66
Sonra mərasim iştirakçıları Spask küçəsi ilə irəliləyərək «Sədayi-Qafqaz»
qəzetinin redaksiyası qarşısında dayandılar. Burada «Açıq söz» qəzetinin redaktoru
M.Ə.Rəsulzadə mətbuat nümayəndələri adından çox emosional çıxış etdi. O,
mərhumun ədəbi fəaliyyətindən ətraflı bəhs etdi. Göstərdi ki, bütün jurnalistlər
H.Vəzirovun cığırı ilə hərəkət etməli, başqalarının yardımı olmadan müstəqil
mətbuat yaratmalı və məhsuldar yaradıcılıqla məşğul olmalıdırlar.
Natiq bunlarla bərabər qeyd etdi ki, mətbuatın nümayəndələri mərhumun
xatirəsinə müharibədən əziyyət çəkən müsəlmanlara 50 manat yardım göstərirlər.
Bu zaman çıxışçı qeyd etdi ki, Haşım bəy «Səfa» maarifçilik cəmiyyətinin sədri
olarkən küçə uşaqlarını himayəyə götürmüşdü.
«Səfa» maarifçilik cəmiyyətinin nümayəndəsi təmsil etdiyi təşkilatın
adından bildirdi ki, mərhumun xatirəsinə 1 nəfər kimsəsiz uşağın tərbiyəsini öz
öhdəsinə götürür.
S.M.Qəniyev bildirdi ki, tacir Q.A.Rzayev mərhumun xatirəsinə ali təhsil
müəssisəsində iki təqaüd təsis edir.
Mərasim iştirakçıları bundan sonra mərhumun son vaxtlar təftiş
Komissiyasının sədri işlədiyi «Nicat» maarifçilik cəmiyyətinin yerləşdiyi
M.Muxtarovun evinə doğru irəlilədi. Burada Q.Axundov «Nicat» Cəmiyyəti
adından çıxış etdi. Natiq Haşım bəyin fəaliyyətini ictimai xadim kimi
dəyərləndirdi. Çıxışçı minnətdarlıq rəmzi kimi «Nicat» Cəmiyyətinin Haşım bəy
Vəzirov adına təqaüd təsis etdiyini bildirdi.
Daha sonra Bakının orta təhsil məktəblərinin nümayəndələri çıxış etdilər.
Onlar Haşım bəy Vəzirovun şagirdlərinin ana dilində təhsil alması üçün göstərdiyi
böyük mənəvi yardımdan minnətdarlıq hissi ilə danışdılar.
Buradan mərasim iştirakçıları Nikolayev küçəsi ilə İsmailliyə binasına –
Bakı müsəlman xeyriyyə cəmiyyətinə doğru irəlilədi. Burada M.Hacınski
mərhumun fəaliyyəti haqqında danışaraq qeyd etdi ki, o, Allahın hüzuruna əliboş
getmir, onun xalqın rifahı naminə işlədiyini deməyə haqqı var. Haşım bəy mətbu
sözün təsiri ilə əhalinin kasıb təbəqəsinin keşiyində durmuşdu.
Şəhər dumasının yerləşdiyi binanın qarşısında (rus-tatar məktəbində)
qanundan dərs verənlər adından Axund Molla Zəki danışdı və mərhumun ruhuna
dua oxudu. Daha sonra mərasim iştirakçıları Qırmızı Xaç küçəsi ilə yeni
qəbiristanlığa doğru hərəkət etdilər və mərhumun cənazəsini torpağa tapşırdılar.
«Ədəbiyyat qəzeti»
13 oktyabr 2000.
67
ZAMANIN HÖKMÜ
3 fevral – Ceyhun Hacıbəylinin ad günüdür
«Yubiley». Adətən görkəmli adamların ad günü 50, 60, 75, 100, 200 il və s.
bu kimi yuvarlaq rəqəmlərə təsadüf edəndə, bu söz daha çox və tez-tez səslənir. 50,
60, 75 illik yubileylərin sayı 80, 90 illik yubileylərdən daha çox olur. 100 illiyinin
qeyd olunması isə sağlığında çoxuna qismət olmur. 500, 1000 və daha çox
yubileylər isə ümumxalq bayramıdır və hər xalqın mədəni tarixində hadisəyə
çevrilir. Bir sözlə, yubileylər də tarixin, zamanın süzgəcindən keçir, seyrəlir, sona
millətin, dövlətin tarixində daha parlaq iz qoyanlar qalır.
Maraqlıdır ki, sağlığında, hətta vəfatından uzun müddət sonra da, yubileyi
qeyd olunmayan bir çox sənətkar zamanın hökmü ilə gec də olsa, bəraət alır və
xalqın hafizəsində həmişəlik yaşayır.
Taleyinə belə acı sınaq düşən və zamanın ədalətli hökmünü uzun müddət
«gözləməli olan» sənətkarlardan biri də Ceyhun Hacıbəylidir.
Ceyhun Hacıbəyliyə bənzərsiz tale qismət olmuşdur. Xalqın ədəbi-mədəni,
ictimai-siyasi
həyatında
parlaq iz qoymuş Ə.Ağayev, Ə.Hüseynzadə,
B.M.Məmmədzadə və bu kimi qələm sahibləri Sovet hakimiyyəti dövründə «pis-
yaxşı» xatırlanmışlar, Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra həmin
adamlar layiq olduqları qiyməti almışlar. C.Hacıbəyli isə Sovet hakimiyyəti
illərində ümumiyyətlə, xatırlanmamışdır. Sanki belə adam olmamışdır.
Yalnız 90-cı illərin əvvəllərindən respublika mətbuatında onun haqqında ara-
sıra yazılar dərc olunmağa başlanmışdır. Şübhəsiz, bütün bu təşəbbüslər
C.Hacıbəylinin xalq və millət qarşısındakı xidmətləri müqabilində çox cüzi
görünür. Lakin illər ötdükcə, Ceyhun Hacıbəyli irsi ilə tanışlıq artdıqca, onun
əvəzsiz xidmətləri layiqincə qiymətləndiriləcəkdir.
Çox vaxt Ceyhun Hacıbəylini bir mühacir mühərrir kimi tanıyır və təqdim
edirlər. Doğrudan da, Ceyhun bəy Fransada yaşayarkən «La Revue du Mond
Musulman», «La Bulletin du Comite France-Orient», «La Revue Contemporaine»,
«La Revue Politique et Parlamentaire», «La Revue des Jeunes», «Le Figaro» kimi
mətbu orqanlarla əməkdaşlıq etmiş, «La Revue des Deux Mende» adlı jurnalda
çalışmış, Parisdə Fransız dilində nəşr olunan «Qafqaz» və Münhendə Azərbaycan
dilində çıxan «Azərbaycan» jurnallarının redaktoru olmuşdur. Ceyhun bəy
«Azadlıq» radiosunun əsasını qoyanlardan və təşkilatçılarından biri idi. SSRİ ilə
bağlı fundamental tədqiqatlarına görə, Münhendəki SSRİ-ni Öyrənən İnstitutun
müxbir üzvü seçilən C.Hacıbəyli həmin İnstitutun nəşr etdiyi «Qafqaz»
külliyyatının redaksiya heyətinin üzvü və Azərbaycan bölməsinin redaktoru
olmuşdur. Mühacirət illərində o, «Qarabağ dialekti və folkloru», «Rus
demokratları bolşeviklərlə nə vaxt birləşirlər», «Moskvanın Türkiyə ilə
müqaviləsi», «Söz və əməl», «İlk azərbaycan operası necə yaranmışdır», habelə
Rusiyanın Azərbaycanın işğalına, qədim Azərbaycan şəhərlərinin tarixinə dair
sanballı əsərlər yazmışdır. Ceyhun bəyin «İslam əleyhinə kampaniya və onun
Dostları ilə paylaş: |