədqiqatı, həm də ona görə diqqət çəkir ki, bu
dissertasiya XX əsrin ikinci yarısı Azərbaycan bədii publisistika nümunələrini
ayrıca tədqiq etməyə ilk, həm də uğurlu cəhddir.
Dissertant Elçin, Anar, Əkrəm Əylisli kimi görkəmli sənətkarların əsərlərinə
istinad edərək bir janr kimi bədii publisistikanın bütün məziyyətlərini üzə çıxarmış,
nümunələri mövzu, süjet, müəllif obrazı, konflikt, dil-üslub, sənətkarlıq
xüsusiyyətləri baxımından əhatəli təhlil etmişdir. Tədqiqatçı toxunduğu problemə
müxtəlif rakurslardan nəzər salır, kiçik detalları belə diqqətdə saxlayır. O,
predmetə nüfuz edir, faktları ümumiləşdirməyi, dəyərləndirməyi bacarır, maraqlı
mülahizə və mühakimələr irəli sürür, dolğun nəticələr əldə edir.
Avtoreferat ona verilən tələblərə uyğun tərtib edilmişdir və dissertasiyanın
məzmunu, məqsəd və vəzifələri, mövzunun aktuallığı, əhəmiyyəti barədə tam
təsəvvür yaradır.
Deyilənlərdən
bu
qənaətə
gəlmək
olar ki, «Azərbaycan bədii
publisistikasının inkişaf meylləri və sənətkarlıq məsələsi (XX əsrin II yarısında)»
mövzusunda namizədlik dissertasiyası səriştə ilə işlənmiş bitkin elmi əsərdir və
AAK-ın bütün tələblərinə cavab verir. Dissertasiyanın müəllifi Bəxtiyar
Məmmədov filologiya elmləri namizədi elmi dərəcəsi almağa tam layiqdir.
04.04.07
Ülviyyə Nəriman qızı Hüseynovanın «Əhmədbəy
Ağaoğlunun ədəbi-tənqidi görüĢləri» mövzusunda
namizədlik dissertasiyası haqqında
R Ə Y
Avtoreferatın birinci abzasında tədqiqatçı qeyd edir ki, «onların (XX əsrin
əvvəllərində formalaşan ədəbi tənqidin mütərəqqi təfəkkürlü nümayəndələri
nəzərdə tutulur – T.A.) ədəbi-tənqidi irsini araşdırmaq, sistemli tədqiq hədəfinə
çevirmək müasir Azərbaycan ədəbiyyatşünaslığının elmi maraq dairəsinə
yaxındır». Müəllifin mülahizəsi və mövqeyi ilə razılaşır və dərhal da əlavə edirik
ki, mövzunu «dairənin yaxınlığından» mərkəzinə gətirmək lazımdır və bunun üçün
çox ciddi əsaslar var. On illər boyu – sovet dövründə milli-mənəvi – mədəni irsə də
sinfi və partiyalı münasibət bəslənildiyindən, yazılmışlar, yazılanlar – bütün sərvət
sovet rejim və ideologiyasının tələblərinə uyğunlaşdırıldığından, senzuranın
amansız süzgəcindən keçirildiyindən saxtalaşdırılır, təhrif olunur, qərəzə tuş
gəlirdi. Odur ki, çox vaxt mütərəqqi mürtəce, yaxşı pis kimi təqdim və təbliğ
edilirdi. Bu gün – Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ədəbi-
mədəni, ictimai-siyasi həyatın bir sıra nəzəri problemlərinə yenidən müraciət
154
olunması, təhlil edilməsi və dəyərləndirilməsi təbii olduğu qədər də maraqlı, aktual
və əhəmiyyətlidir. Bu mənada Azərbaycanın, ümumiyyətlə, Şərq – islam
dünyasının parlaq simalarından sayılan Əhmədbəy Ağaoğlunun həyat və
yaradıcılığına, zəngin və çoxşaxəli irsinə, xüsusilə ədəbi-tənqidi görüşlərinə
müraciət etmək, onu araşdırmaq, təhlil süzgəcindən keçirmək, dəyərləndirmək
təqdirəlayiqdir. Diqqətçəkəndir ki, tədqiqatçı Ü.Hüseynova «çoxşaxəli yaradıcılıq
yolu keçən və ziddiyyətli tale yaşayan» Əhmədbəy Ağaoğlunun irsinin mövzu
baxımından təsnifatını uğurla aparmış, toxunduğu problemi diqqətlə, ədalətli,
obyektiv, ardıcıl, prinsipial şəkildə, bir sözlə desək, professionallıqla araşdırmış,
ciddi, sanballı, elmi-nəzəri qənaətlər əldə etmişdir. Müəllif avtoreferatda tədqiqata
cəlb etdiyi, mövzunun aktuallığını tutarlı faktlarla, maraqlı mülahizə və
mühakimələrlə əsaslandırmağa nail olmuş, Əhmədbəy Ağaoğlu irsinə bu gün də
müraciət etməyin mühüm və faydalı olduğuna diqqəti yönəldə bilmişdir.
Avtoreferatda tədqiqatın məqsəd və vəzifələri yığcam, eyni zamanda aydın
şəkildə əksini tapmışdır.
Bu qənaətə gəlmək olar ki, tədqiqat işində qarşıya qoyulan vəzifələrin
müəyyənləşdirilməsi və ardıcıllıqla göstərilməsi Ülviyyə Hüseynovaya problemə
müxtəlif rakurslardan nəzər salmağa, ilk baxışda diqqəti çəkməyən xırda detalları
belə öyrənməyə, təhlil etməyə, bütövlükdə mövzunu müasir tələblər baxımından
işləməyə imkan vermişdir.
Tədqiqatçı Ü.Hüseynovanın araşdırmasında bir cəhəti də vurğulamaq
lazımdır. O, Əhmədbəy Ağaoğlu haqqında yazılan əsərlərə münasibətdə
prinsipiallıq və cəsarət nümayiş etdirir, öz mövqeyini çəkinmədən bildirir və
fikirlərini əsaslandırmağa çalışır. Bu isə problemlə bağlı yeni və qəti rəyin
formalaşmasına, tədqiqatın elmi çəkisini və dəyərini artırmağa xidmət edir. Yaxşı
ki, tədqiqatçı Əhmədbəy Ağaoğlunun ədəbi-tənqidi görüşlərini işləyərkən, onun
«Həyat», «İrşad», «Tərəqqi», «Kaspi» kimi mətbu orqanlarındakı məqalələrindən,
elmi-nəzəri mülahizələrindən, monoqrafiya və xatirələrindən bəhs edərkən «müasir
elmi-nəzəri prinsipləri və ictimai-mədəni ehtiyacları», qısaca desək, «müasir
meyarları» əsas götürmüşdür, rəhbər tutmuşdur.
Avtoreferatda işin əsas məzmunu kifayət qədər əhatə edilmişdir.
«Əhmədbəy Ağaoğlunun yaradıcılığında ideya-estetik prinsiplər» adlanan birinci
fəsil və onun üç bölümü, «Klassik ədəbiyyat problemləri Əhmədbəy Ağaoğlunun
tənqidində» adlı ikinci fəsil və onun dörd bölümü, «Çağdaş ədəbi prosesin inkişaf
problemləri» adlanan üçüncü fəsil və onun iki bölümü dissertasiyanın məzmunu
haqqında əhatəli, dolğun rəy yaradır.
Avtoreferat ona verilən tələblərə uyğun tərtib edilmişdir, məzmunu,
quruluşu qənaətbəxşdir.
Deyilənləri yekunlaşdıraraq bu qənaətə gəlmək olar ki, «Əhmədbəy
Ağaoğlunun ədəbi-tənqidi görüşləri» mövzusunda namizədlik dissertasiyası səriştə
ilə işlənmiş elmi əsərdir və Ali Attestasiya Komissiyasının tələblərinə cavab verir.
Dissertasiyanın müəllifi Ülviyyə Nəriman qızı Hüseynova filologiya elmləri
namizədi elmi dərəcəsi almağa tam layiqdir.
23.04.07
Dostları ilə paylaş: |