Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
117
burada
vəziyyət vektoru,
–
idarəetmə vektoru,
- real ODMR-in parametrləridir.
Bu tipli obyektə idarəetmə meyarı kimi dayanıqlıq dərəcəsi və idarəetmə xətanın orta kvadratik
meyllənməsini götürə bilərik.
Tənzimləyici kimi TS tipli qeyri-səlis idarəetmə qanunu təklif edirik:
,
burada
– idarəetmənin xəta vektoru;
olçülü əmsallar
matrisləridir.
Buradaki qeyri-səlis term çoxluğun T2 mənsubiyyət funksiyaları aşağıdaki şəkildədir:
Aparılmış sintez xaos nəzəriyyəsinə əsaslanıb. Tənzimləyicinin parametrləri və mənsubiyyət
funksiyaları kompüter modelləşdirmə əsasında təyin edilmişdir.
Sintez olunmuş idarəetmə sistemin dayanıqlığının və qeyri-müəyyənliyə qarşı robastlığının tədqiqi
eksperimental formada aparılıb ki, o sintez olunmuş idarəetmənin yüksək effektivliyini nümayiş etdirir:
ÇEVĠK ĠSTEHSAL MODULLARININ AVTOMATLAġDIRILMIġ NƏZARƏT
ALT SĠSTEMĠNƏ QOYULAN TƏLƏBATLAR
Məmmədov M.N.
Sumqayıt Dövlət Universiteti
Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
118
Çevik istehsal sistemləri (ÇİS) mürəkkəb sistemlər kateqoriyasına aid edilir və onların müəyyən
vaxt intervallarında avtomatlaşdırılmış və ya avtomatik şəkildə fəaliyyət göstərməsi nəzərdə tutulur. ÇİS
istehsalın təyinatından asılı olaraq müxtəlif funksiyaları yerinə yetirən alt sistemlərdən təşkil edilir:
avtomatlaşdırılmış və ya avtomatik idarəetmə sistemləri; texnoloji proseslərin avtomatlaşdırılmış
idarəetmə sistemləri; avtomatlaşdırılmış
layihələndirmə sistemləri; sazlanma və nəzarət alt sistemləri və s.
ÇİS avtomatlaşdırılmış və ya avtomatik rejimlərdə fəaliyyət göstərdiyindən, onların tələb olunan
səviyyədə və məhsuldarlıqla işləməsinin təmin edilməsində nəzarət alt sistemi xüsusi əhəmiyyət kəsb
edir.
İstehsal proseslərinin klassik texnologiyalarında məhsulun keyfiyyətinə nəzarət əsasən həmin
istehsalda çalışan insanlar və birbaşa keyfiyyətə nəzarət bölmələri tərəfindən həyata keçirilirdi.
Təcrübə göstərir ki, xarakterindən və təyinatından asılı olaraq məhsulun
keyfiyyətinə nəzarət seçmə
və ya hər bir texnoloji əməliyyatdan sonra müəyyən avadanlıqlardan istifadə edilməklə həyata keçirilir.
Bu nəzarət forması əməliyyatlar arası yoxlama da adlanır və bəzi hallarda məhsulu vizual şəkildə
nəzarətdən keçirilməklə məhdudlaşır.
İstehsal olunan məhsulun son yoxlanılması nəzarət funksiyasını yerinə yetirən xüsusi bölmə (şöbə)
tərəfindən kompleks şəkildə, məhsul tam hazır olduqdan sonra həyata keçirilir və xüsusi sənədlərlə
təsdiqlənir.
ÇİS avtomatik və ya avtomatlaşdırılmış formada fəaliyyət göstərdiyindən onun nəzarət alt
funksiyasına xüsusi tələblər qoyulur. Belə ki, ÇİS-in nəzarət altı sistemi müxtəlif mövqelərdə məhsulun
keyfiyyətinə əməliyyatlar arası nəzarəti və sonda kompleks nəzarəti yerinə yetirməklə bərabər, ÇİS-də
istifadə edilən mexatron qurğu və avadanlıqların texniki nəzarəti və diaqnostikası məsələlərini də həll
etməlidir. Bu onunla əlaqədardır ki, ÇİS müəyyən vaxt intervalında (növbə, gün və s.) işçi personalın ona
müdaxiləsi olmadan fəaliyyət göstərmək imkanlarına malik olmalıdır.
Göstərilənləri nəzərə almaqla ÇİS-in nəzarət alt sisteminə aşağıdakı əsas tələbləri aid etmək olar:
- ÇİS-in ayrı-ayrı modullarından sonra aralıq xammal və yarımfabrikatların keyfiyyətinə nəzarətin
təmin
edilməsi;
- Sonda məhsulun istehsalı başa çatdıqdan sonra avtomatik və ya avtomatlaşdırılmış şəkildə
məhsulun keyfiyyətinə kompleks
nəzarətin təşkili;
- ÇİS-in bütün avadanlıqlarının ayrı-ayrılıqda test proqramları ilə diaqnostikasının, eyni zamanda
kompleks şəkildə diaqnostikasının təşkili;
- ÇİS-in
fəaliyyəti müddətində, interaktiv rejimdə onun elementlərinin diaqnostikası.
Məruzədə konkret obyektin misalında göstərilən tələbatların yerinə yetirilməsi üçün nəzarət
diaqnostika məsələlərinə baxılır.
ĠZOPROPĠL SPĠRTĠ ĠSTEHSALINDA REKTĠFĠKASĠYA QOVġAĞININ
OPLTĠMAL ĠDARƏ SĠSTEMĠNĠN QURULMASI
Hüseynov P.M.
Sumqayıt Dövlət Universiteti
Rektifikasiya prosesinin normal getməsi üçün onda olan rejim parametrlərinin düzgün seçilməsi və
həmin parametrlərin verilmiş qiymətdə saxlamaq ən əsas məsələlərdən biri sayılır.Bu aparatda gedən
prosesin effektivliyi həmin aparatın həndəsi ölçülərindən, boşqabların sayından və prosesə təsir edən
digər amillərdən, yəni xammalın sərfindən aparatda olan təzyiqdən və ən əsas temperatur rejimindən
asılıdır. Bu aparatda hər hansı bir parametrin dəyişməsi aparatın normal iş rejimini pozur və alınan
məhsulun keyfiyyətinin pisləşməsinə səbəb olur. Beləliklə zay məhsulun alınması baş verir.Bununla
əlaqədar olaraq zay məhsulun yenidən emalı nəticəsində sərf olunan istehsal xərclərinin artması baş verir.
Bu isə istehsalat üçün qəbul olunmaz hal sayılır.
Rektifikasiya prosesi üçün əsas parametrlərdən biri də onun kubundakı temperaturdur.Kubda olan
temperatur kalona daxil olan xammalın orta qaynama temperaturunu xarakterizə edir. Burdan belə nəticə
çıxır ki, kalonun kub hissəsindəki temperaturu həddində saxlamaq lazımdır.