Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   61   62   63   64   65   66   67   68   ...   176

 
132 
Ü.Hacıbəyovla,  digər  müəllimlərlə  əlbir  şəkildə  peşəkar  musiqiçi  kadrlarının 
yetişməsi  işində  fəal  iştirak  edirdi.  Pedaqoji  fəaliyyətinin  az  müddət  davam 
etməsinə  baxmayaraq,  onun  müəllimliyi  musiqi  incəsənətimiz  üçün  faydalı  və 
səmərəli  olmuşdur.  Belə  ki,  dərs  verdiyi  tələbələr  arasında  sonrakı  illərdə 
Azərbaycan  musiqisinin  görkəmli  simaları  yetişmişlər:  Q.Qarayev,  C.Hacıyev, 
S.Rüstəmov, T.Quliyev, Z.Bağırov, M.S.İsmayılov, Əminə Dilbazi… 
Musiqi 
nəzəriyyəsindən, 
solfeciodan 
Konservatoriya 
və 
Musiqi 
Texnikumunda  dərs  deyən  A.Zeynallı,  həm  də  musiqi  nəzəriyyəsinə  dair 
Azərbaycan  dilində  ilk  kitabın  («İbtidai  not  savadı»)  həmmüəllifidir  (müəlliflər: 
A.Zeynallı, 
S.Rüstəmov, 
F.Əfəndiyev, 
Ə.Həsənov). 
Asəf 
Zeynallının 
Konservatoriyada  dərs  verən  ilk  azərbaycanlı  bəstəkar  kadrlardan  biri  olduğunu 
göstərən N.Kazımov sənətkarın təkcə yaradıcılıqla yox, həm də pedaqoji fəaliyyəti 
ilə  Azərbaycan  musiqi  incəsənətinin  və  təhsilin  inkişafında  da  böyük  rol 
oynadığını xüsusi qeyd edir. 
Professor N.Kazımovun böyük və nakam bəstəkar Asəf Zeynallının həyat və 
yaradıcılığı haqqında  yazdığı monoqrafiya ilə bağlı dediklərimizi  yekunlaşdırsaq, 
bir  cümlə  ilə  bu  qənaətə  gəlmək  olar:  istedad  haqqında  məhəbbət  və  səriştə  ilə 
yazanda ortaya sanballı və kamil əsər çıxır. 
Elə  buradaca  qeyd  etmək  yerinə  düşər  ki,  zəngin  elmi-pedaqoji  təcrübəsi 
olan  tədqiqatçı,  Əməkdar  incəsənət  xadimi,  pedaqoji  elmlər  namizədi,  professor 
Nazim  Kazımov  «Asəf  Zeynallı»  adlı  monoqrafiyasınadək  özünü  istedadlı 
musiqişünas  kimi  təsdiq  etmişdir.  1997-ci  ildə  o,  «Ümumtəhsil  məktəblərində 
şagirdlərin  musiqi  qabiliyyətlərinin  inkişafında  muğam  nümunələrindən  istifadə 
üzrə  işin  sistemi»  mövzusunda  namizədlik  dissertasiyasını  müdafiə  etmişdir. 
N.Kazımov «Tar ilə fortepiano üçün pyeslər» (1999), «Ümumtəhsil məktəblərində 
muğamların tədrisi məsələləri» («Çaşıoğlu», 2000), «Səid Rüstəmov» («Çaşıoğlu», 
2007), «Azərbaycan Milli Konservatoriyası xalq çalğı alətləri fakültəsinin bakalavr 
pilləsi və orta ixtisas musiqi məktəbləri üçün «Pedaqoji təcrübə» (2007), «Musiqi 
Kolleci  –  110»  («Nurlan»,  2008)  kimi  dərs  vəsaitlərinin  müəllifi,  ümumtəhsil 
məktəblərinin rus bölməsinin 7-ci, 8-ci sinifləri üçün «Muzıka» («Olaylar», 2006; 
«Maarif», 2006), ümumtəhsil məktəblərinin Azərbaycan bölməsinin 5-ci, 7-ci, 8-ci 
sinifləri  üçün  «Musiqi»  («Kövsər»,  2007;  «Maarif»,  2007)  kimi  dərsliklərin 
həmmüəllifidir.  Alimin  onlarca  elmi-metodik  vəsaiti,  elmi,  elmi-publisistik 
məqaləsi  nəşr  olunmuşdur.  Haqqında  bəhs  etdiyimiz  «Asəf  Zeynallı» 
monoqrafiyası da Təhsil Nazirliyinin əmri ilə dərs vəsaiti kimi çap olunmuşdur. 
 
 
“Qobustan” sənət toplusu, 2-ci nömrə 2010 
 
 
 
 
 
 
 
 
 
 
     
DüĢündürən və qürur verən «ilk»lər  
 
Məlum həqiqətdir ki, problemin, məsələnin mahiyyətinə varmaq, daha dərin 
qatlara  nüfuz  etmək,  ilk  məxəzdən,  mənbədən  qidalanmaq  tədqiqatçıya  nüfuz, 


 
133 
tədqiqata  sanbal  gətirir.  Akademik  Hüseyn  Əhmədovun  və  mərhum  professor 
Xeyrulla  Məmmədovun  timsalında  arxiv  sənədləri,  mətbu  orqanlarla  –  qəzet  və 
jurnalların  dəstləri  ilə  işləmək  ehtirasının,  həvəsinin,  eyni  zamanda  bu  sərvətə 
münasibətdə diqqət və həssaslığın, qayğının parlaq nümunəsini görmək olar və bu, 
qibtəediləndir. Akademik H.Əhmədov keçmiş SSRİ-nin Moskva, Sankt-Peterburq, 
Kazan,  Həştərxan  və  sair  kimi  iri  şəhərlərinin  kitabxana  və  arxivlərindən  gen-bol 
istifadə  ilə  kifayətlənməmişdir.  O,  həmin  mərkəzlərdən  əldə  etdiyi  minlərlə 
sənədin  surətini  hər  biri  500-600  səhifə  olmaqla,  50  (!!)  cilddən  ibarət  toplu 
halında hazırlamışdır. Yolu Respublikanın Dövlət arxivlərinə düşən hər kəs orada 
prof.Xeyrulla  Məmmədovun  izini  görəcəkdir.  Tanınmış  tədqiqatçı  qəzet-jurnal 
dəstləri, arxiv sənədləri ilə işləməkdən yorulmazdı. 
Minirə xanım Dilbazinin qələmə aldığı «XIX əsrin ikinci yarısı – XX əsrin 
əvvəllərində  Bakının  musiqi  həyatı»  adlı  kitabı  ilə  ilk  tanışlığım  mənə  qeyri-
ixtiyari yuxarıda adlarını çəkdiyim alimləri xatırlatdı. M.Dilbazi də eyni həvəs və 
maraqla  arxiv  və  kitabxanalarda  işləmiş,  minlərlə  sənədin  içərisindən  ən 
dəyərlisini,  faydalısını,  ümumiləşdirmələr  üçün  xarakter,  tipik  olanı  seçmiş, 
qruplaşdırmış  və özünün  fikir və  mülahizələrini,  qənaətlərini  əsaslandırmaq  üçün 
onlardan  bacarıqla  istifadə  etmişdir.  Professor  M.Dilbazi  XIX  əsrin  ikinci  yarısı, 
XX  əsrin  əvvəllərində  Bakının  musiqi  həyatının  tam  mənzərəsini  əks  etdirmək, 
qastrol  səfərləri,  simfonik  və  opera  mövsümləri,  şəhər  musiqiçilərinin  maarifçilik 
fəaliyyəti, musiqi təhsili, yerli sazəndə və xanəndələrinin mədəni həyatdakı yeri və 
rolu, milli musiqi ilə rus-avropa klassik musiqisinin qarşılıqlı təsiri haqqında geniş 
təəssürat  yaratmaq  üçün  arxiv  sənədləri  və  qəzet,  jurnal  materiallarından  yerli-
yerində  istifadə  etmiş,  öz  mülahizə  və  mühakimələrini  əsaslandırmaq,  mövcud 
tədqiqatlara 
münasibətini  bildirmək  üçün  tutarlı,  sanballı  sitatlardan 
faydalanmışdır.  Bütün  bunlar  problemlə  bağlı  qəti  rəyin  formalaşmasına, 
tədqiqatın elmi çəkisini və dəyərini artırmağa xidmət etmişdir. Mədəni həyatın bir 
parçasını öyrənmək baxımından bu əsərin qiyməti böyükdür, ölçüyəgəlməzdir. 
Mən prof.M.Dilbazinin  əsərinin başqa bir cəhəti üzərində xüsusi dayanmaq 
istərdim. Bu gün – müstəqillik dövründə milli-mənəvi-mədəni sərvətimizin müasir 
tələblər  baxımından,  obyektiv  araşdırılması  son  dərəcə  aktualdır,  əhəmiyyətlidir. 
İctimai-siyasi,  ədəbi-mədəni,  mətbu,  hərbi,  iqtisadi,  fəlsəfi  fikir  tariximizin 
dərindən,  geniş  tədqiqinə,  həmin  sahələrin  sovet  dövründə  saxtalaşdırılmış 
səhifələrinin  işıqlandırılmasına  böyük  ehtiyac  vardır.  Fikrimcə,  istedadlı  alim 
M.Dilbazinin bu əsəri digər sahə tədqiqatçıları üçün gözəl nümunə, yaxşı örnəkdir. 
Monoqrafiyada  müraciət  olunan  dövrdə  Bakının  musiqi  həyatı  ilə  bağlı,  demək 
olar ki, heç bir qaranlıq, gizli məqam qalmamışdır. 
Bu əsər, heç şübhəsiz, Bakının musiqi həyatı ilə bağlı ensiklopedik nəşrdir. 
Burada «ilk dəfə» sözləri ilə başlayan onlarca suala, o qədər də «ilk dəfə» ifadəsi 
ilə başlayan cavab da tapmaq olar. Bakıda ilk operanın səslənməsi, ilk opera teatrı, 
ilk simfonik orkestr, ilk simfonik konsert, ilk musiqi sinifi, ilk musiqi məktəbi, ilk 
teatr  binası,  ilk  sirk  binası,  ilk  istirahət  parkı,  rus  dilində  ilk  qəzet,  ilk  dövlət 
məktəbi,  ilk  qadın  müsəlman  məktəbi,  ilk  şəxsi  kitabxana,  ilk  kitab,  ilk  musiqi 
mağazaları,  ilk  teatr  tamaşası,  kamera  musiqisindən  ibarət  ilk  konsert,  ilk  Şərq 
konserti,  ilk  Azərbaycan  musiqili  səhnəciyi,  ilk  orkestr  konserti,  ilk  xor, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə