Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
8
üçün tətbiq olunmuşdur. Təcrübələr göstərir ki, sintez zamanı ampulanın partlaması təkcə xalkogenlərin
buxarlarının təzyiq yaratmasından asılı deyildir.
O, həmçinin bu maddələrin yaranması zamanı reaksiyanın intensiv şəkildə getməsi, ərimə
temperaturundan (1023 k) xeyli aşağı temperaturlarda böyük istiliyin ayrılması ilə əlaqədardır.
2
S
In
Tl
birləşməsinin monokristalları müəyyən qədər dəyişdirilmiş Brijmen – Stokbarqer üsulu ilə
yetişdirilmişdir. Bu üsulun seçilməsi yetişdirilən kristalların fiziki və kimyəvi xassələrindən başqa onların
laylı quruluşa malik olması ilə əlaqədardır. Alınmış monokristalların keyfiyyətini yoxlamaq üçün Laue
üsulundan istifadə edilmişdir.
2
S
In
Tl
kristalının fotokeçiriciliyini öyrənmək üçün nümunələr ölçmələrə uyğun dəqiqliklə
seçilib hazırlanmışdır. Fotoelektrik spektri həm 77 K, həm də 300 k-də öyrənilmişdir. Otaq
temperaturunda
2
S
In
Tl
monokristalının spektral əyrisindən təyin olunmuş qadağan olunmuş zolağının
eni E
g
=2,34 ev, 77 K-də isə 2,53 ev olmuşdur. Kristalın xüsusi müqaviməti hesablanmış
6
10
1
,
1
Om ∙ sm olmuşdur. Bundan başqa kristalın qaranlıqda və işıqda (100 lüks) müqaviməti təyin olunmuş və
onların nisbəti
7000
i
q
R
R
tapılmışdır.
2
S
In
Tl
kristalının qadağan olunmuş zolağının eninin
temperatur əmsalı da təyin olunmuşdur.
k
ev
dT
dE
g
4
10
5
,
8
.
TĠRĠSTOR TEZLĠK ÇEVĠRĠCĠLƏRĠ ĠLƏ ĠDARƏ OLUNAN
VĠBROTƏSĠRLƏNDĠRĠCĠLƏRĠN DARTMA SÜRƏTĠNĠN TƏNZĠMLƏNMƏSĠ
Cəfərov Ş.O.
Sumqayıt Dövlət Universiteti
Statiki tezlik çeviricilərinin layihələndirilməsi və tətbiqi elektromaqnit vibrotəsirləndirici
intiqalların imkanlarını genişlənmişdir. Elektromaqnit vibrotəsirləndiricilərin işləmə sürətinin tiristor
çeviriciləri ilə tənzimlənməsi sabit cərəyan vibrotəsirləndiricilərinə nəzərən onların imkan intervalını
böyütmüşdür. Statiki tezlik çeviricilərinin iki növü müasir sənaye sahələrində daha geniş istifadə olunur:
Sabit cərəyan manqası olan fərdi invertorlardır ki, onların çıxışında minlərlə hers tezlik almaq olur. İkinci
çıxış tezliyi şəbəkə tezliyindən adətən aşağı olan, əlaqəli çeviricilərdir.
Avtonom invertorlar əsas etibarilə induksion qızdırmada metalları əritmək, möhkəmlətmək dəmirçi
sexlərində metalları qızdırmaq və ultra-qısa qurğuların idarə olunmasında istifadə olunur. Çeviricilər
dəzgah, maşın və alətlərin sürətlərini tənzimlədikdə əvəzsizdir.
Tiristor tezlik çeviriciləri (TTÇ) sənaye müəssisələrində bir istiqamətdə fırlanan asinxron
mühərrikləri elektromaqnit vibrotəsirləndiriciləri qidalandıran amplitudu və tezliyi tənzimlənən üç
fazalı dəyişən cərəyan dövrələridir.
Mühərrikin və elektromaqnit təsirləndiricilərin başlanğıc momentinə bərabər sabit momentdə
1:12 intervalında fırlanma və dartma sürətlərini axımlı tənzimləyən (TTÇ) mövcuddur. Gərginliyin və
tezliyin stabilləşdirilmə dəqiqliyi normal işləmə rejimində 20% -ə qədər çatır.
Tezlik çeviriciləri A, A
0
, 4A, MTK, BAO tipli asinxron mühərrikləri, KMT, TQ elektromaqnit
təsirləndiriciləri ilə işləyə bilər. Sənaye tipli ələklərdə, kənd təsərrüfatı məhsullarının yuyulması,
qabaritlərinə görə seçilməsi və çeşidlənməsində vibrotəsirləndiricilərin sürətlərinin tənzimlənməsi vacib
məsələlərdən biridir. Çeviricilər axımlı işə salınmanı yerinə yetirdikləri kimi şəbəkəyə heç bir mənfi təsir
göstərmədən tezlik tormozlanmasını da təmin edir. Tiristor tezlik çeviricisinin prinsipial sxemi şəkil 1-
də verilmişdir.