Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
111
TĠBBĠ ƏMƏLĠYYATLAR ZAMANI NARKOZUN VERĠLMƏSĠNDƏ
ĠSTĠFADƏ OLUNAN QURĞULARIN ĠCMALI
Məmmədli T.İ.
Sumqayıt Dövlət Universiteti
Çox vaxt narkozlar kombinasiyalı (məsələn,inqalyosion narkozla,qeyri-inqalyosion narkoz
narkozla əzələ relaksantlari,müxtəlif iqalyosion və bir neçə növ qeyri-m-qalyosion narkozlarin
qarışıqı,yeni anesteziya ilə hər hansı başqa bir növ narkoz,hipnozla müxtəlif narkoz,hipotermiya ilə
narkoz,elektrik narkozu və s.tətbiq edilir.İnqalyosion narkoz açıq,qapalı,yarımqapalı,yarımcıq üsullarla
verilir.Narkoz verilərkən maska və xüsusi qurğulardan istifadə edilir.
Tibbi əməliyyatlar zamanı xəstəni nəzarət altında saxlamaq ve orqanizmin funksiyalarını idarə
etmək üçün anestezologiyada elektroensefaloqrafiya, elektrokardioloqrafiya, karbosimmetriyanın və
s.göstəricilərini avtomatik süretde təhlil edən qurğular tətbiq olunur.
İnqalyasiya anestetiklərin verilməsi üçün narkoz qurğularına mikro kompüter qosmaqla
anestezioloji sistem yaradılması vacib məsələlərdən biridir ki, bu da anestetiklərin xəstəyə göstərdiyi
təsiri bilmək üçün anestezioloq əməliyyat zamani xestenin fizioloji vəziyyətini xarakterizə edən
parametrləri(məsələn,elektrokardioqramma,ürək yığılması tezliyi,qan tezyiqi,urək döyünməsi,nəfəsin
həcmi,hərarətin tezliyi və s.)izləməyə müvafiq qərarlar qəbul etməyə imkan verir.
Mikrokompüterlərin universallığı monitor sisteminin müşahidəsini asanlıqla genişləndirməyə
imkan verir. Beləki, müasir zamanda cihazqayıranlar tərəfindən yeni modellər hazırlanır ki,bu model
xəstənin gələcəkdə ehtimal olunan vəziyyətini qabaqcadan görmək və bu vəziyyətlərin mühüm halları
haqqında proqnozlaşdırmalar və s.aparmağa imkan verir.Odur ki,‖Xəstəyə narkoz verən kontrollerin
işlənməsi‖ mövzusunda işlənmiş dissertasiya işi aktualdır.
Narkoz qurğuları inqalyasiya anestetiklərinin ötürülməsi üçün nəzərdə tutulmuşdur. İnqalyasiya
narkozu açıq,yarımaçıq,qapalı və yarımqapalı üsulla verilir:
1.Narkozun açıq üsulla verilməsində xəstə anestetik ilə atmosfer havasını birlikdə alır.Qaz halında
olan anestetiklərin açıq üsulla verilməsi qeyri mümkündur.Ancaq maye halında olan anestetiklər açıq
üsulla verilir.Bu zaman anestetiklərin itkisinə yol verilir və xəstənin tənəffüsü üçün süni olaraq atmosfer
havasindan istifadə edilir.
2.Narkozun yarımçıq üsulla verilməsində qaz-oksigen və narkoz qazları aparat balonlardan
gəlir.Verilən qaz tənəffüslə atmosferə xaric olur.Xəstə nəfəs alma aktında anestetikləri atmosterdən
havasız qəbul edir,nəfəs vermə aktında isə atmosferə qaytarır.Yarımçıq yolla narkoz hipokopnivaya
səbəb ola bilər.Yarimçıq yolla narkoz ―Narkon‖(SSRİ) ―EMO‖(İngiltərə) ―Avtonarkon‖qurğuları ilə
verilir.
3.Narxozun qapalı üsulla verilməsində atmosfer havası iştirak etmir.Anestetiklər qaz
balonlarından qurğuya daxil olur. Anestetiklər nəfəs vermə aktında qurğuya qayıdır,təkrarən tənəffüs
üçün hazırlanır.Narkozu tam qapalı vermək mümkün olmadığı üçün qazın ümumi serfi 1 litrden artıq
olmamalıdır.Qapalı yolla narkoz ―Polinarkon‖ (SSRİ), ‖Oktavian‖ (AFR) ―Xipana‖(Çexiya) universal
qurğuları ilə verilir. Universal qurğular narkozu bütün üsullarla verməyə müxtəlif anestetiklər
işlətməyə və anestetikərin qənaətinə imkan yaradir.
4.Narkozun yarımqapalı üsulla verilməsində nəfəslə alınan qaz balonlardan gəlir:Nefəs vermə
zamanı anestetikərin bir hissəsi isə atmosfer havasına çıxır. Yarımqapalı verilən qazin sərfi 1-3 litrə
bərabərdir.
Anestetiklərin xəstəyə göstərdiyi təsiri bilmək üçün anestezioloq əməliyyat zamanı xəstənin
fizioloji vəziyyətini xarakterizə edən parametrləri izləməlidir. Bu parametrlər aşağıdakilardir:
elektrokardioqrama ,ürək yığılması,təzliyi,qan təzyiqi,ürək döyünməsi,nəfəsin
hərarəti,həcmi ve tezliyi.
Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
112
ÇEVĠK ĠSTEHSAL MODULUNUN OBYEKTLƏ ƏLAQƏ QURĞUSUNA QOYULAN
TƏLƏBATLARIN TƏYĠNĠ
Səfiyev M.B.
Sumqayıt Dövlət Universteti
Sənaye müəssisələrində müasir avtomatlaşdırma vasitələrindən robotlar, avtomatik idarə olunan
nəqliyyat sistemləri, xüsusiləşdirilmiş
manipulyatorlar, qaldırıcı-mövqeləşdirici qurğular,
emal mərkəzləri
və s. istifadə edilməklə yaradılan çevik istehsal modulları(ÇİM) adətən mürəkkəb iş şəraitində (açıq
havada, manipulyatorların idarə qurğularında istifadə olunan sıxılmış havanın təzyiqinin və elektrik
enerjisinin qeyri-sabit qiymətlərində, hava şəraitinin təzyiqi, istilik və digər meyarların tez-tez dəyişdiyi
hallarda və s.) fəaliyyət göstərmək üçün layihələndirilir və tətbiq olunurlar. Məlum olduğu kimi, müasir
avtomatlaşdırma vasitələri mexatron qurğulardır, yəni mexaniki dinamiki qurğular olmaqla elektron əsaslı
idarəetmə sistemləri ilə idarə olunurlar. Son vaxtlar kompüter texnikasının sürətli inkişafı ilə əlaqədar
olaraq, geniş funksional imkanlara malik və sənaye şəraitində tətbiq olunmağa yararlı kompüterlərin
yaradılması, onların ÇİM-nin idarəetmə sistemlərində istifadəsini aktuallaşdırır.
Təcrübə göstərir ki, sənaye müəssisələrində ÇİM-in tətbiqinə müəyyən problemlər qarşıya çıxır ki,
onların da həlli əlavə vəsait və avadanlıqlar tələb edir. Bu problemlərdən biri və ən vacibi də idarəetmə
sistemi ilə ÇİM-in avadanlıqları arasında etibarlı əlaqə qurğusunun yaradılmasıdır.
ÇİM-in idarəetmə sisteminin əsas funksiyası ÇİM-in mexatron qurğularının müxtəlif mövqelərində
quraşdırılmış vericilərdən daxil olan informasiyalar emal edərək cari situasiyanı təyin etmək və həmin
situasiyaya uyğun idarəetmə siqnallarının formalaşdırılmasıdır. Kompüterlərin daxilindəki qurğular kiçik
amplitudalı siqnallarla işləyir. Vericilərinin çıxış siqnalları nisbətən böyük qiymətli gərginliklərlə təsvir
olunur, icra mexanizmləri isə sənaye tezlikli dəyişən cərəyanla işləyən qurğulardan təşkil olunur. Digər
tərəfdən sənaye müəssisələrində istifadə edilən müxtəlif avadanlıqların hesabına elektrik şəbəkəsində
yüksək amplitudalı və qısa müddətli təhriflər idarəetmə sistemində təhlükəli situasiyalar yarada bilər.
Göstərilən halları aradan qaldırmaq üçün, idarəetmə sisteminin kompüterlə əlaqə qurğusunu
layihələşdirdikdə əlavə tədbirlər nəzərə alınmalıdır. Bu nöqteyi-nəzərdənÇİM-in obyeklə əlaqə qurğusu
aşağıdakı tələbatlara cavab verməlidir:
-
Vericilərin çıxış siqnallarını kompüterlərin girişi ilə uzlaşdırmaq;
-
Kompüterlərin kiçik amplitudalı siqnalları ilə sənaye tərkibli gərginliklərlə işləyən mexatron
qurğuların idarə olunmasını təmin etmək;
-
Kompüterlə ÇİM-in bütün qurğuları arasındakı əlaqələrin optoelektron qurğuları ilə realizə
etməklə, kompüterdə baş verə biləcək təhriflərin minimuma endirilməsi.
ETAN-ETĠLEN TRAKSĠYASININ AYRILMASI QOVġAĞININ REQRESSĠYA
ANALĠZĠ ƏSASINDA RĠYAZĠ MODELĠ
İbrahimov E.R.
Sumqayıt Dövlət Universiteti
Texnoloji idarəetmə obyektlərinin optimal idarəetmə məsələsini həll etmək üçün mühəndis
hesabatlarında onun riyazi modelləri alınır. Riyazi modellər obyekt üzərində aparılan müşahidələr
əsasında toplanmış məlumatlar əsasında qurulur. Bu üsullardan biri də reqressiya analizi üsuludur.
Reqressiya əmsallarının tapılmasında məqsəd çıxış parametrlərinin giriş parametrlərindən asılılığını
müəyyən etməkdir. Riyazi modellər müxtəlif üsullarla alınır. Bunlardan ən çox istifadə olunan passiv və
aktiv təcrübə üsullarıdır. Passiv təcrübə ənənəvi üsuldur və hər bir dəyişən üçün növbə ilə təcrübə aparılır.
Aktiv təcrübə üsulunda təcrübələr əvvəlcədən hazılanmış plan əsasında qoşulur və istənilən anda
prosesin güdişinə müdaxilə etmək olur.
Hər iki halda riyazi model təcrübələrin nəticələrini xarakterizə edən giriş və çıxış parametrlərini
əlaqələndirir və onların arasında əlaqə müəyyən olunur.
Idarəetmə obyektinin statik quruluşu şəkildə verilmişdir.