Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
119
Deməli texnoloji prosesin
gedişində məlum olur ki, aparatda temperatur rejimi əsas götürülür.
Ona görədə
bir sıra elmi mənbələrə əsaslanaraq aparatda gedən prosesin dinamikasını aşağıdakı diferensial tənliklə
ifadə etmək olar.
k
Burada k- gücləndirmə əmsalı ,
u- idarə faktoru, x- isə fəza koordinantlarıdır.
Tənlikdə olan parametrlərin qiymətləri təcrübə yolu ilə tapılmışdır.
Pantriyakinin maksimallıq prinsipindən istifadə edərək prosesin qeyri-xətti sisteminin optimal
sintezi məsələsinə baxılmışdır. Burada əsas məqsəd keçirilmə (dəyişilmə) momentini təyin etmək və u(t)
idarə qanununu tapmaq tələb olunur.
“ELEKTRONICS WORKBENCH” PROQRAM MÜHĠTĠNĠN “LOQIC
CONVERTOR” ALƏTĠ ĠLƏ VĠRTUAL QURĞU MODELĠNĠN ĠġLƏNMƏSĠ
Lətifov D.A.
Sumqayıt Dövlət Universiteti
Modelləşdirici proqram vasitələri təcrübi tədqiqatlarının həcmini, qurğunun sintezində istifadə
oluna biləcək ölçmə cihazlarına və elementlərə tələbatı azaltmaqla yanaşı sintez olunan maketin yığılması
və sazlanmasına sərf olunan vaxt itkisini də minimuma endirir ki, bu da tədris prosesi üçün real vaxt
intervalında biliklərin mənimsənilməsinə xidmət göstərir [1,2].
Təqdim olunan işdə sxem səviyyəli ―Elektronics Workbench‖ proqramlaşdırma mühitinin ―Loqic
Convertor‖ alətindən istifadə etməklə işləmə məntiqinə uyğun olaraq dekoder qurğusunun modelinin
qurulması qaydalarından biri təhlil olunur. Göstərilir ki, bu qaydalardan və alınan nəticələrdən
İnformatika dərsinin tədrisində laboratoriya təlimatı kimi istifadə oluna bilər. Qaydalar uyğun mərhələlər
aşağıdakı kimi səciyyələndirilir:
1.
Həqiqilik cədvəlinin tərtibi mərhələsi: Dekoder ikilik paralel kodu unitar koda çevirən
kombinasiyalı məntiqi sxem əsasında modelləşdirilir. Dekoder
n
- sayda informasiya girişinə
uyğun
n
N
2
sayda binar çıxışa malik olur və girişindəki binar kod onun aktiv çıxışının
nömrəsini təyin edir. Binar ardıcıllıqda unitar kod üçün yeganə aktiv səviyyənin olduğuna
əsaslanaraq dekoderin işləmə məntiqinin həqiqilik cədvəli tərtib olunur.
2.
Tənliklər sisteminin tərtibi mərhələsi: Həqiqilik cədvəli əsasda dekoderin məntiqi işini təmin
edən tənliklər sistemi tərtib olunur və tənliklərdə əlavə məntiqi şərtlər də nəzərə alınır. Məsələn,
dekoder onun işləməsinə icazə verən xüsusi E-girişinə də malik olur. Yalnız E-girişində aktiv
siqnal olduqda qurğu məntiqinə uyğun çevirməni yerinə yetirir. E-girişi passiv olduqda isə bütün
çıxışlarda məntiqi sıfır olur.
3.
DəqiqləĢdirmə və məntiq elementlərin seçilməsi mərhələsi: Əlavə şərtlərə uyğun olaraq
məntiqi tənliklər sistemi dəqiqləşdirilir və dekoderi reallaşdıra bilən məntiq elementləri seçilir.
Məsələn, məlumdur ki, əksər dekoderlər
NOT və
AND məntiqi elementlər əsasında sintez
olunurlar.
4.
Sintez mərhələsi: Dekoder sxeminin sintezi üçün Elektronics Workbench proqram mühitinin
―Logic Convertor‖ alətindən istifadə olunur. Deşifratorun məntiqi tənliklər sisteminin hər bir
tənliyinə uyğun sxem sintez olunur, ehtiyac olduqda ikigirişli məntiq elementləri çox girişlilərlə
əvəz olunur və ümumi sxem tərtib olunur.
5.
GeniĢləndirmə və simulyasiya mərhələsi: Dekoderin istifadəsi zamanı, vacib məsələlərdən biri
bir neçə dekoderin kombinasiyası yolu ilə çıxışların sayının artırılması, yəni genişləndirilməsidir.
Məsələn, tutaq ki, iki girişli və dörd çıxışlı dekoderdən istifadə edərək dörd girişli on altı çıxışlı
dekoderin sintezi tələb olunur (
4
2
sxemi əsasında
16
4
sxeminin sintezi). Belə dekoderi
sintez etmək üçün 5 ədəd E-girişli
4
2
sxemi tələb olunur.
4
2
sxemli dekoderdən dördü 16
sayda çıxışı təmin etmək üçün istifadə olunur, biri isə onların E-girişlərini idarə etmək üçün
istifadə olunur.
Qeyd olunan mərhələlər üzrə sintez olunan
16
4
dekoderin simulyasiyasının sxemi nümayiş
etdirilir.