Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   62   63   64   65   66   67   68   69   ...   176

 
134 
Çaykovskinin skripka konsertinin ilk ifaçısı (və bu qəbildən olan onlarca «ilk»…), 
ilk  musiqiçilər  cəmiyyəti,  musiqi  və  teatr  həvəskarlarından  ibarət  ilk  özfəaliyyət 
dərnəkləri,  ilk  operetta,  ilk  dram  tamaşaları,  Azərbaycan  dilində  ilk  operanın 
tamaşası,  ilk  azərbaycanlı  aktyorlar,  opera  parçalarını  nümayiş  etdirən  ilk 
kinoteatrlar,  Azərbaycan  musiqisindən  ibarət  ilk  konsert,  ilk  xanəndə  və 
sazəndələrimiz,  ilk  milli  opera  müəllifi,  ilk  opera  rejissoru,  ilk  opera  dirijoru, 
operada ilk qadın rolunun ifaçısı, ilk milli opera truppası, ilk musiqili komediya, 
ilk kino, ilk müsəlman qadın fortepiano müəllimi, Moskva Konservatoriyasının ilk 
azərbaycanlı  qadın  məzunu,  konsertdə  çıxış  edən  ilk  azərbaycanlı  qadın  pianoçu, 
ilk  azərbaycanlı  professional  qadın  müğənni,  ilk  Azərbaycan  mahnı  məcmuəsi, 
musiqi  məsələlərindən  bəhs  edən  ilk  traktat,  RMC  BŞ-nin  ilk  konserti,  ilk  balet 
qastrolları,  ilk  tələbə  xoru,  ilk  tələbə  konserti,  dünya  şöhrətli  bəstəkarların 
operalarının Bakıda premyeraları… - bütün bunlar haqqında M.Dilbazinin əsərində 
yazılmışdır.  Buradaca  qeyd  etmək  yerinə  düşərdi  ki,  M.Dilbazi  əsərinin  birinci 
cümləsində  Bakını  Avropa  və  Asiyanın  qovuşacağında  yerləşən  böyük  və  qədim 
mədəniyyət  mərkəzi  kimi  təqdim  edir.  Bu  nöqteyi-nəzərdən  Bakının  mədəni 
mühitində  baş  verən  əlamətdar  və  ilk  hadisələri,  elə  Şərq,  türk-islam  dünyasının 
ilki  kimi  qəbul  etmək  lazımdır.  Başqa  sözlə,  «Bakıda»  əvəzinə  «Şərqdə»,  yaxud 
«türk-islam dünyasında» yazsaq, yanılmarıq. 
Bir  məsələni  də  vurğulamaq  vacibdir.  Tədqiqatçı  M.Dilbazi  faktları 
sadalamaqla,  hadisələri  təsvir  etməklə  kifayətlənmir.  O,  fakt  və  hadisələri  təhlil 
edir,  ümumiləşdirir,  onlara  münasibət  bildirir,  müəyyən  elmi-nəzəri  qənaətlərə 
gəlir.  İctimai  mühitdə  gedən  proseslərlə  mədəni  həyatda  baş  verən  dəyişiklikləri 
əlaqələndirir,  prosesləri  dərindən  və  diqqətlə  izləyir,  ən  xırda  detalları  belə 
nəzərdən  qaçırmır.  Tutarlı  fakt,  möhkəm  məntiq,  doğru  mülahizə,  məharətli 
ümumiləşdirmələr,  sanballı  nəticələr  –  professor  M.Dilbazinin  kitabının  başlıca 
xüsusiyyətlərini məhz bu ifadələrlə xarakterizə etmək olar. 
Və  sonda,  professor  M.Dilbazinin  uzun  illərdən  bəri  məhsuldar  və  gərgin 
fəaliyyətinin  nəticəsi  olan  bu  əsərin  intişarı  ölkədə  mədəniyyət,  konkret  musiqi 
sahəsində  aparılan  siyasətin  məhsulu,  parlaq  təzahürüdür.  Muğam  müsabiqələri, 
müxtəlif  musiqi  festivalları,  xanəndələrlə bağlı  irimiqyaslı proyektlərin  (məsələn, 
«Qarabağ  xanəndələri»  albomu)  həyata  keçirilməsi  heç  şübhəsiz  ki,  Bakının 
musiqi  həyatının  daha  dərindən  tədqiqini  də  zəruri  edirdi  ki,  bu  işin  öhdəsindən 
professor M.Dilbazi bacarıqla gəlmişdir. 
 
 
 
 
 
 
 
Prof. Minirə Dilbazinin  «Bakının 
 
 
 
 
 
 
musiqi tarixi» (Bakı, «Mütərcim»   
 
 
 
 
 
 
nəĢriyyatı, 2007) adlı kitabına ön söz 
 
 
 
 
 
 
 
      14 aprel 2007 
 
 
 
 
 
 


 
135 
Ġranda etnopolitik hərəkatlar haqqında  
 
 
 
İstənilən  ölkənin  etnik  mənzərəsi,  toplumların  həyat,  düşüncə  tərzi, 
milliyyətçilik,  onun  təzahürat  formaları,  cəmiyyət  və  dövlət  quruluşunda  etnik 
faktorun  rolu  və  yeri  ciddi  maraq  doğuran  məsələlərdir.  Bu  nöqteyi-nəzərdən  bir 
tərəfdən  coğrafi,  tarixi,  mədəni,  dini  baxımdan  bizə  yaxın,  doğma  olan,  digər 
tərəfdən  isə  ərazi  və  əhalisinin  mütləq  üstünlük  təşkil  etdiyi  Cənubi  Azərbaycanı 
iki əsrdən də çox bir dövrdə əsarətdə saxlayan, azərbaycanlıları dildən, məktəbdən 
–  adi  insan  haqlarından  məhrum  edən  İranda  etnopolitik  hərəkatların  tədqiqi  son 
dərəcə aktual və əhəmiyyətlidir. Nəzərə alsaq ki,  rejim və ideologiyanın tələbləri, 
yasaqları  ucbatından  Sovet  hakimiyyəti  illərində  (1920-1991)  bu  mövzu 
tədqiqatdan  kənarda  saxlanılmış,  yaxud  saxtalaşdırılmış,  fakt  və  hadisələr  qərəzli 
münasibətə  tuş  gəlmişdir,  o  zaman  problemin  araşdırılmasının  zərurəti  daha 
qabarıq görünər.  
Bütün  deyilənlər  onu  söyləməyə  əsas  verir  ki,  doktor  Gülarə  Yeniseyin 
«İranda  etnopolitik  hərəkatlar  (1922-2004)»  əsəri  (İstanbul,  2008,  «Ötüken 
nəşriyyat.  A.S.»  256  səh.)  həm  praktik,  həm  də  elmi-nəzəri  baxımdan  böyük 
əhəmiyyət  kəsb  edir  və  elmi-tədqiqat  işində  qonşu  ölkədə  etnopolitik  hərəkatlar 
fundamental  şəkildə  bir  sıra  aspektlərdən  –  tarixi,  ictimai-siyasi,  mədəni-sosial 
istiqamətlərdən araşdırılmış, dəyərləndirilmişdir. 
Maraqlı  və  diqqətçəkəndir  ki,  tədqiqat  İranda  etnopolitik  hərəkatların  son 
100  ilə  yaxın  bir  dövrünü  əhatə  etsə  də,  müəllif  tarixə  ekskurs  edir,  etnopolitik 
hərəkatın rüşeymlərinə, formalaşması və inkişaf mərhələlərinə nəzər salır, prosesi 
ardıcıllıqla  izləyir,  ciddi  mühakimələr  irəli  sürür,  fikirlərini  tutarlı  dəlillərlə 
əsaslandırır. 8 bölmədən ibarət əsərdə türk, rus, fars, ingilis, tacik, qırğız, Amerika, 
Azərbaycan,  İsveç,  ərəb,  erməni  müəlliflərinin  mövzu  ilə  bağlı  200-dək  kitab, 
məqalə,  internet  materiallarından,  zəngin  etibarlı  mənbələrdən  gen-bol  istifadə 
olunmuşdur.  
Doktor  G.Yenisey  tədqiqat  obyektinin  araşdırılma  tarixini,  işlənmə 
dərəcəsini,  mövzunun  aktuallığını,  əhəmiyyətini  ətraflı  göstərir,  elmi-nəzəri 
qənaətlərini məharətlə ümumiləşdirir. 
Kitabı  cəsarətlə  müasir  iranşünaslığa  parlaq  töhfə  kimi  də  dəyərləndirmək 
olar. Fikrimizcə, elmi-tədqiqat işi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir və 
bu  tədqiqat  problemə  yeni  yanaşma  tərzi,  örnək  kimi  də  cəlbedicidir.  Əsərin 
respublikada nəşri bu gün həmişəkindən daha çox aktual görünən etnik problemin 
ən  müxtəlif  baxış  bucaqlarından  dəyərləndirilməsi  və  doğru  nəticələr  çıxarılması 
baxımından da vacibdir. 
Bu  kitabın  müvafiq  elmi  institutlarda  mütəxəssislər  tərəfindən 
qiymətləndirilməsi  eyni  zamanda  mövzu  ilə  bağlı  yeni  konfrans,  simpoziumların 
keçirilməsinə,  beləliklə,  problemin  yeni  istiqamətlərdə  və  daha  geniş  dairədə 
araşdırılmasına təkan ola bilər. 
Fikirlərimi  kitaba  yazılmış  qısa  annotasiyada  verilmiş  iki  sualı 
dəyərləndirməklə  bitirmək  istərdim.  Suallar  belədir:  «Etnik  milliyyətçilik 
baxımından İranda vəziyyət necədir? Bu inkişaf Orta Şərqə və qlobal siyasi həyata 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə