Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə126/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   122   123   124   125   126   127   128   129   ...   176

 
263 
 
-  Birincisi  ,  müəllim  yox,  həkim.  İkincisi  isə  …  -  deyərək    sözünə  davam 
etdi.      
Həkim  çıxışını bitirəndə masabəyi  mikrofonu  ondan aldı. Çoxu elə bilirdi 
ki, masabəyi ya növbəti qonağa, ya da müğənniyə söz verəcək. Amma belə olmadı. 
Masabəyinin  gur  səsi  bütün  salona  hakim  kəsildi,  tam    sakitlik  yarandı:    -Fateh 
Sultan  Mehmet Konstantinopolu, indiki İstanbulu alandan sonra bu böyük  zəfəri 
qeyd  etmək  üçün  şəhərə  çıxır.  Bu  zaman  hörmət  əlaməti    olaraq    müəlliminin 
arxasınca  hərəkət  edir.  Yəqin  bu  faktı    da  bilirsiniz  ki,  Əmir  Teymur  vəsiyyət  
etmişdi ki, onu müəlliminin  qəbrinin ayaq tərəfində dəfn etsinlər. Əlbəttə, tarixdə, 
həyatda  belə  hadisələr  saysız  –  hesabsız    olmuşdur.  Bütün  böyük,  qədirbilən 
insanlar  öz  ustadlarını,  müəllimlərini  həmişə  sonsuz  ehtiramla  yad  etmiş, 
xatirələrini əziz  tutmuşlar. Ona görə hər  dəfə « müəllim » sözünü böyük qürur və 
iftixarla deyirəm. Bu sözü kimə  müraciət  kimi ünvanlayıramsa , elə bilirəm onu 
şərəfləndirmiş oluram… Nə isə, mətləbdən çox  uzaqlaşmayaq, - deyə o , məclisi 
aparmağa davam etdi.   
 
 
 
Bu zaman gözüm həkimlərin stoluna sataşdı. «Müəllim»   sözündən inciyən 
həkim çox pərt halda vurnuxur, lakin özünü o yerə qoymurdu, sanki  masabəyinin 
dediklərinin  ona  dəxli  yox    idi.  Rəqs  edənlər    meydanı  qızışdıranda  həkimlərin 
stolundan bir  nəfərin ehmalca  aradan çıxdığı gözünə sataşdı. Bu masabəyinin dərs 
verdiyi  həkim idi … 
 
 
 
Vaqif    Yaquboğlu  haqqında    söhbətə 
bu epizodla başlamağım  təsadüfi  deyil. Buradan onun bir neçə  ali keyfiyyəti üzə 
çıxır  :  o,  sözə  çox  həssasdır,  ətrafındakılara  qarşı    diqqətli    olduğu  qədər    də 
prinsipialdır,  müşahidə  etməyi,  dəyərləndirməyi  yaxşı    bacarır,  mahir  natiqdir, 
insanların qəlbinə və beyninə nüfuz  etməkdə ustadır, iti yaddaşı, möhkəm məntiqi 
var. Bütün bunları bircə məclisdə şahidi olduğum hadisə ilə əsaslandırıram. Amma 
bu  keyfiyyətlər    birdən  –  birə    formalaşmayıb  :  uzun    illərin  gərgin  zəhməti, 
axtarışları  bəhrəsini    tədricən    verib.  Bu  gün  artıq    Vaqif    Yaquboğlu    sayılıb-
seçilən söz və nüfuz sahibdir. Doğrudan da , əgər biz  Vaqif  Yaquboğlunu yalnız  
el şənliklərinin , müxtəlif  mədəni – kütləvi  tədbirlərin  aparıcısı  kimi  tanıyır və  
təqdim  ediriksə,  deməli  ,  biz  onu  tanımırıq.  Doğrudur,  tanınmaq,  şan  –  şöhrət 
sahibi olmaq üçün elə aparıcılıq da kifayət  edər. Bu sənət  də az enerji, az zəhmət  
tələb  edən  sahə  deyil.  Bunun  üçün  ədəbiyyata,  xüsusilə    şifahi  söz  xəzinəmizə, 
yüksək səhnə mədəniyyətinə, özünəməxsus səsə, ifa tərzinə yiyələnmək, el-obanın  
adət-ənənələrini bilmək vacib şərtlərdəndir.  
 
Vaqif  Yaquboğlu    ali  təhsilli,  bacarıqlı  rejissor,  istedadlı  şairdir.  Onun 
şeirləri  insanı  həyəcanlandırır,  riqqətə  gətirir,  düşündürür.  Uzun  müddət 
yaddaşlardan  silinməyən,  böyük  təəssürat  yaradan  əsərləri  Vaqif  Yaquboğlunun 
şeirlərinin  həm  mövzu,  həm  də  sənətkarlıq  baxımından  diqqətçəkən  olduğuna 
dəlalət  edir.  Vaqif  səsinin  sehri,  sözünün  gücü  ilə  öz  xalqına  xidmət    edir.  Onun  
övladlarına  Dədə Qorqud  sayağı xeyir – dua verir, insanları düz yola, düz əmələ, 
ədalətə səsləyir.   Vaqif    Yaquboğlu    bütün  təbəqələrin,  zümrələrin  dili  ilə  
danışmağı, ünsiyyət qurmağı, təmas yaratmağı bacarır. Onun varlıya da, kasıba da, 
cavana da, yaşlıya da deməyə sözü var. Əbəs deyil ki, V. Yaquboğlu bəzən həzin, 
lirik  nəğmə  söyləyirmiş  kimi    yumşaq,  həlim  bir  səslə  danışır,  bəzən  də  dağ  çayı 
kimi  coşub – daşır, nərə çəkir, ağzından od –alov püskürür. 


 
264 
Vaqif    Yaquboğlu    haqqında  fədakar  və  cəfakeş  publisist    Ramin 
Məmmədovun  sanballı  «Qəbələ  ziyalıları»  adlı    kitabında  məqaləyə  rast    gələndə  
təəccüblənmədim,  əksinə  sevindim  və  fikirləşdim  ki,  Vaqif  Yaquboğlu  öz  parlaq 
istedadı və tükənməz zəhməti  hesabına  Qəbələnin  adlı-sanlı insanları bir cərgədə 
durmaq  haqqını  qazanmışdır.  Bir  gözəl  şeirində  söylədiyi  «Oğlan  bir  ailəninsə, 
oğul bir millətindir» misrası  elə  Vaqif Yaquboğlunun özünə çox yaraşır… 
 
ĠLLƏR, ĠZLƏR 
 
 
 
 
«Mənəvi borcumuzu, əqli duyğularımızı oyadan gün» 
 
Böyük maarifçi-demokrat, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 
sağlığında  da,  vəfatından  sonra  da  ona,  nəşr  etdirdiyi  «Əkinçi»yə  münasibət 
birmənalı olmamışdır. Hakimiyyəti təmsil edən qüvvələr bir tərəfdən, nadanlar və 
cəhalətpərəstlər  isə  digər  tərəfdən  H.Zərdabiyə  və  «Əkinçi»yə,  qəzetin  işıqlı 
ideyalarına  qarşı  düşmən  münasibəti  bəsləmişlər.  M.F.Axundov,  S.Ə.Şirvani, 
Ə.Adıgözəlov (Gorani), N.Vəzirov kimi ziyalılar H.Zərdabini hərtərəfli təqdir edir 
və  bu  mübariz  insana  mənəvi  kömək  göstərirdilər.  Qəzeti  «Şərqdən  qərbə  əxbar 
söyləyən», «səadətin mayası» adlandıran S.Ə.Şirvani nahaq yerə demirdi: 
 
 
 
 
 
Dün sual etdi bir nəfər cahil: - 
 
 
 
 
Ki, qəzetdən nədir bizə hasil? 
 
 
 
 
Bu Həsən bəy nə istəyir bizdən? 
 
 
 
 
Doldurub aləmi quru sözdən. 
 
Belə  ikili  münasibət  H.Zərdabinin  vəfatından  sonra  da  eyni  ilə  qalmışdı. 
Sadəcə, bu dəfə H.Zərdabinin tərəfində duranlar və ona qarşı çıxanlar nəsil etibarı 
ilə dəyişmişdi. Firudin bəy Köçərli, Ceyhun Hacıbəyli kimi ziyalılar H.Zərdabinin 
və onun «Əkinçi»sinin əsl dəyərini verən xadimlər idi. Azərbaycan ictimai-siyasi, 
ədəbi-mədəni,  mətbu  həyatında  parlaq  iz  qoymuş  yazıçı-publisist,  tərcüməçi-
tədqiqatçı,  naşir-redaktor,  diplomat  Ceyhun  Hacıbəyli  H.Zərdabiyə  və  onun 
«Əkinçi»sinə  münasibətdə  xüsusilə  fərqlənirdi.  Bir  faktı  demək  kifayətdir  ki,  o, 
H.Zərdabinin  vəfatından  sonra  hər  il  «Kaspi»  qəzetində  öz  böyük  müəlliminin 
xatirəsinə  həsr  olunmuş  məqalə  dərc  etdirmişdir.  Bu  yazılar  Azərbaycanın 
mədəniyyət tarixinə əbədi möhür vurmuş bir insan haqqında, sadəcə, xoş xatirələr 
deyil,  həm  də  öz  milli-mənəvi  dəyərlərinə  laqeyd  qalan  Azərbaycan  cəmiyyətinə 
kəskin etiraz idi. 
«Yeddi  il»  adlı  məqalədə  («Kaspi»,  №  267,  1914)  oxuyuruq:  «Bu  gün 
müsəlmanların mədəni maarifçilik sahəsində pioneri sayılan Həsən bəy Məlikovun 
vəfatının  7  ili  tamam  olur.  Bakılıların  pafoslu  nitqləri  və  təntənəli  mərasimlə  öz 
xadimlərini  dəfn  etdikləri  həmin  gündən  vur-tut  7  il  keçir.  Hələ  tam  soyumamış 
meyit  üzərində  səslənən  o  çıxışlar  mənim  indi  də  qulaqlarımdadır.  Aman  Allah, 
həmin nitqlərdən necə od-alov püskürürdü, çıxışlar ürəklərdə necə bir ümid çırağı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə