143
Tədqiqatçı Qahirə Hüseynovanın müraciət etdiyi dövr və tədqiqat obyekti
tamamilə yenidir və dissertantın, eləcə də mövzunu təsdiq edən Bakı Dövlət
Universiteti Jurnalistika fakültəsinin mətbuat tarixi və ideoloji işin metodları
kafedrasının bu təşəbbüsü təqdirəlayiqdir. Dissertasiyanın «Giriş»inin «Mövzunun
tədqiqi tarixi» hissəsində tədqiqatçı haqlı olaraq az qala şikayətlənir ki, son
dövrlərdə demokratik mətbuatın təşəkkülü və inkişafı ilə bağlı çox az sayda
araşdırmalar aparılmışdır ki, onlarda da «Naxçıvan mətbuatı barədə söhbət belə
getmir». Müəllifin mövqeyi ilə razılaşmamaq olmur. Doğrudan da, mətbuat
tariximizin ən zəngin, ən şərəfli, eyni zamanda ağır və ziddiyyətli mərhələlərindən
olan ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində işıq üzü görən mətbu
orqanlar, müstəqillik illərinin qəzet, jurnalları, onların mövzu, dil, üslub,
sənətkarlıq problemləri, demək olar ki, fundamental şəkildə araşdırılmamış,
Azərbaycan mətbuatı tarixi kontekstində dəyərini almamışdır. Bu baxımdan,
Q.Hüseynovanın peşəkarlıqla, çox ciddi və məsuliyyətlə ərsəyə gətirdiyi
dissertasiya işi diqqəti çəkir və fikrimizcə, dissertant qarşısına qoyduğu vəzifənin
öhdəsindən layiqincə gəlmişdir.
Dissertasiya «Giriş», hər biri 3 yarımbənddən ibarət «Yenidənqurma
illərində cəmiyyətdə gedən demokratikləşmə prosesi və onun mətbuata təsiri» və
«Dövlət müstəqilliyinin bərpasında demokratik mətbuatın rolu» adlı 2 fəsildən,
«Nəticə» və «İstifadə edilmiş ədəbiyyatın siyahısı»ndan ibarətdir.
«Giriş»də dissertant mövzunun aktuallığını tutarlı dəlillərlə əsaslandırır,
tədqiqatın məqsəd və vəzifələrindən, tədqiqi tarixindən bəhs edir, tədqiqat
obyektini göstərir, işin nəzəri və metodoloji əsasları, elmi yeniliyi barədə söz açır,
tədqiqatın aprobasiyası, dissertasiyanın quruluşu haqqında məlumat verir.
I fəsildə yenidənqurma illərində Azərbaycandakı mövcud ictimai-siyasi
vəziyyət, o cümlədən Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı,
respublikada genişlənən azadlıq mübarizəsi və bütün bunların kontekstində
Naxçıvanda nəşr olunan mətbu orqanlar, onların cəmiyyətdə cərəyan edən
hadisələrə təsiri, «Şərq qapısı», «Varlıq», «Ağrıdağ», «Türk yurdu», «Haray»
qəzetlərinin timsalında mətbuatda baş verən yeniliklər tədqiqata cəlb olunmuş,
konkret faktlar, materiallar əsasında araşdırılmışdır.
II fəsildə dövlət müstəqilliyinin elan olunmasından sonra Naxçıvanda nəşr
olunan qəzetlərdə baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri, mətbuatın
demokratiya, insan haqları, respublikanın ərazi bütövlüyü uğrunda mübarizəsi,
eləcə də Muxtar Respublikada milli-mənəvi dəyərlərin qorunması istiqamətində
KİV-nin fəaliyyəti öyrənilir, elmi-nəzəri baxımdan dəyərləndirilir.
Diqqətçəkən və təqdirəlayiqdir ki, Sovet hakimiyyətinin iflasa uğradığı
ərəfədə və Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etdiyi ilk illərdə
Naxçıvan Muxtar Respublikasında nəşr olunan mətbu orqanlar, onların mövzuları,
problemə yanaşma tərzi, mətbuatın cəmiyyətə təsir gücü, hər hansı hadisə barədə
ictimai rəy yaratmaq təcrübəsi, səriştəsi, eyni zamanda qəzetlərin senzura, maliyyə
və sair problemləri tədqiqatçı tərəfindən konkret mənbələrə istinad etməklə,
onlardan sitat gətirməklə müqayisə edilir, təhlil olunur və bu zaman müəllif öz
münasibətini, rəyini də bildirməyi unutmur.
144
Hər iki fəsildə qəzet materialları mövzusuna, problemə yanaşmaya görə
məharətlə ümumiləşdirilir, yeri gəldikcə nümunələrə müraciət edilir, dərindən
təhlil edilir, mülahizələr, qənaətlər əsaslandırılır.
Qahirə Müslüm qızı Hüseynovanın elmi-tədqiqat işinin dəyərini artıran bir
neçə cəhətin üzərində xüsusi dayanmaq istəyirəm:
1. Müraciət olunan dövr Azərbaycanın, o cümlədən Azərbaycanın qədim,
zəngin mədəniyyət mərkəzlərindən birinin – Naxçıvanın tarixində və taleyində
xüsusi bir mərhələdir, istiqlal uğrunda Sovet imperiyası ilə mücadilə illəridir;
2. Fəaliyyət göstərdiyi müddətdə informasiya ötürücüsü funksiyanı daşıyan
KİV illər ötdükcə tarixin yaddaş mənbəyinə, əvəzsiz, mötəbər məxəzə çevrilir.
Dissertant bu irsə elmi-nəzəri baxımdan professionallıqla yanaşmış, mətbu
orqanları mövzular, problemlər üzrə sistemləşdirmiş, təhlil süzgəcindən keçirmiş,
onların cəmiyyətdəki yeri və rolunu konkret fikirlər və qənaətlərlə
dəyərləndirmişdir. Cəsarətlə demək olar ki, dissertant haqqında bəhs olunan
dövrün elmi salnaməsini yazmışdır;
3. Qahirə xanım müstəqil mətbuatın meydana gəlməsinin müşahidəçisi yox,
iştirakçısı olmuş, bu işə öz töhfəsini vermişdir, obrazlı ifadə ilə desək, sətirlərin
arxasından dissertantın özü görünür. Bu isə prosesi daha yaxından dərk, hiss
etməyə fikir, mühakimələr və qənaətlərdə reallığa, obyektivliyə, belə demək
mümkünsə, daha münbit zəmin yaradır;
4. Dissertant Q.Müslümovada çoxsaylı faktların içərisindən daha xarakterik,
daha maraqlı olanını seçmək bacarığı var, bu da obyektin dərin, hərtərəfli təhlili,
faktların elmi-nəzəri baxımdan qiymətləndirilməsi, ümumiləşdirilməsi üçün vacib
şərtlərdəndir;
5. Dissertant elmi-nəzəri qənaətlərində, fikirlərində ardıcıl, qətiyyətli və
prinsipialdır;
6. Q.Hüseynova ilk dəfə Mətbuat xidmətinin fəaliyyətini tədqiqata cəlb
etmiş, onun yaradılması məqsədi, qarşısında duran vəzifələr, fəaliyyət
istiqamətləri, ictimaiyyətlə, KİV-lə əlaqəsi haqqında geniş bəhs etmişdir, belə
demək mümkünsə, Mətbuat xidmətinin nümunəvi əsasnaməsinin konturlarını
işləmişdir.
Bütün söylənilənlər dissertantın səriştəli qələm sahibi, bacarıqlı tədqiqatçı,
elmi-tədqiqat işinin isə kamil əsər olduğuna dəlalət edir.
Bununla belə, mövzunun yeniliyindən, problemin aktuallığından, tədqiqat
obyektinin genişliyindən qaynaqlanan bir sıra irad və tövsiyələr var ki, onlardan
bəzilərinin üzərində dayanmağı lazım bilirəm:
1. Elmi-tədqiqat işinin I fəslinin 1.1-ci bəndinin adı «SSRİ-də siyasi, iqtisadi
və mədəni tənəzzülü doğuran səbəblər və onların aradan qaldırılması üçün edilən
cəhdlər» olsa da, orada daha çox və həm də doğru olaraq, Azərbaycandakı ictimai-
siyasi proseslərdən, Azadlıq hərəkatından və Dağlıq Qarabağ, onun ətrafında
cərəyan edən hadisələrdən bəhs olunur. Odur ki, bəndin adının redaktəsinə ciddi
ehtiyac hiss edilir.
2. Hesab edirəm ki, dissertasiyanın heç olmazsa, bir yarımbəndində
Azərbaycan mətbuat tarixinə dair tədqiqatlara qısaca nəzər salınmalı, Sovet dövrü
Dostları ilə paylaş: |