Abġd tahġRLĠ


Yerdən qaldırmaq missiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   64   65   66   67   68   69   70   71   ...   176

 
138 
 
Yerdən qaldırmaq missiyası 
 
Çağdaş Azərbaycan ədəbiyyatında öz sözü, yeri və çəkisi olan Hüseynbala 
Mirələmovun  ədəbi  uğurları,  toxunduğu  mövzular,  problemlər,  əsərlərinin 
aktuallığı,  əhəmiyyəti,  ideya-istiqaməti,  yazıçının  irsində  sənətkarlıq  məsələləri 
barədə sanballı, nüfuzlu tədqiqatçılar KİV-də dərc etdirdikləri çoxsaylı məqalə və 
resenziyalarda  öz  fikir  və  mülahizələrini  bölüşmüşlər,  heç  şübhəsiz  ki,  bu 
istiqamətdə  araşdırmalar  bundan  sonra  da  davam  etdiriləcəkdir.  İstedadlı  və 
məhsuldar  yazıçının  əsərlərinə  ədəbi  mühitin,  oxucu  auditoriyasının  artan  marağı 
fikrimizi təsdiqləyir. 
Bu  gün  mən  söz  sərrafı  H.Mirələmovun  ədəbi  yaradıcılığı  haqqında  yox, 
onun  «Kredo»  qəzetində  (8  oktyabr  2005-ci  il,  №  73  (349)  dərc  etdirdiyi, 
«Demokratik  seçkilər  Azərbaycanın  sağlam  gələcəyidir,  yaxud  cəmiyyəti 
aldadanlar özlərini aldadırlar» adlı publisistik yazısı barədə danışmaq istərdim. Bu 
yazı layiq olduğu millət vəkilliyinə bir namizədin sadəcə platforması, seçkiqabağı 
təbliğatı,  seçki  kampaniyası  prosesi,  gedişatı  ilə  bağlı  düşüncələri  deyil,  bu, 
vətənini,  dövlətini, 
millətini 
tükənməz  məhəbbətlə  sevən,  Azərbaycan 
cəmiyyətinin bütün təbəqələri ilə sıx təmasda, ünsiyyətdə olan, təcrübəsi, səriştəsi 
ilə iqtisadi, mədəni, ictimai-siyasi və ədəbi həyatda fərqlənən bir ziyalının müstəqil 
respublikamızın  indiki  inkişaf  mərhələsində  ictimai-siyasi  mühitə  baxışıdır.  Bu 
baxış nüfuzedicidir, dəmir məntiqə, ciddi təhlilə, hərtərəfli müşahidələrə əsaslanır. 
Müəllifin  qənaətləri  obyektiv  və  real,  mühakimələri,  mülahizələri  inandırıcıdır. 
Ölkədə seçkiqabağı gedən prosesləri H.Mirələmov incəliklərinə qədər izləmiş, baş 
verən  hadisələri  təfərrüatı,  təfsilatı  ilə  qələmə  almış,  bir  sözlə,  ictimai-siyasi 
mühitin bütün mənzərəsini məharətlə qələmə almışdır. Mənəvi zənginliyi, yüksək 
mədəniyyəti,  ədaləti  bəşər  övladının  ali  dəyərlərindən  hesab  edən  H.Mirələmov 
yazır: «Kimin mənəvi aləmi zəngindirsə, həqiqi və sağlam mübarizə üçün mənəvi 
gücü  tükənməyibsə,  o  da  seçicilərin  gözündə  yüksəlir.  Ancaq  kimin  imkanı 
tükənibsə  və  sağlam  mübarizəyə  mənəvi  gücü  çatmırsa,  o  daha  çox  yalan  vədlər 
verir, mübarizənin mənəvi-əxlaqi prinsiplərinə arxa çevirir, nəyin bahasına olursa-
olsun, hətta cəmiyyətə ən ağır zərbə vurmaq bahasına belə qalib gəlməyə çalışır». 
Müəllifin  –  millət  vəkilliyinə  namizədin  bu  fikri  sadəcə  bir  qənaət  deyil,  bu, 
xəbərdarlıqdır,  həyəcan  təbilidir,  narahatçılıqdır.  Özü  də  bir  fərdin  özü  üçün 
nigarançılığı deyil, bu, bütün cəmiyyətə, bütün seçicilərə ünvanlanmış bir mesajdır. 
İnformasiya  kanallarının  artdığı,  söz,  mətbuat  azadlığının,  digər  demokratik 
dəyərlərin  bərqərar  olduğu  bir  cəmiyyətdə  bir  sıra  insanlar  hay-küyün-  yalançı 
vədlərin,  populist  çıxışların  əsirinə  çevrilirlər.  Təbii  ki,  bu  da  «tarixin  dərslərini 
kifayət qədər bilən, günün reallıqlarını görən, «Azərbaycanın daha firavan olması, 
gələcək  nəsillərin  daha  yaxşı  yaşaması  üçün  çalışan»  bir  ziyalının  diqqətindən 
yayına  bilməzdi.  Odur  ki,  H.Mirələmov  özünəməxsus  tərzdə,  cəsarətlə  dünəni 
ləkəli,  kölgəli,  gələcəyi  qaranlıq  və  perspektivsiz  radikal  müxalifətə  sərt  sözünü 
deyir.  Müəllif  müxalifətin  anatomiyasını  məharətlə  açır,  onun  nümayəndələrinin 


 
139 
indiyə  kimi  heç  bir  fayda  vermədiklərini,  bundan  sonra  da  heç  bir  xeyir  verə 
bilməyəcəklərini inandırıcı şəkildə əsaslandırır. 
Ədəbi  yaradıcılıqda  olduğu  kimi,  H.Mirələmov  burada  da  öz  prinsiplərinə 
sadiqdir,  o  gerçəyi  təhrif  etmədən  təqdim  edir.  O,  təkcə  «xalqın  ayağından 
çəkməklə  onu  siyasi,  mənəvi,  iqtisadi  girdaba  salan»,  «sözlə  möhtəvirlik  edən» 
radikal müxalifətin nümayəndələrini yox, həm də «ağlına gələni dilinə gətirməklə, 
sözü  saf-çürük  etmədən  boşboğazlıqla  nəyəsə  nail  olmağa  cəhd  göstərənləri»  də 
haqlı olaraq qınayır. 
Siyasi  publisistikanın  parlaq  nümunəsi  olan  bu  yazıda  H.Mirələmov  bir 
tərəfdən öz oxucusunu inandırmaq, fikirlərini əsaslandırmaq, digər tərəfdən yazını 
daha  oxunaqlı,  mənalı,  maraqlı  etmək,  oxucunu  yormamaq  üçün  klassiklərin 
kəlamlarına, xalq deyimlərinə müraciət edir. 
Hüseynbala  Mirələmovun  müdriklərdən  gətirdiyi  bir  gözəl  deyim  onun 
özünə  də  eyni  dərəcədə  aiddir:  insan  dilinin  arxasında  dayanıb,  danışdır,  onun 
kimliyini  gör.  Bəli,  bu  siyasi  oçerki  oxuduqca  H.Mirələmovun  qəlbi,  nəbzi 
torpaqla, vətənlə, millətlə vuran obrazı göz önündə canlanır; tutarlı, təkzibolunmaz 
faktlara  istinad  edir,  hadisə  və  prosesləri  hərtərəfli  təhlil  etməyə  üstünlük  verir, 
toxunulan məsələyə münasibət bildirir, mövqeyini açıq və prinsipial şəkildə ortaya 
qoyur. O, «qışqır-bağır ustalarının» istər Qarabağ problemi, istərsə də xalqın rifah 
halının  yüksəldilməsi  ilə  bağlı  səbatsız  mövqe  və  yalançı  vədlərini  yalnız 
hakimiyyət,  kreslo,  vəzifə  davası  kimi  xarakterizə  edir  və  xalqı  ayıq  olmağa, 
qurduğumuz dövləti, əmin-amanlığı qorumağa, dağıdıcı qüvvələrə «yox» deməyə 
səsləyir. H.Mirələmov Azərbaycan xalqının haqqın, ədalətin tərəfində duracağına, 
sabitliyə,  əmin-amanlığa,  firavan  həyata,  onun  qurucularına,  səs  verəcəklərinə 
əmindir,  o,  buna  inanır.  Adı  çəkilən  publisistik  nümunə  yerində  işlədilən  obrazlı 
ifadələri, canlı, oynaq dili, sanballı faktları, dərin təhlili ilə öz təsir gücünü artırır. 
Oxucular  sosial  vəziyyətinə,  siyasi  mənsubiyyətinə,  yaşına,  həyat  və 
düşüncə  tərzinə  görə  bir-birindən  fərqlənir.  Odur  ki,  onları  şərti  olaraq  iki  qrupa 
bölmək  olar:  təqdir  edənlər,  tənqid  edənlər.  Əminəm  ki,  bu  yazı  qəlblərə  və 
beyinlərə  nüfuz,  təsir  etmiş  müəllifin  mövqeyi  ilə  razılaşmayanların,  onu  qəbul 
etməyənlərin  sırası  seyrəlmişdir.  Bu  mənada  H.Mirələmov  öz  məqsədinə, 
məramına  çatmış,  büdrəyib  yıxılmış,  yaxud  da  yıxılmaqda  olan  bir  çox  adamı 
yerdən qaldırmağa növbəti dəfə müvəffəq olmuşdur. Bunu o, bir qəzet məqaləsi ilə 
bacarırsa,  deməli  o  millət  vəkili  tribunasından  daha  çox  və  daha  faydalı  işlər 
görməyə qadirdir. 
 
 
 
 
 
 
 
 
      «Kredo» qəzeti, 2005. 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə