178
Jurnalda imtiyaz sahibi və məsul müdir kimi əvvəlcə Seyid Tahir, sonra
Əhməd Haqqının adları göstərilsə də, nəşrə rəhbərliyi Məmməd Əmin Rəsulzadə
etmişdir.
«Yeni Qafqasya» ərəb əlifbası ilə, «Azəri-türk»ün ilk 20 nömrəsi ərəb,
sonrakı 10 nömrəsi latın əlifbası ilə buraxılmışdır. «Azəri-türk»dən sonrakı bütün
nəşrlər latın əlifbası ilə buraxılmışdır. İstanbul nəşrlərinin («Yeni Qafqasya»,
«Azəri-türk», «Yaşıl yarpaq», «Odlu yurd», «Bildiriş» nəzərdə tutulur – T.A.)
müəllifləri əsasən aşağıdakılardır: M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, A.Battal,
Əbdülqədir, Ə.Z.Validi, Əli Mərdan, Ayaz İsaqi, Gültəkin, Şəfi bəy Rüstəmbəyli,
Ə.Cəfəroğlu, Krımlı Cəfər Seyid Əhməd, Məmməd Sadıq, Abdulla Cövdət, Hilal
Münşi, Kamal, Seyid Əhməd, M.Ağaoğlu və s.
30-cu illərədək Türkiyədə mühacirlər Azərbaycan nəşriyyatı adı altında 7
kitab (M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. İstanbul, 1341, Əsrimizin
Siyavuşu, İstanbul, 1342, İstiqlal məfkurəsi və gənclik. İstanbul, 1925, Rusiyada
siyasi vəziyyət. İstanbul, 1925, Mirzə Bala Məmmədzadə. Azərbaycan Misaqi
millisi. İstanbul, 1927, Ermənilər və İran. İstanbul, 1927, Şerlər məcmuəsi: İstiqlal
uğrunda. İstanbul, 1928).
Versal Sülh Konfransına yola düşən nümayəndə heyəti də nəşr sahəsində
faydalı və fədakar fəaliyyət göstərmişlər. Onlar qısa vaxt ərzində Fransada 3 kitab,
12 bülleten nəşr etmişlər.
30-cu illərdə azərbaycanlı mühacirlərin Türkiyədə yeganə mətbu orqan
prof.Əhməd Cəfəroğlunun redaktorluq etdiyi «Azərbaycan yurd bilgisi» (AYB)
adlı ədəbi-nəzəri-elmi tədqiqat jurnalı olmuşdur. AYB-nin 1-ci nömrəsi 1932-ci
ildə işıq üzü görmüş və 1934-cü ilə kimi cəmi 36 nömrəsi çap olunmuşdur. 20 illik
fasilədən sonra 1954-cü ildə 37-ci və həm də son nömrəsi buraxılmışdır. 1984-cü
ildə jurnalın bütün nömrələri ilə birlikdə Ə.Cəfəroğlunun bəzi əsərləri 3 cilddə
İstanbulda nəşr edilmişdir.
«Azərbaycan Yurd Bilgisi» jurnalında Azərbaycan xalqının tarixi, dili,
ədəbiyyatı, mədəniyyəti, incəsənəti, coğrafiyası, hətta iqtisadiyyatı ilə bağlı çox
sanballı materiallar, bir sıra türkdilli xalqların mədəni irsi, görkəmli xadimləri və
istiqlal qəhrəmanları barədə yazılar çap olunmuşdur. Jurnalla F.Körpülüzadə,
A.Battal, Ə.Z.Validi, Ayaz İshaki, X.Nemətulla, X.Xasməmmədli, S.Əhməd,
M.H.Türkəqul, M.B.Məmmədzadə, M.Ergin, Mustafa Vəkilli, Nağı Şeyxzamanlı,
M.Ə.Rəsulzadə, S.Təkinər, Ş.Rüstəmbəyli kimi tanınmış xadimlər də əməkdaşlıq
etmişlər.
Azərbaycanlı mühacirlərin xaricdə əcnəbi dildə nəşr etdikləri ilk jurnal
1926-cı ildə Parisdə C.Hacıbəylinin redaktorluğu ilə buraxılan «Azərbaycan»
jurnalı olmuşdur.
Azərbaycanlı mühacirlər Türkiyədən çıxarıldıqdan sonra M.Ə.Rəsulzadənin
redaktorluğu ilə Berlində «İstiqlal» (1932-1934) qəzetini və «Qurtuluş» jurnalını
(1934-1939) nəşr etmişlər.
«İstiqlal» 10 gündə bir dəfə olmaqla «İnsanlara hürriyyət, millətlərə istiqlal»
şüarı ilə çıxmışdır. «Qurtuluş» jurnalı ayda bir dəfə olmaqla cəmi 51 nömrəsi çap
olunmuşdur. Mühacirlər 30-cu illərdə Fuad Daryalın tərtib etdiyi «Qafqaz
179
almanaxı»nın 2 nömrəsini, Müsavat Partiyasının 3 bülletenini və 30-40-cı illərdə
aşağıdakı kitabları nəşr etmişlər:
Nağı Şeyxzamanlı. Biz və onlar, İstanbul, 1934.
Şəfi Rüstəmbəyli. Yıxılan bütlər, İstanbul, 1934.
Şəfi Rüstəmbəyli. M.Ə.Rəsulzadənin fəci süqutu. İstanbul, 1935.
K.N.Arran. 1918-ci il 28 May. İstanbul, 1926.
M.B.Məmmədzadə. Milli Azərbaycan hərəkatı, Berlin, 1938.
M.Ə.Rəsulzadə. Das problem Azerbaidschan, Berlin, 1938.
Ə.Cəfəroğlu. Azərbaycan. İstanbul, 1940.
Sənan Azər. İran türkləri. İstanbul, 1942.
Azərbaycan tarixindən. Münhen. 1947.
M.S.Arran. Türkün altın kitabı “Kutadğı bilig”. İstanbul, 1944.
30-cu illərin sonlarında mühacirlər Avropada “Açıq söz” (cəmi 2 nömrə,
1936), “Kutlu od” (cəmi 2 nömrə, 1937), “Aydın yol” (cəmi 1 nömrə, 1937),
“Doğru söz” (cəmi 2 nömrə, 1937), “Həqiqət” (cəmi 1 nömrə, 1937), “Vətən səsi”
(cəmi 1 nömrə, 1937), “Vətən diləyi” (cəmi 2 nömrə, 1937), “Milli atəş” (cəmi 1
nömrə, 1938), “Millət andı” (cəmi 1 nömrə), “Yasamız” (cəmi 1 nömrə, 1938),
“İlham qaynağı” (cəmi 1 nömrə, 1938), “Müqəddəs odlar ölkəsi” (cəmi 1 nömrə,
1938), “Haqqın səsi” (cəmi 1 nömrə, 1938), “Dilək” (cəmi 4 nömrə, 1939), “Haqq”
(cəmi 1 nömrə, 1939), “Həmlə” (cəmi 1 nömrə, 1939) adlı jurnallar nəşr etmişlər.
İkinci Dünya müharibəsi ərəfəsində və dövründə mühacirlərin fəaliyyəti
sönük və xüsusi mərhələdir. Vermaxt öz nüfuz dairəsindəki ərazilərdə mühacirlərin
bütün, o cümlədən nəşri fəaliyyətlərinə yasaq qoyduğundan həmin dövrdə
Azərbaycanlı mühacirlərin fəaliyyəti hiss olunacaq dərəcədə zəifləyir. Lakin
Hitlerin göstərişinə əsasən yaradılan Azərbaycan Rabitə Heyətinin fəaliyyətə
başlamasından, Azərbaycan legionerlərinin təşkilatlanmasından, xüsusilə 1943-cü
il noyabr ayında Berlində Azərbaycan Milli Birlik mərkəzinin təşəbbüsü ilə
keçirilən Azərbaycanlıların qurultayından sonra azərbaycanlıların nəşri fəaliyyət
sahəsində müəyyən canlanma əmələ gəlir. Legionerlər 1942-1945-ci illərdə
“Azərbaycan”, “Hücum”, qəzetləri, “Milli birlik” jurnalını Berlində nəşr etmişlər.
Müharibə bitdikdən sonra, xüsusilə soyuq müharibə başlanandan
Azərbaycan mühacirləri yenidən təşkilatlanmağa, bolşevizmə və sovet rejiminə
qarşı amansız ideoloji mücadiləyə girişdilər. 1949-cu ildə Ankarada Azərbaycan
Kültür dərnəyi təsis edildi. 1952-ci il aprelin 1-dən Dərnəyin aylıq “Azərbaycan”
adlı jurnalı “Birlik-dirilikdir” şüarı ilə nəşrə başladı.
Elə həmin tarixdən də Münhendə azərbaycan və rus dillərində Milli Birliyin
orqanı “Azərbaycan” jurnalı çıxmağa başladı. 50-ci illərdə Azərbaycan Kültür
Dərnəyi 11 kitab nəşr etmişdir. M.Ə.Rəsulzadənin “Azərbaycan kültür gelenekləri”
(Ankara,
1949),
“Çağdaş
Azərbaycan
ədəbiyyatı”
(Ankara,
1950),
“M.F.Axundzadənin həyatı və əsərləri” (Ankara, 1950), “Azərbaycan dram
ədəbiyyatı” (Ankara), “Sabirin Azərbaycan ədəbiyyatındakı yeri” (Ankara),
“Azərbaycan ədəbiyyatında Vidadi və Vaqifin yaradıcılığı” (Ankara, 1952), Mirzə
Balanın “Azərbaycan tarixində türk Albaniya” (Ankara, 1951), Kərim Odərin
“Azərbaycan iqtisadiyyatı” (Ankara, 1952), Almaz İldırımın “Seçilmiş şerlər”i
Dostları ilə paylaş: |