Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   63   64   65   66   67   68   69   70   ...   176

 
136 
necə və hansı  ölçüdə  təsir göstərə bilər?» Əsərdə  müəllif  bu  suallara tam, dolğun 
və əhatəli cavab verə bilmişdir. 
 
 
 
 
 
 
 
  «525-ci qəzet», 30 oktyabr 2008 
 
 
 
Könüllərə məhrəm, yaralara məlhəm kəlamlar 
 
Türkiyənin  iş  adamı  Əli  Poladın  tərtib  etdiyi  «Üç  min  ilin  hikməti»  adlı 
möhtəşəm kitabla (Bakı, «Yurd» Nəşriyyat Poliqrafiya Birliyi, 2002, 719 səh.) elə 
ilk təmas «Sözlə yarananlar, sözü yaşadanlar» adlı kitaba (Bakı, «Əbilov, Zeynalov 
və  oğulları»  nəşriyyatı,  2001,  307  səh.)  yazdığım  «Müəllifdən»  adlı  ön  sözdəki 
cümlələri  xatırlatdı:  «Müsəlmanların  müqəddəs  kitabı  Quranın  Əl-Bəqərə  (İnək) 
surəsinin  117-ci  ayəsində  deyilir  ki,  göyləri  və  yeri  icad  edən,  yoxdan  yaradan 
Odur. Bir işin yaranmasını istədiyi zaman ona – o işə yalnız: «Ol»  - deyər, o da 
fövrən  olar.  Deməli,  bəşər  övladı  da  daxil  olmaqla  onun  gördükləri  və 
görmədikləri,  duyduqları  və  duymadıqları,  dərk  etdikləri  və  etmədikləri, 
toxunduqları və toxunmadıqları, eşitdikləri və eşitmədikləri nə varsa, hamısı «ol» 
sözü ilə yaranmışdır. Bibliyada da deyilir ki, əvvəl söz olub. 
Sözdən  yaranan  insan  həmişə  sözlə  yaşamağa  səy  edib,  təxəyyül  və 
təfəkkürünün  imkan  verdiyi  çərçivədə  də  sözlə  ecazkar  bir  «dünya»  yaradıb. 
İnsanın ən böyük qüdrəti, möcüzəsi sözlə yaratdıqlarındadır». 
«Üç  min  ilin  hikməti»  adlı  kitabı  mübaliğəsiz  insan  təfəkkürünün  əsrlər 
boyu  yaratdığı  möcüzələr  xəzinəsi  adlandırmaq  olar.  Bəşər  övladının 
gerçəkləşdirdiyi  bütün  ideyalar  öz  başlanğıcını  sözdən  götürür.  İbtidai  insanların 
yaratdığı  daş  alət,  ox-kamanlardan  üzü  bu  tərəfə  elmin,  informatikanın  son 
nailiyyətlərinədək  söz  insanın  ən  böyük  silahdaşı  olmuşdur.  İnsan  sözdən  güc 
almış, qidalanmışdır. Söz bəzən atəş olmuş, yandırmış-yaxmış, bəzən çiçək olmuş, 
ətrafa  ətir  saçmışdır.  Söz  məhəbbət  yaratmış,  söz  nifrət  püskürtmüşdür. 
Müharibələr, fəlakətlər sözlə başlamış, sözlə bitmişdir. Əli Polad bu deyimində nə 
qədər haqlıdır: «Müqəddəs kitablar – Söz, dövlətləri çiynində saxlayan qanunlar – 
Söz,  hikmət,  fəzilət  –  Söz.  Dünyanın  adı  bilinən  və  bilinməyən  hər  ölkəsindən, 
tarixin hər dövründən süzülüb gələn işıq – Söz. Suallara cavab verən də, cavablara 
ayna tutan da – Söz» («Ön söz»dən). 
Böyük  Sözü  seçib  toplamaq,  yaymaq,  təbliğ  etmək,  fikrimizcə,  elə  böyük 
Söz  yaratmaq  qədər  çətin,  şərəfli  və  müqəddəs  işdir.  Axı,  hər  insan  Əli  Poladın 
təbirincə desək, bir gün vəfa və sədaqət hissi ilə, bir gün eşq-məhəbbətlə, bir gün 
də  dövlət  və  qanunla,  yaxud  da  cəmiyyət  həyatı,  ailə  ilə  bağlı  kəlama  ehtiyac 
duyur. Bax, bu zaman illərin, əsrlərin və əsərlərin süzgəcindən keçib gələn, tarixin, 
təbəddülatların sınağına sinə gərən Söz əldən tutur, yardımçı olur. 
Kitab 8 fəsildən, 99 bölmədən ibarətdir. Kəlamlar mövzusuna, mahiyyətinə, 
məna  çalarlarına  görə  uğurla  təsnif  edilmişdir:  həyat-insan,  dövlət-cəmiyyət,  iş-
zəhmət-hünər,  idrak,  münasibət,  ailə,  mənəviyyat,  yaradıcılıq.  Müəllifləri  məlum 


 
137 
və  naməlum  olan  6473  kəlamın  toplandığı  kitab  coğrafi,  dini,  irqi,  milli  sərhəd 
tanımır. Burda əsas meyar kəlamın təsir gücü, qüdrəti, götürdüyü yükdür. Kitabda 
müqəddəs  səmavi  kitablar  –  Tövrat,  İncil  və  Qurandan,  elmi-fəlsəfi,  ədəbi-tarixi 
qaynaqlardan,  o  cümlədən  türk  dünyasının  şah  əsəri  «Kitabi-Dədə  Qorqud»dan 
hind eposu «Vikramaçarita»dan, «Qabusnamə»dən, «Kəlilə və Dimnə»dən, atalar 
sözlərindən, bəşər övladının yaratdığı qanunlardan dəyərli deyimlər, sitatlar verilir. 
Burada  qədim  yunan  riyaziyyatçısı  Arximed,  filosofu  Aristotel,  tarixçisi  Deodor, 
şairi  Homer,  alman  mütəfəkkiri  Höte,  fransız  filosofu,  yazıçısı  Volter,  ingilis 
dramaturqu,  şairi  Şekspirdən  tutmuş  ən  müxtəlif  peşə  sahiblərinin,  dövlət  və 
ictimai  xadimlərin  ehkama  çevrilmiş,  dillər  əzbəri  olmuş  kəlamları  öz  əksini 
tapmışdır.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  Əli  Poladın  qırx  ilə  yaxın  bir  müddətdə 
seçib topladığı kəlamlardan ibarət bu kitab Türkiyədə beş dəfə nəşr olunmuş, dörd 
nəşrin  tam  sayı  qardaş  məmləkətdə  və  dünyanın  digər  ölkələrində  oxuculara 
təmənnasız  paylanmışdır.  Təqdirəlayiqdir  ki,  sonuncu  dəfə  Azərbaycanın  ictimai-
siyasi,  ədəbi-mədəni  həyatında  parlaq  iz  qoymuş  bir  sıra  görkəmli  xadimlərin  də 
kəlamları  verilmişdir.  Kitab  «çağdaş  demokratik  Azərbaycanın  memarı»  Heydər 
Əliyevin  portreti  və  qısa  tərcümeyi-halı  ilə  açılır,  əsərin  içərisində  də  onun 
kəlamlarından  istifadə  olunur.  Azərbaycan  mədəniyyətinin  parlaq  simalarından 
M.F.Axundzadə, 
H.Zərdabi, 
Ü.Hacıbəyov,  A.Səhhət,  Məhəmməd  Hadi, 
M.Ə.Rəsulzadə,  Mirzə  Cəlil,  S.Vurğun,  Şəhriyar,  İlyas  Əfəndiyev,  Rəsul  Rza, 
Bəxtiyar  Vahabzadə,  Elçin,  Anar,  Əkrəm  Əylisli  kimi  qələm,  söz  sahiblərinin  də 
müdrik  hikmətamiz  fikirləri  öz  əksini  tapmışdır.  «Zəngin  dövlət,  zəngin  vətən, 
zəngin vətəndaş» prinsipini özü üçün həyat kredosu seçən iş adamı, maarifçi-ziyalı 
Əli Poladın deyimləri də diqqəti çəkir. 
Kitabın  dəyəri  ölçüyə  gəlmir.  Bəzən  güldürən,  bəzən  fikrə  daldıran, 
düşündürən bu kitab milyonlarla insanın, onlarca xalqın  əsrlər boyu miras qoyub 
getdiyi, köhnəlməyən, təzə-tər, təravətli, təsirli mənəvi sərvətdir. Son dərəcə böyük 
işin  öhdəsindən  fədakarlıqla,  məharətlə  gələn  Əli  Polad  təvazökarlıqla 
toplananların  artırılmasının  və  azaldılmasının  mümkünlüyünü  hesab  edir  və 
gələcəkdə  daha  təkmil  nəşr  üçün  oxuculardan  dəyərli  təkliflər  gözləyir.  O,  yazır: 
«Əgər bu kitabdan tək bir kəlam yaralara məlhəm, könüllərə məhrəm olacaqsa, biz 
də özümüzü məqsədimizə çatmış sayacağıq». 
P.S.  Fikrimizcə,  Elçinin  «Ədəbi  düşüncələr»indən  (QAPP-Poliqraf,  Bakı, 
2002, 249 səh.) sonra «Üç min ilin hikməti» son illərin bu qəbildən olan ən uğurlu 
nəşridir. 
P.P.S.  Bu  yazının  son  nöqtəsini  qoyanda  ANS  telekanalı  ilə  çıxış  edən  bir 
azərbaycanlı  iş  adamının  çıxışı  diqqətimi  çəkdi.  O,  bəzi  yerli  icra  hakimiyyəti 
orqanlarının  sahibkarlara  qarşı  mövqeyindən  şikayətlənərək  deyirdi  ki,  onlar 
sahibkarların  fəaliyyət  göstərdiyi  ərazidəki  problemləri  bizim  vasitəmizlə  həll 
etmək istəyirlər. Bu qafa və düşüncə tərzi ilə o, çəkinmədən xeyriyyəçi Əli Poladı 
da  Elmlər  Akademiyasının, Mədəniyyət  Nazirliyinin, bir sıra institutların, onlarca 
sahə mütəxəssisinin işini yerinə yetirdiyinə görə qınaya bilər… 
 
 
 
 
 
 
 
 
«Xalq qəzeti», 5 fevral 2000. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə