328
Tanınmış tədqiqatçı Abid Tahirlinin Azərbaycan mühacirət problemi,
xüsusilə mühacirət mətbuatı ilə bağlı araşdırmaları ölkəmizdə olduğu kimi, xaricdə
də böyük maraq doğurur. Bu günlərdə müəllifin ünvanına Almaniyanın Halle
şəhərindəki məşhur Martin Lüter Universitetindən bildiriş daxil olmuşdur. Orada
qeyd olunur ki, A.Tahirlinin beş kitabı – «Azərbaycan mühacirəti», «Sözlə
yarananlar, sözü yaşadanlar», «Azərbaycan mühacirət mətbuatı» (1-ci və 2-ci
hissələr), «Azərbaycan mühacirət mətbuatında publisistika» Universitetin
kitabxanasının kataloquna salınmışdır.
Abid 1988-ci ildən Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr
Cəmiyyəti – «Vətən» Cəmiyyəti yaranandan onun orqanı «Odlar yurdu» qəzetində
əvvəlcə müxbir, sonra böyük müxbir, məsul katib, redaktor müavini vəzifələrində
çalışmışdır. 1992-1993-cü illərdə «Vətən» Cəmiyyəti Avropa və Amerika ölkələri
şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1993-cü ildən Azərbaycan Respublikası
Nazirlər
Kabinetinin məsul işçisi, birinci dərəcəli dövlət qulluqçusudur.
Abid Tahirli Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər
Birliyinin üzvüdür. Filologiya elmləri namizədidir. Heç şübhəsiz ki, bu yaxınlarda
onun doktorluq dissertasiyası müdafiə etməsinin də şahidi olacağıq.
Mətbuatda yüzlərlə publisistik yazısı, 150 elmi məqaləsi işıq üzü görmüş
Abid Tahirli bu gün öz yaradıcılıq axtarışları daha fəal şəkildə davam
etdirməkdədir.
Biz bu yazımızda görkəmli alim və jurnalistin fəaliyyətindən qısa söhbət
açdıq. Əlli illik yubileyi günlərində Abidsevərlərin cərgəsinə qoşulub onu ürəkdən
təbrik etmək bizim üçün çox xoşdur. Şübhəsiz ki, Abid çoxlarının əlçatmaz saydığı
mövzuları əvvəlki həvəs və sevgi ilə yenə davam etdirəcək və biz də, inşallah,
onun yüz illiyində bütün bunlar barədə geniş söhbət açacağıq.
Məhəmməd BAHARLI,
Əziz AZƏRĠ
«Azərbaycan müəllimi» qəzeti,
2 dekabr 2005
Azərbaycan mühacirət mətbuatının
fədakar tədqiqatçısı
Azərbaycan mühacirəti haqqında son illərdə dəyərli tədqiqat işləri yazılmış
və yazılmaqdadır ki, bu da çox təqdirəlayiqdir. Alimlərimizin bir sıra tabular
üzündən məşğul ola bilmədikləri və yaxud qeyri-intensiv məşğul ola bildikləri,
elmi-ədəbi ictimaiyyətə, Azərbaycan xalqına təqdim edə bilmədikləri mühüm bir
mövzu – Azərbaycan mühacirəti mövzusu geniş bir tədqiqat müstəvisində öyrənilir
və bu təbiidir.
Azərbaycanın da daxil olduğu post-sovet məkanında ötən əsrin 60-cı
illərindən başlayan «yumşalma», 80-ci illərin sonundan isə «demokratikləşmə və