Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   60   61   62   63   64   65   66   67   ...   176

 
130 
həmişəyaşarlığının,  geniş  yayılmasının  səbəbini  onun  melodiyalarının  orijinallığı, 
sadəliyi,  xalq  mahnıları  və  musiqisi  ilə  qırılmaz  tellərlə  bağlı  olmasında  görür. 
Mikayıl Rəfili Asəf Zeynallının musiqi irticasına, ekzotik xalturaya qarşı mübarizə 
apardığını qeyd edir və onu muğamların və türk mahnılarının ardıcıl qammasında 
yeni Azərbaycan musiqisi yaratmaq üçün zəmin axtardığını yazırdı. 
Bütün  bu  mənbələri  xatırladan,  onlara  müraciət  edən  müəllif  Nazim 
Kazımov  Asəf  Zeynallının  xatirəsinin  əbədiləşdirilməsi  üçün  mühüm  addımlar 
atıldığını da qeyd edir. 1933-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına Asəf 
Zeynallının adı verilmiş (Ü.Hacıbəyovun vəfatından sonra onun adı 1953-cü ildən 
Azərbaycan Dövlət Konservatoriyasına, tələbəsi Asəf Zeynallının adı isə vaxtı ilə 
təhsil aldığı Dövlət Musiqi Texnikumuna verildi), 1942-ci ildə onun adına təqaüd 
təsis  edilmiş, bəstəkarın bir  çox  əsəri nəşr  olunmuş, Asəf  Zeynallının  yubileyləri, 
xatirə  gecələri,  elmi-praktik  konfranslar,  «Azərbaycan  Respublikasının  gənc 
musiqi  ifaçılarının  Asəf  Zeynallı  adına  I  müsabiqəsi»  keçirilmiş  (1993), 
konsertlərdə bəstəkarın əsərləri ifa olunmuşdur. 
Asəf  Zeynallının  simfonik  musiqi  yaradıcılığını  araşdıran  N.Kazımovun 
fikrincə,  onun  irihəcmli  simfonik  janra  müraciət  edərək  məşhur  «Fraqmentlər» 
süitasını  yazması  təsadüfi  deyil.  O,  artıq  özünü  dram  əsərləri  üçün  yazdığı 
simfonik musiqi parçaları ilə sınamışdı. Asəf Zeynallı 1928-1931-ci illərdə – Türk 
İşçi  Teatrında  çalışdığı  dövrdə  bir  çox  dram  tamaşalarına,  o  cümlədən  «Sevil», 
«Dönüş»  (C.Cabbarlı),  «Hind  qızı»  (Ə.Həmid),  «Gizli  əl»,  «Qanlı  səhra»  (Cəfər 
Xəndan)  və  s.  kimi  çox  sayda  tamaşalara  musiqi  bəstələmişdir.  Həmin  musiqi 
parçalarını yüksək qiymətləndirən N.Kazımov yazır: «Bəstəkar tamaşalara yazdığı 
musiqidə onların mövzu və dramaturgiyasını, hadisələrin və obrazların xarakterini 
açmağa,  təsvir  və  ifadə  etməyə  nail  olmuşdur».  7  fraqmentdən  ibarət 
«Fraqmentlər»  simfonik  süitası  7  tamaşaya  yazılmış  parçalardan    ibarət  olsa  da, 
süitanın hissələri arasında ustalıqla məzmun, forma vəhdəti yaradılmış və simfonik 
musiqi  kamil  əsər  təsiri  bağışlayır.  N.Kazımov  «Fraqmentlər»in,  eləcə  də 
A.Zeynallının  digər  simfonik  janrda  yazdığı  əsərlərin  təhlili  zamanı 
Ü.Hacıbəyovun, görkəmli musiqişünas D.Danilovun, professor Validə Şərifovanın 
bəstəkarın yaradıcılığı ilə bağlı fikirlərinə də istinad edir. Qeyd etmək lazımdır ki, 
A.Zeynallının  Bakının  tarixi  və  müasir  dövrünü  tərənnüm  edəcək  «Bakı» 
simfoniyası  üzərində  işi  yarımçıq  qalmışdır.  Qəfil  ölüm  bəstəkarın  planlarını 
yarımçıq qoymuşdur. 
Nazim  Kazımov  A.Zeynallının  kamera  instrumental  yaradıcılığından  bəhs 
edərkən  göstərir  ki,  bəstəkarın  bu  janrdakı  əsərləri  sənətkarın  fərdi  yaradıcılıq 
üslubunun, milli kolorit və özünəməxsusluğun, melodik və harmonik dilinin, güclü 
bədii təxəyyülünün və novatorluğunun daha qabarıq üzə çıxması ilə xarakterikdir. 
Tədqiqatçı  bəstəkarın  kamera-instrumental  yaradıcılığındakı  əsərlərə  aşağıdakı 
kimi təsnifat verir: 
- fortepiano əsərləri; 
- simli-kamanlı alətlər üçün pyeslər. 
Belə  bölgüdən  sonra  N.Kazımov  A.Zeynallının  fortepiano  üçün  yazılmış 
əsərlərini  –  6  hissədən  («Kuklaların  yürüşü»,  «Uşaq  və  buz»  (mahnı),  «Oyun», 
«Rəqs», «Qoyunlar» (xalq mahnısı), «Deyişmə») ibarət «Uşaq» süitası, «Durna», 


 
131 
«Cahargah»  pyesləri  və  mürəkkəb  polifonik  formanın  səciyyəvi  olduğu  9  fuqanı 
sənətkarlıq  baxımından  təhlil  edir,  dəyərləndirir  və  onların  Azərbaycan  kamera 
musiqisindəki  yerini  müəyyənləşdirir.  Xüsusi  ilə  vurğulanır  ki,  A.Zeynallı  «Uşaq 
süitası»  ilə  Azərbaycanda  uşaq  fortepiano  miniatürünün  əsasını  qoymuş,  milli 
fortepiano musiqi üslubunu yaratmışdır. 
Asəf  Zeynallının  yaradıcılığının  janr  etibarı  ilə  rəngarəng  olduğunu  qeyd 
edən N.Kazımov sənətkarın kamera-vokal yaradıcılığı barədə də geniş söhbət açır 
və  göstərir  ki,  vokal  musiqi  onun  yaradıcılığının  əsasını  təşkil  edir.  Bəstəkarın  5 
romansından  («Ölkəm»,  «Sual»,  «Seyran»,  «Sərhədçi»,  «Çadra»)  birincisi 
A.Zeynallıya sənətkar həmişəyaşarlığı bəxş etmiş, ona əbədi şöhrət qazandırmışdır. 
Bu əsərlə, eyni zamanda o, Azərbaycan klassik romans janrının əsasını qoymuşdur. 
Romansın sözləri böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlıya aiddir. Bu şeir 
dilinin  sadəliyi,  səmimiliyi,  canlılığı,  oynaqlığı,  obrazlılığı  ilə,  eyni  zamanda 
Vətənə yüksək məhəbbət ruhu ilə seçilir. Asəf Zeynallının ona bəstələdiyi musiqi 
isə  şeirin  təsir  gücünü  daha  da  artırmış,  onu  dillər  əzbəri  etmişdir.  N.Kazımov 
yazır:  «Az  qala  bir  əsrə  yaxın  müddət  ərzində  vokalçıların,  müğənnilərin 
repertuarından və tədris-vokal repertuarından düşməyən məşhur «Ölkəm» romansı 
bu gün də sevilə-sevilə ifa olunur və dinlənilir». Tədqiqatçı romansın forma, lad, 
tonallıq  xüsusiyyətlərini  təhlil  edir,  onun  bədii  məziyyətlərini  araşdırır  və  bu 
qənaətə gəlir ki, əsərin bu qədər sevilməsinin, populyarlığının kökündə onun milli 
ruhunda, eyni zamanda bəşəri dəyərindədir. 
Asəf  Zeynallının  digər  romanslarını  da  təhlil  edən  N.Kazımov  sənətkarın 
vokal  yaradıcılığında  mühüm  yer  tutan  mahnı  janrında  yazdığı  əsərlərə  diqqəti 
çəkir  və  S.Rüstəmin  sözlərinə  səs  ilə  fortepiano  üçün  «Qızıl  bayraqlı  Türk  İşçi 
Teatrosu marşı», M.S.Ordubadinin sözlərinə ikisəsli xor ilə fortepiano üçün «10 il» 
mahnıları, Rəsul Rzanın sözlərinə soprano və messa-soprano ilə simfonik orkestr 
üçün  «Araz»  mahnı-romansı,  səs  ilə  simfonik  orkestr  üçün  «Seyran»  mahnı-
romansı  ilə  peşəkar  vokal  incəsənətini  zənginləşdirdiyini,  milli  vokal  ifaçılıq 
imkanlarını genişləndirdiyini qeyd edir. Asəf Zeynallı eyni zamanda «Sarı gəlin», 
«Səndən  mənə  yar  olmaz»,  «Durna»,  «O  qara  qaşlar»  kimi  xalq  mahnılarını  da 
fortepiano üçün işləmiş və onların hər birini yüksək səviyyəli romans-mahnı kimi 
də musiqi xəzinəmizə bəxş etmişdir. 
Təqdirəlayiqdir  ki,  tədqiqatçı  N.Kazımov  A.Zeynallının  qısa  –  23  illik 
həyatındakı çoxşaxəli fəaliyyətini bütün istiqamətlərdə araşdırmağa səy göstərmiş, 
bu  işi  peşəkarlıqla  yerinə  yetirmişdir.  Bəstəkarın  folklorşünaslıq  və  pedaqoji 
fəaliyyəti  də  izsiz  qalmamışdır.  A.Zeynallı  xalq  musiqi  nümunələrinin 
toplanılmasına, notlaşdırılmasına böyük əhəmiyyət verirdi və bu işdə özü nümunə 
göstərirdi. O, xalq nəğmələrini, əmək, mərasim mahnılarını, aşıq mahnılarını, rəqs 
havalarını  toplamaq  üçün  Qarabağa  ezamiyyətə  gedən  ilk  ali  təhsilli  bəstəkardır. 
Bu səfər ona həyatı bahasına başa gəlsə də (o, ağır xəstəliyə düçar olmuş və vəfat 
etmişdir)  o,  onlarca  xalq  mahnısına,  rəqs  və  diringələrə,  təsnifə,  mərasim 
nəğmələrinə yeni həyat vermiş, onları notlaşdırmışdır. N.Kazımov nota alınmış bu 
cür əsərlərin bəzilərinin – 60-a yaxınının adını çəkir. 
Hələ  Konservatoriyada  təhsil  alan  vaxt  ora  müəllim  kimi  işə  götürülən 
A.Zeynallının  pedaqoji  fəaliyyəti  barədə  N.Kazımov  yazır:  «O,  müəllimi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə