Ad: Günay Soyad: İsgəndərova Qrup


Büdcə təşkilatlarında büdcə uçotunun vəzifələri



Yüklə 19,05 Kb.
səhifə2/3
tarix20.05.2022
ölçüsü19,05 Kb.
#87438
1   2   3
Büdcə təşkilalarında mühasibat xidmətinin təşkili

Büdcə təşkilatlarında büdcə uçotunun vəzifələri

Azərbaycan Respublikasında təsərrüfat uçotunun vahid sistemi elə təşkil edilməlidir ki, mühasibat uçotunun bütün metodoloji və texniki məsələlərinin qoyuluşu, həlli və formalaşması mərkəzləşdirilmiş qaydada həyata keçirilsin. Uçot işinin bu cür təşkili ölkə miqyasında və həm də səmərəli əsaslar üzrə uçotun vahid sistemi və metodologiyasını təmin edir. Mühasibat uçotuna rəhbərliyin mərkəzləşdirilmiş sistemi hesabatların tərtibi və ümumiləşdirilməsinin vahid modeli və göstəricilər sisteminin ən səmərəli forma və metodlarının tətbiq edilməsi, ərazilər, xalq təsərrüfatı sahələri, müxtəliftipli idarə, müəssisə və təşkilatların iqtisadi göstəricilərinin ümumiləşdirilməsi üçün ən məqsədəuyğun imkanlarını işləyib tətbiq edə bilər. Son illərin təcrübəsi göstərdi ki, respublika miqyasında mühasibat uçotu nəzarət və təsərrüfat fəaliyyətinin təhlilinə mərkəzləşdirilmiş rəhbərlik, nəinki uçot və hesabatın vahid bir mərkəzə tabe edilməsi, həm də bir mərkəz tərəfindən idarəolunması müəyyən nəticələr vermiş, uçot, nəzarət və təhlilin bir elm kimi inkişaf etdirilməsinə şərait yaratmışdır. Lakin uçot dünya təcrübəsindən təcrid olunmuş, dünya standartlarından kənarda qalmışdır.
Respublikada təsərrüfat uçotu sisteminin təşkilinə ümumi rəhbərlik Nazirlər Kabineti tərəfindən həyata keçirilmiş və gələcəkdə də bu qayda saxlanmalıdır. Bilavasitə rəhbərlik isə Maliyyə Nazirliyi və Dövlət Statistika Komitəsi (onun mühasibat uçotu və hesabat idarəsi) tərəfindən icra olunmalıdır. Müxtəlif sahəvi məsələlərin həllində Baş Vergi Müfəttişliyi, auditor xidmətləri, bir sıra nazirliklər, baş idarələr və dövlət komitələri də fəal iştirak etməlidir. Müasir dövrdə səhiyyə, mədəniyyət və xalq təhsilinin yenidən qurulması, burda yeni təsərrüfat mexanizminin tətbiqi və hazırda həyata keçirilən bazar iqtisadiyyatına keçidin bu sahələrin təşkilinə təsiri mühasibat uçotuna münasibəti də köklü surətdə dəyişilir. Bu göstərilən tələblərə uyğun olaraq onun yenidən qurulması zərurətini irəli sürür. Bu məsələləri uçotda baş verən dəyişikliklərlə əlaqədar aşağıdakı ardıcıllıqla nəzərdən keçirək. Məlum məsələdir ki, son 20-30 ildə Azərbaycanda da çox kütləvi qaydada uçotun mərkəzləşdirilməsi tədbirləri həyata keçirilmişdir. Bir zaman mütərəqqi sayılan bu tədbir bütün qalan sahələrdən fərqli olaraq xalq təhsili səhiyyə mədəniyyət və bu kimi büdcədən maliyyələşdirilən sahələrdə daha geniş miqyasda həyata keçirilmiş idi. Biz bu tədbirin bütün məlum nöqsanlı cəhətlərini izah etməyəcəyik. Ancaq bu məsələyə təsərrüfat islahatının indiki tələbləri baxımından yanaşacağıq. Təhsil, səhiyyə və elmi-tədqiqat idarələrinin təşkili və idarə edilməsində baş verən yeniliklər təkcə ayrı-ayrı sahələri deyil, onların daxilində olan bütün bölmələri də əhatə edir. Elmi-tədqiqat təcrübə konstruktor müəssisələrində bölmələr, sektorlar, laboratoriyalar, ali məktəblərdə kafedralar, fakültələr, elmi bölmələr, texnikumlarda şöbələr, icbari təhsil və peşə təhsili sistemlərində ayrıayrılıqda götürülmüş hər bir məktəb və bölmələr, xəstəxanalar, poliklinikalar və s. Birləşmələr müstəqil fəaliyyət vahidləridir. Bu bölmələrdə bilavasitə əmək materialı və maliyyə ehtiyatları sərf olunur.
Kadr hazırlanır və elmi-tədqiqat işi həyata keçirilir. Bu və digər növdən olan xidmətlər göstərilir, əmtəə xarakterli məhsul və məmulat istehsal olunur. Bunlar da bir qayda olaraq reallaşdırılır, satılır və ya sifarişçilərə təhvil verilir. İstər qənaət və istərsə də artıq xərc burada baş verir, xərclər də, gəlirlər də bunlarda formalaşır. Beləliklə də büdcə təşkilatları və elmi idarələrdə təsərrüfat hesabı metodu öz başlanğıcını bu bölmələrdən götürür. Bu bölmələrin hər birində təsərrüfat fəaliyyətlərinin, xərclər və gəlirlərin dəqiq və müstəqil uçotu aparılmalıdır. Buna görə də bundan əvvəl həyata keçirilmiş olan uçotun mərkəzləşdirilməsi tədbirindən imtina etmək, hər bir vahid və bölmələrdə mühasibat uçotunun müstəqil təşkilini həyata keçirmək lazımdır. Mühasibat uçotunun təşkilinin digər ən əhəmiyyətli və zəruri cəhəti uçot prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılması məsələsidir. İstər bu vaxta qədər, istərsə də bundan sonra, yenidənqurma və bazar iqtisadiyyatı şəraitində xalq təsərrüfatının bütün sahələrində uçot və hesabat işlərinin keyfiyyətinin yüksəldilməsi və təkmilləşdirilməsi üçün uçot-hesablama işlərinin komplekt mexanikləşdirilməsi və avtomatlaşdırılmasının müstəsna əhəmiyyəti vardır.


  1. Yüklə 19,05 Kb.

    Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə