330
dərc olunmuş materialların dil-üslub, sənətkarlıq xüsusiyyətləri haqqında yazılmış
məqalələri
verilmişdir. Burada həmçinin, mühacir-publisistlərin konkret
mövzularla bağlı yaradıcılığı və fəaliyyəti barədə qələmə alınmış materiallar,
habelə mühacirət mətbuatının tədqiqi və başqa problemləri haqda yazılmış
məqalələr də oxucuların diqqətinə çatdırılır.
Müəllif çox düzgün olaraq mühacirət mətbuatımızın tədqiqinə milli mətbuat
anlayışı kontekstindən yanaşmışdır. Azərbaycan mətbuatı anlayışını:
- Çar Rusiyası dövründəki Azərbaycan mətbuatı;
- Sovet İttifaqı dövründəki Azərbaycan mətbuatı;
- Cənubi Azərbaycan mətbuatı;
- Azərbaycan mühacirət mətbuatı;
- Müstəqil Azərbaycanın mətbuatı (1918-1920-ci illlər və 1991-ci ildən
sonrakı illər) bölgüsündə təqdim edən A.Tahirli qısa da olsa, hər dövrün elmi
tədqiqatlarla nə dərəcədə əks etdirildiyi haqda məlumat verir. Mühacirət
jurnalistikası ilə bağlı bölümdə deyilir ki, hələ XX yüzilliyin əvvəllərindən
indiyədək H.Zərdabi, F.Köçərli, C.Hacıbəyli, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə,
M.B.Məmmədzadə, Ə.Topçubaşov, N.Nərimanov, T.Şahbazi, Ə.Abid, daha sonra
N.Axundov, Ə.Mirəhmədov, A.Zeynalov, N.Zeynalov, A.Zamanov, Q.Məmmədli,
F.Qasımzadə,
Ş.Qurbanov,
X.Məmmədov,
Ş.Novruzov,
Ə.Məmmədov,
M.C.Cəfərov, C.Xəndan, Ş.Hüseynov, T.Rüstəmov, S.Hüseynov, T.Rüstəmova və
başqaları tərəfindən mətbuat tarixinə aid xeyli kitab nəşr olunmuş, onlarca məqalə
çap edilmişdir. Lakin kommunist rejiminin, ideologiyanın təsiri, tələbi ilə mətbuat
tarixinin araşdırılmasında – xüsusilə mətbu orqanın proqramı, məramı, ideoloji,
tarixi, siyasi, mənəvi yönümü ilə bağlı təhriflərə, qərəzli münasibətlərə yol
verilirdi.
Mühacirət mətbuatı tariximizin tədqiqində yeni mərhələ hesab edilə biləcək
1980-ci illərin sonu 90-cı illərin əvvəllərində isə mühacirət mətbuatı ilə bağlı daha
çox informativ yazılar qələmə alınırdı. A.Tahirli bu irsin daha dərindən
araşdırılması istiqamətində xalq yazıçısı Elçinin böyük əməyini qeyd edir, onun
«Odlar yurdu» qəzetində dərc olunmuş proqram-məqaləsini xüsusi vurğulayır:
«…eyforiyaya qapılmadan Azərbaycan mühacirətini bir qurum kimi
öyrənməli, elmi-nəzəri şəkildə onun demoqrafik, siyasi-ictimai və sosioloji
təsnifatını verməliyik. İndiyə qədər məlum səbəblər üzündən bu sahədə, yəni
Azərbaycan mühacirətinin öyrənilməsi sahəsində çox az iş görülmüşdür, ciddi,
sanballı tədqiqatlar yox dərəcəsindədir, mühacirətə birtərəfli münasibət, bu
münasibətdəki bədnam sinfilik prinsipi uzun zaman hakim ideologiyanın tərkib
hissəsi olmuşdur» (Elçin, «Odlar yurdu» qəzeti, № 21, 1991-ci il).
Azərbaycan mühacirət irsinin, mühacirət mətbuatının tədqiqində son vaxtlar
kifayət qədər iş görüldüyünü yazan A.Tahirlinin fikrincə «mühacirət mətbuatının
həm tədqiqində, həm də tədrisində iki məsələyə də diqqət yetirilməlidir».
Bunlardan birincisi, Azərbaycan elmi ictimaiyyətində ilk mühacir nəşri ilə
bağlı olan fikirlərdir. A.Tahirli 1923-cü ilin sentyabrında İstanbulda
M.Ə.Rəsulzadənin rəhbərliyi və Sədi Əfəndinin redaktorluğu ilə çıxan «Yeni
Qafqasya»nın ilk mühacirət qəzeti olması fikrini qəbul etmir və qənaətini
təkzibolunmaz faktlarla əsaslandırır. Abid Tahirli digər müəlliflərdən fərqli olaraq,
331
Mirzə Cəlilin 1921-ci ildə Təbrizdə – İranda nəşrini davam etdirdiyi «Molla
Nəsrəddin» jurnalını mühacirət mətbuatımızın ilkini hesab edir.
O, M.Cəlilin 1921-
ci ildə bolşevik repressiyasına tuş gəlməməsi üçün Təbrizə məhz mühacir etdiyini,
bu qədim Azərbaycan şəhərinin hüquqi baxımdan İran ərazisi olduğunu yazır və
fikrinin birmənalı təsdiqi üçün Əziz Mirəhmədovun «Molla Nəsrəddin: dünən, bu
gün, sabah» adlı məqaləsindən çox tutarlı bir sitat gətirir:
«…fevral və oktyabr inqilabları» adı ilə məşhurlaşan hadisələrin imperiya
xalqlarına, o cümlədən azərbaycanlılara xoşbəxtlik gətirə bilməyəcəyini dərk
edirdi; arvadı Həmidə xanımın malikanə, torpaq, məktəb sahibi olması, «mülkədar-
xeyriyyəçi qadın» kimi, qardaşı Ələkbəri isə İran inqilabı fədailərindən və
Səttarxanın yaxın silahdaşlarından biri kimi tanınması, erməni-daşnak canilərinin
Qarabağdakı vəhşilikləri zamanı silah götürüb Xankəndindəki vuruşlarda iştirak
etməsi və s. kimi səbəblər ədibin Təbrizə mühacirətini labüd etmişdi».
A.Tahirlinin vacib bildiyi və geniş elmi təhlilə cəlb etdiyi ikinci məsələ isə
Azərbaycan mühacirət mətbuatı və mühacirət publisistikası anlayışlarına
münasibətidir. A.Tahirli artıq Azərbaycanda mühacirət mətbuatı anlayışının
formalaşdığını, onun elmi tədqiqatı və tədrisi istiqamətində önəmli addımlar
atıldığını, lakin
mühacirət
publisistikamızın
elmi-tədqiqat
predmetinə
çevrilməməsini təəssüf hissi ilə qeyd edir.
Doğrudur, ayrı-ayrı müəlliflər bu və ya digər xadimin həyat və
fəaliyyətindən bəhs edərkən pərakəndə halda olsa da, onların xarici ölkələrdə
publisistika fəaliyyətini işıqlandırırlar. Lakin «bəhs etdiyim sahə o qədər aktual,
eyni zamanda zəngindir ki, mövzu mütləq ayrıca tədqiqat predmeti kimi dərindən,
ətraflı öyrənilməli və ali məktəblərin müvafiq fakültələrində tədris edilməlidir» -
qənaətində olan müəllif Azərbaycan mühacirət irsinin öyrənilməsində önəmli
mərhələ təşkil edən mühacirət publisistikasının diqqətdən kənar qalmasını haqlı
emosionallıqla tənqid edir:
«Dünya jurnalistikasının öyrənilməsi və öyrədilməsi
təqdirəlayiqdir, lakin bu xəzinəyə son dərəcə gözəl töhfələr vermiş Azərbaycan
mühacirət jurnalistikası niyə diqqətdən kənarda saxlanılmalıdır?!»
Müəllif daha sonra Azərbaycan mühacirət publisistikasının görkəmli
nümayəndələrindən olan Cəmaləddin Əfqani, Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Ceyhun Hacıbəylinin
həyat və yaradıcılığından, onların Türkiyə, Misir, İngiltərə, Fransa, Almaniya kimi
dövlətlərin mətbu orqanları ilə əməkdaşlıqlarından, qələmə aldıqları yazıların
ideya, mövzu, məzmun etibarilə önəmindən çox geniş və əhatəli şəkildə bəhs
açmışdır.
Azərbaycan mühacirət irsi, mühacirət mətbuatı və mühacirət jurnalistikası
kimi anlayışlara daha çox dolğun və elmi-nəzəri ümumiləşdirmələr mövqeyindən
aydınlıq gətirən Abid Tahirli daha sonra müxtəlif illərdə və müxtəlif ölkələrdə
azəri mühacirlərin nəşr etdikləri «Yeni Qafqasya», «Odlu yurd», «Azərbaycan»,
«Azərbaycan yurd bilgisi» jurnalları «İstiqlal» qəzeti və s. haqqında geniş elmi
təhlilə, analitik yanaşma tərzinə əsaslanan məlumatlar verir.
Vacib olan məsələlərdən biri də tədqiqatçının bu mətbu orqanların təhlilini
verməzdən öncə konkret dövrün, mühacir dərnəklərinin ideya fəaliyyətində
meydana gələn fikir dəyişikliklərinin və bu kimi problemlərin işıqlandırmasıdır.
Dostları ilə paylaş: |