151
müəllif şübhəsiz ki, SSRİ-nin elan olunduğu tarixi bilir. Qatil Andronikin
məzarının köçürülmə tarixini bir yerdə 2002-ci il (səh.49), digər yerdə 2000-ci il
(səh.53) göstərir. Köçürülmə zamanı türk daxili qoşunlarının 20 min əsgər itirdiyi
(səh.58) faktı da inandırıcı görünmür, dəqiqləşdirilməsinə ehtiyac var. «Təhcir»
Qanununun qəbulu tarixi gah 14 may 1918-ci il (səh.80), gah da 27 may 1915-ci il
göstərilir (səh.89, 91). «Soyqırımı» tarixinə münasibət bildirərkən də müəllif
mülahizələri təkrarlayır (səh.89, 99). Görünür, tədqiqatçının peşəsindən və
mövzunun ağırlığındandır ki, bəzən mətnə elmi üsluba xas olmayan ritorika,
emosionallıq hakimlik edir. Bəzən isə yumşaq ifadə ilə desək, müəllifin yazdıqları
adamı təəccübləndirir. Məsələn, o, Qars qaçqınlarına «Qardaş köməyi»ndən bəhs
edərkən yazır: «Çox qəribədir ki, istər bu qəzetə dəvət olunanlar, istər qəzeti çap
edən Orucov qardaşları təmənnasız işləmişlər» (səh.129).
3. Erməni terrorçularının ötən əsrin iyirminci illərində törətdiyi cinayətlər
haqqında yazanda (səh.93, 101) zənnimcə, bu siyahıya qatil Torlakyan tərəfindən
Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbudxan Cavanşirin də
qətlə yetirilməsi problem üçün xarakterik olduğundan xatırlanmalı idi. Murad
Çulçunun «Erməni intriqalarının pərdə arxası» adlı əsəri bu qanlı olay, onun şou-
məhkəməsi «erməni məsələsi»ni bütün incəliklərinədək dərk etmək və ona nifrət
oyatmaq baxımından ibrətamizdir.
Hesab edirəm ki, «İttihad və Tərəqqi» partiyasına müxalif qüvvələrin
ermənilərlə həmrəylik məsələsinə dissertasiyada lazım olduğundan qat-qat çox yer
ayrılmışdır və əslində bunun «erməni məsələsi»nə də heç dəxli yoxdur. Tədqiqatçı
«erməni məsələsi»nin yaranma tarixini XIX əsrin II yarısından ortaya atıldığını və
bu gün də onun gündəlikdə olduğunu bildirir, eyni zamanda yazır ki, artıq bir əsrə
yaxındır ki, daim dünyanın siyasi gündəmində olan «erməni məsələsi» ilə alver
olunur» (səh.99). Dissertasiyada adı çəkilən və sitat gətirilən bir çox mənbə
«Ədəbiyyat siyahısı»nda əksini tapmamışdır: «Deyli teleqraf» (səh.100), «Los-
Anceles Eqzamener» (səh.111) və s.
4. Q.Mehdiyevin ötən əsrin 20-ci illərində erməni qatillər tərəfindən qətlə
yetirilən bir sıra tanınmış türk xadimlərinin adlarını ehtiramla çəkməsi yerinə düşür
və təqdirəlayiqdir. Yaxşı olardı ki, tədqiqatçı, həm də 1970-ci illərdən daha geniş
və daha amansız xarakter alan erməni terroru, onun qurbanları və hədəfləri barədə
ətraflı bəhs edəydi. «Erməni məsələsi»ni ortaya atan dövlətlər erməniləri maddi
cəhətdən dəstəkləyərək, mənəvi baxımdan ruhlandıraraq, şirnikləşdirərək onların
güclü siyasi, dini, sosial xidmət, terrorçu təşkilatlarını, eləcə də məktəbli, tələbə,
təhsil, xeyriyyə cəmiyyətlərini, KİV şəbəkəsini, ideoloji mədəni mərkəzlərini
yaratmışlar. Çox sayda erməni terror təşkilatları dünyanın müxtəlif ölkələrində
yüzlərlə terror aktı həyata keçirmişdir. Tədqiqatçı «erməni məsələsi»ndən bəhs
edərkən, bu ideya ilə «əkiz doğulmuş» erməni terroruna, onun törətdiyi faciələrə də
toxunmuşdur. Fikrimcə, erməni terror şəbəkəsi, onun fəaliyyəti ilə bağlı materiallar
daha geniş şəkildə tədqiqata cəlb olunmalı idi.
Deyilən çoxsaylı irad və mülahizələr Q.Mehdiyevin zəngin fakt və sənədlər
əsasında məsuliyyətlə, səriştəli mütəxəssis qələmi ilə yazılmış sanballı
dissertasiyasının elmi-nəzəri və tarixi-siyasi əhəmiyyətini azaltmır, problemin
aktuallığına, genişliyinə və tədqiqat sahəsi kimi yeniliyinə dəlalət edir.
152
Deyilənləri yekunlaşdıraraq bu nəticəyə gəlmək olar ki, elmi-tədqiqat işi
AAK-ın tələblərinə bütünlüklə cavab verir və onun müəllifi Qafar Qələndər oğlu
Mehdiyev fəlsəfə doktoru alimlik dərəcəsi almağa tamamilə layiqdir.
Rəsmi opponent
:
Abid Tahirli
filologiya elmləri doktoru
Bəxtiyar Qibləli oğlu Məmmədovun «Azərbaycan bədii publisistikasının
inkiĢaf meylləri və sənətkarlıq məsələləri (XX əsrin II yarısında)»
mövzusunda namizədlik dissertasiyasının avtoreferatı haqqında
R Ə Y
Publisistikanın elmi-nəzəri problemləri, onun mövzusu, predmeti, dil-üslub
sənətkarlıq məsələləri, digər yaradıcılıq növləri ilə fərqli və ümumi cəhətləri
haqqında bir sıra tədqiqat əsərləri yazılmışdır. Cəmiyyətin inkişafının müxtəlif
mərhələlərində publisistikanın yeri və rolu, funksiyası, daşıdığı vəzifə və ona
uyğun forması da dəyişdiyindən, publisistikanın nəzəri problemləri ilə bağlı irəli
sürülən mülahizə və mühakimələrin yeniləşməsi, zənginləşməsi də tamamilə
təbiidir. Bu mənada Azərbaycan öz müstəqilliyini bərpa etdikdən – 1991-ci ildən
sonra milli-mənəvi sərvətin, o cümlədən jurnalistika sahəsinin, xüsusilə
publisistikanın yeni, müasir tələblər baxımından təhlil süzgəcindən keçirilməsinə,
dəyərləndirilməsinə ehtiyac yarandı. Sovet rejim və ideologiyası yaradıcılıq
sferasına da ciddi nəzarət etdiyindən, ədəbi-mədəni irsə də partiyalı və sinfi
münasibət bəslənildiyindən bir çox tarixi hadisələr təhrif olunur, qərəzli
münasibətə tuş gəlir və ciddi saxtakarlıqlara yol verilirdi. Bununla yanaşı, həmin
dövrdə ayrı-ayrı ədiblər, sənət adamları, tədqiqatçılar bu gün də aktuallığını,
əhəmiyyətini itirməyən qiymətli əsərlər qələmə almışlar. Həmin irsin doğru-
düzgün tədqiqini, obyektiv dəyərləndirilməsini bir tərəfdən əsərə, onun müəllifinin
əməyinə verilən qiymət, digər tərəfdən dövrün ədəbi-mədəni mühitinin tam
mənzərəsini yaratmağa xidmət hesab etmək olar.
Bu nöqteyi-nəzərdən istedadlı tədqiqatçı Bəxtiyar Məmmədovun
«Azərbaycan bədii publisistikasının inkişaf meylləri və sənətkarlıq məsələləri (XX
əsrin II yarısında)» mövzusundakı namizədlik dissertasiyası təqdirəlayiq
tədqiqatlar və xüsusi əhəmiyyət kəsb edir. B.Məmmədov Azərbaycan
publisistikasının 50 ildən də çox bir dövrünün bütün problemlərini çox diqqətlə,
ədalətli, obyektiv, ciddi şəkildə araşdırmış, tutarlı və sanballı elmi-nəzəri nəticələr
əldə etmişdir. Müəllif müraciət etdiyi dövrün materiallarını məharətlə seçmişdir.
Məhz həmin nümunələr publisistikanın XX əsrin II yarısından əsrin sonuna qədər
olan inkişaf yolunu tam səciyyələndirməyə imkan vermişdir.
Dostları ilə paylaş: |