119
Amerikalı alimin tədqiqatında deyilir: «Dastanların tarixi çox qədimdir;
İslam tarixindən xeyli əvvəl yaranmış bu dastanlar köçəri Oğuzların həyat tərzilə
islam mədəniyyətini birləşdirir» (Bax: The Book of Dede Gorgud, University of
Texas rress, Austin-London, 1972). Tədqiqatçı yenə qarşıya sual qoyur: «İslam
tarixindən xeyli əvvəl», «Çox qədim tarix» nə qədər ola, düşünülə bilər?! 50 ilmi,
100 ilmi?!»
İngiltərə aliminin tədqiqatında deyilir: «Çadra, hərəm, çoxarvadlılıq
ərəblərin islam dinini qəbul etdirdikləri vaxtdan sonra başlanır. Dastanlarda
qadınlara bir ana kimi sitayiş edilir: bir arvad, bir həyat yoldaşı kimi hörmət
göstərilir…» (Bax: The
Book of Dede Gorgud, Pengvim Boks, London, 1974).
Rus tədqiqatında deyilir: «Eposda çoxarvadlılıqdan əsər-əlamət yoxdur. Hər
bir igidin «Göz açıban gördüyü», «Könül verib sevdiyi» ancaq bir həyat yoldaşı
var» (Bax: V.V.Bartolgd, «Kniqa moeqo deda Korkuda, M.-L., 1962, str.115). Bu
məsələdə ingilis alimi L.Cöfrey də eyni mövqedən çıxış edir və deyir: hər cür
imkan və şəraitə baxmayaraq, «Oğuz bəylərinin ancaq bir arvadı olur» və
ömürlərinin sonunadək ona sadiq qalırlar (Bax: The Book of Dede Gorgud,
Pengvim Boks, London, 1974).
Yunan tarixçisi F.Simokatta və b. rəyləri də bu fikirlərlə səsləşir və s.
Tədqiqatçı E.Əlibəyzadə yazır ki, bütün bu fikir və rəylər «Dədə Qorqud
kitabı»nın öz mətnindən, oradakı real həyat və hadisələrdən çıxış edilərək
söylənildiyi üçün bizi dastanın tamamlanma tarixinin ən geci islamiyyətin ilk
əsrinə aid etmək qənaətinə gətirir və onun müəllifinin indi azı 1500 yaşı olduğuna
inam yaradır.
«Dədə Qorqud kitabı»ndakı VI-VII əsrlərə aid hadisə və əhvalatlarda
Azərbaycan dövlətçilik ənənəsi öz əksini tapmışdır. Bu, tamamilə yeni bir problem
kimi qoyulur və ilkin həllini tapır. Bu ənənənin əsasları çox qədim dövrlərlə
bağlanır. Dastanda dönə-dönə xatırlanan, təsviri verilən dövlət qurumu və ənənəsi
Göy Türk xaqanlığının dövlət qurumuna tam uyğun gəlir. Aşkar olur ki, o vaxtlar,
yəni V-VI əsrlərdə Azərbaycan torpağı, bütövlükdə Qafqaz Göy Türk xaqanlığına
daxil idi (Bax: Lev Nikolayeviç Qumilyovdan götürülüb, kitabda verilən xəritə,
səh.46). Azərbaycan müstəqil dövlət olaraq fəaliyyət göstərirdi.
Azərbaycan tarixinin bu istiqamətdə tədqiqi çox gərəkli bir işdir və
gələcəkdə ön plana çəkilməlidir, tədqiqat bu istiqamətə yönəlməlidir.
Tədqiqatda «Oğuz elinin igidləri» bölməsi məhz bu dövləti yaşadan, onu
xarici düşmənlərdən qoruyan bahadırların fəaliyyətinə həsr olunub. Qəhrəmanların
xəlqi-milli xarakteri, dönməzliyi, mübarizliyi, vətənə, elə sədaqəti Qorqud Atanın
ağlı, zəkası və məntiqinin qüdrətilə açılır, təsdiqlənir. Dastanlarda Bayandır xan,
Qazan xan, Beyrək, Bəkil, Qaragünə, Bükdüz Əmən, Əmran, Əkrək və b.
xalqımızın VI-VII əsrlər tarixinin yaradıcıları, əsl oğulları, kamil insanları kimi
tədqiq və təqdim olunur.
Bu, tədqiqatçının ciddi elmi qənaəti, tədqiqatın uğuru və nailiyyətidir.
Kitabda «Oğuzlarda ailə-məhəbbət mənəvi aləmi» (səh.125-139), «Oğuz
elinin
qadınları»
(səh.148-157)
bölmələri
xalqımızın
bəşəri-insani
keyfiyyətlərindən bəhs edir.