Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə67/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   63   64   65   66   67   68   69   70   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
117 
burada 
vəziyyət vektoru,  
– 
idarəetmə vektoru, 
 - real ODMR-in parametrləridir. 
Bu  tipli  obyektə  idarəetmə  meyarı  kimi  dayanıqlıq  dərəcəsi  və  idarəetmə  xətanın  orta  kvadratik 
meyllənməsini götürə bilərik. 
Tənzimləyici kimi TS tipli qeyri-səlis idarəetmə qanunu təklif edirik:  
 
 

 
burada 
 –  idarəetmənin  xəta  vektoru; 
 olçülü  əmsallar 
matrisləridir. 
Buradaki qeyri-səlis term çoxluğun T2 mənsubiyyət funksiyaları aşağıdaki şəkildədir: 
 
 
 
 
Aparılmış  sintez  xaos  nəzəriyyəsinə  əsaslanıb.  Tənzimləyicinin  parametrləri  və  mənsubiyyət 
funksiyaları  kompüter modelləşdirmə əsasında təyin edilmişdir.  
Sintez olunmuş idarəetmə sistemin dayanıqlığının və qeyri-müəyyənliyə qarşı robastlığının tədqiqi 
eksperimental  formada aparılıb ki, o sintez olunmuş idarəetmənin yüksək effektivliyini nümayiş etdirir: 
 
 
 
ÇEVĠK ĠSTEHSAL MODULLARININ AVTOMATLAġDIRILMIġ NƏZARƏT  
ALT SĠSTEMĠNƏ QOYULAN TƏLƏBATLAR 
 
Məmmədov  M.N. 
Sumqayıt Dövlət Universiteti 
 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
118 
Çevik  istehsal  sistemləri  (ÇİS)  mürəkkəb  sistemlər  kateqoriyasına  aid  edilir  və  onların  müəyyən 
vaxt intervallarında avtomatlaşdırılmış və ya avtomatik şəkildə fəaliyyət göstərməsi nəzərdə tutulur. ÇİS 
istehsalın  təyinatından  asılı  olaraq  müxtəlif  funksiyaları  yerinə  yetirən  alt  sistemlərdən  təşkil  edilir: 
avtomatlaşdırılmış  və  ya  avtomatik  idarəetmə  sistemləri;  texnoloji  proseslərin  avtomatlaşdırılmış 
idarəetmə sistemləri; avtomatlaşdırılmış layihələndirmə sistemləri; sazlanma və nəzarət alt sistemləri və s. 
ÇİS  avtomatlaşdırılmış  və  ya  avtomatik  rejimlərdə  fəaliyyət  göstərdiyindən,  onların  tələb  olunan 
səviyyədə  və  məhsuldarlıqla  işləməsinin  təmin  edilməsində  nəzarət  alt  sistemi  xüsusi  əhəmiyyət  kəsb 
edir. 
İstehsal  proseslərinin  klassik  texnologiyalarında  məhsulun  keyfiyyətinə  nəzarət  əsasən  həmin 
istehsalda çalışan insanlar və birbaşa keyfiyyətə nəzarət bölmələri tərəfindən həyata keçirilirdi. 
Təcrübə göstərir ki, xarakterindən və təyinatından asılı olaraq məhsulun keyfiyyətinə nəzarət seçmə 
və ya hər bir texnoloji əməliyyatdan sonra müəyyən avadanlıqlardan istifadə edilməklə həyata keçirilir. 
Bu nəzarət forması əməliyyatlar arası yoxlama da adlanır və bəzi hallarda məhsulu vizual şəkildə 
nəzarətdən keçirilməklə məhdudlaşır. 
İstehsal olunan məhsulun son yoxlanılması nəzarət funksiyasını yerinə yetirən xüsusi bölmə (şöbə) 
tərəfindən  kompleks  şəkildə,  məhsul  tam  hazır  olduqdan  sonra  həyata  keçirilir  və  xüsusi  sənədlərlə 
təsdiqlənir. 
ÇİS  avtomatik  və  ya  avtomatlaşdırılmış  formada  fəaliyyət  göstərdiyindən  onun  nəzarət  alt 
funksiyasına xüsusi tələblər qoyulur. Belə ki, ÇİS-in nəzarət altı sistemi müxtəlif mövqelərdə məhsulun 
keyfiyyətinə  əməliyyatlar  arası  nəzarəti  və  sonda  kompleks  nəzarəti  yerinə  yetirməklə  bərabər,  ÇİS-də 
istifadə  edilən  mexatron  qurğu  və  avadanlıqların  texniki  nəzarəti  və  diaqnostikası  məsələlərini  də  həll 
etməlidir. Bu onunla əlaqədardır ki, ÇİS müəyyən vaxt intervalında (növbə, gün və s.) işçi personalın ona 
müdaxiləsi olmadan fəaliyyət göstərmək imkanlarına malik olmalıdır. 
Göstərilənləri nəzərə almaqla ÇİS-in nəzarət alt sisteminə aşağıdakı əsas tələbləri aid etmək olar: 
- ÇİS-in ayrı-ayrı modullarından sonra aralıq xammal və yarımfabrikatların keyfiyyətinə nəzarətin 
təmin edilməsi
-  Sonda  məhsulun  istehsalı  başa  çatdıqdan  sonra  avtomatik  və  ya  avtomatlaşdırılmış  şəkildə 
məhsulun keyfiyyətinə kompleks nəzarətin təşkili
-  ÇİS-in  bütün  avadanlıqlarının  ayrı-ayrılıqda  test  proqramları  ilə  diaqnostikasının,  eyni  zamanda 
kompleks şəkildə diaqnostikasının təşkili; 
- ÇİS-in fəaliyyəti müddətində, interaktiv rejimdə onun elementlərinin diaqnostikası. 
Məruzədə  konkret  obyektin  misalında  göstərilən  tələbatların  yerinə  yetirilməsi  üçün  nəzarət 
diaqnostika məsələlərinə baxılır. 
 
 
 
ĠZOPROPĠL SPĠRTĠ ĠSTEHSALINDA REKTĠFĠKASĠYA QOVġAĞININ  
OPLTĠMAL ĠDARƏ SĠSTEMĠNĠN QURULMASI 
 
Hüseynov P.M. 
Sumqayıt Dövlət Universiteti 
 
Rektifikasiya prosesinin normal getməsi üçün onda olan rejim parametrlərinin düzgün seçilməsi və 
həmin    parametrlərin  verilmiş  qiymətdə  saxlamaq  ən  əsas  məsələlərdən  biri  sayılır.Bu    aparatda  gedən 
prosesin  effektivliyi  həmin  aparatın  həndəsi  ölçülərindən,  boşqabların  sayından  və  prosesə  təsir  edən 
digər  amillərdən,  yəni  xammalın  sərfindən  aparatda  olan  təzyiqdən  və  ən  əsas  temperatur  rejimindən 
asılıdır.  Bu  aparatda  hər  hansı  bir  parametrin  dəyişməsi  aparatın  normal  iş  rejimini  pozur  və  alınan 
məhsulun  keyfiyyətinin  pisləşməsinə  səbəb  olur.  Beləliklə  zay  məhsulun  alınması  baş  verir.Bununla 
əlaqədar olaraq zay məhsulun yenidən emalı nəticəsində sərf olunan istehsal xərclərinin artması baş verir. 
Bu isə istehsalat üçün qəbul olunmaz hal sayılır. 
Rektifikasiya  prosesi  üçün  əsas  parametrlərdən  biri  də  onun  kubundakı  temperaturdur.Kubda  olan 
temperatur kalona daxil olan xammalın orta qaynama temperaturunu xarakterizə edir. Burdan belə nəticə 
çıxır ki, kalonun kub hissəsindəki temperaturu həddində saxlamaq lazımdır. 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə