112
Gətirilən qəzetlərdən məqalələrimi bir-bir oxutdu, hər məqalədə nə demək
istədiyimi soruşdu. Bütün bu yazıların ictimai tənqidlər olduğunu, cəmiyyətimizin
yaxşı və qüsurlu tərəflərini işıqlandırdığını izah etdim. O zaman Atatürk …na
işarət edərək «Bəy əfəndi, bir nəfər həm Universitetdə müəllimlik edər, həm də
iqtidarı tənqid edərsə, bunun nəticələri yaxşı olarmı?» - deyə soruşdu. Müraciət
etdiyi şəxs, «Əlbəttə, doğru deyil» – cavabını verdi. Paşa sualı digərlərinə də
ünvanladı. Bir nəfər istisna olmaqla, hamısı eyni cavabı təkrarladı. O bir nəfər …
bəy, «əgər rejim və iqtidar qüvvətli isə, bir kimsənin həm Universitetdə müəllimlik
etməsi, həm də müxalifətdə olması heç bir zərər verməz. Əgər rejim və iqtidar zəif
isə, bunun təhlükələri var»- dedi. Atatürk mənə dönərək soruşdu: «Bax, nə
deyirlər?». «Paşam, hər kəs fərqli düşünə bilər. Mən nə edim?» - cavabını verdim.
Atatürk birdən-birə «aydın olur» - deyə qışqırdı: «Onlara cavab verməyi özünə
sığışdırmırsan, lap yaxşı, bax mən deyirəm, həm Universitetdə müəllimlik, həm də
müxalifətlik olmaz». Sonra əlavə etdi: «Söylə, biz də bilək, sən bu qəzeti çıxarmaq
üçün pulu haradan tapdın?» Bu zaman nə qədər qorxunc bir intriqanın yarandığını
anladım. «Paşam, - dedim, - «Akın»ı bağlamağı qərara almışdım. Lakin, madam
ki, belə şübhə var, müfəttişlərinizi göndərərək pulu haradan, necə tapdığımı
araşdırıb elan etməyincə qəzeti bağlamayacağam». Bunu eşidəndə Qazi «Deməli,
söz güləşdirirsən» - deyə qışqırdı: - Sən həm də unudursan ki, sığıntısan!»
Anam atamın əlindən tutdu – Atatürk bunu sənə söylədimi? «Hə, Sitarə,
söylədi və bir andaca həyatımın ən dərin kədəri içimi doldurdu. Paşam, – dedim, –
on səkkiz yaşımdan bəri türk millətinin xidmətindəyəm. Mənə bu yolda dəfələrlə
bir çoxları bu sözü söylədi. Hamısına güldüm. Amma indi sizin ağzınızdan eyni
sözü eşitmək məni ruhumun ən dərin nöqtəsinə qədər sarsıtdı. Sizə qədər bu sözü
mənə deyənlər kiçik adamlardı. Siz isə bu məmləkəti xilas etmiş insansınız. Bir
tərəfdən bütün dünyanın türk irqindən, türk millətindən yarandığı tezisini ortaya
qoyursunuz, digər tərəfdən sərhədin o tayındakı, təəssüf ki, əsarət altındakı xalis
türk bir yurddan, türkün hürriyyətini mühafizə etməyə müvəffəq olmuş qisminə
gələn, yenə xalis bir türkə «sığıntı» deyə bilirsiniz. Bu nə qorxunc bir təzaddır və
nə üçün Allah mənə sizi belə bir təzad uçurumu içində göstərmək fəlakətini nəsib
etdi». Bu sözləri söylər-söyləməz ayağa qalxdım. Bu an gözləmədiyim bir hadisə
baş verdi. Atatürk də ayağa qalxaraq boynuma sarıldı: «Sən məni yanlış anladın,
elə demək istəmədim» - deyərək, üz-gözümü öpməyə başladı. Lakin orada duracaq
halda deyildim. Bir söz demədən çıxdım.
Anam atamın əllərini dodaqlarına apardı: «Üzülmə, Əhməd, yaxşı cavab
vermisən. Qazi böyük adamdır, səni sevir, ətrafında olan bir neçə nəfər aranı
qarışdırıb».
Bir neçə həftə sonra «Akın» qəzeti bağlandı. Bir müddət də keçəndən sonra
Universitetdə islahat aparılarkən atamın kürsüsünü də əlindən aldılar. O zaman
atamın Atatürkə çox yaxın olan bir dostu atamın ortaqlarından birinin qəzetlə bağlı
bütün xəbərləri, danışıqları bir jurnala qeyd etdiyini xəbər verdi. Anam yenə haqlı
çıxmışdı…
Bu hadisədən sonra anam onu uzun illərdən bəri müayinə və müalicə edən
mərhum dr.Akil Muxtara «ölümüm yaxınlaşdı, doktor, fəqət Əhmədi düşdüyü
maddi və mənəvi sıxıntılar içində tək-tənha buraxmaq çox çətindir. O, özünü
113
toplayana qədər yaşaya bilsəydim» - demişdi. Bu sözləri atamdan başqa ailənin
bütün üzvlərinə də demişdi. Fəqət, heyhat, daha həyatını bir az da olsa, uzatmaq
mümkün deyildi. Tək bir təsəllisi vardı: həmişə ərindən əvvəl ölməyi Allahdan
diləmişdi. Bax, bu istəyi yerinə yetirdi. Ölüm hazırlığını özü görmüşdü: - kəfəni,
tabuta örtüləcək şalı, gül sularını, yandırılacaq öd ağaclarını (tropik meşələrdə
bitən, yanarkən ətrafa xoş qoxu yayılan ağac – T.A.) atamın və xalamın bildiyi bir
yerə çoxdan toplamışdı.
1933-cü ilin oktyabr ayının 16-sı gecəsi süfrə başında idik. Yalnız bacım
Tezər anamın yanında idi. Birdən onun «Anama bir şey olur» - deyə hayqırtısını
eşitdik. Otağına girdiyimiz zaman anamın gözləri qapanmışdı. İndi olduğu kimi
xatırlayıram, babam birdən özünü itirdi. Sitarənin öləcəyini çox düşünmüşdü.
Fəqət bu anı əsla təsəvvür etmirdi. Hər birimizin üzünə ayrı-ayrı baxdı, sonra
anamın dizlərinə qapanaraq hıçqıra-hıçqıra ağlamağa başladı…
“525-ci qəzet”,14 , 21 iyul 2007
Ġdrak və irĢad iĢığı
(Mirzə Fətəli Axundzadə haqqında oxuduğum pyesdən təəssürat)
Ədəbi-mədəni mühitin, xüsusilə teatr ictimaiyyətinin yaxşı tanıdığı Arif
Mədətovun bir sıra pyeslərinin səhnədə uğurla oynanıldığını bilsəm də, etiraf edim
ki, dramaturqun yaradıcılığına dərindən bələdliyim yox idi. Bu yaxınlarda onun,
nəşrləri ilə respublikada, eləcə də ölkəmizdən kənarda yaxşı tanınan «Çinar-çap»
nəşriyyatında işıq üzü görən «Şeytan» adlı kitabı diqqətimi çəkdi.
Burada müəllifin 4 pyesi toplanmışdır: «Aylı gecə» (psixoloji dram),
«Şeytan» (tragikomediya) «Sezarın taleyi» (bədi-tarixi faciə) və «İdrak işığında»
(tarixi dram). Tanınmış şair - publisist Dilsuzun redaktor, Qoşqar İsmayıloğlunun
naşir olduğu kitaba sənətşünaslıq doktoru, professor İlham Rəhimli «Psixoloji
insan münasibətləri» adlı ön söz yazmışdır. İstedadlı teatrşünas İ.Rəhimli Arif
Mədətovun pyeslərinin janr xüsusiyyətlərinə, hadisələrin dram prinsiplərində
bədii-estetik təsvirinə, xarakterlərin əlvanlığına, tarixi reallıqlara çağdaş fəlsəfi
baxışlarına görə diqqət çəkdiyini xüsusi vurğulayır, hər bir əsərin ideya-məzmunu
barədə çox yığcam məlumat verir və əmin olduğunu bildirir ki, teatrlarımızın
orijinal pyeslər baxımından korluq çəkdiyi bir mərhələdə «Şeytan» kitabındakı 4
yeni və maraqlı pyes bu sahədəki boşluğu müəyyən mənada doldurmuş olacaqdır.
Ön sözdən məlum olur ki, A.Mədətovun «İdrak işığında» adlı pyesi
Azərbaycanın böyük mütəfəkkir yazıçısı, dramaturgiyamızın banisi Mirzə Fətəli
Axundzadənin həyatından bəhs edir. Professor İlham Rəhimliyə görə, M.F.
Axundzadənin həyatından bir neçə dram əsəri yazılsa da, Arif Mədətovun pyesi
müəllifin tarixi həqiqətlərə yeni estetik prizmadan yanaşması və Mirzə Fətəlinin
həyatının son dərəcə maraqlı epizodlarını dramaturji konfliktin mərkəzinə çəkməsi,
Dostları ilə paylaş: |