Abġd tahġRLĠ


Məhəbbət və səriĢtə ilə yazanda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   58   59   60   61   62   63   64   65   ...   176

 
126 
Məhəbbət və səriĢtə ilə yazanda 
 
 
XIX  əsrin  sonları,  daha  çox  isə  XX  əsrin  əvvəlləri  Azərbaycanın  ictimai-
siyasi  həyatında,  milli-maarifçilik  hərəkatında  olduğu  kimi  ədəbi,  mədəni,  mətbu 
mühitində də bir canlanma, oyanış hiss olunurdu. Bu intibah, dirçəliş eyni dərəcədə 
musiqi sahəsinə də aid idi. XIX əsrin sonlarında Rusiya və digər xarici ölkələrdən 
Bakıya  qastrol  səfərlərinə  gələn  çoxsaylı  musiqi  truppaları  şəhərdə  opera  və 
operettalar, müxtəlif konsert proqramları ilə çıxış etməyə, simfonik, kamera musiqi 
gecələri  keçirməyə  başladı.  Təsadüfi  deyil  ki,  ilk  musiqi  məktəbinin  açılışı  da 
həmin  dövrə  təsadüf  edilir  (1896).  Xalq  mahnılarının,  rəqs  musiqilərinin  və 
muğamların  səsləndirildiyi  musiqi  axşamlarının  keçirilməsi  ənənə  halını  alırdı. 
Mirzə  Mənsur  Mənsurov,  Mirzə  Fərəc  Rza  oğlu,  Məmmədrza  bəy  Bakıxanov, 
Qurban Pirimov (tarzən), Mirzə Səttar (kamançaçı), Ağabala Səidoğlu, Kərim Hacı 
Zeynaloğlu, Kərimağa Salik Rəsulov, Əlağa Zöhrabov, Seyid Mirbabayev, Cabbar 
Qaryağdıoğlu  (xanəndə)  kimi  sənətkarların  fəaliyyəti  mədəni  həyatı  maraqlı  və 
zəngin  edirdi.  Professor  Minirə  Dilbazi  «Bakının  musiqi  həyatı:  XIX  əsrin  ikinci 
yarısı  –  XX  əsrin  əvvəlləri»  adlı  fundamental  əsərində  (Bakı,  «Mütərcim» 
nəşriyyatı, 2007, 256 səh.) haqlı olaraq qeyd edir ki, XIX əsrin ikinci yarısı və XX 
əsrin əvvəlləri Azərbaycan musiqi tarixinin çox mühüm mərhələsi idi və məhz bu 
mərhələ  sonralar  musiqi  mədəniyyətinin  inkişafında  böyük  əhəmiyyət  kəsb  etdi. 
Bu,  bir  tərəfdən,  milli  incəsənətin  (xalq  musiqisi,  aşıq  yaradıcılığı,  şifahi  ənənəli 
professional musiqi-muğam sənəti) yüksəliş dövrü, digər tərəfdən, mütərəqqi ruhlu 
rus və Avropa incəsənətinin Azərbaycan mühitinə sirayət etdiyi bir dövr idi. Belə 
bir mühitin dahi Ü.Hacıbəyov tərəfindən milli bəstəkarlıq məktəbinin yaradılması 
üçün zəmin olduğunu qeyd edən professor M.Dilbazi yazır: «XX əsrin əvvəllərində 
Bakıda  peşəkar  musiqinin  yeni  formaları  meydana  gəldi:  ilk  Azərbaycan 
operasının  yaranması  da  bu  dövrə  təsadüf  edir.  Bu  dövrdə  Üzeyir  Hacıbəyov  və 
onun  silahdaşları  –  Müslim  Maqomayev,  Zülfüqar  Hacıbəyov,  Hüseynqulu 
Sarabski, Cabbar Qaryağdıoğlu, Qurban Pirimov və başqaları Azərbaycan musiqi 
mədəniyyətinin quruculuğu yolunda çiyin-çiyinə əzmlə çalışırdılar. Bu sənətkarlar 
sonrakı  illərdə  də,  yəni  Azərbaycanda  Sovet  hakimiyyəti  dövründə  də  musiqi 
mədəniyyətinin  ön  sıralarında  gedərək,  onun  yüksəlişi  yolunda  öz  qüvvələrini 
əsirgəmirdilər»  (yenə  orada,  səh.10).  Musiqi  xadimlərinin  milli  mədəniyyətin 
inkişafı  yolundakı  fədakar  fəaliyyətinin  nəticəsi  kimi  həmin  dövrdə  yuxarıda  adı 
çəkilən  əsərdə  deyildiyi  kimi,  Bakıda  ictimai  musiqi  həyatı  öz  axarını  tapır, 
peşəkar  milli  musiqiçi  kadrlar  yetişir,  dövlət  tərəfindən  musiqi  müəssisələri  və 
kollektivləri,  ilk  Azərbaycan  musiqi  məktəbi,  konservatoriya,  opera  truppası, 
simfonik orkestr təşkil olunurdu. 
Bax,  belə  bir  dövrdə  və  mühitdə  Azərbaycan  professional  musiqisinin 
klassiklərindən  biri,  görkəmli  bəstəkar,  pedaqoq  və  ictimai  xadim  Asəf  Zeynallı 
yetişmiş  və  fəaliyyət  göstərmişdir.  Azərbaycan  bəstəkarlıq  məktəbinin 
yaradıcılarından  və  parlaq  simalarından  olan  Asəf  Zeynallının  həyat  və 
yaradıcılığından  bəhs  edən  professor  Nazim  Kazımovun  «Asəf  Zeynallı»  adlı 


 
127 
dəyərli  monoqrafiyası  (Bakı,  «Elm  və  təhsil  nəşriyyatı”,  2009,  110  səh.,  elmi 
redaktoru  Əməkdar  incəsənət  xadimi,  fəlsəfə  elmləri  doktoru,  professor  Gülnaz 
Abdullazadə,  rəyçilər  AMEA-nın  müxbir  üzvü,  SSRİ  Xalq  artisti,  professor  Arif 
Məlikov,  Əməkdar  incəsənət  xadimi,  sənətşünaslıq  namizədi,  professor  Vaqif 
Əbdülqasımov) musiqi tarixinin tədqiqi, eyni zamanda tədrisi baxımından da çox 
aktual və əhəmiyyətlidir. Kitaba yazdığı «Asəf Zeynallı haqqında ilk monoqrafiya» 
adlı  ön  sözdə  akademik  Arif  Məlikov  Asəf  Zeynallının  yaratdığı  bütün  əsərləri 
Azərbaycan  klassik  musiqi  irsinin  «ən  dəyərli  bədii  inciləri»  adlandırır  və  haqlı 
olaraq  yazır  ki,  professor  N.Kazımovun  Asəf  Zeynallı  yaradıcılığına  peşəkar, 
təcrübəli  musiqi  xadimi  və  pedaqoqu  kimi  diqqət  göstərməsi,  ilk  böyük  həcmli 
monoqrafiya yazması çox vacib və təqdirəlayiq işdir. Prof. Nazim Kazımov da öz 
növbəsində  bu  vaxtadək  böyük  sənətkarın  irsinə  dair  mətbuat  səhifələrində  dərc 
olunmuş məqalə və xatirələri, digər nəşrləri, xüsusi ilə görkəmli musiqişünas-alim 
Xanlar Məlikovun 1956-cı ildə rus dilində çapdan çıxmış kiçik həcmli broşurasını 
qədirbilənliklə  xatırlayır,  bununla  belə  Asəf  Zeynallının  həyat  və  yaradıcılığının 
layiqincə  tədqiq  və  təhlil  edilib  musiqi  ictimaiyyətinə,  xalqa  çatdırılmağını 
vurğulayır. 
Monoqrafiyanın elə ilk səhifəsindən prof. Nazim Kazımov oxucuda ustalıqla 
Asəf  Zeynallının  həyat  və  irsinə  böyük  maraq  oyadır.  Əsərin  «Müəllifdən»  adlı 
hissəsində Nazim Kazımov Asəf Zeynallının parlaq və tükənməz istedadı, musiqi 
sənətinə  sonsuz  məhəbbəti,  güclü  həyat  və  yaradıcılıq  eşqi  sayəsində  yazdığı 
əsərləri ilə öz adını  əbədi olaraq Azərbaycanın mədəniyyət tarixinə həkk etdiyini 
vurğulayır və 23 illik ömrü, 7 illik yaradıcılığı ərzində özündən sonra qərinələrin, 
əsrlərin sınağından cəsarətlə çıxan, gənclik təravətini, sənət dəyərini saxlayan bir 
irs yaratdığını yazır. 
Asəf Zeynallının çox qısa ömür yolu, zəngin və dəyərli irsi haqqında qələmə 
alınan  monoqrafiyanın  strukturu  uğurludur  və  7  hissədən  ibarətdir.  Əsərdə 
bəstəkarın həyatı, simfonik, kamera-instrumental, kamera-vokal yaradıcılığı, eləcə 
də  folklorşünaslıq  və  pedaqoji  fəaliyyəti  geniş  araşdırılmış,  hərtərəfli  təhlil 
olunmuş,  layiqincə  dəyərləndirilmişdir.  Tədqiqatçının  maraqlı  elmi-nəzəri 
qənaətləri  musiqişünaslıq  xəzinəsinə  qiymətli  töhfədir.  Asəf  Zeynallının  həyat  və 
fəaliyyətindən bəhs  edən  fotoşəkillər, eyni  zamanda  bəstəkarın yaradıcılığına  dair 
digər sənədlər, materiallar kitabı daha sanballı, daha maraqlı edir. 
Asəf Zeynallının çox qısa ömür yolundan bəhs edən müəllif onun 1909-cu il 
aprelin 5-də qədim Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Dərbənddə 
anadan  olduğunu,  şəhərdəki  realnı  məktəbində  ilk  təhsilini  aldığını  yazır.  Atasını 
erkən  yaşlarından  itirən  Asəfgilin  ailəsində  ciddi  maddi  problemlərinin 
yaranmasına  baxmayaraq,  mütərəqqi  görüşlü,  xalq  musiqisinin  vurğunu  və 
qarmonun  mahir  ifaçısı  olan  Asəfin  anası  Əsbənd  xanım  oğlunda  da  musiqiyə 
böyük  marağın  olduğunu  hiss  etdiyindən  onu  realnı  məktəbdəki  nəfəs  alətləri  və 
orkestr dərnəklərinə qoyur. Dərbənddəki ağır, dözülməz həyat şəraiti 1920-ci ildə 
Əsbənd  xanımın  ailəsinin  Bakıya  köçməsi  ilə  nəticələnir.  Bu  vaxt  11  yaşlı  Asəf 
Bakıda  9  illik  məktəbdə  təhsilini  davam  etdirməklə  yanaşı,  hərbi  məktəbdəki 
orkestrdə də özünü sınayır, tezliklə burada kornet və truba ifaçısı kimi tanınır. Asəf 
1923-cü  ildə  musiqi  təhsilini  davam  etdirmək  üçün  Bakıda  1898-ci  ildə  Moskva 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə