149
taleyində ağır izlər qoymuşdur. Q.Mehdiyev bir fərd kimi bu acını öz həyatında,
tərcümeyi-halında yaşayan kəslərdəndir. Bunun nəticəsi kimi o, problemi daha
dərindən dərk etmiş, mənimsəmişdir desək, yəqin ki, yanılmarıq.
Q.Mehdiyevin erməni əlifbasını, dilini bilməsi, Türkiyə və Azərbaycanın
müxtəlif bölgələrində – erməni vəhşiliklərinin törədildiyi yerlərdə – məzarlıqlarda,
kitabxana və muzeylərdə tədqiqat işi aparması dissertasiyanın kamil əsər kimi
ortaya çıxmasına yardım etmişdir.
Dissertasiya giriş, «XIX əsrin ikinci yarısında Şərqi Anadoluda və Cənubi
Qafqazda ictimai-siyasi vəziyyət və «erməni məsələsi»nin ortaya atılmasında Qərb
dövlətlərinin rolunun mətbuatda əksi» və «Erməni dövlətinin yaradılması planları
və onun həyata keçirilməsi istiqamətində hərbi və diplomatik fəaliyyətlərə
mətbuatın münasibəti» adlı 2 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
Tədqiqatçı 3 yarımbənddən ibarət I fəsildə «erməni məsələsi»nin ortaya
atılmasında, əvvəl Şərqi Anadoluda, bu xülya baş tutmadıqda isə Cənubi Qafqazda
erməni dövləti qurmaq ideyasının yayılmasında missionerlərin, erməni millətçi
cəmiyyət, komitə, siyasi təşkilatlarının, erməni, eləcə də ermənipərəst mətbu
orqanların rolundan, Osmanlı imperiyasının süqutunda maraqlı olan dövlətlərin
bölgədəki çirkin siyasətindən geniş bəhs etmişdir. Osmanlı imperiyasının
çökdürülməsi üçün dəridən-qabıqdan çıxan Avropa dövlətləri regiondakı ən zəif
həlqədən – xisləti xəyanətlə yoğrulmuş ermənilərdən bacarıqla istifadə etmişlər.
XIX yüzilliyin II yarısında – əsrin sonlarına doğru havadarlarının maddi-mənəvi
dəstəyi ilə qısa müddət ərzində imperiyanın sadiq təbəələrindən «mübariz»,
«döyüşkən», «hüquq və azadlıqlarını tələb edən» topluma çevrildilər. Ermənilər
çox sayda qəzet buraxmağa, sürətlə təşkilatlanmağa başladılar. Bu dönəmdə ciddi
sosial-iqtisadi, hərbi-siyasi böhran keçirən Osmanlı imperiyasının hüdudlarında
düşmən dövlətlər ermənilərin gücündən yararlanaraq dağıdıcı şəbəkə qururdular.
Tədqiqatçı bu məsələləri araşdırarkən dövrün tarixi sənədlərindən, xüsusi ilə mətbu
orqanların materiallarından yetərincə istifadə etmişdir.
Elmi-tədqiqat işinin II fəslində Q.Mehdiyev Qərb dövlətləri və Rusiyanın
canfəşanlığı nəticəsində zəifləmiş Osmanlı Türkiyəsinin Şərq və Cənub-Şərq
ərazilərində erməni dövləti yaratmaq ideyası cəhdlərini o dövrün mətbuatı vasitəsi
ilə bütün cəhətləri ilə üzə çıxarır və tutarlı faktlarla təqdim edir. Birinci Dünya
Müharibəsi dövründə ermənilərin Şərqi Anadoludan köçürülməsinin əsl
səbəblərini, bu prosesin gedişatını, nəticələrini tarixi və təkzibolunmaz faktlara
istinad edərək araşdıran, təhlil edən, dəyərləndirən tədqiqatçı, həm də köçürülməni
«erməni soyqırımı» kimi təqdim edən, on illər boyu tarixi saxtalaşdırmaqla məşğul
olan yalançı mütəxəssislərin, o cümlədən, ah-nalədən yorulmaq bilməyən erməni
mətbuatının qondarma arqumentlərinin əsassız olduğunu göstərmişdir.
Digər tərəfdən isə tədqiqatçı «yazıq», «zavalı» ermənilərin əllaməliyinin
arxasında əslində məkrli, murdar niyyətlərinin durduğunu və onların bütün bu hay-
küylərinin xəyali «dənizdən-dənizə» Böyük Ermənistan» dövləti yaratmaq
ideyasından qidalandığını əsaslandırmışdır.
Bütövlükdə tədqiqatçı problemi əhatəli və dərindən araşdırmışdır. Bununla
belə, ciddi elmi-tarixi əhəmiyyət kəsb edən dissertasiyada mövzunun yeniliyindən,
150
eyni zamanda genişliyindən qaynaqlanan bir sıra mülahizələr var ki, onlar bəzi
iradlar üçün zəmin yaratmışdır. Onlardan bəziləri üzərində dayanmaq istərdim:
1. XIX əsrin II yarısından etibarən Cənubi Qafqazda, o cümlədən Tiflisdə,
Gəncədə, Bakıda, Şuşada 70-ə yaxın erməni dilində qəzet və jurnal buraxılmışdır.
Dissertasiya xüsusi ilə erməni mətbuatının materialları əsasında yazlığından və
«erməni məsələsi»nin tarixdə ən ağır zərbəsinin bizə dəydiyindən fikrimcə,
problemin ortaya atıldığı illərdə Azərbaycan ərazisində nəşr olunan erməni mətbu
orqanlarının proqramı, mövzusu və istiqaməti barədə də yazılması
məqsədəmüvafiq olardı.Tədqiqatçı «erməni məsələsi»nin aktuallaşmasında
missionerlərin rolundan və fəaliyyətindən haqlı olaraq geniş bəhs etmişdir. Lakin
bir sıra məqamlarda missionerliyin mahiyyəti, məzmunu ilə yanlışlıqlara yol
verilir. Müəllif yazır ki, 1860-cı ildən sonra missionerlər yəhudi və müsəlmanları
xristianlaşdırmağın çox çətin olduğunu görüb fəaliyyətlərini ermənilər üzərinə
keçirmişdilər (səh.23). Əslində, ermənilər xristian idi və ənənəvi dini mərkəzlər
tərəfindən rədd edilən, müxtəlif sektaları təmsil edən missionerlərin fəaliyyəti
dövlətin əsaslarını dağıtmağa, müsəlman əhalini öz dinindən soyutmağa, onların
şüuruna və mənəviyyatına hakim olmaqla mənfur ideyalarını yeritməyə çalışırdılar.
Görkəmli ictimai-siyasi xadim, istedadlı publisist Əhməd bəy Ağaoğlu hələ 1912-
ci ildə yazırdı ki, bizə həyat verəcək Qərbin mədəniyyətidir, Qərbin missionerləri
deyildir. Çocuqları missioner məktəbinə vermək mənsub olduğu xalqa bir
xəyanətdir və cinayətdir («İqbal» qəzeti, 1912, 29 avqust, № 148). Katoliklər
tərəfindən də qovulan rahiblər və rahibələr türkçülüyə, islama can və ruh verə
bilməzlər. Elə hesab edirəm ki, Ə.Ağaoğlunu həyəcanlandıran, narahat edən
missionerlik hərəkatı Azərbaycan ərazisində də o dönəmdə ciddi problemlər
yaradırdı və müəllif Osmanlı imperiyasında missionerlik hərəkatı ilə Azərbaycan
torpaqlarındakı missionerlik fəaliyyətini əlaqəli şəkildə təqdim və təhlil etsəydi,
daha effektiv qənaətlərə gələ bilərdi.
2. «Erməni məsələsi» siyasi dövriyyəyə buraxılandan regionun coğrafi
xəritəsi dəfələrlə dəyişmişdir. «Erməni məsələsi»nin nüvəsi saxlanılsa da, taktiki
gedişlərə, tətbiqi məkanına uyğun də cildi, forması dəyişdirilmiş, yeniləşmişdir.
Heç şübhəsiz ki, «miasum» «erməni məsələsi»nin həlli variantlarından biridir və
bu ideyadan da ən çox zərərçəkən Azərbaycandır. Odur ki, «erməni məsələsi»nin
yaranması və yayılmasının sonrakı mərhələlərindən bəhs edərkən tədqiqatçının bu
cəhətə diqqət yetirməsi, fikrimcə, lazım idi. Həm də, bu zaman tarixdə şərəfsiz iz
qoymuş enozis, anşlüs təcrübəsindən ermənilərin «bəhrələndiyi» vurğulanmalıdır.
Müəllif bəzən eyni fikri müxtəlif formalarda təkrarlayır. Məsələn,
E.Melkonyandan sitat gətirilir: erməni köçü olmasaydı, indi Ermənistan dövləti
çox böyük ərazini əhatə edərdi (səh.90), bir qədər sonra (səh.94) həmin fikir
olduğu kimi səsləndirilir. Yaxud, səhifə 15-də «1970-ci illərdən başlayan erməni
terroruna» sözləri ilə başlayan cümlə 93-cü səhifədə «Ermənilərin bu terrorçu
ənənələrini ötən əsrin 70-ci illərindən başlayaraq» sözləri ilə, 155-ci səhifədə isə
«1973-cü ildən başlayaraq qanlı erməni terroru» sözləri ilə başlayan cümlələrlə
əvəz olunur.
Tədqiqatçının kiçik diqqətsizliyi bəzən faktların təhrif edilməsi ilə müşayiət
edilir. «Azərbaycanın SSRİ tərkibində (1920-1991) olduğu illərdə» (səh.12) yazan
Dostları ilə paylaş: |