Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə86/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   82   83   84   85   86   87   88   89   ...   176

 
175 
 Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 
“Azərbaycan dili və ədəbiyyatı tədrisi” elmi-metodik jurnalı, 2-ci nömrə  
2010. 
 
 
 
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Ağayev  İslam.  Cəlil  Məmmədquluzadə  və  XX  əsrin  əvvəlləri 
Azərbaycan ədəbi-ictimai fikri.  «Ədəbiyyat qəzeti», 26 iyun 2009. 
2.
 
Axundov N. Azərbaycanda dövri mətbuat, Bakı, «Elm», 1965. 
3.
 
«Azərbaycan arxivi» jurnalı. Sənədlər. «Molla Nəsrəddin» jurnalının 66 
illiyi münasibətilə. № 1, 1972. 
4.
 
 Azərbaycan  Respublikası  Dövlət  Arxivi  (ARDA),  f.411,  siy.3,  iş  339, 
v.2. 
5.
 
Əhmədov Bəşir. «Molla Nəsrəddin» niyə bağlandı. «Ədəbiyyat qəzeti», 1 
fevral 1991. 
6.
 
Əziz  Şərif.  Cəlil  Məmmədquluzadə.  Rus  dilində.  İki  cildlik  «Seçilmiş 
əsərləri»nə müqəddimə. I cild, Bakı, 1966. 
7.
 
Həbibbəyli  İsa.  Cəlil  Məmmədquluzadə:  mühiti  və  müasirləri. 
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1997. 
8.
 
Məmmədquluzadə 
Həmidə. 
Mirzə 
Cəlil 
haqqında  xatirələrim. 
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1967. 
9.
 
Məmmədli  Qulam.  Molla  Nəsrəddin  (Cəlil  Məmmədquluzadənin  həyat 
və fəaliyyətinin salnaməsi), Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1966. 
10.
 
 Məmmədzadə Mirzə Bala. Milli Azərbaycan hərəkatı. Ankara, 1991. 
11.
 
 Mirəhmədov  Əziz.  Dahi  yazıçının  ədəbi  irsi.  Cəlil  Məmmədquluzadə, 
əsərləri,  6  cilddə,  I  cild.  Müqəddimə.  Bakı,  Azərbaycan  Dövlət 
Nəşriyyatı. Bakı, 1983. 
12.
 
 Mirəhmədov  Əziz.  «Molla  Nəsrəddin»:  dünən,  bu  gün,  sabah.  «Molla 
Nəsrəddin» 10-cildliyin birinci cildinə yazdığı «Ön söz». Bakı, 1987. 
13.
 
 Molla Nəsrəddin. Təbriz – 1921. «Adiloğlu» nəşriyyatı, Bakı, 2006. 
14.
 
 Nəbioğlu  Sabir.  «100  yaşlı  cavan  «Molla  Nəsrəddin».  «Kredo»  qəzeti, 
28 aprel 2007. 
15.
 
 Paşayev Ataxan. Açılmamış səhifələrin izi ilə. «Azərbaycan» nəşriyyatı, 
Bakı, 2001. 
16.
 
 Tahirli A. Azərbaycan mühacirət mətbuatı. Bakı, I hissə 2002,         II 
hissə 2003. 
17.
 
 Tahirli A. Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991). 
Bakı, CBS nəşriyyatı, 2005. 
18.
 
 Tahirli A. Mühacirət mətbuatı. Məlumat-soraq kitabı. Bakı, «Çinar-Çap» 
nəşriyyatı, 2007. 


 
176 
 
 
 
 
 
Azərbaycan mühacirət mətbuatı və digər nəĢrləri 
Azərbaycan  mühacirət  jurnalistikasının  tarixi  XIX  əsrin  sonlarından 
başlanır.  Həmin  dövrdə  böyük  şərqşünas-alim,  publisist,  tənqidçi,  ideoloq, 
görkəmli ictimai və siyasi xadim Əhməd bəy Ağaoğlu, hələ sağlığında «bütün türk 
dünyasının mücahidi» adını qazanmış qüdrətli qələm sahibi, böyük mütəfəkkir və 
ideoloq Əli bəy Hüseynzadə, yazıçı-publisist, tərcüməçi, naşir və redaktor Ceyhun 
Hacıbəyli,  Mirzə  Bala  Məmmədzadənin  təbirincə,  «milli  qurtuluş  hərəkatının 
ideoloqu və lideri Məmməd Əmin Rəsulzadə, «ilk istiqlal şairi» (Məhəmməd Hadi) 
mühacirət jurnalistikasının ilk və parlaq nümunələrini yaratmışlar. 
Mühacirət  mətbuatının  yaranması  isə  sonrakı  dövrə  təsadüf  edir.  Sahənin 
tədqiqatçıları  bir  qayda  olaraq  böyük  qələm  sahibi,  ömrünün  sonunadək 
Azərbaycanın  istiqlalı  uğrunda  ideoloji  mübarizə  aparan  azadlıq  aşiqi  Mirzə  Bala 
Məmmədzadənin  1937-ci  ildə  qələmə  aldığı  «Milli  Azərbaycan  hərəkatı»  adlı 
əsərindəki  «Yeni  Qafqasya»  yalnız  azərbaycanlıların  deyil,  rus  əsarəti  altındakı 
bütün  türklərin  xaricdə  çıxardıqları  ilk  məcmuə  idi»  fikrinə  istinadən  mühacirət 
mətbuatının başlanğıcını həmin tarixdən - 1923-cü ildən götürürlər. Lakin qüdrətli 
ideoloq  M.B.Məmmədzadə  özü  həmin  əsərin  əvvəlində  verilmiş  «Başlayarkən» 
adlı  məqaləsində  təvazökarlıqla  etiraf  edərək  yazır  ki,  mühacirət  həyatında, 
məhdud məxəz və sənədlərə əsaslanaraq meydana gətirilmiş olan bu əsərin qüsurlu 
olacağını  dərk  edirik.  Azərbaycan  Milli  hərəkatında  misilsiz  xidmətləri  olan 
M.B.Məmmədzadənin zəngin və dərin irsinə məhəbbət və hörmətimizi bildirməklə 
yanaşı, zənnimizcə, mühacirət mətbuatı tarixinin dəqiq və qərəzsiz tədqiqi ilə onun 
da tövsiyəsinə əməl etmiş olarıq. 
Biz  Rusiya  imperiyası  dövründə  Simferopol,  Batum,  İrəvanda  çıxan  mətbu 
orqanları,  yaxud  Tiflisdə  nəşr  edilən  çoxlu  sayda  qəzet  və  jurnalları  haqlı  olaraq 
mühacir  mətbuatı  hesab  etmirik.  Səbəb  aydındır:  həmin  nəşrlər  Azərbaycanın  da 
daxil  olduğu  bir  dövlətin  –  Rusiya  imperiyasının  ərazisində  buraxılırdı.  Yaxud, 
M.Ə.Rəsulzadənin 1908-11-ci illərdə Tehranda fars dilində nəşr etdiyi «İrani nev» 
qəzeti də İran Demokrat Partiyasına mənsub olduğu üçün mühacir mətbuatı hesab 
olunmur. 
Lakin fikrimizcə, böyük Mirzə Cəlilin 1921-ci ildə qədim Azərbaycan şəhəri 
Təbrizdə  –  İranda  nəşrini  davam  etdirdiyi  «Molla  Nəsrəddin»  artıq  mühacir  nəşr 
idi. Çünki Mirzə Cəlil bir dövlətdən başqa bir dövlətin ərazisinə keçmişdi ki, bu da 
mühacirətdir  (ətraflı  bax:  A.Tahirli,  Azərbaycan  mühacirəti  haqqında  düşüncələr, 
«Odlar yurdu» qəzeti, №28, 2 oktyabr 1992-ci il).  


 
177 
Mühacirət irsinin dəyərli tədqiqatçılarından Xaləddin İbrahimli də bu barədə 
doğru yazır: 
«…    «mühacirət»  anlamının  mahiyyətindən  aydın  olur  ki,  vətəndən-vətənə 
mühacirət olur. ….  Hər ikisi qeyri-müstəqil olan bir Azərbaycandan o birinə keçid 
sözün  rəsmi  mənasında  SSRİ-dən  İrana  mühacirət  idi».  Xaləddin  İbrahimli. 
Azərbaycan siyasi mühacirəti. Bakı, «Elm», 1996-cı il, səh.10). 
Başqa bir mənbədə Mirzə Cəlilin mühacirəti ilə bağlı oxuyuruq: 
«…fevral  və  oktyabr  inqilabları»  adı  ilə  məşhurlaşan  hadisələrin  imperiya 
xalqlarına,  o  cümlədən  azərbaycanlılara  xoşbəxtlik  gətirə  bilməyəcəyini  dərk 
edirdi; arvadı Həmidə xanımın malikanə, torpaq, məktəb sahibi olması, «mülkədar 
–  xeyriyyəçi  qadın»  kimi,  qardaşı  Ələkbərin  isə  İran  inqilabı  fədailərindən  və 
Səttarxanın  yaxın  silahdaşlarından  biri  kimi  tanınması,  erməni-daşnak  canilərin 
Qarabağdakı  vəhşilikləri  zamanı  silah  götürüb  Xankəndindəki  vuruşlarda  iştirak 
etməsi  və  s.  kimi  səbəblər  ədibin  Təbrizə  müraciətini  labüd  etmişdi» 
(Ə.Mirəhmədov.  «Molla  Nəsrəddin:  dünən,  bu  gün,  sabah.  «Molla  Nəsrəddin» 
faksimeli.  10  cilddə.  1  cild  (1906-1907).  Beləliklə,  hesab  edirik  ki,  mühacir 
mətbuatının nəşr tarixi də həmin dövrdən və «Molla Nəsrəddin»lə başlayır.  
1927-ci  ildə  «Yeni  Qafqasya»  Sovet  İttifaqının  Türkiyə  hökumətinə 
təzyiqlərindən sonra öz fəaliyyətini dayandırdı. Lakin 1932-ci ilədək – Azərbaycan 
mühacirləri Türkiyədən çıxarılanadək onlar bu və digər adlar altında öz nəşrlərini 
buraxmağa  müvəffəq  olmuşlar.  Həmin  müddət  ərzində  Azərbaycan  mühacirləri 
İstanbulda «Azəri türk» (1928-1930), «Yaşıl yarpaq» (1928), «Odlu yurd» (1929-
1931) məcmuələrini və «Bildiriş» qəzetini (1930-1931) nəşr etmişlər. 
«Yeni  Qafqasya»nın  94,  «Azəri-türk»ün  30,  «Yaşıl  yarpağ»ın  2,  «Odlu 
yurd»un  31,  «Bildiriş»in  58  nömrəli  işıq  üzü  görmüşdür.  «Yeni  Qafqasya»dan 
sonrakı  nəşrlər  onun  davamçısı  olduqlarını  qeyd  edirlər.  Həmin  nəşrlərin 
proqramlarında  cüzi  dəyişikliklər  edildiyindən  «Yeni  Qafqasya»nın  proqramını 
göstərməklə  kifayətlənirik.  Beləliklə,  «Yeni  Qafqasya»  öz  proqramında  elan 
edirdi: 
1. «Yeni Qafqasya» milliyyətçi, radikal və demokatdır. 
2.  «Yeni  Qafqasya»  türkçüdür,  türklərin  harsi  tarixlərini,  mədəni 
irtibatlarını, mənəvi vəhdət və istiqlallarını istihdaf edər. 
3.  «Yeni  Qafqasya»  türk  dünyasının  azəri  cəbhəsini  müdafiəyə  mükəlləf 
Azərbaycan istiqlalçılarının mürəvvici-əfkarıdır. 
4. «Yeni Qafqasya» Qafqasya millətlərinin Rusiya əsarətindən qurtulmasını 
və  mustakbel  Rusiya  istilasına  qarşı  müvəffəqiyyətlə  durmasını  təmin  üçün 
Qafqasyanın konfederasiya şəklində birləşməsinə tərəfdardır. 
5.  «Yeni  Qafqasya»  yalnız  azərbaycançılıq,  türkçülük  və  qafqazçılıqla 
qalmaz;  o  Şərqdəki  milli  istiqlal  hərəkatını  da,  tərviç  etdiyi  əfkari  mənzuməsinin 
cüzi  tamı  olaraq  mənimsər,  Şərqin  radikal  bir  surətdə  asriləşməsini  bütün 
səmimiyyətilə istiqbal edər. 
6.«Yeni  Qafqasya»  xüsusilə,  Rusiya  imperializminə  qarşı  mücadilə  edər,  o 
çarizmi olduğu qədər bolşevizmi də türk dünyası üçün muzır və Qafqaza düşmən 
görür («Yeni Qafqasya», 1925, №1). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə