Açar sözlər: Türk Dövləti təşkilatı,gömrük idarəsi,iqtisadiyyat,gömrük siyasəti,gömrük işinin təhlili Xülasə



Yüklə 77,87 Kb.
səhifə2/2
tarix23.12.2023
ölçüsü77,87 Kb.
#156185
növüXülasə
1   2
Abbas

Giriş
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası)-3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə AzərbaycanTürkiyəQazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir.
Təməlləri 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkcə Danışan ölkələr Zirvəsinə dayanna şuranın qurumsal mərkəzləri İstanbul (ümumi katiblik), Bakı (Parlament Assambleyası) və Astanadır (Beynəlxalq Türk Akademiyası).
Türk Dövlətləri Təşkilatının üç mərkəzi vardır. Bunlar İstanbulBakı və Astanadırİstanbul ümumi katibliyinin, Bakı parlamentar assambleyasının, Astana isə Beynəlxalq Türk Akademiyasının mərkəzidir.



  • Ümumi Katiblik (İstanbul)

  • Dövlət Rəhbərləri Şurası

  • Xarici İşlər Nazirləri Şurası

  • Təcrübəli Məmurlar Şurası

  • Ağsaqqallar Şurası

  • Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) (Ankara)

  • Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) (Bakı)

  • Beynəlxalq Türk Akademiyası (Astana)

  • Türk Mədəniyyət və Miras Vəqfi (Bakı)

  • Türk Ticarət və Sənaye Otağı (İstanbul)

  • Türk İş Şurası

  • Köçəri Mədəniyyət Mərkəzi (Bişkek)

Ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanırlar. Bundan əlavə, üzv ölkələrin xarici işlər nazirləri və bürokratları da il ərzində davamlı olaraq iclaslar keçirirlər. Məclis rəhbərləri və heyətləri də Bakıda toplanır.
AzərbaycanQazaxıstanQırğızıstan və Türkiyə dövlət rəhbərləri tərəfindən ümumi katib seçilən türk diplomat Xəlil Axıncı bu vəzifəni sentyabr 2010, sentyabr 2014 tarixləri arasında icra etmişdir. Bundan sonra rəhbərliyi Ramil Həsən yerinə yetirmiş, onu vəzifədə Bağdad Amreyev əvəzləmişdir.

Müstəqilliyini əldə etmiş Azərbaycanın xarici iqtisadi siyasət sahəsində əsas vəzifəsi beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə əsasında dünya təsərrüfat əlaqələri sisteminəbərabərhüquqlu inteqrasiya olunmasıdır. Həmçinin nəzərə alınmalıdır ki, müasir dünya ticarət sistemi bütün ölkələrə qarşı xarici iqtisadi siyasəti sərt tələblərinə və məhdudiyyətlərini irəli sürür.Bu səbəbdən milli iqtisadiyyatın struktur cəhətdən tənzimlənməsi bu tənzimləmə obyektinin inkişaf edən vahid orqanizmdən ibarət olmasına əsaslanmalıdır. Qeyd etmək lazımdır ki, idxal-ixracı əməliyyatlarına təsir prosesində iqtisadi siyasətin bir-birinə qarşılıqlı nüfuz edən və bir-birini tamamlayan komlpeks vasitlərindən istifadə olunması zərurəti xarici iqtisadi fəaliyyətin tənzimlənmə sisteminin əsas xüsusiyyətlərindəndir. Xarici iqtisadi fəaliyyət təcrübəsində 5 qrup vasitələrinin fərqləndirilməsi qəbul edilmişdir:


1. İqtisadi tənzimlənmə vasitələri gömrük rüsumları, yığışmaları, tarazlaşdırıcı sərhəd vergiləri, milli əmtəə istehsalçılarına maliyyə yardımları;
2. İnzibati tənzimlənmə vasitələri ixrac və idxal və məhdudiyyətləri, idxalın lisenziyalaşdırılması, kvotalaşdırılması, ixrac məhdudlaşdırmaları;
3. Texniki vasitələr, standartlar və texniki normalar. Standartlara uyğunluğu təyin etmə metodları, təhlükəsizlik qaydaları normaları, əmtəələrin sertifikatlaşdırma sistemləri, sanitariya baytarlıq, səhiyyə normaları, ekoloji tədbirlər;
4. Milli ixracatçılara və əmtəə istehsalçılarına ixrac üçünyardım tədbirləri:
5. Valyuta-maliyyə tədbirləri.

Xarici iqtisadi fəaliyyətin sərbəstləşdirilməsi üzrə iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlər, idarəetmənin inzibati metodlarından iqtisadi metodlara keçid xarici iqtisadi fəaliyyətin tənzimlənməsini bazar prinsipləri üzərinə keçirməyə şəraityaratmışdır. Buna görə də respublikamızın gömrük işi üzrə siyasətiçox möhkəm və mükəmməl olması, respublikamızın inkişafı üçün ən əsas amillərdən biridir.


Azərbaycanın gömrük xidməti ölkənin bazar iqtisadiyyatınakeçməsinə istiqamətlənmiş prinsiplərlə formalaşmışdır.


  1. Dövlətin gömrük siyasətinin həyata keçirilməsi tarazlaşdırılmış iqtisadi siyasətdən və gömrük xidmətinin modernləşdirilməsi səviyyəsindən asılı olmaqla, dövlətin perspektiv inkişaf yollarının müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir. Respublikamızın gömrük siyasəti respublikanın xarici ticarət dövriyyəsinin (idxal və ixracın həcmi, strukturu və şərtləri) gömrük sərhəddindən mal və nəqliyyat vasitələrinin uyğun gömrük rejimləri müəyyən edilməsi vasitəsi ilə keçirilməsinin dövlət tənzimlənməsi üzrə məqsədyönlü fəaliyyət istiqamətlərinin təyin edilməsinə xidmət göstərir.

  2. Gömrük siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak edən institutların məcmusu, həmçinin onun həyata keçirilmə metodları, səlahiyyətli dövlət orqanları tərəfindən gömrük tənzimlənməsi metodlarının istifadə qaydası gömrük siyasət mexanizmi anlayışını təşkil edir.

  3. Azərbaycan Respublikasının gömrük siyasəti ölkə iqtisadiyyatının döylət tənzimetmə sisteminin əsas tərkib hissələrindənbiridir. Gömrük sisteminin məqsədi və təyinatı -strateji millidövlət mənafelərinin təmin edilməsində,milli iqtisadiyyatın sosial-iqtisadi səmərəliliyini və rəqabətə davamlılığını stimullaşdırmaqdan, ölkənin milli təhlükəsizliyinin lazımi Azərbaycan Respublikasının gömrük siyasətinin məqsədi aşağıdakılardan ibarətdir:

Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi;

  • Azərbaycan Respublikasının daxili bazarının qorunması;

  • Milli iqtisadiyyatın inkişafının stimullaşdırılması;

  • Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə kömək edilməsi;

  • Azərbaycan Respublikasının Konstitusiyasına, bu məcəlləyə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilən digər məqsədlər.

Gömrük siyasəti gömrük işini beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəldir. Bundan başqa gömrük siyasətininbaşlıca vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikasının iqtisadi maraqlarının və səlahiyyət çərçivəsində iqtisadi təhlükəsizliyinin təmin etməsi nəzərdə tutulur. Bundan əlavə gömrük məntəqəsində və gömrükxanalarda, mal və nəqliyyat, gömrük ödənişlərinin tutulması, gömrük nəzarətinin güclənməsi, qaçaqmalçılıq üzrə nəzarətin güclənməsi və bu cür problemlərin həlli yollarının düzgün aparılması Azərbaycan Respublikasının gömrüksiyasətinin əsasını təşkil edir.
Gömrük siyasətinin formalaşdırılması və həyata keçirilməsi mürəkkəb proses olub, hakimiyyətin hər cür qanadının - qanunvericilik, icra və məhkəmə hakimiyyətinin və həmçinin bu işdənaraqlı olan təsərrüfatçılıq və sahibkarlıq dairələrinin bilavasitəiştirakı ilə reallaşa biləcək bir məsələdir.
Gömrük siyasətinin mahiyyəti özəksini gömrük-tarif qanunvericiliyində, müxtəlif istiqamətli beynəlxalq gömrük birlikləri və münasibətləri yaradılmasında, sərbəst gömrük və ticarət zonalarının təşkil edilməsində tapır.
Gömrük siyasəti dövlətinin iqtisadi və xarici ticarət sahəsinin ayrılmaz hissəsidir və buna görə də hökumətin ümumi iqtisadi strategiyasının məqsəd və vəzifələrindən asılıdır.
Gömrük siyasətinin həyata keçirilməsinin əsas vasitələrigömrük rüsumları, yığımları (tarif və ya iqtisadi tənzimləmə),gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti əməliyyatları, xariciticarətin lisenziyalaşdırılması və avtomatlaşdırılması (qeyri-tarifvə ya inzibati tənzimlənmə) təcrübəsi ilə bağlı olan müxtəlif gömrük məhdudiyyətləri və rəsmiyyətdir. Gömrük siyasəti müxtəlifhüquq normaları və gömrük qaydaları əsasında həyata keçirilməlidir və bu da gömrük hüququ məfhumunu meydana çıxarır.
Gömrük siyasətinin dəqiq hüquqi əsalsandırmaları ilknövbədə ona görə vacibdir ki, sahibkarlıq fəaliyyətinin bu və yadigər istiqamətlərini tənzimləyərək onun həyata keçirilmə vasitələri istər-istəməz mülkiyyət münasibətləri sferasıfna müdaxiləetmiş olur. Bundan başqa gömrük siyasətinin xarici münasibətlərətəsiri dövlət üçün hüquqi xarakterli öhdəliklər yaratdığından onun normallaşdırılması zərurətini doğurur.
Gömrük işi – gömrük siyasəti və həmçinin bu siyasəti həyata keçirəcək vasitələr: mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin qayda və şərtləri, gömrük ödənclərinin tutulması, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti və s. kimi xarakterizə edilir. Gömrük sərhəddindən mal və nəqliyyat vasitələrinin keçirilməsi prinsiplərini nizama salan və rəsmiləşdirmə əməliyyatlarının yerinə yetirilməsi üçün mövcud qanunvericiliyəəməl olunmasını təmin edəcək dövlət tərəfindən müəyyənləşdirilmiş hərəkət qaydaları gömrük hüquq normaları adlanır.
Həlli vacib olan təşkilati və idarəetmə problemləri arasında gömrük sisteminin bu gün üçün və uzun müddətli perspektvi dəkifayətcə yüksəlişini nəzərdə tutuan şaxələnmiş, mürəkkəb gömrük infratsrukturunun yaradılması xüsusi maraq doğurur. Şübhəsiz ki, inkişaf etmiş bazar infrastrukturu və onun digər tərkibhissələri, o cümlədən xarici iqtisadi əlaqələr sektoru olmadan bazar iqtisadiyyatı normal fəaliyyət göstərə bilməz.
Qeyd edilməlidir ki, gömrük infratsrukturunun təşkili vəinkişafı-gömrük orqanları vahid sisteminin ayrılmaz atributu,gömrük işinin həyata keçirilməsində onun səmərəli olmasınınşərtlərindən əsas amillərdən biridir. Belə ki, infrastruktur təminatıbu və ya digər səviyyədə mövcudluğu ilə gömrük işinin həyata keçirilməsinin prosedura və mərhələrini müşayiət edir. Ənənviolaraq gömrüuk infrastrukturu məfhumunun müəyyən edilməsində əsas diqqət ona yönəldilir ki, infrastruktur dedikdə gömrükişinin həyata keçirilməsində, gömrük orqanlarının vəzifələrininyerinə yetirilməsində tabeli, köməkçi rol oynayan gömrükmüəssisələrinin şəbəkəsi nəzərdə tutulur. Belə təşkilatlara gömrüklaboratoriyaları, tədris müəssisələri, elmi-tədqiqat müəssisələri,hesablaşma mərkəzləri, poliqrafiya, tikinti, istismar, təchizat və s.mərkəzlərini, müəssisələri aid etmək olar.
«İnfrastruktur» latın sözü olub (infra-altında, struktura-quruluş, təşkilat) «yardımçı quruluş» mənasını daşıyır. Beləliklə,infratsruktur-orqanın normal fəaliyyət göstərməsini təmin edə nistehsal. Qeyri-istehsal, elmi sahələr kompleksidir. Gömrük infrastrukturu dedikdə, xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsi şərtlərini, gömrük sisteminin bütövlükdə fəaliyyət göstərməsini təmin edən, gömrük nəzarəti ekspertizası, rabitəsi, məlumatsistemi, gömrük orqanlarının maddi-texniki bazası, texniki vasitələri, sosial struktur və fəaliyyət növləri kompleksi başa düşülməlidir.
Müasir şəraitdə gömrük işinin günün tələblərinə cavab verəbiləcək səviyyədə qurulması gedişində gömrük əməkdaşlarınınpeşə hazırlığı, onlara müsbət şəxsi keyfiyyətlər, gömrük qanunvericiliyinin mükəmməl öyrənilib, tətbiq edilməsi bacarığı aşılanması məsələləri ön plana çıxır. Gömrük siyasəti xarici siyasət fəaliyyətinin dövlət tənzimlənməsinin əsas prinsipləri ilə müəyyən edilir:
-xarici siyasətin tərkib hissəsi kimi vahid xarici ticarətsiyasəti;
-xarici ticarət fəaliyyətinin vahid dövlət tənzimlənməsistemi və onun həyata keçirilməsinə nəzarət;
-vahid valyuta nəzarət siyasəti;
-xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsində iqtisaditədbirlərlə üstünlük verilməsi;
-xarici ticarət fəaliyyətinin iştirakçılarının bərabərliyi və hər hansı formada ayrı-seçkiliyə yol verilməsi;
-xarici ticarət fəaliyyətinin iştirakçılarının hüquq və qanunimaraqlarının dövlət tərəfindən qorunması;
-dövlətin və onun orqanlarının xarici ticarət fəaliyyətinərüsumsuz müdaxiləsinin, onun iştirakçılarına və bütövlükdə ölkəiqtisadiyyatına zərər vurulmasının istisna edilməsi.
İdarəetmə subyekti və obyekti arasında təşkilati idarəetməstrukturundan, digər faktorlardan asılı olaraq qarşılıqlı əlaqə vəmünasibətlər mövcuddur. İdarəetmə sistemində onlar əhəmiyyətlirol oynayır. İdarəetmə subyekti idarəetmə obyektinin faktik vəziyyəti və onu əhatə edən xarici mühit haqqında informasiya alır.Bu informasiya idarəetmə subyekti tərəfindən işlənir ki, bunun danəticəsi olaraq qərar qəbul edilir. Məzmunu birbaşa əlaqə kanalıüzrə idarəetmə obyektinə ötürmək üçün həmin qərara idarəçilikqərarının formalarından (əmr, göstəriş, qətnamə və s.) biri verilir.Bu qərarın icrası haqqında informasiya və eləcə də idarəetməobyektinin (idarəedilən sistemin) yeni vəziyyəti haqqında informasiya yenidən əks-əlaqə kanalı üzrə idarəetmə subyektinə daxilolur. Beləliklə, idarəetmə nisbi və fasiləsiz prosesdir. Gömrükorqanları tərəfindən idarəetmənin fasiləsiz xarakteri onlardankeçən informasiya proseslərinin daimiliyi və arasıkəsilməzliyi ilə şərtlənir.Məsələn, idarəetmə məqsədlərinin müəyyənləşdirilməsi gömrük orqanları sisteminin əsas inkişaf istiqamətlərinin işlənib hazırlanması, planlaşdırılması formasında həyata keçirilə bilər.
Gömrük orqanlarında idarəetmə sistemi aşağıdakı komponentlərdənibarətdir: idarəetmə mexanizmi, idarəetmə strukturları, idarəetməprosesi və idarəetmə sisteminin təkmilləşdirilmə mexanizmi.İdarəetmənin mexanizmini aşağıdakılar təşkil edir: idarəetmə qanunları, prinsipləri, məqsədləri, metodları və funksiyaları.
İdarəetmə prosesi - idarəetmənin məqsədlərinə çatmaq üçünbütün idarəetmə halqalarının göstərdiyi fəaliyyətdir. Gömrükorqanlarında idarəetmənin mahiyyətini dərindən başa düşməküçün bu idarəetməyə xas olan bəzi xüsusiyyətləri bilmək lazımdır.

İdarəetmənin xidməti fəaliyyətin son nəticələrində aşkarifadə olunan istiqamətlənməsi; idarəetmə fəaliyyətinin sistem daxilində xarici iqtisadi fəaliyyət iştirakçılarının işi ilə uyğunlaşdırılması;


-dövlət idarəetmə orqanı səlahiyyətinin həyata keçirilməsi;
-gömrük orqanları əməkdaşlarının xarici iqtisadi fəaliyyətinsəhlənkar iştirakçıları, qaçaqmalçılar və onların köməkçiləri iləqarşıdurması şəraitində idarəetmə proseslərinin dinamikliyi;
-idarəetmənin həyata keçirildiyi şəraitin nisbi qeyri-müəyyənliyi.

Gömrük orqanlarında idarəetmə həm obyektiv iqtisadi qanunlara və idarəetmə qanunlarına, həm də onların əsasında formalaşan əməliyyat xidmət fəaliyyətinin bütün iştirakçılarının ictimai,kollektiv və şəxsi maraqlarının vahid sisteminə əsaslanır. İdarəetmənin mühüm xüsusiyyəti ondan ibarətdir ki, o, gömrük fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində yaradıcı rol oynayır.İdarəetmə qanunları idarəetmə sistemi elementəlri və yarımsistemləri, onda baş verən proseslər və xarici mühit arasında ümumi,əhəmiyyətli və zəruri əlaqələri əks etdirir. Onlar obyektivdirinsanların şüurundan və iradəsindən asılı deyildir. İdarəetməqanunlarını bilmək idarəetmə sistemlərinin yaradılmasında və onların fəaliyyətinin təşkil edilməsində idarəetmə qanunlarının tələblərini nəzərə almağa imkan verir. Onlara aşağıdakılar aiddir:idarəetmə sisteminin vahidliyi qanunu, mütənasiblik (proporsionallıq) qanunu, idarəetmə funksiyalarının mərkəzləşdirilməsininoptimal nisbəti qanunu, idarə edən və idarə olunan sistemlərinnisbəti qanunu və s.


İdarəetmə sisteminin vahidliyi qanununu təsiri dövlət idarəetmə sisteminin yuxarı orqanlarından onun aşağı halqalarınaqədər idarəetmə münasibətlərinin qırılmaz zəncirində, idarəetmə prosesinin bütün səviyyələrinin, əməliyyatlarının və mərhələlərinin arasıkəsilməzliyində, ritmikliyində və uzlaşmasında insanların qlobal məqsədlərinin bütün tərtib hissələri ilə idarəetmənin vahidliyində, idarəetmə funksiyalarının və metodlarının vahidliyində, idarəetmə aparatı əməkdaşlarının tələblərinin vahidliyində təzahür edir.
Professional (peşə) fəaliyyətinin və idarəetmənin mütənasibliyi (proporsionallığı) qanunu müəyyən edir ki, idarəetmənin ənmühüm vəzifəsi idarə edən və idarə olunan sistemlərin faliyyətinin optimal proporsionallığını, sistemin tərkib hissələrinin fasiləsiz əlaqəsini təmin etməkdir. Mütənasiblik (proporsionallıq)onunla ölçülür ki, sistemin əsas fəaliyyəti gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti, digər funksiyaların həyata keçirilməsi idarəetmə ilə nə dərəcədə tam və dəqiq təmin olunur ki,minimal mümkün məsrəflərlə lazımi effekti (səmərəni) versin.Mərkəzləşdirmənin optimal nisbəti qanunu elə idarəetmə sisteminin qurulmasının və onun fəaliyyətinin elə təşkilini nəzərdətutur ki, bu zaman gömrük orqanlarının hər bir aşağı halqasınınmərkəzi idarəetmə orqanlarına arasıkəsilməz və kifayət qədərsabit tabeliyi mövcud olsun. Mərkəzləşdirlmiş idarəetmə sisteminin bütün halqalarının fəaliyyətini son dərəcə sərt nizamlamaqdemək deyildir. Sistemin hər bir inkişaf mərhələsi üçün özününoptimal mərkəzləşdirilmə səviyyəsi mövcuddur ki, onunla idarəetmənin mərkəzləşdirilmiş formalarının sistemin inkişaf səviyyəsini ifadə edən real tələbatlara maksimum uyğunluğu nəzərdə tutulur.
İdarə edən və idarə olunan sistemlərin nisbəti qanununun mahiyyəti idarə edən sistemin idarə olunanla uyğunluğunun təminedilməsi tələbindən ibarətdir. Bu nisbətin dəyişməsi müxtəlif,başlıca olaraq, təşkilati və iqtisadi faktorların təsiri ilə baş verir.Hər şeydən öncə, idarə edən sistemin inkişaf və fəaliyyət səviyyəsi idarə olunan sistemin əməliyyat xidmət fəaliyəti səviyyəsinə uyğun gəlməlidir. Yuxarıda qeyd etdiyimiz qanunların köməyi iləidarəetmə nəzəriyyəsinin məzmunu, idarəetmə prosesinin əsasfunksiyaları, metodları, strukturları və xüsusiyyətləri üzə çıxarılır.Nəticədə idarəetmə qanunlarının istifadəsində sistemli yanaşma_əsas götürülür. Sistemli yanaşma onların tələblərini sistemli şəkildə ifadə etməyə və bütün sistemin optimal fəaliyyət və inkişaf variantını müəyyən etməyə imkan verir.
Gömrük orqanlarında idarəetmə həm idarəetmənin obyektivqanunlarını, həm də onların əsasında formalaşan vahid prinsiplərsisteminə əsaslanır. İdarəetmənin prinsipləri dedikdə idarə edənsistemin əsaslandığı rəhbər ideyalar, qaydalar, əsas müddəaları vədavranış normaları başa düşülür. İdarəetmə təcrübəsində gömrükorqanları tərəfindən ümumi, xüsusi və təşkilati-texnoloji pinsiplərtətbiq edilir. İdarəetmənin ümumi prinsipləri strateji idarəetmə normalarında və gömrük orqanlarının bütün sahələrində vəyarımsistemlərində fəaliyyət göstərir. Buna baxmayaraq onlar hərbir idarəçilik sistemində spesifikdir. İdarəetmənin ümumi prinsipləri bunlardır: sistemlilik, əks-əlaqə, informasiyanın kafiliyi, optimallıq, bərabər tabelilik.

Nəticə

Gömrük işinin təkmilləşdirilməsi və gömrük orqanların inkişaf etdirilməsisahədə mövcud olan qanunvericilik aktlarını təkmilləşdirmədən, yəniaktları beynəlxalq normalara uyğunlaşdırmadan mümkün deyil. Digər tərəfdən, ümumdünya gömrük sisteminə inteqrasiya gömrük prosedurlarının hormonizə edilməsi sadələşdirilməsini də tələb edir. Belə bir şəraitdə normativ hüquqi bazaya yenidən baxılması və onun təkmilləşdirilməsi zərurəti yaranır və keçən illərdə bu sahədə xeyli işlər görülmüşdür.


Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 17 fevral 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının inkişafı naminə İnformasiya vəKommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (20032012-cil illər) respublikada qlobal informasiya mühitinin yaradılması və informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsinə, o cümlədən gömrük xidmətində bu sahədə aparılan işlərə müsbət təsir göstərdi və böyükimkanlar yaratdı. Ölkəmizdə gömrük işinin təşkilində informasiya texnologiyaları prioritet olaraq 1995-ci ildən başlayaraq intensivformada tətbiq olunur. Həmin dövrdə gömrük xidmətinin üçsəviyyəli vahid avtomatlaşdırılmış idarəetmə sisteminin(AİS)texniki tapşırığı və funksional strukturu tətbiq olunmuşdur.
Tədqiqatçılara görə, vahid AİS-in yaradılması aşağıda göstərilən məqsədlərə nail olunmasını təmin etməlidir:

  • gömrük rəsmiləşdirilməsi, nəzarəti və prosedurların tam avtomatlasdırılması;

  • gömrük xidmətində idarəetmə proseslərinin həllində elektron üsullardan genis istifadə edilməsi;

  • idarəetmə proseslərinin informasiya təminatının təşkili;

  • xarici-iqtisadi əməliyyatları əks etdirən məlumatların operativ surətdə yığılması, mərkəzləşdirilmiş məlumat bazalarınınyaradılması və onların təhlilinin aparılması;

  • Azərbaycan Respublikasının dövlət və icra orqanlarının müvafiq məlumatlarla təmin edilməsi;

  • xarici ölkələrin mərkəzi gömrük orqanlarıinformasiyamübadiləsinin təşkili.


Ədəbiyyat

  1. A.Ş.Şəkərəliyev, Z.A.Şəkərəliyeva “GÖMRÜK İŞİNİN TƏŞKİLİVƏ İDARƏ EDİLMƏSİ” Bakı-2015

  2. http://www.turkkon.org/docs/02_a_NahcivanAnlasmasi_Turkce.pdf

  3. https://web.archive.org/web/20180501004644/http://www.turkkon.org/en-US/congratulatory-message-of-the-secretary-general-of-the-turkic-council-ambassador-ramil-hasanov-for-the-statement-of-the-president-of-the-republic-of-uzbekistan-he-shavkat-mirziyoyev-regarding-uzbekistan%60s-accession-to-the-turkic-council;/301/352/4701

Yüklə 77,87 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə