140
«Əkinçi»dən «ulduz»lara, «kral»lara və
«Ģair»lərə bir mesaj
Azərbaycan milli mətbuatının özülü və Ģah əsəri «Əkinçi»nin 1 sentyabr
1877-ci il tarixli 18-ci nömrəsindəki bir material diqqətimi çəkdi və çox aktual
olduğu üçün onu olduğu kimi oxucuların diqqətinə təqdim etməyi lazım
bildim.
Məlumdur ki, hər kəsin mahnıdan xoşu gəlir və bir yaxşı sövtü (səsi – T.A.)
olmayan da özü mızıldamağa durur. Bu səbəbə mahnı çərəndiyat hesab olunur isə
də, çox vacib şeydir. Ona binaən (görə – T.A.) onun mənasını yaxşılaşdırmaq
səyinə düşmək lazımdır.
Hər tayfanın vətəndarlıq və millətin keçmişində olan yaman və yaxşı
günlərini şərh edən mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti
birləşdirməyə bais olur. Amma bizim mahnılara baxan gərək təəccüb eləsin ki,
xudavənda, onları kim və nə üçün düzəldib. Onların çoxunun ki, avam çağırır, heç
mənası olmur. Məsələn:
Ağacda oturub sərçə,
Niyə uzunsan, ay küçə?
Sən harda qaldın, ah beçə,
Ey yar, ey yar, ay qaragöz.
Belə çağıranların barəsində doğru deyiblər ki, eşşəyin anqırmağı özünə xoş
gəlir, amma çifayda, eşşək anqıra gəzir və onu belə anqırmaqdan xilas etmək
səyinə düşən yoxdur. Bizim kamallı hesab olunan qardaşlarımız Hafiz, ya Sədinin
bu məzmunda şeirlərini oxuyurlar: meyi düsalə və yar çəhardəh salə və ya məkün
təkyə bərmali-dünya və püşt (İkiillik şərab və on dörd yaşında məşuqə və ya dünya
malına belə bağlamaq) ki, bunlar avam çağıran mahnılardan da yamandır. Avamın
ağzına qeyr mahnı da salmaq olur, amma məkün təkyə bərmali-dünya çağıran
qardaş vəfat edib, öz ağlaşmasını çağırır və onun sağalmağına ümid yoxdur.
Belədə yaxşı olurdu ki, bizim şüəralar bir-birini həcv, ya mədh etmək
əvəzinə zikr olan məzmunda mahnılar düzəldeydilər ki, onlar ağızdan-ağıza düşüb
xalqı nadanlıqdan danalığa (biliyə, elmə – T.A.) təhrik etməyə bais oleydi.
“Ədəbiyyat qəzeti” , 3 oktyabr 2003
141
Dissertasiya və avtoreferatlara rəylər
Filologiya elmləri namizədi Cahangir Əbdüləli oğlu Məmmədovun
(Məmmədlinin) “Azərbaycanda jurnalistikanın müasir inkiĢaf meylləri”
mövzusunda filologiya elmləri doktoru alimlik dərəcəsi almaq təqdim etdiyi
dissertasiyanın avtoreferatına
R Ə Y
30 ildən də çoxdur ki, Azərbaycan jurnalistikasının elmi-nəzəri və praktik
problemləri sahəsində çalışan mütəxəssislər sırasında Cahangir Məmmədov
özünəməxsus dəst-xətti, mövqeyi olan tədqiqatçı – pedaqoq kimi tanınır. Son
illərdə isə C. Məmmədov müasir dövr jurnalistikasının qurucusu və mahir
təşkilatçısı funksiyasını bacarıqla yerinə yetirməkdədir. Əlbəttə, belə bir missiyanı
daşıyan təcrübəli mütəxəssisin “Azərbaycanda jurnalistikanın müasir inkişaf
meylləri” mövzusunda doktorluq dissertasiyası yazması təqdirəlayiqdir, sahənin
inkişafına sanballı töhfədir.
Dissertasiyanın avtoreferatı müasir tələblərə uyğun tərtib edilmişdir. Burada
mövzunun aktuallığı kifayət qədər ciddi dəlillərə əsaslandırılmış, tədqiqatın
məqsəd və vəzifələri konkret və aydın şəkildə göstərilmiş, problemin öyrənilmə
tarixi və səviyyəsi, tədqiqatın metodoloji əsası, onun nəzəri-təcrübi əhəmiyyəti,
elmi yeniliyi geniş şərh edilmiş, dissertasiyanın quruluşu və aprobasiyası barədə
məlumat verilmişdir.
Avtoreferatda tədqiqatın qısa məzmunu tam əksini tapmışdır. Üç fəsildən
ibarət dissertasiyanın I fəsli “Jurnalistikaya dair nəzəri baxışların və
konsepsiyaların formalaşma prosesi” adlanır. Bu fəsil “Azad sözü tirajlayan
jurnalistika və hakimiyyətin ona qarşı senzura tədbirləri”, “Azərbaycanda yeni
jurnalistikaya keçid dönəmində mətbuatın funksional xarakteri”, “Nəzəri
konsepsiyaların modelləşmə prosesi və onların Azərbaycan jurnalistikasında
təzahür formaları”, “Jurnalistika hakimiyyətin əbədi opponenti rolunda” adlı 4
bölmədən ibarətdir ki, avtoreferatda bu bölmələrin hər biri ayrılıqda qısaca şərh
edilir. “Peşə etikasının formalaşması və KİV-in hüquqi bazasının yaradılması
Azərbaycan jurnalistikasının inkişafında yeni mərhələdir” adlanan ikinci fəsildə
peşə etikası, KİV-in hüquqi tənzimlənməsi, eləcə də informasiya janrları və
onlarda baş verən dəyişikliklər tədqiqat müstəvisinə cəlb olunmuş və elmi-nəzəri
baxımdan uğurla işlənmişdir.
Dissertasiyanın III fəsli “Jurnalistikanın beynəlxalq standartları Azərbaycan
KİV məkanında” adlanır və bu fəslin 4 bölməsində yeni dövr jurnalistikasının
başlıca cəhətləri, məziyyətləri göstərilir və bu kontekstdə müasir Azərbaycan
jurnalistikasının inkişaf meylləri ümumiləşdirilir, təhlil olunur, xarakterizə edilir,
dəyərləndirilir.
Jurnalistikanın elmi-nəzəri problemlərinə həsr olunan mövcud ədəbiyyatı xeyli
zənginləşdirən, müəyyən mənada ona yeni ruh verən bu tədqiqat işinin nəticələri,
142
eləcə də jurnalistikanın inkişafını əngəlləyən problemlər avtoreferatda bir-bir
sadalanır.
Avtoreferatda müəllifin dissertasiyanın əsas məzmununu özündə ehtiva edən
kitab, monoqrafiya, dərslik, dərs vəsaiti və elmi məqalələrinin, eləcə də tədqiqata
dair çap əsərlərinə yazılmış məqalələrin siyahısı verilmişdir.
Beləliklə, hesab edirəm ki, C. Məmmədovun “Azərbaycanda jurnalistikanın
müasir inkişaf meylləri” adlı doktorluq dissertasiyasının avtoreferatı AAK-nın
bütün tələblərinə uyğun tərtib edilmişdir və avtoreferatın müəllifi filologiya elmləri
doktoru alimlik dərəcəsini almağa tam layiqdir.
Abid Tahirli
filologiya elmləri doktoru
Qahirə Müslüm qızı Hüseynovanın «Azərbaycanın müstəqilliyi uğrunda
mübarizə dövründə Naxçıvan Muxtar Respublikasında demokratik
mətbuatın təĢəkkülü və inkiĢafı (1988-1993)» mövzusunda namizədlik
dissertasiyasına
R Ə Y
Bugünkü tələblər və dəyərlər baxımından Azərbaycan mətbuat tarixinin
tədqiqi, dəyərləndirilməsi aktual və əhəmiyyətlidir. Nəzərə alsaq ki, bu iş çar
Rusiyası dövründə həvəskar səviyyədə və pərakəndə halda, Sovet dövründə
rejimin və bolşevik ideologiyasının müəyyənləşdirdiyi prinsiplər əsasında, dar
çərçivədə, başqa sözlə, predmetə, tədqiqat obyektinə elmidən daha çox sinfi və
partiyalı münasibətin hakim olduğu şəraitdə həyata keçirilmişdir – problemin
həllinin nə qədər vacib olduğu daha qabarıq üzə çıxar. Digər tərəfdən isə
Azərbaycan mətbuat anlayışının Cənubi Azərbaycanda, eləcə də mühacirətdə nəşr
olunan mətbu orqanları da əhatə etməsi mövzunun elmi, sistemli, dərindən və
ardıcıl araşdırılmasının zəruriliyini şərtləndirir. Bütün bunları qeyd etməkdə
məqsəd mövcud tədqiqatları təftiş etmək, onların dəyərini azaltmaq, yaxud
üstündən xətt çəkmək yox, əksinə, fədakar alimlərimizin ağır şərtlər altında ərsəyə
gətirdikləri irsə diqqətli, qayğılı münasibət bəsləyib, onların obyektiv səbəblərə
görə deyə bilmədiklərinə diqqəti çəkmək, Azərbaycan mətbuatının keçdiyi tarixi
yolu qərəzsiz, hər cür saxtakarlıqdan uzaq şəkildə araşdırmağın, dəyərləndirməyin
vacib olduğuna diqqəti çəkməkdir. Şübhəsiz ki, H.Zərdabinin, F.Köçərlinin, Əli
bəy
Hüseynzadənin, M.Ə.Rəsulzadənin, N.Nərimanovun, Ü.Hacıbəylinin,
C.Hacıbəylinin, A.Səhhətin mətbuatla, onun yaranması, inkişafı ilə bağlı fikirləri,
xatirələri, mühakimələri böyük maraq doğurur, əhəmiyyətlidir. Sonrakı dövrlərdə
M.B.Məmmədzadə, Əziz Şərif, A.Zamanov, Ə.Mirəhmədov, Q.Məmmədli,
Ş.Qurbanov, N.Zeynalov, N.Axundov, X.Məmmədov, Ş.Hüseynov, S.Rüstəmova
və bu kimi başqa görkəmli alimlərin mətbuat tarixi, ayrı-ayrı nəşrlər, naşirlər,
publisistlər ilə bağlı araşdırmaları bu gün də dəyərli mənbələrdir.
Dostları ilə paylaş: |