267
işgəncələrlə məhv edirlər. Onların sırasında ana bətnində olan yavru da, yaşı 100-ü
haqlamış qoca da, dövlət xadimləri də (F.X.Xoyski, H.Ağayev, N.Yusifbəyli…,
elm, mədəniyyət adamları F.Köçərli, T.İsmayılov, S.Əsgərova, A.Mustafayev …)
var. Bu vaxta kimi, «Difai» təşkilatı istisna olmaqla, Azərbaycanlılar tərəfindən
erməni qatillərinə onların «dilində» «Dur» deyən təşkilat olmamışdır. Odur ki,
terrorlar soyqırımla və deportasiyalarla əvəz olunmuşdur: 1905, fevral, avqust,
1918, mart, 1948-1954, 1988, 1992…Nəticədə Azərbaycanlılar başı qapazlı, çörəyi
əlindən alınan yazıq, gözüqırpıq körpə vəziyyətinə salınmış, torpağının 80 faizi (!)
işğal edilmişdir. Bəlkə, bəsdir?!
Sözüm ictimaiyyətə, daxildə və xaricdə susan, müşahidə edən, laqeyd,
biganə həmvətənlərə, ilk növbədə hüquq müdafiəçilərinədir: dili, dodağı, barmağı,
başı kəsilərək qətlə yetirilən ərlərin, qadınların, körpələrin sızıltısına, qarnı
nizələrlə dəlik-deşik edilən hamilə qadınların naləsinə dözməyən, torpağından, ev-
eşiyindən didərgin salınan, yataqxanada məskunlaşan Cəbrayıl qaçqını zabit Ramil
Səfərov ermənilərin vəhşiliyindən sarsılmış, anlaqsız vəziyyətə düşmüş və
qatillərdən birini zərərsizləşdirmişdir. Əslində, bir millətin namus və qeyrət
simvolu olan Ramil Səfərovu erməni qatilləri ilə müqayisə etmək özü də böyük
qəbahətdir. Əgər hətta erməni qatillərinə ingilis, alman tribunalları bəraət
qazandırırsa, biz niyə susuruq?!
23.02.04
«525-ci qəzet», 26 fevral 2004,
«Bakı Universitetinin xəbərləri»
(Humanitar elmlər seriyası), № 2,
2004.
Missionerlik bəlası
Söhbət bu bəladan xilas olmaqdan gedir. Bunun üçün bütövlükdə
cəmiyyət «yox» deməyə hazırlanmalıdır.
- Allah eşqinə, vaxtınız varsa, bir dəqiqə sizi olarmı?
Qəfil, lakin mülayim müraciət yoldan ötəni saxlayır:
- Buyurun.
- Sizə Allahın adı ilə müraciət edirəm. İmkanınız varsa, bu kitablardan birini
götürün, onlarla tanış olun.
- Bunlar ki, Krişna kitablarıdır?!
- Bəli, bəli, bunlar müqəddəs kitablardır!
- Mən müqəddəs demədim, dedim ki, Krişnadır.
- Elədir, elə Krişna da…
268
- Bir abrınız, həyanız olsun. Əl çəkin bu camaatın yaxasından. Nədir sizi
islamdan uzaqlaşmağa vadar edən?! Bir tikə çörəyə görə hər şeyinizi satmağa
razısınız.
- Xahiş edirəm, əsəbiləşməyin. Biz sizə təklif edirik, sizi məcbur etmirik.
Bu, könüllüdür.
- Məni məcbur edə də bilməzsiniz. Amma şirin dillə tora saldıqlarınız da
olur. Başqalarının imanına hörmət qoymursuz, heç olmazsa, öz müsəlman
babalarınızın ruhunu incitməyin.
- Siz məni bağışlayın, səhv edirsiniz. Mən heç kimin ruhuna əziyyət
vermirəm. Ona qalanda siz də atəşpərəst əcdadlarınızın ruhunu incitmiş olursunuz.
- … İndi beləsinə nə deyəsən ki, söz də çatdırmaq olmur.
Bu və buna bənzər dialoqlara Bakının küçələrində, xüsusilə Filarmoniya
bağında, Əlyazmalar İnstitutunun qarşısında, 28 May meydanında tez-tez təsadüf
olunur. Sadə, təmiz geyimli Krişna təbliğatçıları qrup şəklində qoltuqlarında kitab
adamlara nəzakətlə yaxınlaşır, onlara kitab təklif edir, müqabilində utancaq
görkəmlə cüzi «nəzir» istəyirlər.
Nəfis tərtibatlı, Azərbaycan dilinə ustalıqla tərcümə edilmiş kitablara və
onları paylayan təbliğatçılara baxanda sövq-təbii düşünürsən: «Bütün varını-
yoxunu, olanını-olmayanını təbliğat maşınına səxavətlə sərf edən, saysız-hesabsız
institutları, cəmiyyətləri, qiraət otaqları, qəzet və jurnalları olan kommunist rejimi
70 ildə belə mahir təbliğatçı yetirə bilmədi. Onların təbliğatında bir zorakılıq,
amiranəlik vardı. Bəs, bu Krişnanı məharətlə yayan təbliğatçılar harada, nə vaxt
yetişdi, haradan peyda oldu? Bu kitabları kim tərcümə etdi? Belə suallar çox,
cavablar müxtəlif və mübahisəlidir. Amma danılmaz bir həqiqət var: islam, onun
dəyərləri ölkədə təhrif olunmuş formada təbliğ edilir – elə bir səviyyədə ki, o ya
mövhumata, cəhalətə aparır, ya da ki, başqa bir istiqamətə.
Digər
tərəfdənsə,
milli ideologiya müasir tələblər səviyyəsində
formalaşmayıb, iş o dərəcədə acınacaqlıdır ki, bəzən bu mövzuda söhbət açmağın
özü qəribə, təəccüblü və yersiz görünür. Belə bir bulanıq, qeyri-müəyyən şərait,
təbii ki, missionerlik fəaliyyəti üçün çox münbit sayıla bilər.
60-cı illərin sonunda orta məktəbdə müharibə veteranları ilə görüş zamanı
rəhmətlik Qüdrət dayı bir dəfə faşistlərin səngərinə silahsız tullanaraq qeyri-adi
şücaət göstərib düşmənləri çaş-baş saldığını söyləyəndə iştirakçılardan biri ona
belə sual vermişdi:
- Qüdrət dayı, siz necə oldu ki, belə risk etdiniz?
Sual, deyəsən, yerinə düşməmişdi. Tədbirin təşkilatçıları sualın üstündən
ötmək istəyəndə, səmimiyyəti ilə seçilən Qüdrət dayı özünəməxsus şirin danışığını
davam etdirdi:
- Yaxşı sualdı, lap ürəyimi tərpətdi. Bununla bağlı bir xatirə də danışacağam.
Bölmə komandirimiz bir urus idi. O, tez-tez daim ehtiyatla hərəkət edən erməni
əsgərinə irad tutardı: «Çox ehtiyatlılıq tədricən qorxaqlığa aparır. Lazım olan anı
duymaq və düşmən üzərinə sıçramaq lazımdır». Bir dəfə də belə söyləyib üzünü
bütün əsgərlərə tutdu: heç qonşu xoruzun sizin həyətinizə girdiyi səhnəni
görmüsünüzmü? Fikir vermisinizmi, çağırılmamış qonaqla həyətin xoruzu necə
ölüm-dirim davasına çıxır?! O güclüdürsə, o birini dərhal qovur, zəifdirsə, al-qana
Dostları ilə paylaş: |