180
(Ankara, 1953), prof. dr. Ə.Cəfəroğlunun “Azərbaycan dil və ədəbiyyatının dönüm
nöqtələri” (Ankara, 1953) əsərləri həmin dövrün məhsuludur.
Bundan əlavə Mirzə Balanın tərtib etdiyi Gültəkinin “Buzlu cəhənnəm”
(İstanbul, 1948), bir qrup Azərbaycan ziyalılarının yazdığı “Azərbaycan türklərinin
milli bayramı” (Ankara, 1953), M.Ə.Rəsulzadənin “Nizami” (Ankara, 1951)
əsərləri də nəşr olunmuşdur.
Azərbaycan mühacirləri arasında hələ 20-ci illərdən başlanan intriqalar 50-ci
illərdə qarşılıqlı ittihamlarla yenidən güclənməyə başladı. Və nəşrlər də münaqişə
meydanına çevrilmişdi. “Türk yolu” (1951-1955, cəmi 7 nömrə, redaktor və sahibi
Məmməd Sadıq Aran), “Ergeneqon yolu” (1951, cəmi 1 nömrə (sahibi və
redaktoru M.S.Aran), “Türk izi” (Azərbaycan milliyyətçilər dərnəyinin orqanı,
1952-ci ildən Çingiz Göygölün redaktorluğu ilə nəşr edilmişdir), “Mücahid”
(sahibi və nəşriyyat müdiri Çingiz Göygöl, 1955-1958) kimi nəşrlər “Azərbaycan”
(Ankara) və “Azərbaycan” (Münhen) jurnalları ilə yanaşı 50-ci illər mühacirət
mətbuatı tarixində istiqlal uğrunda ideoloji mücadilə ilə yanaşı bu mövzularla bağlı
da müəyyən iz qoymuşdur.
60 və 70-ci illər Azərbaycan mühacirət və xüsusilə mühacirət mətbuatı
tarixində süstlük, dalğınlıq və durğunluq dövrü kimi xarakterizə edilə bilər. Həmin
illərdə yalnız “Azərbaycan” jurnalı (Ankara), özü də böyük fasilələrlə, birləşmiş
nömrələrlə nəşr olunurdu.
70-ci illərin sonu 80-ci illərin əvvəllərində mühacirlərin fəaliyyətində
nisbətən canlanma yarandı. 1979-80-ci illərdə İran İslam inqilabından sonra
hakimiyyətə gələn Xomeyni rejiminin siyasəti yüz minlərlə azərbaycanlını ölkədən
didərgin saldı. 1985-86-ci illərdə SSRİ-də başlanan aşkarlıq və yenidənqurma
siyasəti imperiyanı süquta sürükləyən milli-azadlıq hərəkatının başlanmasına səbəb
oldu. Mənfur ermənilərin Dağlıq Qarabağdakı separatçı fəaliyyəti və onların
azərbaycanlılara qarşı ağlasığmaz vəhşilikləri ölkə daxilində olduğu kimi,
xaricdəki azərbaycanlıların da kəskin etirazına, qəzəbinə səbəb oldu. Mühacir
nəşrlərin başlıca mövzusu Azərbaycanın azadlığı, ərazi bütövlüyü və eyni zamanda
erməni vəhşiliyinin ifşası idi.
1978-1990-cı illər ərzində yalnız Azərbaycan Kültür dərnəyinin xətti ilə 30-a
yaxın kitab, bir neçə risalə çap edilmişdir. M.Ə.Rəsulzadənin (Milli təsanüd.
Ankara, 1978, Azərbaycan kültür gelenekləri və çağdaş Azərbaycan ədəbiyyatı.
Ankara, 1984, Əsrimizin Siyavuşu. Ankara, 1989), Cemender Arslanoğlu və prof.
dr. İsmayıl Kayabalının (Azərbaycan türkləri kültür tarixinin ana xətləri. Ankara,
1978, Doxsan üç savaşı. Ankara, 1978, Türk milli kültürü. Ankara, 1981, Bolqar
türkləri. Ankara, 1985), Cemender Arslanoğlunun (Cənub Qərbi Qafqaz hökuməti
Müvəqqəti Milliyəsi. Ankara, 1986, Türklərin islam dininin qəbulu və Quzey Doğu
Anadoluda türk islam mədəniyyəti. Ankara, 1986), Əhməd Qaracanın
(Azərbaycanın yaxın tarixinə qısa bir baxış. Ankara, 1982), dr.A.Baycanın (Könül
sazından. Ankara, 1983, Dağ çiçəkləri. Ankara, 1987), Şükrü Kaya Səfəroğlu və
Adnan Müderrisoğlunun (Türk dövlətləri tarixi. Ankara, 1986), prof. dr.Orxan
Türkdoğanın (Doğu Anadolunun sosyal yapısı. Ankara, 1987), İshak
Süngüroğlunun (Harput yollarında (Seçmələr). Ankara, 1987), dos. dr. Ənvər
Konukçunun (“Koroğlu”ya qədər Bingöl. Ankara, 1987), Cəmil Ünalın (Türk və
181
islam aləmində Azərbaycanın yeri. Ankara, 1987), Sadi Bayramın (Güney Doğu
Anadoluda prota-türk izləri. Ankara, 1988), prof. dr.Ədhəm Ruhi Fığlalın (Atatürk
və din. Ankara, 1988), prof. dr. Əbdurrəhman Güzel və Kaya Səfəroğlunun
(Atatürk və milli birlik. Ankara, 1988), Yılmaz Öztunayın (XX yüzilliyin son
çeyrəyində Şərq məsələsi. Ankara, 1989), Məlahət Altunbayın (Hürriyyətə uçan
türk. Ankara, 1989), prof. dr. Mehmet Sarayın (Qiyafət və layiqlik. Ankara, 1989)
qələmə aldığı əsərlər, habelə üç hissədən ibarət “Azərbaycan türk ədəbiyyatı
tarixində abidə şəxsiyyətlər” (Ankara, 1987), “Səltənət və xəlifəlik qaldırılmalı
idimi? (Ankara, 1988), “Basınımızda Türkiyə məsələləri (Ankara, 1989), “Dağlıq
Qarabağ: xəyallar və gerçəklər” (Ankara, 1989) kimi kitablar Azərbaycan
mühacirlərinin fəaliyət dairəsinin genişliyinə dəlalət edir. Bunlardan əlavə
mühacirət nəşrləri sırasında Nağı Keykurun (Şeyxzamanlı – kursiv T.A.-
nındır)“İstiqlal mücadiləsi xatirələri” (İstanbul, 1969), Hüseyn Baykaranın
“Azərbaycan yeniləşmə hərəkatları: XIX yüz il, Ankara, 1966), “Azərbaycan
istiqlal mücadiləsi tarixi” (Ankara, 1975), “İran inqilabı və azadlıq hərəkatları”
(İstanbul, 1978), Kərim Odərin “Azərbaycan”, Taha Akyolun “Azərbaycan
Sovetlər və ötəsi” (İstanbul, 1990), Əhməd Mehribaninin tərtib etdiyi “Dağlıq
Qarabağ: tarixi sənədlər” (Fransa, 1989) və digər kitablar da diqqəti çəkir.
Azərbaycan öz müstəqilliyini yenidən bərpa etmək uğrunda mübarizə
apardığı illər – 80-ci illərin sonu 90-cı illərin əvvəllərində mühacirət mətbuatı öz
inkişafında yeni mərhələyə qədəm qoyur. Həmin dövrdə və müstəqilliyin ilk
illərində “Azərbaycan (Ankara) jurnalı ölkədə gedən ictimai-siyasi prosesləri,
xüsusilə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələri diqqətlə izləyir və
dərhal reaksiya verir. Türkiyədə (“Azərbaycan türkləri”, “Xəzər” İstanbul, 1990),
İsveçdə (“Araz”, Lund, 1991, “Azərbaycan”, Stokholm), İngiltərədə (“Aydınlıq”,
1988, London, “Odlar ölkəsi”, 1988, Edinburq), Almaniyada (“Azər”, 1990,
Berlin, “Ana dili”, 1984, Bonn, “Savalan”, 1967, Berlin, “Ərk”, 1375), İspaniyada
(“Dədə Qorqud”, 1988, Madrid), Belçikada (“Qürbət” 1984, Brüssel, “Odlu vətən,
Brüssel, 1992), habelə keçmiş SSRİ məkanında – Rusiya Federasiyasında
(“Azərros”, “Azərbaycan XXI əsr”, Moskva, “Azərbaycan media”, İvanova,
“Bizim qəzet”, Kemerovo “Yurd”, Saratov, “İnam”, Sankt-Peterburq,
“Azərbaycan”, Vladivostok, “Dərbənd”, Dərbənd), Estoniyada (“Ocaq”, Tallin),
Ukraynada (“Savalan”, Dnepetrovsk, “Exo Azerbaydjana”, “Qolos Azerbaydcana”
Kiryev, “Millət, “Simferepol”), Moldovada (“Araz”, Kişinyov) nəşr edilən qəzet
və jurnallar mühacirət mətbuatı tarixində müəyyən iz qoymuşlar.
“Ədəbiyyat məcmuəsi”, AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun əsərləri, 18 –ci cild ,2004,
“Elm və həyat” jurnalı, 6-cı nömrə 2004
Milli ideologiya və mühacirət problemi,
yaxud qurultay düĢüncələri
Dostları ilə paylaş: |